Gundemxeber.az » Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 41 mini keçdi – Son rəqəm
Türkiyədə zəlzələ zamanı ölənlərin sayı durmadan artır. Son rəqəmlərə görə, artıq həlak olanların sayı 41 min 20 nəfərə çatıb. Bu ancaq təsdiq olunmuş ölü siyahısıdırBu barədə AFAD (Fövqəladə Halların İdarə Olunması Agentliyi) məlumat yayıb.
“Son məlumatlara görə, Kahramanmaraş, Qaziantep, Şanlıurfa, Diyarbəkir, Adana, Adıyaman, Osmaniye, Hatay, Kilis, Malatya və Elazığ vilayətlərində 41 min 20 vətəndaş həyatını itirib”, – AFAD-ın yaydığı açıqlamada bildirilir.
Qeyd edək ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan edilib.
Gundemxeber.az
7-02-2023, 11:05
2-11-2020, 08:57
1-02-2021, 11:36
14-02-2023, 18:13
23-08-2015, 11:13
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?