Jurnalist Xədicə İsmayılova dünən öz facebook səhifəsində sensasion sənəd yerləşdirib. Bu barədə haqqin.az saytı xəbər verib. Xəbərə görə, söhbət MTN əməkdaşının “Tam məxfi” qrifli hesabat məktubundan gedir.
Xədicə İsmayılovanın yazdığına görə, bu sənədi ona 2011-ci ildə MNT-in hansısa keçmiş işçisi ötürüb. Lakin jurnalist həmin vaxt əlində bu sənəddə yazılanların düzgün olduğunu təsdiqləyən dəlil-sübut olmaması üzündən məktubu ictimailəşdirmək istəməyib. Bununla belə MTN-in keçmiş zabiti Mirsaleh Axundzadə dünən ANS-də çıxış edəndən sonra X.İsmayılova həmin sənədi hər halda yaymağa qərar verib. Və ona kiçik şərh də yazıb: “Bu sənəd sizin mahiyyətinizi göstərir”.
MTN-in daxili kəşfiyyat idarəsinin rəisinə ünvanlanan məktubda söhbət kimisə “verbovat” eləməkdən gedir. X.İsmayılova həmin adamın adını flomasterlə pozub. Sənəddən belə məlum olur ki, söhbət AXCP-dən olan hansısa müxalifətçidən gedir.
Maraqlıdır ki, Xədicə İsmayıl məktubu facebook-da yerləşdirdikdən 20 dəqiqə sonra onu silib. Musavat.com xəbər verir ki, bu barədə məlumat saytlarda yayılandan sonra - saat 03:40 radələrində məktubun fotosu yenidən Xədicə İsmayılovanın profilində görünməyə başlayıb.
Xədicə İsmayıl bu sənədi belə təqdim edib: “2011-ci ildə belə bir kağız parçasının şəklini göndərdilər mənə. Göndərən də Mirsaleh müəllim kimi keçmiş MTN işçisi idi. Niyə göndərdi, nə məqsəd güdürdü - bilmirəm. Amma bu kağız parçasının şəklini sənəd adlandırmaq üçün onun həqiqiliyini yoxlamaq imkanım olmadığından qaldı qaldığı yerdə. Bu gün ANS telekanalında yekə-yekə danışırdılar MTN haqqında. Busunuz da siz.
Mənə göndərilən variantda adların və detalların üstü pozulmayıb. Mən pozmuşam ki, heç kimə qara yaxılmasına vasitə olmayım”.
Virtualaz.org saytı X.İsmayılovanın yaydığı sənədi və onun facebook səhifəsinin skrin-şotunu təqdim edib .
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?