GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » “Antalya Mehman”nın masaj salonları pritona çevrilib

“Antalya Mehman”nın masaj salonları pritona çevrilib

Tarix: 6-06-2016, 17:22 Bölmə :GündəmXəbər / Manşet Baxış: 0
“Antalya Mehman”nın masaj salonları pritona çevrilib

Paytaxtdakı “AQVA”, “HİLS” “Vostoçnı Bereq”, “Diana”, “Jasmin” və başqa obyektlərin sahibləri himayə edilir, hüquq-mühafizə orqanları adıçəkilən məntəqələrlə bağlı iddiaları araşdırmır

Vaxtilə qumarda müflis olmuş Mehman və şəriklərinin MTN-lə müdhiş əlaqələri haqda dosye “Gündəm-xəbər”də...

Bakının tən ortasında priton kimi fəaliyyət göstərdiyi iddia olunan məntəqə işini davam etdirməkdədir. Şəhərin mərkəzi ünvanında - Xaqani küçəsi, 20a ünvanındakı zirzəmidə yerləşən “AQVA” masaj salonu yüksək çinli məmurlar tərəfindən himayə olunduğu bildirilir. Belə olmasaydı obyekt çoxdan qıfıllanmışdı.

Hətta adı ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin məlum şəbəkəsi ilə əməkdaşlığa qarışmış “AQVA” salon hələ də əvvəlki fəaliyyətindədir. Bu da masaj salonuna hansısa qüvvələrin hami çıxdığına şübhələr oyadır.

“Gündəm-xəbər”in əvvəlki araşdırması zamanı da sözügedən obyektin təyinatı üzrə fəaliyyət göstərmədiyi eyd olunmuşdu. Elektron mediada da adıçəkilən məntəqə barəsində müxtəlif xəbərlər yayımlanıb. Ancaq hüquq-mühafizə orqanları tərəfindən hər hansı açıqlama da olmayıb, araşdırma da aparılmayıb.

Şuşalı Mehman tərəfindən idarə edildiyi deyilən masaj salonunda fahişələrin müştərilərə xidmət etdiyi iddia olunur. Müştərilərə intim xidmət təklif olunur ki, bunun da qiyməti masajdan ayrıdır.

Məlumatlar da belə deməyə əsas verir ki, hüquq-mühafizə orqanlarının “AQVA”da araşdırma aparmasına zərurət yaranıb. Bəzi iddialara görə, MTN-nin həbsdəki şəbəkəsi sözügedən masaj salonla əməkdaşlığa gedərək istirahətə gələn müştəriləri şantaj edirmiş. Onların video görüntüləri qeydə alınıb, rüsvay ediləcəyi haqda təhdidlər edilib, imkanlı iş adamları bu şəkildə soyulub.

Hazırda masaj salonuna gələn müştərilər heç nə hiss etmirlər. Onlar masaj üçün müraciət edir və bəyəndiyi qızı seçir. Masaj otağında isə dialoq gedir və seks xidmət təklif edildiyi bildirilir. İnsan alverinin məskəninə çevrilmiş “AQVA”-ya geniş imkan yaradılıb.

Bakı polisi ara-sıra pritona çevrilmiş obyektlərdə əməliyyat keçirir və fahişəxanalar aşkarlayır. Belə yerlər çayxana, masaj salonu, gözəllik salonu adları altında fəaliyyət göstərir. Amma adıçəkilən obyektin işində şuşalı Mehman tək deyil. Şəriki Baxşəli və digər şəxslər də “idarə heyəti”nin üzvləridir.

İşin ironiyası isə priton olduğu iddia edilən obyektin YAP-ın, Rəssamlar İttifaqının, xüsusi əhəmiyyətli inzibati binaların olduqca yaxınlığında yerləşməsidir. Amma niyəsə “AQVA”

barədə mətbuatda yer alan iddiaların üzərindən sükutla keçilir. Hətta bu ünvanla bağlı Səbail rayon Polis İdarəsinə müraciətlər olunsa da, tədbir görülmür.

Mehman və Baxşəlinin Səməd Vurğun küçəsində yerləşən “HİLS” masaj salonu, Yasamal rayonu ərazisində “Vostoçnı Bereq” masaj salonu, Memar Əcəmi metrosunun yanında üzərinə masaj qeyd olunan və keçidi ilə fərqlənən, eyni zamanda ümumi görünüşü diqqəti cəlb edən masaj salonu var.

Ancaq pay sahibi «Antalya Mehman» kimi tanınan şəxsdir. “Antalya Mehman”ın yüksək çinli məmurlardan biri tərəfindən ciddi şəkildə himayə olunduğu iddia edilir.

Mənbə qeyd edir ki, “AQVA” masaj salonunun sahibi müştərilərə yüksək səviyyədə xidmət göstərmələri üçün bir sıra xarici ölkələrdən yüngül həyat tərzi keçirən qadınları sahibi olduğu pritona cəlb edib. O, hər bir obyektdən sutka ərzində qadın bədəninin istismarından külli miqdarda gəlir əldə edilir.

İstismar olunan qadınların hər bir isə obyektlə 50 faiz müqabilində işləyir. Bununla da «AQVA» massaj salonunun sahibi fahişəxanaların hesabına milyonlar əldə edir. bir vaxt «Antalya Mehman» da həmin dönəmdə qumarxana sahibi olub:

“Deyilənlərə görə, o, oynatdığı oyunu özü oynamağa başladığı gündən iflas etməyə başlayıb. Beləliklə də o, əlində nəyi varsa hamısını qumarda uduzur, sonradan isə Nobel prospektindən Zığ qəsəbəsinə gedən yolun sol istiqamətində “Antalya” restoranını icarəyə götürməklə yenidən arenaya qayıtmaq fikrinə düşür.

O, bir müddət həmin obyekti işlədikdən sonra şəhərin mərkəzində bir necə masaj salonı açmağa başlayır. İlk günlər massaj salon kimi fəaliyətdə olan bu obyektlər sonradan fahişəxanalara çevrilib. Lakin nədənsə o vatdan indiyədək Mehmanın əməllərinə hüquqi qiymət verilməyib. Çünki o, nüfuzlu şəxslərdən birinin himayəsindədir və buna görə də özünü olduqca sərbəst hiss edir».

Qeyd edək ki, dünyaca məşhur BBC korporasiyasına daxil olan “Lonely Planet” jurnalı dünyanın ən əyləncəli gecə həyatına malik şəhərlərinin reytinq cədvəlində Bakını səkkizinci sırada göstərmişdi. Orada deyilirdi ki, müsəlman ölkələrindən ilk dəfə olaraq siyahıya Azərbaycanın paytaxtı Bakı da düşüb.

Jurnalın ekspertləri bunu sürpriz hesab etmirlər. “Lonely Planet” yazır ki, Bakı özünün gecə barları, gecə klubları və dəbdəbəli restoranları, lüks sayıla bilən digər dəbdəbəli əyləncə məkanları ilə əcnəbi qonaqları cəlb edir. Bunun ən böyük səbəbi isə bu tipli məkanlarda hər cür əyləncənin olmasıdır.

Jurnalın ilk onluğunda birinci yeri Serbiyanın paytaxtı Belqrad tutur, səkkizinci yerdə isə Bakıdır. Jurnalın ekspertləri Bakının gecə həyatına görə Dubayla yarışdığını da xüsusi vurğulayıblar. O da qeyd olunur ki, Bakının gecə həyatı biznesi onun sahiblərinə və himayədarlarına böyük qazanc gətirir. Çünki qiymətlər çox yüksəkdir.

Ümumiyyətlə, Bakının mərkəz və ətraf ərazilərində hər addımbaşı bar, diskoteka, gecə klublarına rast gəlmək olar. Sözügedən əyləncə mərkəzləri isə çox vaxt açıq şəkildə priton kimi fəaliyyət göstərirlər. Və onların sahiblərinə “gözün üstə qaşın var” deyən yoxdur. Paytaxt barlarında sistemləşmiş bir şəbəkə mövcuddur.

ABŞ Dövlət Departamentinin “Trafficking in persons report " hesabatında Azərbaycanın insan alveri ilə mübarizədə minimal standartlara cavab vermədiyi qeyd olunub. Bildirilir ki, ”ölkə traffikinq qurbanlarının aşkar edilməsi, insan alveri işləri üzrə təhqiqat aparılması və cinayət məsuliyyətinə cəlb etmə sahəsində əhəmiyyətli tərəqqiyə nail olmayıb".

Hesabatda həmçinin qeyd olunur ki, Azərbaycandan olan kişilər Rusiya və Moldovada məcburi əməyə cəlb olunurlar, qadınlar isə BƏƏ, Türkiyə, Rusiya və İranda cinsi zorakılığa məruz qalırlar. Sənəddə Azərbaycanın insan alveri prosesində tranzit ölkə kimi istifadə olunduğu göstərilir:

“Azərbaycan Özbəkistan və Qazaxıstandan olan qadınların məcburi şəkildə fahişəliyə cəlb olunması üçün Türkiyə və BƏƏ-yə göndərilməsində tranzit ölkə kimi istifadə olunur. Çindən olan qadınlar isə Azərbaycanda küçə ticarətçiləri kimi məcburi əməyə cəlb edilir”.

Əslində bunun üçün xüsusi araşdırmaya ehtiyac da yoxdur. Şəhərdəki barların əksəriyyəti onsuz da priton kimi fəaliyyət göstərir. Burada 15-18 yaşlı qızlar cinsi istismara cəlb olunur. Ancaq həmin əyləncə məkanları ilə bağlı dəhşətli bəla odur ki, barlar QİÇS, HİV, hepatit C və B, sifilis və başqa xəstəliklərin mənbəyinə çevrilib.

Ekspertlər də hesab edirlər ki, bar və digər əyləncə məntəqələrində QİÇS və başqa yoluxucu xəstəliklərin daşıyıcıları olan fahişələr var: “Ən dəhşətlisi odur ki, fahişəlik "cavanlaşıb". Bir neçə il bundan əvvəl fahişəlik 25 yaşından sonra başlayırdısa, hazırda bu yaş dövründə artıq ”qoca fahişə" sayılır. İndi fahişəliyin yaş həddi 15-18 yaş arasıdır. Bu, Azərbaycanın genafonduna çox mənfi təsir göstərir. Xəstəliklərin yayılmasına gətirib çıxarır".

Bundan əlavə, saunalar, motellər də priton kimi fəaliyyət göstərir. Paytaxtın ən məşhur və açıq şəkildə fəaliyyət göstərən pritonu isə “Relax” adı ilə tanınan “yuva”dır. Burada 1 saatlıq intim 50 manatdır.

Barda qızlarla “görüşmək” üçün xüsusi otaqlar ayrılıb. Qız seçimi edilib pul ödənilir. Konkret olaraq, bu yuvada insan alverinin leqal forması mövcuddur. Onu da deyək ki, mətbuatda fahişəliyin leqallaşdırılması ilə bağlı mövzu hər dəfə gündəmə gəlsə də, bu barədə hələlik heç bir əməli addım görünmür.

Bakıda bar-disko adı altında fəaliyyət göstərən obyektlər dələduzluq, saxtakarlıq, soyğunçuluq məkanlarına çevrilib. Müştərilərin başına oyun açılır, onlar döyülür, girov saxlanır və cibindəki pullar zorla alınmayana qədər sərbəst buraxılmırlar. Onların bu hərəkətinə görə, “gözün üstə qaşın var” deyən isə yoxdur.

Bunun da bəsit səbəbi var. Çünki onlara bu imkanı yaradan şəxslər var. Heç kimə sirr deyil ki, paytaxtdakı bar adı ilə xidmət göstərən pritonları əslində yüksək çinli məmurlar himayə edir.

Bu ucdantutma demək olar ki, bütün obyektlərdə müşahidə olunur.

Bara daxil olan müştəri oturan kimi ona yaxınlaşan fahişə dərhal, müştərinin fikrini öyrənmədən içki sifariş edir. Bu içkilər isə əslində o qədər baha olmasa da, sözügedən məkanlarda “ceyran belinə” qaldırılır. Müştəri hələ heç bir içki sifariş vermədiyini deyib etirazını bildirəndə isə içəridəki qolu zorlu “qoçu dəstələri” ona hücum çəkirlər.

Rafiq Qara
gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • «Antalya Mehman» uzun müddət Akif Çovdarovun nəzarətində olub - İlginc iddialar

    «Antalya Mehman» uzun müddət Akif Çovdarovun ...

    28-06-2016, 18:41

  • 
  • Bakıda masaj salonu adı ilə fahişəxana təşkil edən qadın saxlanıldı

    Bakıda masaj salonu adı ilə fahişəxana təşkil ...

    14-01-2019, 16:13

  • 
  • Bakıda karantin qaydalarını pozan masaj salonu aşkarlandı

    Bakıda karantin qaydalarını pozan masaj salonu ...

    29-08-2020, 15:44

  • 
  • "Vostoçnibereq" adlı pritona kim nəzarət edir?

    "Vostoçnibereq" adlı pritona kim ...

    3-07-2015, 10:55

  • 
  • YAP-ın mərkəzi binasının yaxınlığında əxlaqsızlıq yuvası - VİDEO-FOTOLAR

    YAP-ın mərkəzi binasının yaxınlığında əxlaqsızlıq ...

    20-06-2016, 21:27


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (261)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu