Bakı şəhərində fəaliyyət göstərən pritonların sayı gün-gündən artır. Bu barədə etibarlı mənbə məlumat verib. Mənbənin iddialarına görə “Vostoçnibereq” adlı obiyekt masaj salonu adı altında priton kimi fəaliyyət göstərir.
Qeyd edilən pritonda 15-20 nəfər fahişə müştərilərin yolunu gözləyir. Belə ki, obiyektə daxil olan istənilən şəxs fahişələrin “xoş gəlmisiniz, büyürün gəlin” gülərüzlə və xoş sözləri ilə qarşılayırlar. Ümumi dəyəri 40 manata başa gələn “bazlıq” sonda insanı elə bir xəstəliklərə düçar edir ki, sözlə demək mümkünsüzdür.
Əldə etdiyimiz son məlumatlara görə pritonun sahibi Mehman adlı şəxsdir. Etiraf edək ki, bu yolla gəlir əldə etmək, gənclərin həyatını təhlükə altına almaq heç bir halda bağışlanmayacaq. Digər tərəfdən şəhərin mülki müdafiə obiyektlərini fahişəxanaya çevirmək özü bir cinayətdir. Dəhşətlisi budur ki, bu cür neqativ hallar hüquq mühafizə orqanların gözü qarşısında baş verir.
Əxlaqsızlıq yuvalarını görməmək, onalrı nəzarətə götürməmək nədən xəbər verdiyini belə anlamaq müşkül məsələ deyil. Tam səmimi etiraf etmək lazımdır ki, priton sahibləri ilə “razılıq” əsasında fəaliyyətlərinə “dabro” verilib. Elə bu səbəbdən Mehman adlı sahibkarın tabeçiliyində olan “Vostoçnibereq” adlı fahişəxana tam qaranti ilə fəaliyyətdədir.
Inanırıq ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi bu kimi obiyektləri nəzarətə götürəcək. Araşdırmalarımız davam edir..
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?