Türkiyədə baş verən güclü zəlzələdə ölən və yaralananların sayı artır..Türkiyədə fevralın 6-da baş verən zəlzələ nəticəsində ölənlərin sayı 3 381-ə çatıb. Məlumatı Türkiyə KİV-i yayıb.
Zəlzələ nəticəsində 20 426 nəfər yaralanıb.
Təbii fəlakət nəticəsində 5 775 bina dağılıb.
***
Türkiyədə ötən gün baş verən zəlzələ nəticəsində həlak olanların sayı 2 921 nəfərə çatıb.
"Report"un məlumatına görə, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) direktoru Yunus Sezer məlumat verib.
O, qeyd edib ki, təbii fəlakət zamanı yaralananların sayı isə 15 834 nəfərə çatıb.
Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb.
06.02.2023
Türkiyədə baş verən güclü zəlzələdə ölən və yaralananların sayı artır.
APA xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumat yayıb.
Son məlumatlara görə, 2316 nəfər ölüb.
Yaralı sayı isə 13 293 nəfər qeydə alınıb.
Dağılan binaların sayı 6217 olub.
***
Türkiyədə baş verən güclü zəlzələdə ölən və yaralananların sayı artır.
APA AFAD-a istinadən xəbər verir ki, qurbanların sayı 1762 nəfərdir.
***
Zəlzələ nəticəsində həyatını itirənlərin sayı 1651 nəfərə çatıb.
Qeyd olunub ki, 11 119 nəfər yaralı var.
***
Zəlzələ nəticəsində 9733 nəfər yaralanıb.
Türkiyədə baş verən güclü zəlzələdə ölənlərin sayı 1541-ə, yaralıların sayı isə 9733-ə çatıb.
Bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Təbii fəlakət nəticəsində 3471 bina dağılıb.
***
Türkiyədə baş verən güclü zəlzələdə ölənlərin sayı 1498-ə, yaralıların sayı isə 8 533-ə çatıb.
Bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
***
Türkiyədə zəlzələdə ölənlərin sayı 1121 nəfərə çatıb.
Bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Zəlzələ nəticəsində 7634 nəfər yaralanıb.
Bildirilib ki, təbii fəlakət zamanı 2824 bina dağılıb.
***
“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
***
Türkiyədə zəlzələdə 912 nəfər həyatını itirib.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Onun sözlərinə görə, yaralıların sayı 5 385 nəfər təşkil edir.
***
Türkiyənin Osmaniyə şəhərinin valisi Erdinç Yılmaz ərazidə zəlzələdən ölənlərin ilkin sayını açıqlayıb.
Bildirilib ki, şəhərdə 34 bina dağılıb, 5 nəfər həlak olub.
Ərazidə axtarış-xilasetmə əməliyyatları davam edir.
Sorğu
Yeni dizaynımız necədir?