GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Taleh Qaraşovun triosu camaatı saymır

Taleh Qaraşovun triosu camaatı saymır

Tarix: 15-09-2016, 12:19 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 191
Taleh Qaraşovun triosu camaatı saymır

Lənkəranda icra başçısının müavinləri - İlqar Dadaşov, Möhübbət Babayev və İlkin Rəhimov əhalinin şikayətlərini dinləmir, sakinləri başçı ilə görüşdürmür

Rayon rəhbərinin istefa ərizəsi yazdığı barədə xəbərlər yayılıb, oğlu isə...

Lənkəran problemlər məngənəsində boğulur. Süleyman Mikayılovdan sonra Taleh Qaraşov da şəhər üçün hər hansı iş görmədi.

İcra başçısının işi barəsində mətbuatda gedən yazıları ört-basdır etmək, əməllərini gizlətmək olub. Halbuki bütün lənkəranlılar nələr baş verdiyini bilir.

“Gündəm-xəbər”ə verilən məlumata görə, Lənkəranda işsizlik, narkomaniya, idarələrdə özbaşınalıq hökm sürür. Əhalinin yol, kanalizasiya, sosial müavinətlərin verilməsindəki dərəbəylik və s. problemləri həllini tapmayıb.

T.Qaraşov vətəndaşların şikayətlərini də dinləmir. Hər hansı lənkəranlı problemi ilə bağlı icra başçısının qəbuluna düşə bilmir.

Bəlkə də Qaraşov vətəndaşı qəbul etsə problemi qismən həllini tapar. Amma ətrafındakı qüvvələr bu iyerarxiyanı yaradır və sakinlərin dərdini deməyə imkan vermir.

Bunlar onun müavinləri - İlqar Dadaşov, Möhübbət Babayev və İlkin Rəhimovdur. Onlar vətəndaşlarla icra başçısı arasında körpü salmaq əvəzinə yandırırlar. Ona görə də əhali narazılıq edir.

Mənbənin sözlərinə görə, icra başçısı bir müddət əvvəl infarkt keçirib və daha çox Xanbulandakı villasında olur. Xanbulan Lənkəranın ən səfalı guşəsidir və havası çox təmizdir.

Müavinlərin öhdəsinə qalan rayonda isə adıçəkilən üç məmur meydan sulayır. Bu arada Taleh Qaraşov səhhəti ilə əlaqədar olaraq istefa ərizəsi yazıbmış.

Məlumata görə, 2 aydır ki, işə çıxmayan T.Qaraşovun xarici ölkələrdən birində müalicə aldıqdan sonra rayona qayıtdığı bildirilir.

Mənbənin verdiyi məlumata görə, Lənkarana qayıdıb işə çıxan rayon rəhbəri 2 gün rayonda qala bilib. İcra başçı cari ilin 6 aylıq hesabatına dair yığıncaq keçirdikdən sonra nəməlum səbəblərdən yenidən rayondan ayrılıb.

Hökumətdəki mənbələrdən əldə etdiyimiz məlumata görə, PA-ya çağırılan T. Qaraşovun istefa ərizəsinin alındığı deyilir. Ərizənin hansı səbəbdən alınması gizli saxlansa da mənbə icra başçısının səhətində olan problemdən dolayı bu halın baş verdiyini iddia edib. Məlumata bildirilir ki, icra başçısının belə vəziyyətə düşməsinin başqa səbəbi onun oğlu ilə bağlıdır. İddiaya görə, rayon rəhbərinin rəis oğlu azart həvəskarı olduğu üçün atasına söz gətirir.

Bundan başqa ilin 11 ayını xarici ölkələrdə olan Vüsal Qaraşov, ən çox Tiflisdəki kazinolardan səsi gəlir.

Həmin kazinolarda o atasına xeyli "ziyan" vurduğuda bildirilir. Mənbənin dediyinə görə, çox guman ki, İcra başçısının ərizəsinin alınmasının səbəbi məmur övladının dəbdəbəli həyat tərzi keçirməsi faktordur. Bildirək ki, ölkə başçısı İlham Əliyev dəfələrlə qeyd edib ki, məmur övladlarının vəzifəsindəki qeyri-etik davranışları, və dəbdəbli həyat tərzi kimliyindən aslı olmayaraq cəzasız qalmayacaq. Məlumat üçün onu da qeyd edək ki, Lənkaran ŞİHB Taleh Qaraşovun oğlu Vüsal Qaraşov 8-ci PB-nin rəisidir.

O məsuliyyətli bir postda olmasına baxmayaraq hələ də ölkədə deyil. Bu haqda xəbər portalları da yazıb. Amma heç bir açıqlama verilmir. Belə çıxır ki susmaq razılıq əlamətidir.

Ümumiyyətlə, Lənkəran iki məmurun əlində girinc qalıb. İcra başçısı Taleh Qaraşov və müavini İlqar Dadaşov tandemi cənub bölgəsinin mirvarisi ola bu şəhəri alt-üst edib. Taleyinə büdcə dağıdan məmurlar yazılmış Lənkəran Taleh Qaraşov komandasının zülmü altında inildəyir.

İlqar Dadaşov öz doğma şəhərində talançılıq siyasətində imtina edə bilmədi. Lənkərana yolu düşənlər şahidi ola bilər ki, icra hakimiyyəti tərəfindən heç bir iş görülməyib.

Yalnız mərkəzdə görülən suvaq-boyaq işləri, daş-divarın bəzədilməsi icra olunub. Adi bir misal- Lənkəranın yolları hələ də bərbad vəziyyətdən xilas olmayıb. Təkcə mərkəzi bazara baş çəkmək kifayət edirdi ki, Lənkəran haqda təəssurat yaransın. Onu da baş həkimin pulu ilə düzəldiblər.

İ.Dadaşovun işi öz rayonunu yalnız dövlət vəsaitlərini necə çırpışdırmaq, təhsil, səhiyyə ocaqlarını talamaq, pul yığdırmaqla sevir. .

Və istəyinə də nail olur. Qaraşovun xeyir-duası ilə Lənkəranda meydan sulayan Dadaşov özünü gözgörünməz məmur kimi təqdim etməyə də müvəffəq olub. Ancaq rayon sakinləri onun əməllərinə yaxından bələddir.

Dadaşovun təlimatları ilə yaxından tanış olanlar daha çox iş adamlarıdır. Rayonda sahibkarlardan pul yığılmasında Dadaşovun komandası iştirak etdiyi deyilir. Qaraşov isə Dadaşova bu müstəsna səlahiyyətləri verib.

Hesablama Palatasının Lənkəran şəhər İcra Hakimiyyətində vəsaitlərin xərclənməsi və s. məsələlərlə bağlı apardığı yoxlamanın real nəticəsi ilə bağlı yekun və əsas düzəliş edilməyən sənəd də İ.Dadaşovdadır.

Xatırladaq ki, ölkə başçısı Lənkərana səfəri zamanı bir sıra obyektlərin açılışında da iştirak etmişdi. Həmin vaxt Lənkəran şəhər icra hakimiyyətinin başçısı Taleh Qaraşovun şəhər əhalisinin fasiləsiz içməli su ilə təmin olunması ilə bağlı məruzəsi də olmuşdu.

Lakin şəhərin içməli su ilə təmin olunması üçün nəzərdə tutulan xəttlərin köhnə borular vasitəsilə çəkilməsi cəmi bir neçə gündən sonra icra başçısının söylədiklərində həqiqət payının az olduğunu göstərmişdi.

Belə ki, köhnə su boruları təzyiqə davam gətirmədiyi üçün həmən sıradan çıxdı. Dövlət büdcəsindən bu məqsədlə ayrılmış pulların isə hansı məqsədlərə sərf olunduğunu T.Qaraşovun müavini İ.Dadaşov da daha yaxşı bilir və hələ ki, özünün söylədiyi kimi susmağa üstünlük verir.

Ölkə başçısının Lənkərana gəlişindən bir gün əvvəl Sütəmurdov kəndi yaxınlığında baş vermiş problem səbəbindən su bütün şəhərin küçələrini basmışdı.

Şəhər sakinləri qeyd edirlər ki, yağmurlu region olduğuna görə burada yağışdan sonra Lənkəran su altında qalır. Çirkab sular və tullantılar şəhərin küçələrinə tökülür. Əhalini yağış sularının axması üçün çoxdan qazılmış açıq xəndəklər xilas edir.

Lənkəran şəhər İcra Hakimiyyətinə su təchizatı və kanalizasiya sisteminin qurulması istiqamətində 2011-ci ilin avqustunda 210 milyon manatlıq layihə təqdim olunub. Bu işin 2014-cü ildə yekunlaşması nəzərdə tutulub. Amma heç bir iş görülməyib. Lahiyəyə görə yollar qazılıb tökülsə də layihənin icrasına başlanılsa da işlər yarımçıq qalıb.

Bu işin çətin proses olduğunu görən Lənkəran RİH-nin başçısı Taleh Qaraşov göstəriş verib ki, şəhərin küçələrində kanalizasiya üçün qazılan xəndəklər torpaqlansın.

Nəticədə bu layihə icra olunmayıb, prezidentin ayırdığı vəsait mənimsənilib, yollar bərbad günə düşüb. Bu cür analoqsuz məntiq yalnız Azərbaycan məmurunun ağlına gələ bilər.

Lənkəran rayonunda dələduzluq faktları ilə bağlı da ilginc məlumatlar yayılıb. Məlumatda bildirilir ki, rayon məmur və sahibkarları vətəndaş tərəfindən dələduzluq yollu ilə şantaj edilməkdədirlər. Nazim Qulam oğlu Məmmədovun məmurların rayonda bəlasına çevrilməsi azmış kimi son zamanlarda yerli sahibkarların başına bəla olmaqdadır.

Lənkəran rayonunda özünü Putin Nazim ləqəbi ilə tanıdan vətəndaş idarə rəhbərlərini şantaj etməkdədir. Artıq bu şəxsin əlindən bezar olan rayon idarə rəhbərləri onun hər əmrin yerinə yetirəsi vəziyyətə gəliblər. Mənbə bildirir ki, Nazim Məmmədov son zamanlar yerli sahibkarlara zülm edir. Onlarla bağlı şər böhtan yayaraq, idarələrə şantaj xarakterli məktublar yazaraq sahibkarların incidilməsinə səbəb yaradır.

Lənkəran təhsili də bərbaddır. Hesablama Paltası şəhər Təhsil Şöbəsində yeyintilər aşkarlayıb.

ŞTŞ 87 ümumtəhsil məktəbini, 29388 şagird və 4020 müəllim kontingentini əhatə edir, ümumtəhsil məktəblərində şagirdlər üzrə orta sıxlıq 16,7 nəfərdir.

Audit olunan dövrdə Şöbə tərəfindən ümumilikdə 50865,9 min manat məbləğində vəsait icra edilib, 2013-2015-ci illər üzrə ayrılmış vəsaitlərin icra səviyyəsi müvafiq olaraq 95,1%, 95,7% və 93,9% təşkil edib.

Auditin əhatə etdiyi son tam dərs ilində (2014-2015) rayon üzrə təhsilini (tam orta) başa vurmuş 1735 şagirdin 97,9%-i attestat alsa da, onlardan yalnız 51,3%-i qəbul imtahanlarında iştirak edib. Bu imtahanların nəticələrinə görə rayon üzrə 360 nəfər tələbə adını qazanıb. Qəbul imtahanlarının nəticələrinə görə rayon abituriyentlərinin ana dili, ədəbiyyat, riyaziyyat, fizika, kimya, tarix, coğrafiya və ingilis dili fənləri üzrə göstəriciləri respublika üzrə orta göstəricidən aşağı olub.

Şöbənin tabeliyində olan ümumtəhsil məktəblərində əsasən Azərbaycan dili və ədəbiyyat, fizika, kimya, informatika, fiziki tərbiyə və ingilis dili fənləri üzrə ümumilikdə 467 saat vakant dərs olub.

İxtisaslı kadr çatışmazlığı səbəbindən həmin saatlar yaxın ixtisaslı pedoqoji kadrlar və saathesabı üzrə qonşu məktəblərdən olan müəllimlər tərəfindən tədris edilmiş və nəticə göstəricilərinə təsir edib.

Belə ki, 12 məktəb üzrə ali məktəblərə qəbul olan olmayıb, 2 kənd məktəbi üzrə qəbul imtahanı üçün sənəd verilməyib, 2 kənd məktəbi üzrə isə qəbul imtahanlarından toplanmış orta bal 100 baldan aşağı olub.Əmək haqlarının ödənilməsi ilə bağlı araşdırılma nəticəsində Şöbə tərəfindən mövcud təlimat və qaydaların tələblərinə düzgün əməl edilmədiyi üzə çıxıb.

Məzuniyyət günləri ilə üst-üstə düşən bayram günlərinin məzuniyyətin təqvim günlərinə daxil edilməsi və artıq hesablanmış iş günləri üçün əmək haqqı ödənilməsi, gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi ilə bağlı müvafiq qərarla təsdiq edilmiş müddətlərin gözlənilməməsi səbəbindən artıq əmək haqqı və kompensasiya ödənilməsi hallarına yol verilib.

Rafiq Qara
gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İcra başçısı və polis rəisi olan oğlu, kimlərin “nişangah”ına gəlib?

    İcra başçısı və polis rəisi olan oğlu, kimlərin ...

    5-02-2015, 00:12

  • 
  • Taleh Qaraşov Lənkəranı bərbad vəziyyətə salıb

    Taleh Qaraşov Lənkəranı bərbad vəziyyətə salıb ...

    22-11-2014, 02:43

  • 
  • Leyla Əliyeva “Lənkəran işi”ni nəzarətə götürdü

    Leyla Əliyeva “Lənkəran işi”ni nəzarətə götürdü ...

    4-04-2015, 14:05

  • 
  • Qaraşov-Dadaşov tandemi bir cənub şəhərini talayır

    Qaraşov-Dadaşov tandemi bir cənub şəhərini talayır ...

    23-05-2016, 15:11

  • 
  • Şirvan icra başçısının oğlunun törətdiyi qəza gizlədilir

    Şirvan icra başçısının oğlunun törətdiyi qəza ...

    24-08-2014, 13:48


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu