GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Qaraşov-Dadaşov tandemi bir cənub şəhərini talayır

Qaraşov-Dadaşov tandemi bir cənub şəhərini talayır

Tarix: 23-05-2016, 15:11 Bölmə :GündəmXəbər / Manşet Baxış: 0
Qaraşov-Dadaşov tandemi bir cənub şəhərini talayır

Lənkəran iki məmurun əlində girinc qalıb; icra başçısı və birinci müavinin 4 ildə gördüyü işlərin sensasion araşdırması “Gündəm-xəbər”də...

Lənkəran iki məmurun əlində girinc qalıb. İcra başçısı Taleh Qaraşov və müavini İlqar Dadaşov tandemi cənub bölgəsinin mirvarisi ola bu şəhəri alt-üst edib. Taleyinə büdcə dağıdan məmurlar yazılmış Lənkəran indi də Taleh Qaraşov komandasının zülmü altında inildəyir.

Dadaşov nə üstə “baş sındırır”?

“Gündəm-xəbər”in araşdırma qrupunun məlumatına görə, ondan əvvəl Süleyman Mikayılovun viran qoyduğu bölgədə Qaraşovun müəyyən qədər işlər görəcəyinə ümid vardı. Amma icra başçısı 2012-ci ildən bəri 4 ildə bir cənub şəhərini elə günə qoydu ki, Mikayılovun sanki yolunu davam etdi.

Onun bu fəaliyyəti təkbaşına olmadı. Belə ki, İlqar Dadaşov da öz doğma şəhərində talançılıq siyasətində imtina edə bilmədi. Lənkərana yolu düşənlər şahidi ola bilər ki, icra hakimiyyəti tərəfindən heç bir iş görülməyib.

Yalnız mərkəzdə görülən suvaq-boyaq işləri, daş-divarın bəzədilməsi icra olunub. Adi bir misal- Lənkəranın yolları hələ də bərbad vəziyyətdən xilas olmayıb. Təkcə mərkəzi bazara baş çəkmək kifayət edir ki, Lənkəran haqda təəssurat yaransın.

Nə də olmasa İ.Dadaşovun bu istiqamətdən hər gün yolu düşməmiş olmaz. Amma öz rayonuna laqeyd qalan bu məmur yalnız dövlət vəsaitlərini necə çırpışdırmaq, təhsil, səhiyyə ocaqlarını talamaq, pul yığdırmaq barədə “baş sındırır”.

Və istəyinə də nail olur. Qaraşovun xeyir-duası ilə Lənkəranda meydan sulayan Dadaşov özünü gözgörünməz məmur kimi təqdim etməyə də müvəffəq olub. Ancaq rayon sakinləri onun əməllərinə yaxından bələddir.

Dadaşovun təlimatları ilə yaxından tanış olanlar daha çox iş adamlarıdır. Rayonda sahibkarlardan pul yığılmasında Dadaşovun komandası iştirak etdiyi deyilir. Qaraşov isə Dadaşova bu müstəsna səlahiyyətləri verib.

Hesablama Palatasının sənədi kimdədir?

“Gündəm-xəbər”ə veriən məlumatda deyilir ki, əslində, bir müddət əvvələ qədər Qaraşov-Dadaşov cütlüyü yola getmirdi. Hər iki tərəf bir-birinin paxırını açmaq, maxinasiya işlərini ifşa eləməklə təhdid edirmiş. Hətta Dadaşov daha da irəli gedərək icra başçısını oğlu Seymur Qaraşovun Gənclər Mərkəzinə necə təyin etməsi, oğlunun metlax biznesi və rayonda obyektlərə nəzarət etməsini mərkəzi dairələrə çatdırmaqla təşvişə salıb.

İcra başçısı isə onun hansı işlərə qol qoyduğu lazımi ünvanlara çatdıracağını bildirib. Amma tərəflərin gərginləşən münasibətləri tədricən səngiyib və onlar dil tapa bilib.

Hesablama Palatasının Lənkəran şəhər İcra Hakimiyyətində vəsaitlərin xərclənməsi və s. məsələlərlə bağlı apardığı yoxlamanın real nəticəsi ilə bağlı yekun və əsas düzəliş edilməyən sənəd də İ.Dadaşovdadır. Xatırladaq ki, ölkə başçısı Lənkərana səfəri zamanı bir sıra obyektlərin açılışında da iştirak etmişdi.

Həmin vaxt Lənkəran şəhər icra hakimiyyətinin başçısı Taleh Qaraşovun şəhər əhalisinin fasiləsiz içməli su ilə təmin olunması ilə bağlı məruzəsi də olmuşdu. Lakin şəhərin içməli su ilə təmin olunması üçün nəzərdə tutulan xəttlərin köhnə borular vasitəsilə çəkilməsi cəmi bir neçə gündən sonra icra başçısının söylədiklərində həqiqət payının az olduğunu göstərmişdi.

Belə ki, köhnə su boruları təzyiqə davam gətirmədiyi üçün həmən sıradan çıxdı. Dövlət büdcəsindən bu məqsədlə ayrılmış pulların isə hansı məqsədlərə sərf olunduğunu T.Qaraşovun müavini İ.Dadaşov da daha yaxşı bilir və hələ ki, özünün söylədiyi kimi susmağa üstünlük verir. Ölkə başçısının Lənkərana gəlişindən bir gün əvvəl Sütəmurdov kəndi yaxınlığında baş vermiş problem səbəbindən su bütün şəhərin küçələrini basmışdı.

Kanalizasiya korrupsiyasının detalları

“Gündəm-xəbər” onu da öyrənib ki, Lənkəranda kanalizasiya sisteminin qurulmasına da ayrılan vəsait mənimsənilib. Məlum olub ki, rayon icra başçısı Taleh Qaraşov bu layihənin icrasına ayrılan büdcə pullarının taleyini həll edib. Hələ bir neçə il bundan qabaq dövlət büdcəsindən vəsait ayrılsa da şəhər üçün lazımlı olan bir sistem hələ də öz həllini tapmayıb.

Halbuki, rayon rəhbərliyi bir vaxtlar şəhər sakinlərinin bərbad kanalizasiya sistemindən şikayətçi olduqlarını, mərkəzi küçələrdə səngər kimi qazılan, əsl müharibə şəhərlərinə bənzəyən istehkamların tezliklə aradan qaldırılacağını dilə gətirirdi, rahatsız olmağa əsas yoxdur, yeni su və kanalizasiya sistemi 2014-də hazır olacaq, deyirdi. Bəs nə oldu?

Şəhər sakinləri qeyd edirlər ki, yağmurlu region olduğuna görə burada yağışdan sonra Lənkəran su altında qalır. Çirkab sular və tullantılar şəhərin küçələrinə tökülür. Əhalini yağış sularının axması üçün çoxdan qazılmış açıq xəndəklər xilas edir.

Lənkəran şəhər İcra Hakimiyyətinə su təchizatı və kanalizasiya sisteminin qurulması istiqamətində 2011-ci ilin avqustunda 210 milyon manatlıq layihə təqdim olunub. Bu işin 2014-cü ildə yekunlaşması nəzərdə tutulub. Amma heç bir iş görülməyib. Lahiyəyə görə yollar qazılıb tökülsə də layihənin icrasına başlanılsa da işlər yarımçıq qalıb.

Bu işin çətin proses olduğunu görən Lənkəran RİH-nin başçısı Taleh Qaraşov göstəriş verib ki, şəhərin küçələrində kanalizasiya üçün qazılan xəndəklər torpaqlansın.

Nəticədə bu layihə icra olunmayıb, prezidentin ayırdığı vəsait mənimsənilib, yollar bərbad günə düşüb. Bu cür analoqsuz məntiq yalnız Azərbaycan məmurunun ağlına gələ bilər. Qeyd edək ki, Masallı bu layihə həyata keçirilib.

11 milyonluq yeyinti

“Gündəm-xəbər” olaraq onu da deyək ki, canı boğaza yığılan obyekt sahibləri prezidentin son bəyanatlarından sonra azca nəfəs ala bilib. Başçının birinci müavini anlayıb ki, vəziyyəti gərginləşdirmək fəlakətlə nəticələnə bilər. Lənkəran tarixən üsyankar bölgələrdən olub. Odur ki, Quba və İsmayıllı hadisələrinin təkrarlanmasını ağlına belə gətirmək istəməyib. Amma onun əsas məntəqələrindən biri rayon mərkəzi xəstəxanasıdır.

Belə ki, Lənkəran mərkəzi rayon xəstəxanasının baş həkimi yalan danışıb. Xəstəxananın kosmetik təmir olunmuş binası ölkə başçısına yenidənqurma kimi təqdim olunub. 2012-ci ildə 3 milyon manat, 2013-cü ildə 8 milyon manat ayrılsa da, 11 milyonun xəstəxananın hansı əsaslı təmirinə sərf olunduğu açıq sual qalır.

Baş həkim Ağabala Kəlbəliyevin bu işi ört-basdır edə bilməsində rayon icra başçısının müavini İlqar Dadaşovun xüsusi dəstəyi olub. Başçı müavini ilə baş həkimin birgə 11 milyonluq maxinasiyasının həyata keçirilməsindən rayon rəhbəri Taleh Qaraşovun da xəbəri olub. Amma bu günə kimi tibb ocağındakı maxinasiya barəsində heç kim sorğu-sual edilməyib.

Təxminən 1 ay əvvəl Hesablama Palatası audit tədbirləri həyata keçirib. İşlərində nöqsanlara yol verən 5 nəfər vəzifəli şəxslə bağlı intizam-tənbeh tədbirləri tətbiq edilib. Baş mühasibə, böyük mühasibə və 1 əməkdaşa töhmət verilib, Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminə və Mərkəzi Baş Rayon Xəstəxanasının təsərrüfat işləri üzrə əməkdaşına xəbərdarlıq edilib.

Baş həkimlə başçı müavini şərikdir?

“Gündəm-xəbər”ə bildirilib ki, hazırda rayon uşaq xəstəxanası da bu binaya köçürülüb. Köhnə bina isə deputat Hadı Rəcəbli tərəfindən alınaraq restorana çevrilib. Lənkəran Rayon Mərkəzi Xəstəxansanın baş həkimi Ağabala Kəlbiyev sənəd üzərində müalicə alan xəstələrə gen-bol yeyib-içmək verib. Təkcə ötən il “Kaspiya-12” MMC-dən alınan kələm, turp, vəzəri, pamidor, xiyar və sairə məhsullara 33 min manat pul xərclənib.

Qeyd olunan məhsullar bazar qiyməti ilə alınarsa, onların ümumilikdə kütləsi 40 tondan çox edir və daşınması üçün yük vaqonu tələb olunur. Bu kütləni il boyu buralarda yatan xəstələrin adam başına böləndə, belə çıxır ki, xəstələr burdan hətta evlərinə də meyvə-tərəvəz yolayıblar. Hərçənd heçə kəsə sirr deyil ki, əksər dövlət xəstəxansında müalicə alan insanlara yaxınları ev yeməkləri gətirir.

RMX-nin “Lənkəran Tədarük Firması” MMC-dən aldığı ət məhsuluna görə ödədiyi 46 min manat ilk baxışdan kiçik görünsə də, əslində təəccüblüdür. Çünki bu pula 7 tona yaxın ət alamaq olar ki, bu da orta hesabla bir aya 600 kq edir. Təqribi hesablamalardan görünən odur ki, baş həkim ay ərzində xəstəxana həyətində həftədə 150 kq-lıq 4 öküz kəsdirib xəstələrə paylayırmış.

Meyvə-tərəvəz və ətlə müqayisədə baha olmayan və az miqdarda istifadə edilən digər ərzaq məhsulları: düz, yağ, sarıkök, verməşil və s. üçün 41 min manat xərclənməsi də (“Le-mos km” MMC-dən alınıb) şübhəlidir.

“Lənkəran Çörək” ATSC-dən lllik çörəyin alınmasına sərf edilən 16 min manat bizi azacıq düşünməyə məcbur edir. Bu pula biri 30 qəpikdən 53 333 ədəd zavod çörəyi almaq olar ki, bu da aya 4444, günə isə 146 ədəd edir. 140 ədəd çörək ən azı 250 nəfərin günlük normasıdır. Burada diqqət çəkən maraqlı məqam adam başına düşən çörəklə yemək payında olan uyğunsuzluqdur.

Yəni anlaşılan budur ki, xəstəxanada yatan xəstələrin yarısından çoxu gen-bol ət yeyib, qalanı isə sadəcə quru çörək. Sonda onu da qeyd edək ki, baş həkimin qanunları belə kobud şəkildə pozmasının və heç bir cəza almamasının səbəbini isə icra başçısının müavini İlqar Dadaşovla əlaqələndirirlər. Bütün bu səslənən iddialar və ittihamlarla bağlı hörmətli icra başçısının və müavinin, eləcə də RİH-nin mətbuat xidmətinin mövqeyini dərc etməyə də hazırıq.

Rafiq Qara
gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Taleh Qaraşovun triosu camaatı saymır

    Taleh Qaraşovun triosu camaatı saymır ...

    15-09-2016, 12:19

  • 
  • Lənkəranın icra başçısı Əli Həsənovun yaxın adamı imiş... - İDDİA

    Lənkəranın icra başçısı Əli Həsənovun yaxın adamı ...

    10-04-2020, 15:23

  • 
  • Lənkəranda QARAŞOV ÇÖKƏKLİYİ... - Ölkə inkişaf edir, Lənkəran isə geriləyir...

    Lənkəranda QARAŞOV ÇÖKƏKLİYİ... - Ölkə inkişaf ...

    27-05-2019, 12:11

  • 
  • İcra başçısı son günlər baş verənlərdən sonra avtomobillərini gizlətdi - İDDİA

    İcra başçısı son günlər baş verənlərdən sonra ...

    20-05-2020, 15:39

  • 
  • Xocalı parkını satan Lənkəranın icra başçısının şok əməlləri - FOTO

    Xocalı parkını satan Lənkəranın icra başçısının ...

    4-01-2018, 20:48


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu