GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Türkiyədə qanlı çevriliş cəhdinin səbəbləri

Türkiyədə qanlı çevriliş cəhdinin səbəbləri

Tarix: 26-07-2016, 23:46 Bölmə :GündəmXəbər / Manşet Baxış: 818
Türkiyədə qanlı çevriliş cəhdinin səbəbləri

Son həfrə ərzində Türkiyədə yaşananlar sözün həqiqi mənasında bütün dünyanın gündəmini nəinki silkələdi. Türkiyədə hərbi çevriliş cəhdi yaşandı və baş verən qanlı və dağıdıcı səhnələr qardaş ölkəmizin üzərində necə təhlükəli oyunların oynandığını bir daha üzə çıxartmış oldu. Yurdda Sülh Konseyi adlı hərbçilərdən ibarət qrupun çevriliş cəhdi onlarla polis, hərbçi və vətəndaşın qanının axmasına səbəb oldu. Türkiyədə qardaş qanı axdı, amma çevrilişə cəhd edənlər də hədəflərinə çata bilmədilər.

Həmin vahim gecə kifayət qədər ciddi sualları və yaratdığı şübhəli məqamlarla hələ çox müzakirə ediləcək.

Ortada çevrilişə cəhd faktı var və bu faktdan çıxış edərək cavablandrılması vacib olan suallar var: Çevrilişə cəhd edən tərəfin məqsədi nə idi və onlar hansı qüvvənin təmsilçiləri idilər? Və Türkiyə siyasi tarixində ikinci baş tutmayan bu açıq çevriliş cəhdi (birincisi 1962-ci ildə albay Tələt Aydəmirin təşəbbüsü olmuşdu) niyə baş tutmadı? Sualları qısa şəkildə cavablandırmağa çalışaq.

Çevrilişin səbəbi

Birmənalı şəkildə vurğulaya bilərik ki, çevriliş cəhdi ənənəvi üsulla ölkənin xarici siyasətini dəyişdirməklə regionun geosiyasi mənzərəsinə ciddi şəkildə təsir etməyi hədəfləmişdir. Türkiyədə bu şəkildə baş verəcək siyasi dəyişiklik heç şübhəsiz ki, bütünlükdə Yaxın Şərqdə ciddi və heç də xoş olmayacaq proselərə təkan verəcəkdi.

Çevrilişə cəhdin vaxti diqqət çəkir. Türkiyə son bir ayda xarici siyasətində ciddi dəyişikliklər etdi.

İsraillə Roma anlaşmasının ardından Rusiya ilə münasibətlərin normal məcraya doğru istiqamətlənməsi, əslində ciddi məqamlar idi və təkcə qardaş ölkə üçün deyil, bütünlükdə region üçün öz təsirini göstərə biləcək təsir gücünə malikdir. Türkiyənin bu uğurlu diplomatik həmlələrinin həmən ardınca İstanbulda cəmi 2 həftə əvvəl törədilən qanlı terrorun ardınca, çevriliş ssenarisinin işə düşməsi, əslində ortada olan dəhşətli mənzərəni tam mənası ilə ortaya qoymuş olur. Hər halda İsraillə razılaşmanın əldə edilməsi, Rusiya ilə münasibətləri normallaşdırmaq üçün ciddi addımların atılması heç də bütün tərəfləri razı salmır. Yəni çevrilişin düyməsinin Türkiyədən kənarda basılması ehtimalı çox yüksəkdir.

Bu bir oyun idimi?

Əslində baş verənlərin bir az qəribə ssenari üzrə getməsi belə bir şübhələrə də yol açdı ki, baş verənlər bir qurmadır və əslində iqtidarın öz

mövqelərini daha da möhkəmlətməsi və başqanlıq sisteminə keçidin tam qaranti altına alınmasına hesablanıb. Lakin bu, qətiyyən belə deyil. AKP liderinin və rəhbərliyinin belə bir təhlükəli oyuna gedəcəyi ağılasığmazdır. Bəli, Ərdoğan riski sevən siyasətçidir və ona hər kəsin birmənalı olmayan münasibətindən asılı olmayaraq faktdır ki, həm də məhz xarizması və riskli davranışları ilə 14 ildir ki, Türkiyə tarixində bir siyasi partiyanı təkbaşına iqtidar edə bilir. Əslində proselərin miqyası, həbs edilənlərin sayı və statusları da bunun imitasiya olmadığı qənaətini yaradır. Lakin təbii ki, bu çevrilişə cəhdin, Türkiyənin alışmış olduğu ənənəvi hərbi çevrilişlərdən fərqi çox oldu, bu barədə bir az sonra…

Lakin belə bir cəhdin düzənlənməsi, heç şübhəsiz ki, Ərdoğanın prezident üsul-idarəsinə gedən yolunu nəinki tamamən açdı, eyni zamanda hər zaman Türkiyədə siyasi iqtidarlara baş ağrısi olan ordunun nüfuzunu zəiflədəcək və eləcə də

iqtidarın özü üçün bir “güvən təzələnməsi testi” funksiyasını oyanmiş olacaq. Amma burada bir vacib məqam da var: Bu çevriişin qarşısının alınması yalnız Ərdoğanın və AKP-nin xidməti deyil, burada siyasi müxalifətin, eləcə də sadə türk vətəndaşının rolu son dərəcə böyükdür.

İlk növbədə bunu vurğulayaq ki, Türkiyə artıq 90-cı illərdə deyil və zamanla sistemdə və eləcə də qanunlarda, hətta zehniyyətdə baş vermiş ciddi dəyişikliklər əvvəlki kimi siyasi həyata birbaşa müdaxiləni demək olar ki, mümkünsüz edib. 21-ci əsrin ikinci onilliyində, media texnologiyalarının, informasiya ötürücülərinin bu qədər inkişaf etdiyi bir dönəmdə yalnız TRT efirinin nəzarətə götürülməsi ilə işi bitmiş hesab etmək olmaz. Və əslində prosesə bu qədər bəsit yanaşmanın özü, yuxarıda qeyd etdiyimiz çevriliş imitasiyasının qurulması ilə bağlı şübhələrə yol açmışdı. İnternetin kəsilməsi, telefon xətlərinə nəzarətin

təmini, siyasi iderlərin göz altına alınması və ümumilli kanalların nəzarətə alınması – normalda atılması labüd olan ilk addımlar idi və bundan əvvəl gerçəkləşdirilmiş hərbi çevrişlərin də dəsti-xəttinə uyğun gələrdi. Amma biz, bu dəfə tamamən fərqli yanaşmalar gördük. Polislə birbaşa qarşıdurmaya gedildi, dövlət institutlarına (məsələn, TBMM) raket zərbələri endirildi, qan axdı…

Məhz bu cür fəqliliklər ciddi şübhələrə yol açmaqda və beyinlərdə suallar yaratmaqdadır.

Yuxarıda qeyd etdiyimiz bu fəqrli məqamları, təbii ki, AKP-nin “çevriliş oyunu” versiyasını kənara qoymaq şərti ilə bu formada izah edə bilərik: Prosesə hazırlıqsız şəkildə start verilib və ya tam şəkildə koordinasiya edilməyib. Hətta belə də demək olar ki, bu cəhdin başında duranların prosesi idarə etməyə həm gücləri, həm də, yumuşaq desək, səriştələri kifayət etməyib. Qeyd edim ki, bu faktın özü onu göstərməkdədir ki,

Türkiyə Silahlı Qüvvələrinin başında duran peşəkar hərbçilərin bu cəhdin arxasında durmamasını sübut edən ən bariz nüminə olaraq da götürülə bilər.

Çevriliş niyə baş tutmadı?

Lakin çevrilişin baş tutmasına mane olan 3 vacib məqam da oldu:

1. Ordu tam olaraq bu çevrilişin içində deyildi. Bunu üç önəmli fakt sübut edir: Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akarın hərbi çevrilişə cəhd edənlər tərəfindən girov götürülməsi və Birinci Ordu Komutanı Orgeneral Ümit Dündarın çevrilişə cəhd edənlərin 1-ci Ordu Komutanlığı içində kiçik bir qrupu təmsil etmələri ilə bağlı açıqlaması və eləcə də bu cəhdin Türkiyə siyasi tarixində bundan əvvək uğurla gerçəkləşdirilən 3 hərbi çevrilişə qətyyən oxşamaması. Cəhdin arxasında sadəcə müəyyən, kiçik qrupun olması və ordunun prosesə tam

dəstək verməməsi əslində önəmli faktordr. Həmin qrupun hansı dairələrə bağlı olması və eləcə də hansı fikir və ideya daşıyıcıları olması barədə isə fikir ayrılığı var.

Rəsmi versiyaya görə çevrilişə cəhd edən qruplaşma “Paralel yapı” adı ilə tanınan Fətullah Gülən camaatına yaxın insalardır. Digər versiya isə Ordunun içində olan və iqtidara münasibəti kəskin olan Atatürkçü hərbçilərdir.

Lakin burada ciddi və üzərində xüsusi olaraq durulması vacib olan məqam var: Türk ordusu türk millətinin və Türkiyə Cümhuriyyətinin qüruru vı müdafiəçisidir! Heç bir halda baş verənlər ordunun ləkələnməsinə xidmət etməməlidir! Bütün ordunun hədəf olaraq göstərilməsi heç şübhəsiz ki, Türkiyənin özündə ciddi fikir ayrılıqlarına və parçalanmaya təkan verə bilər. Zatən bu parçalanma demək olar ki, artıq yaşanmaqdadır. İndi həm siyasi, həm sivil olaraq hər bir Türkiyə vətəndaşı ordunun psixoloji

olaraq bu basqıdan qurtulmasına yardımçı olmalıdır. Təbii ki, keçmişdə bəzi travmalar yaşamış hərbi güclər üçün bu dönəm heç də asan başa vurulmyacaq. Unutmaq olmaz: Çevrilişi Türkiyə silahlı Qüvvələri etməyib və zatən etsəydi, bu günki Türkiyədə tamamən başqa bir mənzərə yaranardı.

2. Siyasi birlik. Müxalifət partiyaları birmənalı şəkildə siyasi birlik nümayiş etdirdilər və siyasi, ideoloji baxışlarından asılı olmayaraq hər kəs bu cəhdi pisləyərək qarşı mövqe sərgiləmiş oldular. Hətta hərbi çevrilişlər zamanı belə orduya hər zaman ənənəvi müsbət referansları ilə tanınan CHP-nin birmənalı şəkildə olanları pisləməsi və çığırışı, eləcə də ordu da nüfuzu olan MHP-nin eyni mövqe sərgiləməsi, heç də bütün ordunun bu çevrilişdə iştirak etməməsini ortaya qoyan ayrı bir məqam kimi də qəbul edilə bilər.

3. Media dəstəyi. Buhadisələr bir daha sübut etdi ki, media son dərəcə ciddi bir gücdür və IV

hakimiyyət kimin arxasındadırsa o qalib olacaq. Hətta Ərdoğanın belə xalqı meydanlara səsləmək məqsədi ilə indiyədək hər zaman əleyhinə olduğu sosial media alətlərindən (skayp) istifadə etməsinin özü, düşündürücüdür.

Nəticələri nə olacaq?

Təbii ki, yaxın gələcəkdə bunun nəticələrini ən yaxın zamanlarda görəcək və hiss edəcəyik, olanlar heç şübhəsiz ki, son dərəcə dərin izlər buraxdı. Vacib olan dünən verilən mesajları hər mənada doğru oxuya bilməkdir. Unutmayaq ki, bu gün AKP iqtidarı ilə düşmən mövqedə olan “paralel yapı” adlanan nurçu-fətullahçı cameənin Türkiyədə mövqelərinin daha güclənməsi dövrü elə AKP iqtidarı dövründə oldu. Uzun zaman “Ərgənəkon”, “Balyoz” və sair bu kimi qondarma əməliyyatlarla ordunun zəiflədilməsi, nüfuzdan salınması dönəmi də məhz bu dönəmlərdə başverib!

Dünən baş verənlər heç şübhəsiz ki, demokratiyaya bir qəsd idi. Amma burada ən önəmli olan milli iradəni ortaya qoyan TÜRK MİLLƏTİDİR. Türkiyə 21-ci əsrdə demokratiya şəhidləri verdi və həm bu şəhidlər, həm də siyasi mövqeyindən asılı olmayaraq küçələrə çıxan sadə Türki vətəndaşı Türkiyənin həyatında necə böyük rol oynadığını və onun – TÜRKİ MİLLƏTİNİN iradəsindən kənar bir şey gerçəkləşdirməyin mümkünsüz olduğunu ortaya qoymuş oldu. Cəmiyyəti bölmək, üz-üzə gətirmək təhlükəsi var və məqsəd Türkiyənin bir güc olaraq siyasi iradəsini sındırmaq, Türkiyəni dövlət olaraq çökərtməkdir!

Çevrilişə cəhd edənlər də, onun qarşısında duranlar da Atatürk və cümhuriyyət dəyərlərinin, ilkələrinin müdafiəsinə qalxdıqlarını bildirirdilər. Heyf…

Türkiyədə baş verən proseslərlə bağlı Azərbaycan prezidentinin mövqeyi də çox təqdirəlayiq oldu. Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanladığı məktubda bu hadisələri böyük narahatlıqla və üzülərək izlədiyini bildirdi: “Bu, bir tərəfdən Türkiyənin dövlətçiliyinə, digər tərəfdən Türk xalqına, onun iradəsinə və seçiminə qarşı törədilən dəhşətli cinayətdir.

Həmişə Türk xalqının və dövlətinin yanında olan Azərbaycan xalqı və dövləti Türkiyənin Konstitusiyasına, demokratiyasına qarşı yönəlmiş bu cinayəti qətiyyətlə pisləyir və qəbuledilməz hesab edir. Əminəm ki, Türkiyə xalqı və hakimiyyətinin birliyini nümayiş etdirərək çevriliş cəhdinin qarşısının alınması istiqamətində həyata keçirdiyiniz qəti tədbirlər nəticəsində qardaş ölkədə vəziyyət qısa zamanda sabitləşəcək və əvvəlki qaydasına düşəcəkdir”.

Samir

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Hərbi çevrilişi Türkiyə Baş qərərgahının sabiq müşaviri planlaşdırıb

    Hərbi çevrilişi Türkiyə Baş qərərgahının sabiq ...

    16-07-2016, 11:26

  • 
  • Baş nazir: "Türkiyədə hərbi çevrilişə cəhd edilib"

    Baş nazir: "Türkiyədə hərbi çevrilişə cəhd ...

    16-07-2016, 02:15

  • 
  • Türkiyə XİN: Hərbi çevrilişə cəhd Türkiyədə demokratiya əleyhinə yönəlib

    Türkiyə XİN: Hərbi çevrilişə cəhd Türkiyədə ...

    16-07-2016, 10:50

  • 
  • Baş nazirin müavini: Türkiyədə hərbi çevrilişə səbəb yoxdur

    Baş nazirin müavini: Türkiyədə hərbi çevrilişə ...

    16-07-2016, 11:14

  • 
  • Ərdoğanın həyatına sui-qəsdə cəhd edilib

    Ərdoğanın həyatına sui-qəsdə cəhd edilib ...

    16-07-2016, 11:24


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu