Ölkəni silkələyən “MNT” işindən sanra, bir çoxları haqlı cəzalarını aldılar.Buna baxmayara, hələ də məmur özbaşınalığı davam edir.Yaramaz məmurlar haqqında,”Gündəm xəbər”in elektron poçtuna göndərilən şikayət məktublarının sayı-hesabı yoxdur.
Bu dəfə redaksiyamıza müraciət edən, Sumqayıt şəhər sakini, I qrup Qarabağ qazisi, Malik Məcidov “Azərişıq”ASC sədri Baba Rzayev müavinləri Xailq və Rövşənin ona etdiyi zülmdən şikayətlənir.Adlarını qeyd etdiyimiz, məmurlar fərqində deyillər ki, Maik Məcidov kimi qəhrəman oğullar olmasaydı, onlar yumşaq kreslolarına yaypanaraq, top-dağıtmaz sərvətə sahiblənə bilməzdilər...
Qeyd edək ki, M.Məcidov Daşaltı döyüşlərində 28 qəlpə və güllə yarası alıb.Onu ölmüş bilərək, döyüş xəttindən götürüb Ağdam morquna yerləşdiriblər. Üç gündən sonra,morqda övladını axtaran bir ata, M.Məcidovda həyat əlaməti hiss edərək həkimlərə xəbər verir.Yaralı dərhal Hərbi Hosritala yerləşdirilir. Uzun müddətli müalicədən sonra, M.Məcidov “ölüb-dirilən”ləqəbi ilə tanınır. M.Məcidovun ölkə başçısı, İlham Əliyevə ünvanladığı şikayət ərizəsini olduğu kimi dərc edirik.
“Hörmətli Prezident,1-ci qrup Qarabağ müharibəsi əliliyəm. Müharibəyə qədər Bakı şəhərində yerləşən ( köhnə avtovağzalın yanı) işıq idarəsində işləmişəm. Hal-hazırda “Azərişıq” ASC-nin sədri Baba Rzayevdən başqa bu günə qədər, yəni 2015-ci ilin aprelinə qədər mənə qurumun rəhbərlyi mərhum prezdent Heydər Əliyevin Qarabağ əlillərinə olan “Dövlət qayğısını” ön plana çəkilməsi ilə əlaqədar maddi yardımlar etmişlər.
Lakin, 23.05.2016 – cı il tarixdə saat 11:00 radələrində, qurumun sədri Baba Rzayevin təlimatı ilə müavini Xaliq və Rövşən məni imtiyazlı kateqoriyalı əlil kimi növbədənkənar qəbul etmək əvəzinə, məni döydülər, bədənimdəki yaralarıma ( ağır əməliyyatdan çıxmışam) xəsarət yetirdilər, sonra da məni oradan uzaqlaşdırmaq üçün polisləri çağırtdılar və mənə yardım etmək əvəzinə,oradan zor tətbiq etməklə uzaqlaşdırdılar. Polislər bildirdilər ki, idarə rəisinin müavini, Xaliqin qardaşı dənizdə boğulub.Bu səbəbdən o əsəbidir, buradan çıx get...
Sədr müavini, Xaliqin mənə dediyi sözləri, Sizə olduğu kimi yazıram: “Lələ təpəni ordumuz azad etdikdən sonra, Vladimir Putun İlham Əliyevi Prezidentlikdən kənarlaşdıraraq öz adamını təyin edib. İlham Əliyev indi heç kimdir”.
Hörmətli Prezident, sədr müavin Xaliqin dediyinə diqqət etsək, görərik ki,bu tip məmurlar dövlətdən maaş alaraq təxribatla məşğul olur. Biz döyüşçülər Sizinləyik. Sizi dəstəkləyirik, bir daha Sizin Ali Baş Komandan kimi arxanızdayıq, hər an döyüşə hazırıq,Sizin əmrinizi gözləyirik...
Lakin, Baba Rzayev, Xaliq kimi məmurlar Azərbaycan Respublikasının Prezidentini Vladimir Putinlə müqayisə edirlərsə, yazıqlar olsun onlara ...
Qeyd edim ki, hal-hazırda bu tip məmurlar Qarabağ əlillərinə diqqət, yardım, dəstək göstərmək əvəzinə,onları dövlət rəhbərliyinin əleyhinə qaldırırlar. “Azərişıq”ASC-nin sədri Baba Rzayevin və müavini Xaliqin ölkənin gərgin günlərində təxribat xarakterli, dövlətçiliyimizin əleyhinə təbliğatına görə,hüquqi qiymət verilməsi üçün aidiyyatı qurumlara tapşırıq və mənim bu qurum tərəfindən himayə olunmağıma, 2015-ci ilin aprel ayından
almadıgım maaşımın(1265 manat) hesablanaraq mənə qaytarılması haqqında “Azərişıq”ASC-nin rəhbərliyinə göstəriş verməyinizi Sizdən xahiş edirəm”.
Xatırladaq ki, Sumqayıt şəhər İH-nın sabiq başçısı, Eldar Əzizov, M.Məcidovun haqlı tələblərini (mənzil problemi) yerinə yetirməkdən imtina etdiyi üçün, o süründürməçilikdən bezərək, üzərinə neft töküb intihara əl atmışdı. Polislərin yanğına çevik müdaxiləsindən sonra, xoş təsadüf nəticəsində M.Məcidov sağ qalmışdı.10 gün texniki yanıq xəsarətlərindən müalicə alan Qarabağ qazisini, İH başçısı E.Əzizov tam sağalmamış xəstəxanadan çıxartdıraraq, Sumqayıt Şəhər Ruhi Əsəb Disponserinə (Dəlixana) saldırmışdı. Zavallı Qarabağ Qazisinin Ruhi Əsəb Disponserində müalicəyə ehtiyacı olmasa da, o zorən “müalicə”yə məcbur edilərək 15 gün dəlixanada saxlanmışdı. Bu minvalla Sumqayıt İH başçısı, məsuliyyətdan canını xilas edə bilmişdi.”Gündəm xəbər”olaraq, vətənimizin bütövlüyü uğrunda QƏHRƏMANLIQ göstərərək əlil olmuş, Malik Məcidov olayını diqqətdə saxlayacayıq.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?