GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Xədicə İsmayılova azadlıqda, lakin mediaya təzyiqlər davam edir

Xədicə İsmayılova azadlıqda, lakin mediaya təzyiqlər davam edir

Tarix: 2-06-2016, 00:21 Bölmə :GündəmXəbər Baxış: 0
Xədicə İsmayılova azadlıqda, lakin mediaya təzyiqlər davam edir

Nəhayət ki, çoxdan gözlənilən olay baş verdi. Tanınmış jurnalist Xədicə İsmayılova azadlığa çıxdı. Qeyd edək ki, Azərbaycanın tanınan və haqqında ən çox danışılan jurnalistlərindən olan Xədicə İsmayılova həbsinə qədər AzadlıqRadiosunda işləyirdi, müəllif kimi ciddi tok-şoulara aparıcılıq edirdi. Lakin son illərdə o, Azərbaycanda və xaricdə daha çox təhqiaqatçı jurnalisti kimi tanınırdı.

Xədicə İsmayılovanın jurnalist araşdırmaları

Onun ən təsirli işlərindən biri də dövlət neft fondundan iri məbləğlərin hökumət nazirləri tərəfindən mənimsənilməsi ilə bağlı idi.

Lakin onun həbsxanaya salınması da jurnalisti fəaliyyətindən tamamilə məhrum edə bilmədi. Onun araşdırmaları həbsdə olduğu zaman

daMütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya qarşı Jurnalistika Layihəsi (Organised Crime and Corruption Reporting Project - OCCRP) üzrə həmkarları tərəfindən dərc edildi.

Xədicə İsmayılova hətta dəmir barmaqlıqlar arxasında olduğu və mühakimə edildiyi bir vaxtda da həbsxanalardakı “qanunsuz fəaliyyət və korrupsiyadan” söz açdı. “Məhbuslara onlara düşən ət və pendir verilmir. Prokurorların bu məsələni araşdırması yaxşı olardı” – Xədicə İsmayılova bunu öz məhkəməsində demişdi.

Jurnalist fəaliyyəti Xədicə İsmayılovaya bir sıra nüfuzlu mükafatlar qazandırıb. Bunlardan bir çoxuna o artıq məhbəsdə ikən layiq görülüb.Bu mükafatların arasında John Aubuchon Mətbuat Azadlıığı, Amerika PEN təşkilatının PEN/Barbara Goldsmith Yazmaq Azadlığı mükafatları da var.

2012-ci ildə İsmayılova Beynəlxalq Qadın Media Fondunun (International Women’s Media Foundation) Jurnalistikada Cəsarət Mükafatına layiq görülüb.

Amerikanın PEN mükafatları mərasimində “Çərpələng uçuran” kitabının müəllifi və PEN Amerika Mərkəzinin üzvü Xaled Hoseyni Xədicə İsmayılovanı “nəinki qorxmaz jurnalist, həm də Azərbaycanda öz ifadə azadlığından istifadə etmək istəyən onlarca yazar və dissidentinin qızğın müdafiəçisi” adlandırıb.

Lakin beynəlxalq aləmdə tanınan Xədicə İsmayılova apardığı araşdırmalara hökumət rəsmiləri və hakim partiyaya yaxın media qurumları tərəfindən tənqid edilirdi. Onu “amerikapərəst”, “beynəlxalq agent” adlandırırdılar.

Xədicə İsmayılova 2014-cü ilin 5 dekabrından “bir şəxsi intihara təhrik etmək” ittihamı ilə həbs olunmuşdu. Daha sonar ona qarşı əlavə ittihamlar

irəli sürüldü: Azərbaycanda bir çox başqa insan haqları müdafiəçiləri kimi o da mənimsəmədə, vergidən yayınmada və səlahiyyətlərindən sui-istifadədə ittiham edilirdi və sonda o Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən 7,5 il müddətində azadlıqdan məhrum edildi.

Makkeyndən sərt bəyanat

Xədicə İsmayılovanın həbsi xeyli müddət idi ki, beynəlxalq təşkilatlar tərəfindən pislənilir, onun həbsdən azad edilməsi tələb olunurdu.Azadlığa çıxmasından bir gün qabaq isə ABŞ Senatoru və Prezidentliyə sabiq Respublikaçı namizəd Con Makkeyn bu məsələ ilə bağlı sərt bəyanatla çıxış etdi.

