İcra başçısı ilə deputat torpaq və dükan yerlərinə görə “yola getmir”
gundemxeber.az 54 saylı Şabran-Siyəzən seçki dairəsini Milli Məclisdə təmsil edən deputat Tahir Süleymanovla Siyəzən rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov arasında münasibətlərin qaydasında olmadığı, bu səbəbdən millət vəkilinin rayonla bağlı keçirilən tədbirlərə dəvət olunmadığı barədə məlumatlı mənbələrdən informasiya daxil olub. Məlumatda rayon rəhbərliyinin deputatın Siyəzəndəki köməkçisinin də fəaliyyətinə maneələr törətdiyi deyilir. Qeyd olunur ki, icra başçısının deputatla münasibətlərinin pozulmasına səbəb rayondakı torpaq sahələri və mərkəzdəki dükan yerləridir. Belə ki, Arif Qasımov Siyəzənin torpağını tək satmaq barədə düşünür ki, bu da Tahir Süleymanovu qane etmir. Çünki o, bu işlərlə uzun illərdir məşğul olur və bu gün həmin məsələnin əldən çıxması ilə barışmır. Elə buna görə də, tərəflər arasında narazılıq getdikcə artır. Eyni zamanda, Siyəzənin mərkəzində dükanların tikilməsi və satışa çıxarılmasında da icra başçısı təkbaşına hərəkət etməkdədir. Amma Tahir Süleymanov bununla da razılaşmır və oradan pay istəyir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?