Millət vəkili Heydər Əliyev Fondunda tutduğu vəzifəsindən kənarlaşdırılıb
gundemxeber.az Press24.az-a etibarlı mənbədən daxil olan məlumata görə, xeyli müddətdir ki, Heydər Əliyev Fondunda İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri vəzifəsində çalışan millət vəkili artıq bu vəzifəni icra etmir. Fondun İctimaiyyətlə əlaqələr departamentinin operatoru vəzifəsində çalışan, Qənirə Paşayevanın kadrı sayılan Emil Babaxanovun da işdən azad edilməsi söylənilir. Xatırladaq ki, E.Babaxanov vaxtilə ANS teleşirkətində Qənirə Paşayeva ilə birgə çalışıb. Qənirə Paşayeva Heydər Əliyev Fondunun İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri vəzifəsinə təyin edilərkən fondla bağlı bütün çəkilişləri E.Babaxanova həvalə etmişdi. Qənirə Paşayevanın Heydər Əliyev Fondunda tutduğu vəzifədən kənarlaşdırılması barədə məlumatı dəqiqləşdirmək üçün millət vəkilinin özü ilə əlaqə saxlamağa çalışdıq. Dəfələrlə etdiyimiz cəhdlərə baxmayaraq, Q.Paşayeva telefon zənglərimizə cavab vermədi. Millət vəkilinin köməkçisinə etdiyimiz telefon zəngləri də cavabsız qaldı. Redaksiyamız Q.Paşayevanın məsələ ilə bağlı fikrini öyrənə bilməsə də, qarşı tərəfin mövqeyini işıqlandırmağa hər zaman hazırdır. Qeyd edək ki, Q.Paşayeva milət vəkili olmaqla yanaşı, həm də Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin sədridir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?