“Amerikanın Səsi”nin Azərbaycan xidmətinə müsahibəsində Makkeyn AzadlıqRadiosunun jurnalisti Xədicə İsmayılovanın həbsini pislədi və hökumətin bu addımının hiddət doğurduğunu vurğuladı. ABŞ senatoru Xədicəni azad

etməyəcəyi, və ümumiyyətlə insan haqlarına hörmət etməməkdə davam edəcəyi təqdirdə, Azərbaycana qarşı addımlar atılacağını bəyan etdi: “Fikrimcə, Xədicənin həbsi onun özündən də qat-qat geniş dairəni əhatə edir. Çünki o, korrupsiyanı aşkar və ifşa edən cəsarətli və cəsur qadındır.Xədicənin həbsi ilə hökumət Azərbaycanda demokratiya və mətbuat azadlığı uğrunda mübarizə apara biləcək hər bir kəsə eyni cəza ilə üzləşəcəklərinə dair siqnal göndərir.Ona görə də, bu, yalnız onun hekayəsi deyil, Xədicə Azərbaycanda islahata olan ehtiyacın simvoludur.Onun sadəcə öz işini gördüyünə görə həbs olunması hiddət doğurur.

Onlar Xədicəni həbsdə saxlayacaqları təqdirdə - daha mühüm olaraq - insan haqlarını pozmaqda davam edəcəkləri təqdirdə, mən Azərbaycan hökumətinə qarşı addımlar atmağın tərəfdarıyam.Maqnitski Aktı dünya boyu diktatorları vahiməyə salıb.Əlbəttə ki, biz bu seçimi ciddi şəkildə nəzərdən keçirməliyik. Ümid edirəm ki, biz o

Məndə şübhə yoxdur ki, onun həbsinin davam etməsi öz təsirini göstərəcək, çünki biz insan haqlarını və mətbuat azadlığını dəstəkləyirik.Bu hökumət belə görünür ki, beynəlxalq normalara məhəl qoymur.Ümid edirəm ki, onlar anlayacaqlar ki, günahsız adamın öz mətbuat azadlığı hüququndan yararlandığına görə həbsdə saxlanılması nəinki nəzərdən qaçırılmayacaq, bu hərəkət bizi müəyyən addımlar atmağa vadar edir”.

Sonda isə Makkeyn uzun müddət Azərbaycan hökumətinin dostu olduğunu xatırladaraq belə bir mesaj verdi:“Mən onlardan çoxunu tanıyıram. Özüm orada olmuşam.Bu, düzgün hərəkət deyil.Onlar bütün xalqın imicini korlayırlar.Azərbaycanlılar yaxşı, gözəl insanlardır.Bu hərəkət onların imicinə ziyan vurur”.

Xədicə İsmayılın azad olunmasına beynəlxalq reaksiyalar

Makkeynin bəyanatından bir gün sonar Xədicə İsmayılova azadlığa buraxıldı.Bundan sonar araşdırmaçı jurnalistin şərti cəza ilə həbsdən buraxılmasına beynəlxalq ictimaiyyətdən reaksiyalar gəlməkdədir.

“Bu, Xədicə üçün möhtəşəm gündür.Eləcə də bütün jurnalistlər və bütövlükdə azad söz üçün…” – bunu Azad Avropa və Azadlıq Radiolarının baş redaktoru Nenad Pecic deyib. “Biz Xədicə və ailəsinin xoş gününə çox sevinirik və Xədicənin iş başına qayıtmasını səbirsizliklə gözləyirik”, – deyə o qeyd edib.

Avropa Şurası Parlament Assambleyasının prezidenti Pedro Aqramunt da Ali Məhkəmənin qərarını alqışlayıb: “Xədicə İsmayıl Avropa Şurasının çoxdankı tərəfdaşı və ölkəsində fəal hüquq müdafiəçisidir. Bu gün onun azad edilməsi, habelə bu yaxınlarda məşhur hüquq müdafiəçilərinin və jurnalistlərin azad edilməsi mənim Azərbaycanın dönüş nöqtəsi yaşadığından əminliyimi artırır.Mən ölkəni bu

müsbət yolda irəliləməkdə davam etməyə çağırıram”.

“Xədicə ədalətsiz həbs olunmuşdu”

Avropa Şurasının İnsan hüquqları üzrə komissarı Nils Mujnieks də Xədicə İsmayılın azad edilməsini alqışlayır. O, bu barədə özünün “Twitter” səhifəsində yazır: “Şadam ki, araşdırmaçı jurnalist və hüquq müdafiəçisi Xədicə İsmayıl nəhayət, azadlıqdadır”.

Nils Mujnieks Xədicənin ədalətsiz olaraq həbs edildiyini vurğulayır: “O, çoxdan azad edilməli idi. Mən Azərbaycan hakimiyyətini İsmayılın məhdudiyyətsiz olaraq öz fəaliyyətini davam etdirməsini təmin etməyə və öz baxışlarını ifadə etdiklərinə görə, həbs olunmuş bütün digər şəxsləri azad etməyə çağırıram”.

“Digər jurnalistlər də buraxılmalıdır”

ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviç və bu təşkilatın Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun rəhbəri Mixail Link

də Xədicəİsmayılın azadlığa buraxılmasını alqışlayıb.

“Mən Azərbaycan hökumətini Xədicə İsmayıla qarşı bütün ittihamları ləğv etməyə vəhəbsdəki digər jurnalistləri də azadlığa buraxmağa çağırıram”, – deyə Miyatoviç bildirib.

Mixail Link də bəyanatında həbsdəki digər jurnalist və bloggerlərin, o cümlədən Seymur Həzi, Əbdül Əbilov, Nicat Əliyev, Rəşad Ramazanov, Araz Quliyevin dəhəbsdən buraxılması üçün çağırış edib.

Miyatoviç və Link onu da qeyd ediblər ki, ATƏT Azərbaycana media azadlığı vəjurnalistlərin təhlükəsizliyi sahəsində vəziyyətin yaxşılaşdırılması, həmçinin insan hüquqları və əsas azadlıqların müdafiəsi üçün lazım olan köməyi göstərməyə hazırdır.

“Azadlıq” radiosunun Bakı bürosunu da açın”

“Azadlıq” radiosunun da daxil olduğu ABŞ-ın Yayım İdarəetmə Şurasının (BBG) sədri Ceff Şell də Xədicə İsmayılın azadlığa buraxılmasını

alqışlayıb və Azərbaycan hakimiyyətini onun barəsində hələ də qüvvədə olan ittihamları ləğv etməyə, jurnalistin azadlığını tam təmin etməyə çağırıb: “Hakimiyyəti ”Azadlıq” radiosunun Bakı bürosunun ofisinin açılmasına şərait yaratmağa, radionun ölkə daxilindəki müxbirlərinə təzyiqlərinə son qoymağa çağırıram”.

BBG-nin direktoru Cohn F. Lansing də hadisəyə münasibə bildirib: “Ümid edirəm ki, bu, Azərbaycana söz azadlığı ilə bağlı dəyişikliyin göstəricidir. Amma daha çox iş görülməlidir”.

Cohn F.Lansing Azərbaycan hökumətini Xədicə İsmayılın üzərindən ölkədən çıxış qadağasını götürməyə çağırıb, onun həbsdən əvvəl olduğu kimi narahat edilməyəcəyinə, izlənməyəcəyinə ümid etdiyini bildirib: “Azərbaycan hökumətini ”Azadlıq” radiosunun Bakı bürosunun jurnalistləri ilə bağlı istintaq işini dayandırmağa, 2014-cü ilin dekabrında ədalətsizcəsinə qapadılmış büronun işinədərhal icazə verməyə çağırıram”.

Beləliklə, həbsdə olan jurnalistlərdən daha biri azadlığa qovuşdu və bu hamı tərəfindən alqışlanır.Lakin təəssüf ki, hələ də həbsə olanlar var. Bununla belə mediaya təzyiqlər də davam edir. Məsələn elə “Gündəm xəbər» qəzetinin təsisçisi Şirin Cəfərli 2014-cü ildə məhkəmə hökmü ilə üzərinə qoyulmuş 71 min manatlıq vergi cəriməsini ödəmədiyinə görə 4 il 6 ay şərti azadlıqdan məhrum edilib. Aprelin 12-də Yasamal Rayon Məhkəməsində hakim Hüseyn Səfərov bu barədə hökm çıxarıb.

Hökmdən öncə Şirin Cəfərli məhkəmədə son sözünü deyib. O bildirib ki, üzərinə qoyulmuş 71 mindən artıq ödənişlə bağlı qərar qanunsuz və əsassızdır. Təsisçimizin sözlərinə görə, rəhbərlik etdiyi qəzetin 8 min tirajla çıxıb, hamısının da satılması fərziyyəsi ilə belə bir qərar verilib.Qəzetin kağız və çap xərcləri də nəzərə alınmayıb.

Qeyd edək ki,təsisşimiz Cinayət Məcəlləsinin 306.2-ci (vəzifəli şəxs tərəfindən məhkəmə hökmü və ya qərarını icra etməmə) maddəsi ilə təqsirli bilinir. O, 2013-cü ilin mayında Kəpəz Rayon Məhkəməsinin hökmü ilə 213.2.2 (külli miqdarda gəlir əldə etməklə vergi ödəməkdən yayınma) ittihamı ilə 3 il şərti azadlıqdan məhrum edilib. Həmin vaxt məhkəmə həmçinin Vergilər Nazirliyinin ona qarşı mülki iddiasını təmin edərək, 71 min 478 manat ödəməsi barədə qərar çıxarıb. O hökmdən verilən apellyasiya şikayətinə baxılana qədər Şirin Cəfərli 540 manat ödəyib. Şirin Cəfərli qalan məbləği ödəmədiyinə görə Ədliyyə Nazirliyinin İstintaq İdarəsində ona qarşı Cinayət Məcəlləsinin 306-cı (məhkəmənin hökmünü, qərarını icra etməmə) maddəsi ilə cinayət işi başlanıb.

Şirin Cəfərli maddi durumu ağır olduğuna görə ona tətbiq olunan vergi cəriməsini ödəyə bilməyib.

Beləliklə, təsisçimizi şərti olaraq azadlıqdan məhrum etməklə, habelə 71 min manatlıq vergi cəriməsi ilə “Gündəm Xəbər”ə təzyiqlər davam

edir.Azərbaycan hökuməti təəssüf ki, beynəlxalq təşkilatların jurnalistlərə təzyiqləri dayandırmaqla bağlı çağırışlarına əməl etmir.

Nəhayət, biz də inanmaq istərdik ki, hökumət bu məsələdə demokratik addım atacaq və üzərimizdə olan vergi cərimələrini və şərti cəzaların ləğv olunmasında mühüm rol oynamaqla beynəlxalq təşkilatlar tətəfindən ölkəmizə qarşı olan bəyanatlara son qoyulacaq.

Samir
gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Xədicə İsmayılova da azadlığa çıxır?

    Xədicə İsmayılova da azadlığa çıxır? ...

    28-03-2016, 19:35

  • 
  • Xədicə İsmayılova: “Bu məlumatı mənə MTN ötürüb” - (Fotolar)

    Xədicə İsmayılova: “Bu məlumatı mənə MTN ötürüb” ...

    17-02-2014, 12:09

  • 
  • Xədicə İsmayılova prokurorluqdan kompensasiya tələb edir

    Xədicə İsmayılova prokurorluqdan kompensasiya ...

    5-08-2016, 00:38

  • 
  • Xədicə İsmayılova şərti məhkumetmənin ləğvini istəyir

    Xədicə İsmayılova şərti məhkumetmənin ləğvini ...

    1-08-2019, 14:50

  • 
  • Xədicə İsmayılovanın bacısı qızı polisə çağırılıb

    Xədicə İsmayılovanın bacısı qızı polisə çağırılıb ...

    9-03-2018, 11:28


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu