GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Unutdurulan, amma unudulmayan xalq artistinə ögey münasibət

Unutdurulan, amma unudulmayan xalq artistinə ögey münasibət

Tarix: 2-06-2016, 14:19 Bölmə :GündəmXəbər / Manşet Baxış: 0
Unutdurulan, amma unudulmayan xalq artistinə ögey münasibət

Müstəqillik dövrümüzdə Azərbaycan televiziyalarının Rəmişlə bağlı yanaşmaları da, müəyyən mənada ittiham olunası haldır.

Çünki, unutduqca gələcək nəsllər də unudulmaya məhkum olunacaqlar. Odur ki, gəlin unutmayaq və bu günümüzü, gələcəyimizi birlikdə yaşatmağa çalışaq

0 Sovet qurluşunun süqutu və onun əvəzində yeni siyasi sistemin bərqərar olmasının nəticəsi o oldu ki, hər sahədə olduğu kimi Azərbaycan mədəniyyətində, elmində, ədəbiyyatında və digər sahələrində, əsaslı dəyişikliklərin baş verməsi prosesi də özünü göstərdi. İnsanların düşüncə tərzində isə, sanki yeni çalarlar da əmələ gəlməyə başladı. Bəs ötən illər ərzində dəyişən nə oldu və dəyişdirilən nələr oldu? Ümumi şəkildə götürdükdə onu müəyyən etmək olur ki, dəyişən zəmanə olsa da, dəyişdirilən çox şeylər oldu.

0 Hal-hazırda toxunacağımız problemin varlığı da, dəyişən zəmanədə dəyişdirilənlərin günahı ucbatından yaşananlardır. Yəqin ki, bu gün təkcə Azərbaycanın geniş ictimaiyyəti deyil, hətta xarici ölkə vətəndaşlarının çoxu da, Hüseynov Rafiq (daha çox Rəmiş adı ilə tanınan) Hüseyn oğlu barədə xeyli məlumatlara malikdirlər. Çünki, bu şəxs təkcə sovet dönəmində deyil, hətta müstəqillik əldə etdiyimiz illərdən indiyə kimi də, xalqımızın milli musiqi alətlərindən birinə çevrilən gitaramızın əlçatmaz zirvəsi hesab olunur. Əbəs yerə deyil ki, daha böyük bir çevrə Rəmiş adı ilə məşhurlaşan bu dahi sənətkarı, “gitaramızın banisi” hesab etməkdən belə çəkinmirlər və onu böyül el sənətkarı da adlandırırlar. Çünki, onun qabiliyyətinə, fitri istedadına daha yaxından bələd olan hər kəs, Rəmişi xx-xı-ci əsr gitara sənətinin yaşadılmasında əvəzsiz xidməti olan sənətkar adlandırırlar.
0 Bəs bu gün 72 yaşında olan gitaraçı sənətkarın maddi durumu necədir, onun ötən illər ərzindəki əməyi dövlətimizin müvafiq qurumları tərəfindən necə qiymətləndirilir, yaxud da qiymətləndirilirmi? Belə bir səbəblər üzündən də, bir neçə gün bundan əvvəl bir növ unudulan bu dahi sənətkarla görüşməyi, onunla bağlı bəzi açıqlamaları geniş ictimaiyyətin diqqətinə çatdırmağı, sanki özümüzə bir borc da bildik. Ümumi söhbət zamanı o da bəlli oldu ki, tam əksəriyyətin Rəmiş adı ilə tanıdığı gitaraçı sənətkar, Azərbaycan Respublikası Prezidentinin 17 sentyabr 2008-ci il tarixli sərəncamı ilə “Əməkdar artist” fəxri adına layiq görülür. O, layiq olduğu belə bir fəxri ada görə ilk əvvəl dövlətdən 30 manat, bir müddət keçdikdən sonra isə 60 manat fərdi təqaüd alır. Ölkə rəhbərinin 18 dekabr 2014-cü il tarixli digər sərəncamı ilə, ona “Xalq artisti” fəxri adı da verilir. Rəmiş verilmiş bu fəxri ada görə isə, hal-hazırda dövlətdən cəmi 100 manat fərdi təqaüd almaqdadır.
0 O, bizimlə söhbətində bəzi məsələlərlə bağlı müəyyən giley-guzarını bildirsə də, amma ölkə rəhbəri cənab İlham Əliyevə minnətdarlıq etməyini, heç cür unutmadı. Çünki, o, vurğuladı ki, “yaşadığımız mənzil 2009-cu ildə möhtərəm Prezidentimiz tərəfindən mənə hədiyyə olunub. Əgər bu mənzil mənə verilməsəydi, o halda ümumi vəziyyətim olduqca çətin olardı. Odur ki, hər zaman ölkə rəhbərinə minnətdar olduğumu bildirirəm. O, çətin vəziyyətimdə məni unutmadı, atdığı addımı ilə, sanki mənə dayaq da oldu” deyir.
0 Onu da vurğulayaq ki, ölkə rəhbərinin diqqətdə saxladığı bu dahi sənətkar, təqribən on ildir ki, asma-bronxit xəstəliyindən əziyyət çəkir. Onun bu gün ümumi durumu olduqca ağır vəziyyətdədir və ciddi şəkildə müalicəyə də ehtiyacı var. Amma, maddi imkansızlığı ona müalicəsini davam etdirməyə heç cür imkan vermir. Çünki, bugünkü gitara sənətimizin korifeyi hesab olunan Rəmiş, hal-hazırda dövlətin verdiyi 100 manata möhtac qalıb. Adicə səhhətindəki probleminin müalicəsi ilə bağlı aldığı dərmanın biri 45-50 manatdır. Bu belə olduğu halda o, 100 manat təqaüdlə müalicəsini necə həyata keçirə bilər? Axı, 1966-cı ildən “Azərbaycan Televiziya və Radio Verlişləri” QSC-nin solisti olan bu şəxs, həmişə dövləti maraqlardan çıxış edən sənətkarlarımızdan olub və ötən illər ərzində də, heç bir təmənna belə güdmədən “N” saylı hərbi hissələrdə, Bilgəh qəsəbəsindəki “Qocalar evi”ndə, bir çox internat məktəblərində və.s konsert proqramları vermiş, vaxtilə çoxsaylı xeyriyyə tədbirləri də həyata keçirmişdir. İndi səhhətində ciddi problemləri olan belə bir sənətkarı unutmaq olarmı? Axı, o, bu gün də gitaramızın korifeyi adlanır. Görəsən bu gün hansısa addımı atmaqla, başqa bir Rəmişi yetişdirmək olarmı? Bax bu haqda düşünmək, bir qədər də götür-qoy etmək lazımdır. Çünki belə bir sənətkarı itirsək, yəqin ki, gitara sənətimiz ağır günlərini də yaşayacaq.
0 Bəli, bu gün gitara deyəndə hər kəs Rəmişi, Rəmiş deyəndə gitaranı başa düşür. Bu qədər ictimai nüfuzu olan, vaxtilə rusların, ispanların əlindən gitaranı alıb özmüzünküləşdirən, gitara musiqi alətinin korifeyi hesab olunan dahi sənətkar, görəsən bu gün niyə fərdi prezident təqaüdünə layiq görülmür, yoxsa haqqımı çatmır? Axı, onun belə bir təqaüdə ehtiyacı var!. Sadəcə olaraq düşünürük ki, Mədəniyyət və Turuzm Nazirliyi onunla bağlı yanaşmada, sanki unutqanlıq nümayiş etdirməkdədir. Bu da heç cür yolverilməz haldır. Çünki, cənab Prezident 2009-cu ildə Rəmişə mənzil hədiyyə etməklə bir daha ehyam etdi ki, bu cür sənətkarı heç cür unutmaq olmaz. Çünki unudulan sənətkarların aqibəti, çox zaman acı sonluqla da nəticələnib. Məsələn, Azərbaycan rəssamlıq sənətinin görkəmli nümayəndəsi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Toğrul Fərman oğlu Nərimanbəyov da bir növ unuduldu və o, ömrünün 83-cü ilində Fransada dünyasını dəyişdi.
0 Ümumi şəkildə desək, bu cür unutqanlıq, heç də yaxşı hal deyil. Çünki, unutduqca gələcək nəsllər də unudulmaya məhkum olunacaqlar. Odur ki, gəlin unutmayaq və bu günümüzü, gələcəyimizi birlikdə yaşatmağa çalışaq. Məhz ona görə ki, bir çox sənətkarlarımız, o cümlədən Rəmiş adı ilə tanınan məşhur gitaraçı sənətkar da, xalqımızın fəxridir, bugünkü tariximizdir, gələcəyimizdir.
0 Müstəqillik dövrümüzdə Azərbaycan televiziyalarının Rəmişlə bağlı yanaşmaları da, müəyyən mənada ittiham olunası haldır. Çünki, sovet dönəmində tez-tez televiziya ekranlarına dəvət olunan bu böyük sənətkar, hal-hazırda televiziya bolluğunun olduğu bir zamanda isə, nadir hallarda ekranlarda görünür. Bu da o deməkdir ki, onun unudulması istiqamətində televiziya kanallarının da müəyyən mənada rollları olur.
0 Belə bir səbəblər üzündən də, biz bu gün hesab edirik ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Rəmişlə bağlı unutqanlıq qısa zaman kəsiyində aradan qaldırılacaq və ona da fərdi prezident təqaüdünün verilməsi üçün, əməli addımlar da atılacaq.
Mövzunu diqqətdə saxlayacağıq.

Mirzə
gundemxeber.az

Unutdurulan, amma unudulmayan xalq artistinə ögey münasibət
Unutdurulan, amma unudulmayan xalq artistinə ögey münasibət
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Cinsiyyətini dəyişən aktrisa yeni imicdə - FOTO

    Cinsiyyətini dəyişən aktrisa yeni imicdə - FOTO ...

    18-09-2015, 23:39

  • 
  • Dilənçiliklə məşğul olmaq, nə kimı problemlər yaradır?

    Dilənçiliklə məşğul olmaq, nə kimı problemlər ...

    20-02-2015, 00:59

  • 
  • Bir hərbçimiz xəstəlikdən öldü

    Bir hərbçimiz xəstəlikdən öldü ...

    13-10-2013, 16:26

  • 
  • Ötən gün dünyasını dəyişən məşhur həkim kimin qızıdır?

    Ötən gün dünyasını dəyişən məşhur həkim kimin ...

    4-04-2018, 11:38

  • 
  • Qadını da, kişisi də cinsiyyətini dəyişən ailə -FOTOLAR

    Qadını da, kişisi də cinsiyyətini dəyişən ailə ...

    16-08-2014, 11:55


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (261)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu