GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Cavid Qurbanov özgə əmlaklarını necə ələ keçirib?

Cavid Qurbanov özgə əmlaklarını necə ələ keçirib?

Tarix: 16-05-2016, 15:20 Bölmə :GündəmXəbər / Manşet Baxış: 0
Cavid Qurbanov özgə əmlaklarını necə ələ keçirib?

Bağın içərisindəki yaşayış evi üç mərtəbəli olmaqla bərabər, müasir video nəzarət sistemi və canlı mühafizəçilərlə 24 saat ərzində də mühafizə olunur
Respublikamızda imkanlı vəzifə sahiblərinin zaman-zaman kasıb zümrəyə məxsus insanlara qənim kəsilmələri, onların pay torpaqlarının, obyektlərinin, digər daşınan əmlaklarının və.s, ələ keçirilməsi barədə xeyli məlumatlara malikik. Yəni, belə bir problemlərin varlığı haqda məlumatlar, heç də bizim üçün yeni olmayan məlumatlardandır. Təkcə əmlaklarının ələ keçirilməsi deyil, hətta onların təhqir olunmaları, zindanlara salınmaları, minbir müsibətlərlə üz-üzə qalmaları da, əksər hallarda kasıb zümrəyə məxsus olanların yaşadıqları anlar olub.
Bu günlərdə “Gündəm Xəbər”in redaksiyasına daxil olan şikayət ərizəsində isə, “Azərbaycan Dəmir Yolları” QSC-nin yeni rəhbəri, millət vəkili Cavid Qurbanovun qol qoyduğu çoxsaylı qanunsuzluqlardan bəhs olunur. Yəni, ünvanlanan məktubda Sabunçu rayonu Maştağa qəsəbəsi M.Mirətiyev küçəsi döngə-1, ev-48A ünvanında yaşayan Novruzov Nəcəfəli Novruz oğlu, Novruzov Bayram Novruz oğlu, Novruzova Mərziyyə Əliməmməd qızı və Sabunçu rayonu Bakıxanov qəsəbəsi O.Əfəndiyev 10A ünvanında yaşayan İbrahimov Həsən Heyvəli oğlu yazırlar ki, “bizim rayonun Albalı (Vişnovka) bağ massivində torpaq sahəmiz var idi. Həmin sahə də, Cavid Qurbanova məxsus bağ evi ilə bitişikdir”. Şikayətçi sakinlərdən Həsən İbrahimov onu da bildirir ki, “əvvəllər ticarətlə məşğul olsam da, çox keçmədi ki, borca düşdüm, banklara olan kreditlərimi ödəyə bilmədim. Son anda qərara gəldim ki, torpaq sahəmi satım da borclarımı ödəyim. Həmin vaxt Cavid Qurbanovun bağ təsərrüfatında tikinti işləri aparan Sadiq adlı şəxs mənə bildirdi ki, “Cavid müəllim sizə məxsus torpaq sahəsini almaq istəyir. Siz razılığınızı verin, pulunuzu nağd ödəyək. Mən həmin şəxsin danışdıqlarına qulaq asdıq və razı olduğumu da bildirdim. Ümumi razılaşma 2014-cü ildə baş tutdu və onlar həmin vaxt mənə məxsus bağ sahəsinin hasarlarını sökərək, torpaq sahəmizi öz torpaqlarına qatdılar. “Yaxın günlərdə də, pullarınız tam ödəniləcək” deməklə, məni arxayın etdilər. Çox təəssüflər olsun ki, həmin vaxt əldə etdiyimiz razılaşmamız, bu gün də həllini tapmayıb.
Onu da qeyd edək ki, hal-hazırda bizim bağ ərazilərimizin sökülmüş hasarlarının yaxınlığında Cavid Qurbanov qızı üçün təmtəraqlı villa tikdirir. Digər qonşuların ərazilərini öz ərazilərinə qatsalar da, onları da razı salmayıblar, yəni halallaşmayıblar. “Azərbaycan Dəmir Yolları” QSC-I rəhbərinə məxsus bağın ümumi ərazisi 2 hektardan çoxdur və bütün ərazi 3,5 metr hündürlükdə daş hasarla hörülüb. Bağın içərisindəki yaşayış evi üç mərtəbəli olmaqla bərabər, müasir video nəzarət sistemi və canlı mühafizəçilərlə 24 saat ərzində mühafizə olunur.
Bundan əlavə, C.Qurbanov Bilgəh magistral yolundan öz bağına qədər olan yolu genişləndirmək üçün, 1,5 km-lik ərazidə yerləşən bağ sahiblərinə kompensasiya ödəməklə, neçə-neçə bağların da hasarlıarını sökdürmüşdür. Bu da bağ sahiblərinin olduqca narazılığına səbəb olmuşdur. Aparılan yol tikinti işlərini C.Qurbanovun yaxını, hansı ki, vaxtilə Bilgəh qəsəbəsində yerləşən “Qocalar evi”nə rəhbərlik etmiş Bəhruz adlı şəxs aparmaqdadır. O, Bəhruz adlı şəxsdən soruşmaq lazımdır ki, bağ sahiblərinə payladığın vəsaitləri hansı mənbədən götürərək paylamısan?
“Azərbaycan Dəmir Yolları ”QSC-nin rəhbərinə məxsus, ikinci Zabrat qəsəbəsindəki bazarın ərazisində bənzəri olmayan “LOUVRE PLAZA” şadlıq sarayı, onun yaxınlığında “QROSS MARKET” ticarət mərkəzi, Bakıxanov qəsəbəsində nəqliyyat naziri Ziya Məmmədovla şərikli “FİDAN” şadlıq sarayı, Pirşağı qəsəbəsinin dənizkənarı hissəsində “HƏYAT” şadlıq sarayı və çoxsaylı restoranları fəaliyyər göstərməkdədir. C.Qurbanovun işçiləri daim bəyan edirlər ki, “Albalı bağ massivi onun üçün Kəlbəcərdir, “Murov” dağıdır, “Dəli dağ”dır, “İstisu” istirahət zonasıdır”.
Şikayətçilər onu da vurğulayırlar ki, “ötən üç ilə yaxın müddət ərzində C.Qurbanov, bizə məxsus bağ sahələrini öz sahəsinə qatdırmış və həmin sahələrdə yetişən məhsulları mənimsədiklərindən, bizə külli miqdarda ziyan da dəymişdir. Elə ki, qapalı səhmdar cəmiyyətinin rəhbərinə “siz bizə külli miqdarda ziyan vurmusunuz” deyib zəng edirik, o halda o, ya xidməti telefonu, ya da ki, mobil telefonu ilə bizə bildirir ki, “sizi villamdakı “podval”a saldırıb, başınıza minbir oyunlar açdıraram” deyir.
Bəli, sadalanan faktlar aparıcı bir sahəyə rəhbərlik edən C.Qurbanovun əməllərindən qaynaqlanır ki, bunun da ağrı-acısını, bu gün həmin şəxslər çəkməkdədirlər. Təəccüb doğuran hal odur ki, hələ də bu məmləkətdə deputat olan da, aparıcı sahəyə rəhbərlik edən də, kasıb-kusuba qənim kəsilir, onları gözümçıxdıya salırlar, zor-xoş əmlaklarını ələ keçirirlər. Axı, bu heç cür yolverilməzdir! Varlını da, kasıbı da yaradan bir Allah var, o da halallığı, haqqı-ədaləti sevir. Bəs səbəb nədir ki, Cavid müəllim kasıbı yaradan Allahdan ehtiyat etmir, atdığı addımları halallığa söykənmir? Deməli, …
P.S. Redaksiyamızın ünvanına daxil olan məktubda çoxsaylı problemlərin varlığından, o cümlədən “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbərinin vəzifə səlahiyyətlərini aşmasından, özgə əmlaklarını ələ keçirməsindən və.s bəhs olunur. Yəni, əsas hədəf olaraq QSC-nin rəhbəri, millət vəkili cənab Cavid Qurbanov ittiham olunur. Sadalanan faktlarla bağlı adı çəkilən qurumun mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədovla əlaqə saxlayıb, problemlərin varlığına münasibət bildirmələrini istəsək də, təəssüflər olsun ki, qarşı tərəf təqribən 48 saat ərzində belə cavab vermədi. Hətta, qəzet çapa gedərkən dəfələrlə etdiyimiz telefon zənglərimizə belə cavab vermədi.
Qarşı tərəfin mövqeyini dinləyə bilərik.

Akif Quliyev

Cavid Qurbanov özgə əmlaklarını necə ələ keçirib?
Cavid Qurbanov özgə əmlaklarını necə ələ keçirib?
Cavid Qurbanov özgə əmlaklarını necə ələ keçirib?
Cavid Qurbanov özgə əmlaklarını necə ələ keçirib?
Cavid Qurbanov özgə əmlaklarını necə ələ keçirib?
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • CAVİD QURBANOVUN ƏN YAXIN ADAMI ƏLƏ KEÇİB

    CAVİD QURBANOVUN ƏN YAXIN ADAMI ƏLƏ KEÇİB ...

    8-10-2013, 16:36

  • 
  • Cavid Qurbanov 3 milyonluq mülkü satışa çıxarıb... - İDDİA

    Cavid Qurbanov 3 milyonluq mülkü satışa ...

    12-08-2021, 17:09

  • 
  • Cavid Qurbanovun da KİTABI BAĞLANIR... - İLGİNC İDDİALAR...

    Cavid Qurbanovun da KİTABI BAĞLANIR... - İLGİNC ...

    11-08-2021, 11:24

  • 
  • CAVİD QURBANOV 15 MİN NƏFƏRİ İŞDƏN AZAD EDƏCƏK! – “Azərbaycan Dəmir Yolları”na ŞOK tövsiyə

    CAVİD QURBANOV 15 MİN NƏFƏRİ İŞDƏN AZAD EDƏCƏK! – ...

    16-04-2019, 16:35

  • 
  • Baş dəmiryolçunun yaratdığı DAHA BİR PROBLEM... - "Razılığı onlara Cavid Qurbanov verib..."

    Baş dəmiryolçunun yaratdığı DAHA BİR PROBLEM... - ...

    2-03-2020, 17:59


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu