Moskva Kiyevin qaza görə borcunu ödəmədiyini iddia edir
Rusiya Ukraynaya qaz nəqlini dayandırması ehtimalını istisna etmir. Bunu Rusiyanın Avropa Birliyindəki nümayəndəliyinin rəsmisi Vladimir Çijov bəyan edib. "Ukraynada baş verən hadisələri nəzərə almaqla deyə bilərəm ki, əgər 3,5 milyard dollar həcmində qaz borcu məsələsi vaxtında tənzimlənməsə, Ukraynaya qazın nəqlinin dayandırılması istisna edilmir", - deyə Rusiya rəsmisi belə deyib. Moskva Ukraynanın 2009-cu il razılaşmasına əsasən aldığı qaza görə borcunu ödəməsi üçün qoyulan müddətin mayın 7-də başa çatdığını, lakin bu ilin martından "Naftoqaz Ukraina"dan "Qazprom"a heç bir ödənişin həyata keçirilmədiyini iddia edir. Ukraynanın energetika naziri Yuri Prodan isə ölkəsinin Rusiyadan aldığı qaza görə razılaşmada göstəriləndən daha yüksək məbləğ ödəməyəcəyini bəyan edib.
Sorğu
Yeni dizaynımız necədir?