Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, deputat Qənirə Paşayevanın məzarına əklil göndərib.
Gundemxeber.az xəbər verir ki, əklil mərhumun II Fəxri xiyabandakı məzarının üzərinə qoyulub.
Qeyd edək ki, Q.Paşayeva səhhətində yaranan ciddi problemlərlə əlaqədar sentyabrın 23-də Mərkəzi Klinikanın reanimasiya şöbəsinə yerləşdirilmişdi.
O, sentyabrın 28-də vəfat edib.
Naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulan Q.Paşayevanın səhhətindəki kritik durumla əlaqədar Mərkəzi Klinikanın həkim personalı və Türkiyədən gəlmiş həkim mütəxəssislər tərəfindən görülən bütün zəruri tədbirlərə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?