Rusiya hərbçiləri Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində azı 20 filtrasiya düşərgəsi və həbsxana yaradıblar.
Gundemxeber.az xəbər verir ki, bunu Ukraynanın Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Yevgeni Tsumbalyuk deyib.
"Biz Donetskdəki həbsxananda baş verən dəhşətlərdən çox yaxşı xəbərdarıq. Ona görə də Rusiyanın bu həbsxananı bütün Ukraynaya yaymasının qarşısını almalıyıq. Hələlik Xerson və Zaporojye vilayətləri Rusiya hərbçilərinin talanına görə Ukraynada ön sıradadır”, - o bildirib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?