GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Kərəm Həsənovun ölkədən çıxışı yasaqlanıb - Şok təfsilat

Kərəm Həsənovun ölkədən çıxışı yasaqlanıb - Şok təfsilat

Tarix: 28-06-2016, 18:32 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 114
Kərəm Həsənovun ölkədən çıxışı yasaqlanıb - Şok təfsilat

MTN işi ilə bağlı ifadəsi alınan komitə sədrinin istintaq tərəfindən ölkəni tərk etməsi qadağan edilib

Onun Eldar Mahmudov şəbəkəsindəki mafioz dəstə ilə əlaqələrinin olması prezident tərəfindən bağışlanmayıb

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun ölkədən çıxışı yasaqlanıb. Bu barədə “Gündəm-xəbər”ə verilən məlumata görə, MTN işi ilə bağlı ifadəsi alınan komitə sədrinin istintaq tərəfindən ölkəni tərk etməsi qadağan edilib.

K.Həsənovun aylardır başağrısına çevrilən bu məsələdən heç cürə qurtula bilmir. Ölkə rəhbərliyi qarşısında etimadını itirmiş komitə sədri vəzifəsini qorumağa müvəqqəti də olsa müvəffəq olub. Lakin onun başı üzərindəki qara buludlar tərk etməyib. Hələ də komitə sədri üçün MTN işinin bundan sonra istənilən cəncəli yaradacağı gözləniləndir.

Mənbənin qeydlərinə görə, K.Həsənovun Eldar Mahmudov şəbəkəsindəki mafioz dəstə ilə əlaqələrinin olması prezident tərəfindən bağışlanmayıb. Bildirilir ki, deputat qardaşı Malik Həsənov üçün də artıq sonuncu parlament dövrüdür.

Növbəti seçkidə Həsənovun mandat sahibi olmayacağı indidən bəllidir. Günahkar isə komitə sədri olan qardaşının MTN əlaqələridir. Dayaqları sarsılmış Həsənovlar yalnız özlərini həbsdən qurtara biliblər.

“Gündəm-xəbər”in əldə etdiyi məlumatlarda deyilir ki, Kərəm Həsənov bir müddət mediadakı dostları hesabına barəsində yayılan xəbərləri ört-basdır etməyə çalışdı. Amma bu da işə yaramadı. Üstəlik, komitə sədri mətbuatdakı dostlarına ayırdığı maliyyəni də dayandırıb.

Artıq Həsənovun media kampaniyası çöküb. Bəziləri bunu komitə sədri üçün təhlükənin sovuşması ilə izah edir. Amma digər tərəfdən onun gücünü azalması iddia edilir. K.Həsənovun dövlətə və ölkə rəhbərliyinə xəyanətə bərabər olan işlərdə yan-yana dayanması mərkəzi dairələrdə unudulmayıb.

Hər halda prezident MTN kimi nəhəng xüsusi xidmət orqanını ləğv etməzdi. Komitə sədrinin isə MTN naziri və ətrafındakı qruplaşma ilə işbirliyinə getməsi birbaşa ali hakimiyyətə xəyanət kimi qiymətləndirilir.

Mənbə “Gündəm-xəbər”ə bildirib ki, vaxtilə K.Həsənovun kəllə-kəlləyə gəldiyi məmur-oliqarxlarla qarşıdurması da səngiyib. Daha doğrusu, komitə sədri özü bu savaşa son qoyub. Çünki daha artıq irəli getmək üçün enerji və dayaqları qalmayıb.

Bir zamanlar MTN-dəki şantaj qruplaşmasına güvənən, qardaşının birini MTN-ə işə düzəldən, digərinə isə bu kanal vasitəsi ilə mandat qazandıran K.Həsənov indi himayəçilərini itirdiyinə görə geri çəkilməli olub.

Odur ki, təkcə hakimiyyət daxilində deyil, biznes sektorunda da zəifləmiş K.Həsənov tək-tək ticarət şirkətlərinin gözü qabağında çöküşünə şahidlik edir. O da var ki, nəqliyyat naziri Ziya Məmmədov da oxşar ssenarini yaşayıb. Komitə sədrinin də nazir kimi səlahiyyətlərinin tədricən itirməsi, nüfuzunun yerlə bir olması göstərir ki, Həsənovlar erası bitmək üzrədir.

Qaynağımız qeyd edir ki, MTN işinin bu yerə gələcəyi Həsənovun da ağlına gəlməzdi. Onun isə əsas işi MTN-dəki qruplaşmaya dəstək vermək olub. Kərəm Həsənovun bütün tapşırıqlarını Əmlak Məsələləri Dövlət Komitəsinin boz kardinalı hesab olunan və komitədəki bütün qaranlıq işlərin arxasında dayanan Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin direktoru Mohuma Heraçiyev və Dövlət Resyter Xidmətinin rəisi Məhəmməd İmanov (o artıq vəzifəsindən azad edilib) yerinə yetirib.

Yeri gəlmişkən, Mohuma Heraçiyev həm də Kərəm Həsənovun “kassası” hesab olunur. O, Kərəm Həsənovun MTN-də işləyən qardaşı Şahin Həsənovun yaхın dostudur. MTN-nin sifarişləri də məhz Əmlak Məsələləri Dövlət Komitəsinin boz kardinalı vasitəsi ilə həyata keçirilib.

Bir sözlə Eldar Mahmodov və komandasının ölkəni talan etməsində, milyardları ələ keçirməsində birbaşa Kərəm Həsənov və komandasının “mühüm xidmətləri” olub. Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi vəzifəsindən azad edilib. Yuхarıda qeyd etdiyimiz kimi, o, Kərəm Həsənovun tapşırığı ilə

MTN-in sifarişlərini həyata keçirən əsas fiqurlardan biri olub. Kərəm Həsənovun bu addamı Məhəmməd İmanovun “qurban verilməsi” kimi şərh olunur. Görünür komitə sədri əməllərinin ifşa olunduğunu görərək ən yaхın dostlarından birini qurban verərək, bütün məsuliyyəti onun üzərinə atmaqla özünü mümkün təhlükədən qorumaq istəyib.

Kərəm Həsənov bir zamanlar İqtisadi İnkişaf Nazirliyində adi işçi səviyyəsində fəaliyyətə başlayıb, Departament rəhbəri olanda böyük əksəriyyət Cəlilabad rayonunun Günəşli kəndindən olan bu şəxsin heç də öz imkanları hesabına bu yerə qədər yüksəldiyinə inanmırdı.

Həqiqətən də deyilən kimiydi və onu bu qədər yüksəldən də elə həmkəndlisi sayılan nazir Fərhad Əliyev olmuşdu. Əlindən tutub, vəzifə başına çəkib, çörək sahibi edəndə Əliyev zənn etmirdi ki, günlərin birində Kərəm Həsənov onu sataraq, özünə yeni yol açacaq.

Sabiq iqtisadi inkişaf naziri 2005-ci ilin əvvəllərindən etibarən artıq duyuq düşmüşdü ki, onun haqqında olan və olmaz bütün məlumatlar MTN və Prezident Admnistrasiyasına tutarlı məlumatlar sızdırılır.

Ətrafında çox axtarışlar apardıqdan sonra bir nəticəyə vaqif ola bilməyən sabiq nazir işi zamanın axarına buraxmaq məcburiyyətində qalmışdı. Ta o vaxta kimi ki, yanına MTN-in Anti Terror Mərkəzinin keçmiş rəis müavini, özünü həbsxanada asan İlqar Əliyevin Fərhad Əliyevin yanına «Vüqar» adıyla gələnə qədər.

Orada artıq Əliyev anlamağa başlamışdı ki, ona deyilənlərin heç bir kənar yerdən çıxmayıb və birbaşa onun «mətbəxi»nə yaxın olan biri tərəfindən ötürülüb. Ancaq yenə də ağlına Kərəm Həsənov gəlməmişdi, bəlkə də gəlmişdi, amma siyahısında ən axırıncısıydı.

Sirrin üstü isə 18 oktyabr 2005-ci ildə açıldı. Və məlum olur ki, Fərhad Əliyevin bütün sirrlərinin üzərinə 5-ni də qoyaraq, yuxarılara çatdıraq Kərəm Həsənov olub. O, Kərəm Həsənov ki, Fərhad Əliyevin həmkəndlisi, qohumu, qarşısında baş əyəni idi. Amma gec idi.

Məhkəmə prosesində əsas şahid qismində Kərəm Həsənovun adının çəkilməsi artıq Fərhad Əliyev üçün maraqlı deyildi. Çünki o, MTN-də «Vüqar»ın qarşısında əyləşəndə artıq gizli mənbənin kim olduğunu öyrənmək üçün pul təklif etməklə məsələni həll etmişdi. 1 milyon dollar müqabilində İlqar Əliyev onun haqqında bilgilərin kimin ötürdüyünü söyləmişdi.

Həmin olaydan sonra Kərəm Həsənov elə zənn edirdi ki, o, hakimiyyətin «gözünün işığı», əsas adamlarından, hətta «qəhrəmanlarından» biri olacaq. Ancaq olmadı. Daha doğrusu, gözlədiyinin əksi baş verdi. Onu komitə sədri qoysalar da, zərrə qədər güvənmədilər. Kimsə özünə yaxın buraxmadı. Bu onun aldığı «Birinci dərəcəli Yanıq» «xəsarəti» idi.

Kərəm Həsənov komitə sədri olsa da, uğradığı xəyal qırıqlığından çıxa bilmədi. Çıxa bilmədikcə yanlışlıqlara, səhvlərə yol verməyə başladı. Özəlləşdirmə prosesini bütünlüklə nəzarəti altına almağa başladı.

Bəzən toqquşdu, bəzən barışdı, amma yolunu düz gedə bilmədi. O qədər irəliyə getdi ki, Prezident Admnistrasiyasına çağrıldığında kimsə onu qarşılamadı. Çünki çəkinməyə başlamışdılar. Qorxurdular ki, onunla dostluq etmək və ya yaxın münasibət qurarsalar, onları da Fərhad Əliyev kimi satacaq.

Lakin problemin kökündə dayanan başqa bir məsələ də vardı. Kərəm Həsənov artıq təhdid mənbəyinə çevrilməyə başlamışdı. Hətta bir neçə dəfə yüksək çinli məmurların tapşırıqlarını yerinə yetirmədiyinə görə, barmaq silkələsələr də, cavabı da unikal olmuşdu.

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri ona barmaq silkələyənlərə cavab olaraq, onların əmlakları barədə mətbuata yetərli qədər məlumat verə biləcəyi ilə hədələmişdi. Və bu, onun sonu olmasa da, sonunu hazırlayan arqumentlərdən biri olmağa başlamışdı.

Və bundan başqa - qardaşı, deputat Malik Həsənovun MTN əməliyyatında adının hallanması işini mürəkkəbləşdirib.

Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənovun qardaşının millət vəkili seçilməsində MTN xəttinin olması haqda iddiaların tirajlanması ölkə rəhbərliyinin diqqətinə çatıb. Artıq prezident yanında nüfuzunu və etimadını itirmiş Kərəm Həsənovun səlahiyyətlərinin də azaldılmasından sonra növbənin deputat qardaşına çatacağı istisna olunmur.

Digər qardaşı - Şahin Həsənovun MTN-də vəzifə tutması, Malik Həsənovun isə MTN şefi Eldar Mahmudov sayəsində parlamentə yol tapması dövlət rəhbərliyinin masasına qoyulan dosyedə yer aldığı bildirilir. Malik Həsənovun adının prezident İlham Əliyevə qarşı iş aparanların siyahısında yer alması deputatın taleyinin keçmiş həmkarı Çingiz Əsədullayev kimi olacağı ehtimalını yaradıb.

Xatırladaq ki, Kərəm Həsənov və Məhəmməd İmanovun MTN-lə ciddi əlaqələrə malik olmasına dair xeyli məlumatlar yayılıb. Belə ki, komitə sədrinin sabiq nazir Eldar Mahmudovla şərikli biznesinin olması, qardaşı Malik Həsənovun keçmiş MTN şefi tərəfindən 2010-cu ildə deputat seçilməsi, habelə digər qardaşı Şahin Həsənovun MTN-də şöbə rəisi təyin edilməsi, eyni zamanda qudasının da MTN-də Baş İdarələrdən birinin rəisi müavini olduğu artıq təsdiqini tapıb. Yazıda adları keçən şəxsləri də dinləməyə hazırıq.

Rafiq Qara

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 20
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Eldar Mahmudov Kərəm Həsənovun DYP-də işləyən qudasına hansı vəzifəni verib?

    Eldar Mahmudov Kərəm Həsənovun DYP-də işləyən ...

    30-10-2015, 15:54

  • 
  • Kərəm Həsənov hədəfdə

    Kərəm Həsənov hədəfdə ...

    13-12-2012, 12:37

  • 
  • MTN-dəki dəstənin ölümə bais olduğuna dair sensasion iddia: Eldar Mahmudov-Kərəm Həsənov ittifaqı - VİDEO

    MTN-dəki dəstənin ölümə bais olduğuna dair ...

    4-11-2015, 15:42

  • 
  • Qərib Məmmədovla Kərəm Həsənovun ədavəti böyüyür

    Qərib Məmmədovla Kərəm Həsənovun ədavəti böyüyür ...

    15-05-2014, 10:56

  • 
  • Kərəm Həsənovun “xəlvəti hərrac dosyesi”

    Kərəm Həsənovun “xəlvəti hərrac dosyesi” ...

    7-12-2012, 11:34


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu