GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Binəqədi faciəsinin ildönümü...

Binəqədi faciəsinin ildönümü...

Tarix: 26-07-2016, 23:51 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 010
Binəqədi faciəsinin ildönümü...

İcra başçısı bina yanğınında niyə “yanmadı” ? - Təfsilat

Xaləddin İsgəndərov “günah keçisi” taparaq məsuliyyətdən yayına bildi; onu son anda “ip”dən kimlərin alması haqda şok iddialar “Gündəm-xəbər”də...

Paytaxtın Binəqədi rayon icra başçısı məlum yanğında “yanmadı”. Xaləddin İsgəndərov “günah keçisi” taparaq məsuliyyətdən yayına bildi. “Gündəm-xəbər”in məlumatına görə, Binəqədidə yanan binaq faciəsindən bir il ötür və icra başçısına bu məsuliyyətsiz qərarına görə heç bir cəza tətbiq olunmadı .

İyulun 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində son illər Azərbaycan tarixinin ən məşum olayı - ötən il mayın 19-da Binəqədi rayonunda yerləşən 16 mərtəbəli binada baş vermiş yanğınla bağlı məhkəmə prosesi davam etdirildi. Yanğın hadisəsi ilə bağlı 8 nəfər təqsirləndirilir.

Bunlar 2012-2013-cü illərdə Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin rəisi işləmiş, daha sonra Binəqədi Rayon İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri olmuş Ədalət Rəcəbov, 72 saylı Mənzil-Kommunal İstismar Sahəsinin rəisi Nizami Orucovdur.

Həmçinin, 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini olmuş Qəzənfər Novruzov, “Dərnəgül Boru” zavodunun polimlərin kimyəvi, fiziki-mexaniki xassələrin təyini laboratoriyasının rəhbəri Ağacavad Məmmədovdur.

Habelə, Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov, “Global Stone” şirkətinin rəhbəri, əməkdar mühəndis Miryusif Mahmudov, “Global Stone” MMC-nin baş direktoru Uğur Bəşirov və “Global Construction” MMC-nin sədr müavini Ələkbər Əsgərovdur.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham irəli sürülüb. Həbsdə olan şəxslər iş icraçılarıdır.

“Gündəm-xəbər”in əldə etdiyi məlumata görə, işi sifariş verən isə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısıdır. Məntiqlə istintaq təqsirləndirilən şəxslərin siyahısını müəyyənləşdirərkən ilk dindirməli, istintaqa cəlb edilməli şəxs kimi məhz icra başçısının adını yazmalı idi.

Təqdim etdiyimiz təqsirləndirilən şəxslərin siyahısından göründüyü kimi, icra başçısı Xaləddin İsgəndərovun adı orada yoxdur. Ümumiyyətlə, X.İsgəndərovun adı olsaydı belə, bu şəxslər istintaqa cəlb edilməzdən əvvəl binanın qəsdən yandırılması haqda məlumatlar çox ciddi şəkildə araşdırılmalı idi.

Prezident İlham Əliyev yanğın hadisəsinin baş verməsində təqsirli bilinən şəxslər barədə cinayət işinin qaldırıldığını və onların ciddi şəkildə cəzalandırılacağını demişdi: "Əgər bütün işlər düzgün qurulsaydı, bu hadisə baş verməzdi. Azərbaycan vətəndaşları bilməlidir ki, günahkar və günahkarlar kimdir? Bu hadisəyə görə kim məsuliyyət daşıyacaq?..”

Baş verən yanğından sonra Xaləddin İsgəndərov heç nə olmayıbmış kimi insanların qarşısına çıxdı. Hətta onu ittiham edən bir vətəndaşı sakitləşdirmək cəhdləri belə uğursuz alındı.

Sakinlərə verdiyi sözün tutulması isə Xaləddin İsgəndərovla onların arasındakı uçurumu daha da dərinləşdirdi. Sakinlər bəyan edirlər ki, yanan binaya görə həbs olunan Nizami adlı jek müdirini buralarda heç vaxt görməyiblər.

Əslində Xaləddin İsgəndərovun rayona gəlişi ilə Binəqədidə canlanma müşahidə olundu, Prezidentin “məmur vətəndaşın ayağına getməlidir” çağırışına yüzdə-yüz əməl olundu... Bu proses təkcə Binəqədidə deyil, bütün Azərbaycanda gedirdi.

Və bu binəqədili kütləni - vətəndaşı sevindirirdi. Rayonun Biləcəri, Xocasən, Binəqədi və digər böyük yaşayış məntəqələrində vətəndaş İcra başçısı görürdü.

Hərdən də Alı Qocayevin tör-töküntülərini (keçmiş başçının dövründən qalan məmurları) yerli-yersiz tənqid edir, vətəndaşın qarşısında alçaldır, sanki bundan zövq alırdı. İlk günlər hər şey qaydasında idi: quruculuq və abadlıq yüksək səviyyədə idi, küçələr ot-alaqdan təmizlənir, əvvəlki başçı Alı Qocayevin “miras” qoyduğu zibil dağları “yarılırdı”.

Hətta Binəqədidə keçirdiyi ilk iclaslarını daşınan zibillərə həsr edən Xaləddin İsgəndərovun “onların sayı 400-500 və ya 700-800 kamazdan da çox idi” deməsinə təəccüblənənlərdə az deyildi.

Məlumatda deyilir ki, yanğının Avropa Oyunlarının açılışı ərəfəsinə təsadüf etməsi iqtidardakı qərar mərkəzlərini hədsiz qəzəbləndirib və mayın 20-də X.İsgəndərovun həbsinə qərar verilib. İcra başçını həbs edəcək qrup hərəkətə keçib.

X.İsgəndərov həbsinə qərar verildiyindən xəbərdar olub və kabinetində həyəcanla gözləyib. Binəqədi İcra Hakimiyyətinə çatan əməliyyat qrupu hərəkətə keçmək istəyərkən onlara "bir qədər gözləmək” göstərişi gəlib. Dəqiqələr sonra X.İsgəndərov üçün gələn maşınlar geri qayıdıb. Bəs nə baş verib ki, X.İsgəndərov həbsdən canını qurtarıb?

Mənbənin iddiasına görə, məsələyə ən son anda onu himayə edən nazir özü qarışıb. Nazir bu həbsin onun karyerasına da nöqtə qoyacağını söyləyərək siyasi rəhbərlikdən yaxın qohumu olan X.İsgəndərov üçün əfv diləyib, üstəlik, tezliklə "icra başçısının bütün səhvlərini” düzəldəcəyinə özü təminat verib. X.İsgəndərovun "ipdən” alınmasının ilginc hekayəti belədir.

Həbs təhlükəsi sovuşan kimi Binəqədidəki bütün binalarda "ölüm üzlükləri” sökülüb, X.İsgəndərov ən yaxın adamlarına heç kimdən rüşvət almamağı, bütün qanunsuz tikililəri dayandırmağı tələb edib.

İndi məlum olur ki, icra başçısı əslində "ipdən” alındığı üçün müəyyən müddət ətrafına diqqətli olmağı tapşırıb. Amma yaşadığı stress X.İsgəndərova baha başa gəlib. Xatırladaq ki, yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

Bundan başqa, mənbənin bildirdiyinə görə, “kadr islahatlar”ı tabeçiliyində olan insanları istismar etməklə yanaşı, onları hər zaman təzyiq altında saxlamağa hesablanıb.

İllərdir rayonun sosial-iqtisadi inkişafında əməyi olan insanlar Xaləddin müəllimin bir sözü ilə işləri ilə vidalaşmalı olublar. X.İsgəndərov təyinatından dərhal sonra köhnə müavinləri ilə vidalaşıb – Eldar Ağayev və Fəxrəddin postlarını itiriblər.

Daha bir müavini Qəzənfər Novruzovu isə (Bir qardaşı Vaqif Novruzov Bakı Yaşıllaşdırma Departamentinin müdiri, daha bir qardaşı Səbuhi Novruzov isə Naxçıvan MR daxili işlər nazirinin müavinidir) həbsxanaya yollaya bilib - yanan bina ilə bağlı bütün məsuliyyəti ona “yükləyib” zindana göndərdi.

İlqar Süleymanov və Aygün Əliyeva təyinat alıb. Bunların hər ikisi Cənab İsgəndərova yaxınlığı ilə tanınırlar. Digər müavin Vüsal İsmayılov isə illərdir “ip üstündə” gəzir.

Mənbə bildirir ki, İsgəndərov icra hakimiyyətinin şöbə müdirlərini də əlüstü dəyişib – Natiq, Mehdi, Emin, Nəsimi, İlqar, Nəbi və Səmayə adlı köhnə şöbə müdirləri vəzifələrini itiriblər. Başçının köməkçiləri Eldar və Rəşad digərləri kimi vəzifələri ilə sağollaşdılar. Bundan sonra İcra Hakimiyyətinin müxtəlif şöbələrində “təmizliyə” başlayıb. Belə ki, Ümumi şöbədən 3 nəfər, Qəyyumluq Komissiyasından 2 nəfər vaxtından əvvəl “təqaüdə” göndərilib, İctimai-siyasi şöbənin əməkdaşları tamamilə dəyişdirilib.

Mənbənin məlumatına görə, X.İsgəndərov İcra Hakimiyyəti ilə yanaşı, YAP Binəqədi rayon təşkilatını da inhisarına alıb. Rayon təşkilatının sədri Nəbi Xəlilovu məqamından uzaqlaşdıraraq onun yerinə Ramiz Göyüşovu “məsləhət görüb”.

N.Xəlilovun könlünü almaq və çoxillik YAP-çı təcrübəsindən bəhrələnmək üçün vergi sistemində işlə təmin ediblər. X.İsgəndərov həmçinin YAP Binəqədi rayon təşkilatının Aparat rəhbərini iki dəfə dəyişib. İlk dəfə təyin olunan Qabil adlı YAP-çını Sevinc adlı xanım əvəz edib.

Məlumatlara görə, cənab İsgəndərovun “sehrli dəyənəyi” rayon bələdiyyələrinin sədrlərindən də yan keçməyib. Binəqədi rayon Bələdiyyəsinə Sitarə Cabbarlı, Xocasən Bələdiyyəsinə Anar, Binəqədi qəsəbə Bələdiyyəsinə Aytac Əliyeva, Biləcəri qəsəbə Bələdiyyəsinə isə Hikmət sədr “seçilib”. Əslində bələdiyyələrlə bağlı İsgəndərovun bu kimi özfəaliyyəti bununla yekunlaşmır.

Prezident İlham Əliyevin təbirincə desək, ortada iş deyilən bir şey yoxdur: “Bələdiyyənin öz səlahiyyəti var, indi mən o fəaliyyəti görmürəm. Bütün bölgələrdə, kəndlərdə, şəhərlərdə görülən işlər dövlət büdcəsi hesabına görülür. Bələdiyyə bir kənd yolunu tikib? Halbuki bu, bələdiyyənin bilavasitə işidir”.

Bu fikirləri Prezident İlham Əliyev elə Xaləddin bəyin hakimi-mütləq olduğu rayonda – 16 mərtəbəli binada baş verən yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının ilk iclasında çıxışı zamanı söyləmişdi.

Dövlət başçısı demişdi ki, bütün kənd yolları dövlət büdcəsi, yaxud Prezidentin Ehtiyat Fondu hesabına tikilir: “Bələdiyyə sadəcə, bir möhür idarəsidir. Yəni qanunsuz əməllərə ştamp qoysun! Bu məsələ də prokurorluq tərəfindən araşdırılmalıdır, buna son qoyulmalıdır…”

Xatırladaq ki, İsgəndərov Xaləddin Şahmar oğlu 5 noyabr 1962-ci ildə Qasım İsmayılov (indiki Goranboy) rayonunun Xanqərvənd kəndində anadan olub. Əmək fəaliyyətinə 1979-cu ildə Yevlax rayonu Birləşdirilmiş Qaz Birliyində çilingər olaraq başlayıb.

2001-2003-cü illərdə Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Ərazi idarəetmə orqanları ilə iş şöbəsinin böyük referenti vəzifəsində, 2003-2012-ci illərdə Vergilər Nazirliyinin 11 saylı və 14 saylı Ərazi Vergi İdarələrində, Bakı şəhəri Vergilər Departamentində, Vergilər Nazirliyi yanında Xüsusi rejimli Vergi Xidməti Departamentində müxtəlif rəhbər vəzifələrdə çalışmışdır.

Rafiq Qara

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Xaləddin İsgəndərov prokurorluqda dindirildi

    Xaləddin İsgəndərov prokurorluqda dindirildi ...

    26-05-2015, 15:33

  • 
  • Bakıda yanğın zamanı ölən 15 insanın qatili müəyyənləşdi-VİDEO

    Bakıda yanğın zamanı ölən 15 insanın qatili ...

    20-04-2016, 23:43

  • 
  • Yanan bina sakinləri imtina etdilər

    Yanan bina sakinləri imtina etdilər ...

    20-05-2015, 17:38

  • 
  • Binəqədinin icra başçısı 25 yaşlı qızı yeni müavin təyin etdi

    Binəqədinin icra başçısı 25 yaşlı qızı yeni ...

    5-12-2013, 11:37

  • 
  • Binəqədidə intihara cəhd: Sahibkar 500 mini geri istədi, icra başçısı söz verdi - HADİSƏ YERİNDƏN

    Binəqədidə intihara cəhd: Sahibkar 500 mini geri ...

    5-11-2015, 18:35


Təqvim

«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Arxiv xəbərlər

İyun 2025 (216)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu