GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Birdəfəlik yardımın “əbədi” inhisarçıları...

Birdəfəlik yardımın “əbədi” inhisarçıları...

Tarix: 1-08-2016, 21:54 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 317
Birdəfəlik yardımın “əbədi” inhisarçıları...

Prezidentin qəzetlərə yardımı necə bölüşdürülür?

Dövlət başçısının sərəncamı media monopolistləri tərəfindən ədalətsiz şəkildə icra olunur, maddi ehtiyaclar içərisində çabalayan qəzetlər sıradan çıxarılır, həftəlik nəşrlərə dost əli uzadılmır

“Gündəm-xəbər” yenə ayrı-seçkiliklə üzləşdi; 7 ildir ki ən ağır şərtlər altında çap olunan qəzet gündəlik nəşrdən həftəliyə keçmək məcburiyyətində qalıb.

Qəzetlərə birdəfəlik maliyyə yardımı ayrılması haqda prezident sərəncamı düzgün və ədalətli şəkildə icra olunmadı. Məlum oldu ki, dövlət başçısının mətbuata dəstək üçün ayırdığı vəsaitin bölüşdürülməsində meyarlar, qaydalar və prinsiplər tam fərqlidir. Bu kriteriyalara cavab vermək üçün hansı şərtlər olmalıdırsa son sərəncamın icrası zamanı göründü.

Sərəncama baxış

Öncə prezident sərəncamına nəzər yetirmək lazımdır:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkədə nəşr olunan qəzetlərin maddi-texniki bazasının gücləndirilməsi məqsədi ilə qərara alıram:

Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 1,0 (bir) milyon manat ayrılsın.

Sərəncamdan göründüyü kimi, ölkədə nəşr olunan qəzetlərin maddi-texniki bazasının gücləndirilməsinə yönəlik bir addımdır. Fəqət birdəfəlik yardım alan qəzetlərin siyahısında dövlət tərəfindən daimi dəstək alanlar vardı.

Onlar ilboyu istər çap, istər əməkdaşların əmək haqları, istərsə digər texniki xərclərlə bağlı dövlətdən dəstək görür. Məsələn, “Xalq”, “Azərbaycan”, “Respublika” kimi qəzetlərin parlament, Prezident Administrasiyası tərəfindən maliyyələşməsi sirr deyil.

Dotasiya alanlar və sürünənlər

Dotasiya ilə dolanan bu qəzetlərə birdəfəlik yardım ayrılması prezident sərəncamının düzgün şəkildə icra olunmadığını göstərir. Halbuki, ölkədə onlarla müstəqil qəzetlər var, bu yardımdan məhrumdur. Onlar redaksiyanın kirayəsini, işçilərin əmək haqlarını ödəyə bilmir, çap xərclərinə gücü çatmır və sürünə-sürünə ayaq üstə dayanmağa çalışır.

Prezident sərəncamı məhz həmin ehtiyacı olan qəzetlərə yardım olunması üçün nəzərdə tutulub. Hakimiyyətin yuxarı eşelonunda bəzi qüvvələr və Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunda olan ayı-ayrı şəxslər sərəncamı öz “qayda”larına uyğun şəkildə həyata keçirir.

Nəticədə il ərzində dövlətdən maliyyələşən sözügedən qəzetlər yenidən birdəfəlik yardım da əldə edir. Bu sahəni inhisara alan gözəgörün(ən)məz qüvvələr yalnız arzuladıqları qəzetləri mükafatlandırır və hansısa

qəzet müstəqil kurs götürübsə çıxdaş olunur, dövlətin dəstəyindən təcrid edilir. Bu mətbuat siyasətində neomonopolizmdir.

İstər hakimiyyətin mətbuat siyasətinə məsul olanlar, istər KİVDF-də vəzifə tutan bəzi şəxslər bu inhisarçı siyasətlə illərlə maddi ehtiyaclar içərisində çabalayan qəzetləri sıradan çıxarmaq, onları iqtisadi sanksiyalarla əzib keçməyi hesablayıb. Elə 2009-cu ildən nəşr olunan “Gündəm-xəbər” qəzeti də bu siyasətin qurbanlarından birinə çevrilib.

Artıq 7 ildir ki çap olunan qəzet zaman-zaman basqılarla üzləşib. Bu basqılardan ən ağır iqtisadi blokada yaşayan, məhkəmələrin kəsdiyi cərimələrlə çökdürülən “Gündəm-xəbər” gündəlik nəşrdən həftəliyə keçmək məcburiyyətində qalıb.

Dövlət dəstəyi, inhisarçı barmağı

Qəzetin həftədə bir dəfə nəşr olunması məhz dövlət tərəfindən yardımına ona şamil edilməməsi, prezidentin mətbuata verdiyi dəstəyin “Gündəm-xəbər”ə bəzi qüvvələrin sayəsində gəlib çatmamasıdır. Əslində, sərəncam “Azərbaycan”, “Respublika” kimi dövlət himayəsində olan yazılı mətbuata deyil, Gündəm-xəbər” kimi müstəqil medaya ayrılmalıdır.

Qəzet həftəlik nəşrə keçməklə yanaşı çap xərclərini, işçilərin əmək haqlarını ödəməkdə çətinlik çəkir. Bu 7 ildə dövlətin ümumilli maraqlarını üstün tutan, Azərbaycanın geosiyasi planda mövqeyini dəstəkləyən, yeri gəldikdə ayrı-ayrı məmurların özbaşınalıqlarını, hüququ pozulan vətəndaşların sosial problemlərini ictimailəşdirən “Gündəm-xəbər” qəzeti dövlət dəstəyindən məhrum edilib.

Bu məhrumiyyət heç də prezident sərəncamında qeyd olunmayıb, ya da “Gündəm-xəbər”ə birdəfəlik yardım olunmasın deyə xüsusi bənd yaxud göstəriş yoxdur. Sadəcə, bəzi gözügötürməyən, inhisarçıların özfəaliyyətidir.

Dövlət başçısının mətbuatın inkişafına verdiyi dəstək, jurnalistlər üçün mənzillərin tikilməsi, KİVDF tərəfindən maliyyələşmə, iqtidar və ya müxalifyönlü fərqi qoymadan eyni dərəcədə qayğı bəslənməsi məhz İ.Əliyevin mətbuatla bağlı siyasətinin konsepsiyasıdır. Lakin bunun əksinə gedən, qərəzli, düşmən mövqeyi tutanlar olur.

Prezidentin prinsipial siyasəti təkcə mətbuata münasibətdə deyil, digər sahələrdə də özünü göstərir.İstər iqtisadi-siyasi sferada, istər siyasi partiyaların fəaliyyətində, istərsə aztəminatlı, qaçqın və köçkün, şəhid ailələrinə münasibətdə xüsusi diqqəti müşahidə etmək olar.

Təğyiri-libas olanlar kimlərdir?

Eyni zamanda altında qırmızı xətlə çiziləcək bu qeydi demək lazımdır ki, ordu quruculuğunda, özəlliklə cəbhə xəttində son baş verən hadisələrdə dövlət başçısının barışmaz mövqeyini bir daha gördük.

Prezidentin yaralı hərbçilərə baş çəkməsi, ölkənin 1-ci xanımı Mehriban Əliyevanın şəhid ailələrinin dərdinə şərik çıxması xüsusilə deyilməlidir ki, Azərbaycan bu proseslərdən növbəti dəfə alnıaçıq, üzüağ çıxdı.

Ancaq ayrı-seçkilik edən qüvvələr, fərq qoyanlar prezident sərəncamına qarşı çıxır və öz “meyar”larını, “prinsip”lərini reallaşdırır. Eyni zamanda jurnalist müsabiqələrində, mükafatlandırma mərasimlərində yenə də ayrı-seçkilik edilir.

Milli Mətbuatın növbəti Günü və ya ili geridə qaldı. Azərbaycan müasir jurnalistikası qocalıq yaşına doğru bir addım da irəlilədi.

Bu istiqamətdə ötən gün ümidverici bəyanatlar səsləndi, gələcək planlar açıqlandı, evsiz jurnalistlərin gələn il evlə təmin olunacağı müjdəsi verildi, ayrı-ayrı qurumlar tərəfindən media nümayəndələri mükafatlandırıldı. Dövlət başçısının mətbuat qayğısı, jurnalistlərin prezidentin çağırışına dəstək verilməsi haqda fikirlər

səsləndi. Qələm adamları bir daha arxayın oldular ki, onları qoruyan və hər zaman dost əlini uzadan dövlət var. Əslində, həmin gün hamı danışdı - peşəkarlar, bu yolda illərlə fədailik edənlər, təğyiri-libas olub mətbuatı ticarətə çevirənlər, oliqarxlar-nazirlərin himayəsində işləyib pafoslu çıxış edənlər... Kimin kim olduğunu barmaqla işarə verməyə ehtiyac olmadı!!! Azərbaycan mətbuatında hər kəs bir-birini ovcunun içi kimi tanıyır.

“Gündəm-xəbər”ə qarşı ayrı-seçkilik

Ona görə də bu ümidverici çıxışların, keçirilən rəsmi tədbirlərin fonunda məyusedici hal var idi; jurnalistika adına hər növ fəndgirlik, kəndirbazlıq edənlər, mətbuatı sirkə çevirənlər, xəbər siyasətində eninə-uzununa heç bir əndazə gözləməyənlər ön cərgələrdə əyləşmişdilər, müstəqil, peşəkar medianın inkişafından ağızdolusu danışır, Mətbuat Şurası və ayrı-ayrı qurumlar tərəfindən göstərdikləri “xidmət”ə görə mükafat alırdılar. MŞ-na və digər qurumlara da sirr olmayan faktdır ki, həmin sıralarda oturmuş bəzi “media kapitan”ları, xəbər portallarının “general”ları icazəli mətbuatın nümayəndələridir, ağalarından gələn sifarişlərin icraçısıdır, hansısa burjuy-məmurun maliyyəsi hesabına fəaliyyət göstərənlərdir.

Amma nə yazıq ki, 2009-dan bu yana çap mediasında peşəkarlığı hər zaman artırmağa çalışan, bayağı yazılardan qaçan, xor kampaniyasına qoşulmayan, hədə-şantaj üslubunu yaxına belə buraxmayan, dövlətin və ölkənin milli maraqlarını bütün yazılarda üstün tutan “Gündəm-xəbər” tədbirlərə dəvət olunmadı.

Ümumiyyətlə, media siyasətində öhdəliklər və şərtlər mühüm rol oynayır. Bu faktora uyğun olaraq qəzetlər birdəfəlik yardım alır. O anlamda “Gündəm-xəbər” ayrı-seçkiliklə üzləşdi. Həftəlik qəzetlər siyahıya salınmadı. Ayrılan vəsaiti bölüşdürən bəziləri yenə də “nə qədər az qəzet olsa, bizə çox qalar” prinsipi ilə düşünüblər.

Yardım ayrılan qəzetlərə gəlincə, siyahıda elə çap mediası var ki, jurnalistikada uzun müddət külüng çalmış qələm sahiblərinin belə, onların mövcudluğundan xəbəri yoxdur. Bu qəzetlərin nə böyük tirajı, nə də ictimai rəyə hər hansı təsiri var.

“Gündəm-xəbər” duruş gətirir

Ölkədə bu gün gedən son proseslər, iqtisadi hadisələr, eyni zamanda generalların həbsi, maliyyə xəyanəti, bəzi MTN məmurlarının dövlətə vurduğu zərbə, sahibkarlara edilən zülmlər, eks-nazir Eldar Mahmudovun ifşası fonunda bəzi məmurların hələ də mətbuata təzyiqləri anlaşılan deyil.

Belə məlum olur ki, “gözü çıxmış qardaşından” ibrət dərsi götürməyən bəzi vəzifə sahibləri qanunsuz əməllərini ört-basdır etməyin yolunu KİV-i təzyiq altında, maddi basqılar altında saxlamaqda, məhkəmə çəkişmələri ilə zəiflətməkdə görürlər.

Hazırda ən ağır şərtlər altında çalışan, ciddi maliyyə problemləri içərisində işləyən, satışı belə bəzi yerlərdə qadağan olunan “Gündəm-xəbər” qəzeti bütün bu çətinliklərə duruş gətirməkdədir. “Gündəm-xəbər” çox ağır keçən 2015-ci ili geridə qoyaraq yeni ildən söz azadlığının inkişafı üçün daha böyük töhfələr verməyə hazırlaşır. Təbii ki, ölkə başçısının da bu istiqamətdə dördüncü hakimiyyətə dəstəyi ən yüksək səviyyədədir. Məmurlar isə öz dəsti-xəttini dəyişmək istəmirlər.

Akif Quliyev
gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Aztəminatlı ailələrə PUL VERİLƏCƏK

    Aztəminatlı ailələrə PUL VERİLƏCƏK ...

    30-12-2015, 17:29

  • 
  • Sumqayıtda köhnə lift qalmayacaq - SƏRƏNCAM

    Sumqayıtda köhnə lift qalmayacaq - SƏRƏNCAM ...

    13-10-2015, 18:21

  • 
  • Vergilər Nazirliyinin bəzi şöbələri ləğv edildi

    Vergilər Nazirliyinin bəzi şöbələri ləğv edildi ...

    3-02-2015, 11:43

  • 
  • Prezident İlham Əliyev ehtiyat fondundan 5.5 milyon manat ayırdı

    Prezident İlham Əliyev ehtiyat fondundan 5.5 ...

    4-05-2016, 00:53

  • 
  • İlham Əliyevin icrası bayramdan-bayrama təxirə salınan sərəncamı

    İlham Əliyevin icrası bayramdan-bayrama təxirə ...

    25-03-2014, 22:26


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (84)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu