Gundemxeber.az » Türkiyə kəşfiyyatı “İnterpol” tərəfindən qırmızı bülletenlə axtarışda olan terrorçunu zərərsizləşdirdi
Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) Suriyanın şimalında keçirdiyi əməliyyat nəticəsində PKK/YPG terror təşkilatını ağır silahlarla təmin edən və qırmızı bülletenlə axtarışda olan terrorçu Fahrettin Tolun zərərsizləşdirilib.
“Hayri Serhat” kod adlı Fahrettin Tolun Suriyanın Rumeylan bölgəsində PKK/YPG-nin ağır silahlar və müdafiə sənayesi üzrə məsul şəxsi kimi fəaliyyət göstərib. O, təşkilatın çöllük bölgələrdəki kadrlarına qoşulan ən birinci terrorçulardan olub.
Bundan əlavə, İran, İraq və Suriyada silahlı fəaliyyətlərdə də təşkilatın məsul şəxsi kimi iştirak edib.
Onun təqibdən qaçmaq üçün mütəmadi olaraq yerini dəyişdirdiyi, hətta yanındakı insanlara qarşı da son dərəcə ehtiyatlı olduğu bildirilib, lakin uğurlu əməliyyat nəticəsində ələ keçirilib.
1992-ci ildə terror təşkilatına qoşulan Fahrettin Tolun bir çox silahlı fəaliyyətlər həyata keçirib. 2019-cu ildə Suriyaya keçib və təşkilatın ağır silahlar və müdafiə bölməsi üzrə məsulu kimi fəaliyyətinə davam edib.
Tolun təşkilatın Türkiyəyə qarşı hərəkətlərində istifadə etdiyi silahlara görə məsuliyyət daşıyıb.
Fahrettin Tolun “İnterpol” tərəfindən qırmızı bülletenə salınmaqla yanaşı, həmçinin İğdır və Ərzurum Ağır Cəza Məhkəmələrinin “Terror məqsədli təşkilata üzv olmaq” cinayəti üzrə sənədlərində də qeydə alınıb.
GundemXeber.Az
15-10-2019, 11:06
10-11-2021, 16:51
10-06-2020, 14:15
29-01-2018, 14:27
7-02-2018, 13:50
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?