GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » İlham Əliyevin icrası bayramdan-bayrama təxirə salınan sərəncamı

İlham Əliyevin icrası bayramdan-bayrama təxirə salınan sərəncamı

Tarix: 25-03-2014, 22:26 Bölmə :Siyasət Baxış: 699
İlham Əliyevin icrası bayramdan-bayrama təxirə salınan sərəncamı
Rəsmi qurumlar heç bir arqument gətirə bilmir

Prezident İlham Əliyevin 2011-ci ilin aprel ayında imzaladığı sərəncam hələ də axıra qədər yerinə yetirilməyib. Söhbət Sabunçu rayonunda tikilən tibb ocağından gedir...
Belə ki, İlham Əliyev 2011-ci il, aprelin 27-də Sabunçu rayonunda görülən işlərlə tanış olarkən sakinlərlə də görüşmüş və onların problemləri ilə tanış olaraq onların ehtiyac və istəklərini də dinləmişdi. Sakinlər söhbət zamanı rayon ərazisində uşaqlar və böyüklər üçün fəaliyyət göstərən 12 və 18 saylı poliklinikaların istifadəyə yararsız olması haqda prezidentə məlumat vermişdilər.
Bundan sonra İlham Əliyevin sərəncamı ilə yeni poliklinikanın tikintisinə başlanılmışdı. Tibb müəssisəsi tikilməyinə tikildi, amma açılmadı...
Prezidentin 2011-ci ilin aprel ayında yeni poliklinikanın tikilməsi haqda sərəncamın verməsindən sonra 18 saylı poliklinika söküldü və bir neçə ay ərzində onun yerində ikimərtəbəli yeni bina tikildi. Binanın hazır olmasından 2 ildən çox vaxt keçməsinə baxmayaraq o, hələ ki, istifadəyə verilmir. Səbəb isə bir neçə cür izah olunur. Bu səbəbləri köhnə poliklinikanın yararsız vəziyyətindən şikayət edən sakinlərdən soruşduq.
Rayon sakinləri “Gündəm xəbər”ə dedilər ki, poliklinika tikildikdən sonra bir neçə səlahiyyətli şəxs gəlib binaya baxış keçirdilər: “Deyəsən, görülən işlərdən razı deyildilər. Tikiliyə baxdılar, narazı şəkildə çıxıb getdilər”.
Başqa bir sakin isə deyir ki, poliklinikanın bir neçə metr yaxınlığında 3 saylı Sabunçu Mərkəzi rayon Xəstəxanası (MRX) var və həmin xəstəxananın ərazisi genişdir: “Bu poliklinikanı da söküb xəstəxananın həyətində tikmək istəyirlər”.
“Poliklinika söküləcək” deyən sakinin bu sözlərindən sonra bir məsələni də qeyd edək ki, 3 saylı Sabunçu MRX-da hazırda yenidənqurma və təmir işləri aparılır. Xəstəxana tam hazır olduqdan sonra prezidentin iştirakı ilə açılış mərasiminin keçiriləcəyi də gözlənilir.
Köhnə poliklinikaların xidmətindən bezən sakinlər deyir ki, Sabunçu rayon İcra Hakimiyyətinə (RİH) bir neçə dəfə müraciət ediblər: “Gah bu bayram, gah da o bayram açılış olacaq deyərək bizi yola salıblar”. Poliklinikanın yüz faiz söküləcəyini iddia edən sakinlər də var.
Sakinlərlə söhbət edib onların fikirlərini dinlədikdən sonra 3 ilə yaxındır tikilən və qapısına “İşləmir” yazılmış lövhə asılan poliklinikanın taleyi haqda rəsmi məlumat öyrəndik.
İlk rəsmi məlumatı Səhiyyə Nazirliyindən aldıq. Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirli mətbuata açıqlamasında bildirdi ki, poliklinika Sabunçu RİH tərəfindən tikilib: “Bəzi texniki problemlər olduğundan poliklinikanın açılışı bu vaxtadək uzanıb. Amma Novruz bayramı ərəfəsində, ya da ondan sonra açılış olacaq”.
A.Qədirlinin bu açıqlamasından belə aydın olur ki, poliklinikanın açılmaması rayon icra hakimiyyətindən asılı olan məsələdir. Sabunçu rayon İcra Hakimiyyətindən aldığımız cavab isə maraqlı oldu. İcra başçısının müavini Arzu Məmmədova isə mətbuata açıqlamasında bildirdi ki, poliklinikanın istifadəyə verilməsi Sabunçu RİH-in səlahiyyətində deyil: “Doğrudur, prezidentin sərəncamı ilə Sabunçu rayonunda yeni poliklinika inşa olunub. Amma həmin poliklinikanı Sabunçu rayon İcra Hakimiyyəti tikdirməyib”.
A.Məmmədova poliklinikanın tikilməsinin RİH-in səlahiyyətləri daxilində olmadığı üçün onun nə zaman istifadəyə veriləcəyi haqda da dəqiq məlumatının olmadığını söylədi. RİH nümayəndəsi poliklinikanın Novruz bayramı ərəfəsində və ya ondan az sonra açılacağından xəbərsiz olduqlarını da dedi. Önəmli bir məsələni də xatırladaq ki, yeni tikilən binaya çoxdandır lazımi qurğular, müasir tibbi avadanlıqlar da gətirilib.
Qeyd edək ki, böyüklər üçün nəzərdə tutulan 18 saylı poliklinika 1898-ci ildə tikilən binada, 12 saylı uşaq poliklinikası isə 1925-ci ildə tikilən binada fəaliyyət göstərirdi. 18 saylı poliklinika söküldükdən sonra yerində prezidentin sərəncamı ilə yeni bina tikilib. Hələlik böyüklər üçün olan poliklinika fəaliyyətini 12 saylı poliklinika ilə birlikdə köhnə binada davam etdirir.
Araşdırmalarımız zamanı poliklinikanın açılmamasının səbəbi haqda başqa bir maraqlı məlumat da əldə etdik.
Bu məqamı qeyd etməmişdən əvvəl prezident İlham Əliyevin sərəncamını prezidentin rəsmi saytına istinadən təqdim edirik:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Sabunçu qəsəbəsində yeni poliklinikanın tikintisi və onun lazımi avadanlıqla təchizatı üçün Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Bakı şəhərinin Sabunçu rayonu İcra Hakimiyyətinə 2,0 (iki) milyon manat vəsait ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada təmin etsin.
İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 aprel, 2011-ci il”.


Sərəncamdan da göründüyü kimi, poliklinikanın tikintisi üçün 2 milyon manat vəsait ayrılıb. Maraqlı məqam isə ondan ibarətdir ki, ölkə başçısı bu sərəncamı imzalayarkən Sabunçu RİH-in başçısı Əlibaba Əliyev idi. Əlibaba Əliyev prezidentin 14 aprel, 2012-ci il tarixli sərəncamla vəzifəsindən uzaqlaşdırılıb. 2012-ci ilin aprel ayında isə prezidentin sərəncamı ilə Adil Vəliyev Sabunçu RİH başçısı vəzifəsinə təyin edilib.
Ola bilsin ki, yeni icra başçısı əvvəlki həmkarının işini davam etdirməyib və ya bu məsələyə məsuliyyətsiz yanaşıb. Əldə etdiyimiz məlumata görə, əvvəlki icra başçısı Əlibaba Əliyevin işdən çıxarılmasının səbəbi vəzifəsini layiqincə yerinə yetirməməsi olub.
Məqsədimiz köhnə və təzə icra başçılarının vəzifəsini necə icra etdiyini araşdırmaq deyil, maraqlı olan prezident tərəfindən ayrılan 2 milyon manat vəsaitin necə xərclənməsi və 3 ilə yaxındır ki, inşa olununan poliklinika binasının taleyinin necə olacağıdır. Çünki burada daha diqqətçəkən və qaranlıq qalan məqam məhz əhalinin rahatlığı və dövlət başçısının bunun üçün ayırdığı dövlət vəsaitinin taleyidir.
E.QASIMOV
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İlham Əliyevin sərəncamı ilə yol tikintisinə pul ayrıldı

    İlham Əliyevin sərəncamı ilə yol tikintisinə pul ...

    19-08-2014, 17:34

  • 
  • Prezident məcburi köçkünlər üçün salınan yeni qəsəbənin açılışında iştirak edib

    Prezident məcburi köçkünlər üçün salınan yeni ...

    14-11-2014, 21:38

  • 
  • İlham Əliyevdən yeni təyinatlar – SƏRƏNCAM

    İlham Əliyevdən yeni təyinatlar – SƏRƏNCAM ...

    10-07-2014, 01:02

  • 
  • İlham Əliyevin körpəlik fotosu yayıldı

    İlham Əliyevin körpəlik fotosu yayıldı ...

    23-08-2013, 17:18

  • 
  • Prezident İlham Əliyev sərəncam imzaladı, yeni tapşırıq verildi - SƏRƏNCAM

    Prezident İlham Əliyev sərəncam imzaladı, yeni ...

    13-11-2014, 21:28


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu