Türkiyədə hərbi çevrilişə səbəb yoxdur. Trend-in CNN Türk telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Baş nazirinin müavini Toğrul Türkeş deyib.
T.Türkeş bildirib ki, Türkiyə hökuməti bu cür təxribatlara müqavimət göstərmək iqtidarındadır.
O həmçinin ölkə vətəndaşlarını soyuqqanlılığı saxlamağa çağırıb.
Anadolu agentliyinin yaydığı məlumata görə, hərbi çevrilişə cəhd nəticəsində 17 polis əməkdaşı həlak olub. Hərbi çevriliş etməyə cəhd edənlər Atatürk hava limanını tutmağa cəhd edib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?