GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » İlk dəfə Azərbaycanda baş verən olay--“yaşı altmışa çatmayanlar təqaüdə cıxarıldı”

İlk dəfə Azərbaycanda baş verən olay--“yaşı altmışa çatmayanlar təqaüdə cıxarıldı”

Tarix: 16-05-2016, 14:01 Bölmə :GündəmXəbər / Manşet Baxış: 0
İlk dəfə Azərbaycanda baş verən olay--“yaşı altmışa çatmayanlar təqaüdə cıxarıldı”

Mədəniyyət naziri Əbülfəs Qarayev, yenə də Prezident İlham Əliyevi aldatdı
Bir neçə gün öncə, yəni 06 may 2016-cı il tarixdə Prezident İlham Əliyev Azərbaycanın mədəniyyət xadimlərinə, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:
1. Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin:
Abasəliyev Ağa Cəbrayıl Ağasaleh oğlu
Cəfərova Bəsti Əli qızı
Əhmədov Cəfər Namiq Kamal oğlu
Haşımova Şahnaz Həsən qızı
Qarayev Yasin Mikayıl oğlu
Məhərrəmov Məbud Əliəsgər oğlu
Muradova Təranə Hüseyn qızı
Salmanlı Ağaxan Əli oğlu
Yusupova Şükufə Mühəddin qızı.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
01 yanvar 2015-ci il tarixdən qadınların təqaüdə çıxmaları üçün yaş həddi 60 yaş müəyyən edildiyini nəzərə alaraq, Gəncə Şəhər Filarmoniyasının ali təhsili olmayan direktoru Şahnaz Haşımovanın yaşının 59 olması, onun adını qabaqcıl mədəniyyət işçisi kimi Prezident təqaüdçiləri siyahısınasalıb. Bu dəfə də mədəniyyət və turizm naziri Əbülfəz Qarayev, ölkə başçısını aldatmağa çürət edib. Bu dəfə sözünü ona görə istifadə edirik ki, çünki, o, ötən il də Gəncədə Qəmbər Hüseynli adına musiqi kollecinin direktoru Gülçin Mirzəyevaya da, təhsil sahəsində çalışmasına baxmayaraq "əməkdar mədəniyyət işçisi " fəxri adının verilməsi, yenə də mədəniyyət nazirliyi tərəfindən təqdim olunmuşdu. Xatırladaq ki, G.Mirzəyeva fəaliyyət göstərdiyi illər ərzində bir gündə olsa belə, mədəniyyət sahəsində çalışmayıb. Ölkə başçısının sərəncamlarına məsuliyyətsiz yanaşan mədəniyyət nazirliyinin, görəsən gəncəli xanımlara bu cür canfəşanlıq göstərməsi nədən irəli gəlir? Əgər atılan addımlar Gəncə şəhərinə göstərilən diqqətdən irəli gəlirsə, o halda mədəniyyət sahəsində çalışan və yaşı altmışı keçənlər də nəzərə alınardı. Görünür özlərini ən kasıb nazirlik adlandıran Mədəniyyət və Turizm Nazirliyi, kimin hansı potensiala malik olmasını və ya da turizm sektoru hesabına maliyyələşməsini hələlik dəqiqləşdirə bilmir. (Bu daha aktual məsələdir. Bu haqda da növbəti sayımızda bəhs edəcəyik)
Ali təhsili olmayan və uzun illər ərzində Gəncə Filarmoniyasına direktorluq edən (yiyələnən desək lap yerinə düşər) Şahnaz Haşımova, bu gün gah özünü Elmar Vəliyevin qohumu kimi təqdim edir, gah da “daydayı”sının Mədəniyyət və Turizm Nazirliyində əsas fiqurlardan biri hesab olunan Ədalət Vəliyev olduğunu açıq deməkdən də çəkinmir. Hər il maaş kartları dəyişən ərəfədə isə, tabel tutub yay məzuniyyət günlərinin hesabına həddi-hüdudu bilinməyən maliyə maxinasiyası etməkdən çəkinməyən, ali təhsili olmayan Şahnaz Haşımovaya, Azərbaycan Respublikası qanunvericiliyindən kənara çıxaraq yaşının 60-a çatmasına ilyarım qalmış təqaüd verilməsi təklifi, bu dəfə Mədəniyyət və Turizm Nazirliyinin mövcud qanunvericiliyimizə etinasızlığından başqa bir şey deyil. Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev, belə bir addımını atanda ya Azərbaycan qanunvericiliyə əhəmiyyət verməyib, ya da ki, bu kimi məsələlərlə nazir müavini Ədalət Vəliyev məşğul olub? Hər iki halda nəticə onu isbat edir ki, ölkə başçısı adı çəkilən qurumun səlahiyyətliləri tərəfindən aldadılıb. Şahnaz Haşımova ilə bağlı onu da qeyd edək ki, o, onu təbrik edənlərə "gələn il də Prezident təqaüdünü həyat yoldaşım Eldar üçün alacağam" deməkdən də çəkinmir.
Bir faktı da qeyd etmək yerinə düşər ki, mövcud qanunvericiliyimizə zidd olmasına baxmayaraq, filarmoniya direktorunun bütün ailə üzvləri elə adı çəkilən filarmoniyada stat cədvəli üzrə vəzifə daşıyırlar. Haşımova bütün yaxın çevrəsini işə götürməklə, sanki “ailə ansamblı” yaradıb. Həmin şəxslər işə gəlməsələr də, heç bir söz-söhbət olmadan maaşlarını ala bilirlər. Müharibə gedən bir ölkədə görünür hərə bir yolla büdcəni talayır ki, Haşımova da həmin şəxslərdən heç də geridə qalmır.
Ş.Haşımova mötəbər titul hesab olunan "Prezident təqüdü"nü kimlərin köməkliyi ilə necə alıbsa, həmin titul ona sanki bazar iqtisadiyyatını xatırladır. Əgər əvvəllər, yəni sovet dönəmində hansısa alimə, incəsənət sahibinə belə bir titul vermək lazım gəlirdisə, onun üçün uzun illər gəlib keçməli idi. Görünür Şahnaz Haşımovanın və Gülçin Mirzəyevanın nazirlik tərəfindən irəli sürülmüş təqdimatında, onun bacısının rolu böyük olub.
Qəmbər Hüseynli adına Gəncə musiqi kollecinin direktoru Gülçin Mirzəyevanın bacısı, hal-hazırda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar Siyasət Məsələləri Şöbəsinin müdiri Fatma xanım Abdullazadənin köməkçisi vəzifəsində çalışır. Onu da qeyd etmək yerinə düşər ki, Gəncə Filarmoniyasında olduğu kimi, elə musiqi kolleci də düz 30-40 ildir ki, ailə podratı əsasında idarə olunur. Belə ki, hələ sovet dönəmindən Gülçin Mirzəyevaya qədər Gəncə Musiqi Kollecinin direktoru onun qayınatası mərhum Vahid müəllim olmuş, sonradan o, daşıdığı vəzifəsini varisi olaraq gəlini Gülçin Mirzəyevaya həvalə etmişdir.
Şahnaz Haşımovanın bacısı isə, özünün vikipediyada qeyd etdiyi kimi, müğənni Aybəniz Haşımovanın böyük bacısıdır. Səhnəyə də ondan əvvəl qədəm qoyub. O, hətta Prezident təqaüdü almaq üçün, vikipediyada öz tərcümüyi-halını saxtalaşdırmaqdan belə çəkinməyib. Belə ki, orada yazılıb ki, "Ş.Haşımova şəhərin ictimai-siyasi həyatında fəal iştirak etməklə bərabər, Gəncə Dövlət Filarmoniyasının "Göy-Göl" Dövlət Mahnı və Rəqs Ansamblı, Xalq Çalğı Alətləri Orkestri və Dövlət Kamera Orkestrinin konsertlərinə bədii rəhbərlik və təşkilatçılıq da edir.
Əslində o, orta ixtisas təhsillidir. Yəni, ali təhsili olmadığına baxmayaraq, hələ də filarmoniyaya direktorluq edir, vikipediyada özü haqqında yazdığı kimi, bu gün bədii rəhbər deyil. Bütün dünyanın istifadə etdiyi internet istifadəçilərinin istinad göstərdikləri vikipediyada, bu cür yalnış məlumatlar yazmaq nəyə lazımdır?
P.S. Etibarlı mənbələrdən əldə etdiyimiz məlumatlarda bildirilir ki, Mədəniyyət və Turizm Nazirliyi ən kasıb nazirlik hesab olunsa da, qazanc əldə etməyin yolunu titul sövdələşdirməsində tapıblar. Ancaq hansı şəkildə olursa olsun, bir kimsə tutduğu vəzifəsindən asılı olmayaraq yanlışdığa yol verdikdə düşünməlidir ki, o bu yalnışlığı edərkən, xalqının inamını heçə endirmiş olur. Vətəndaş məmurdan özbaşınalıq, qanunlara etinasızlıq, sayqısızlıq görəndə o, ilk növbədə onu aldadan, bilərəkdən səhvə yol verən məmurdan deyil, Prezidentindən inciyir. Üzümü Azərbaycan qanunlarına sayğısızlıq edən məmurlara tutub deyirəm: Cənablar! Azərbaycan xalqı ilə Prezident İlham Əliyevin ayrılmazlığını dərk edin!
Dünyanın ən dahi azərbaycanlısı olan ulu öndər, mərhum prezidentimiz Heydər Əliyevin canı,qanı hesabına qurub ərsəyə gətirdiyi Azərbaycan dövlətini, sahib olduğunuz mal-mülk kimi qoruyun. Bilərəkdən xətalara yol verməyin!
Vahid Azərbaycan naminə vəzifənizi vicdanla yerinə yetirin!

Mehriban Əzizqızı
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Azərbaycan mədəniyyət xadimlərinə prezident təqaüdü verildi

    Azərbaycan mədəniyyət xadimlərinə prezident ...

    30-12-2015, 23:43

  • 
  • 20 Yanvar hadisələrində əlil olmuş şəxslərin prezident təqaüdü artırıldı

    20 Yanvar hadisələrində əlil olmuş şəxslərin ...

    16-01-2016, 17:42

  • 
  • İdman mütəxəssislərinə Prezidentin fərdi təqaüdü veriləcək

    İdman mütəxəssislərinə Prezidentin fərdi təqaüdü ...

    25-12-2019, 15:35

  • 
  • Şəhid ailələri üçün prezident təqaüdü artırıldı

    Şəhid ailələri üçün prezident təqaüdü artırıldı ...

    16-01-2016, 17:49

  • 
  • Azərbaycan prezidentinin iqtisadi islahatlar üzrə köməkçisi təyin edilib

    Azərbaycan prezidentinin iqtisadi islahatlar üzrə ...

    25-01-2016, 16:06


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu