Bir müddət əvvəl jurnalist Pərviz Həşimlinin həbsilə bir fərqli formada gündəmi məşğul edən «Azəryolservis» ASC-nin prezidenti Cavid Qurbanovla bağlı prezident seçkilərindən sonra tədbirin görüləcəyi haqda xəbərlər yayılmışdı. Bu məsələ ilə bağlı redaksiyamıza yeni informasiyalar daxil olub.
Mötəbər mənbələrdən əldə etdiyimiz informasiyaya görə, iki ilə yaxındır ki, hüquq-mühafizə orqanlarımız tərəfindən axtarışda olan Cavid Qurbanovun sürücüsü Mahir Lənkərani həbs olunub. Bu şok məlumatı redaksiyamıza çatdıran qaynaq iddia edir ki, İranın xüsusi xidmət orqanları ilə əlaqələri şübhə doğurmayan Mahir Lənkərani eyni zamanda Cavid Qurbanovun «sağ əli» kimi tanınaraq onun gizli biznesini, gizli maliyyə işlərini yönəldirmiş.
Mənbə iddia edir ki, bu günlərdə həbs olunan Mahir Lənkəranidən Cavid Qurbanova qarşı şok faktlar əldə edilib: «Hətta bu faktlar üzərə başqa vəzifəli şəxslərin də ittiham olunması mümkündür. Hər halda, seçkidən sonranı gözləməyinə dəyər».
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?