GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Bakı Metropoliteninin dələduzluq etmiş əməkdaşı niyə müdafiə olunub?

Bakı Metropoliteninin dələduzluq etmiş əməkdaşı niyə müdafiə olunub?

Tarix: 1-08-2016, 22:33 Bölmə :GündəmXəbər / Manşet Baxış: 863
Bakı Metropoliteninin dələduzluq etmiş əməkdaşı niyə müdafiə olunub?

Niyaməddin Qarayev: “Yəqin ki, ölkə rəhbərinin ünvanına yazmış olduğum şikayət ərizələrimin araşdırılması Bakı Metropoliteninə göndərlir. Belə bir səbəb üzündən də, ortada heç bir nəticə olmur”

Ölkəmizin olduqca strateji əhəmiyyət kəsb edən sahələrindən biri olan Bakı Metropoliteni, bu gün paytaxt sakinləri üçün ən əlverişli nəqliyyat vasitəsi hesab olunur. Belə ki, bu sahədə yaşanan reallıqları nəzərə alaraq onu da vurğulaya bilərik ki, sakinlərin mənzil başına çatmasında əvəzsiz rola malik olan Bakı Metropoliteni, hal-hazırda da yenilikləri ilə diqqəti cəlb etməkdədir. İlk öncə onu vurğulayaq ki, son üç-dörd il ərzində bu sahədə həyata keçirilən islahat proqramları, atılan bir çox addımlar və s. hər kəs tərəfindən rəğbətlə qarşılanır və layiqincə də qiymətləndirilir.

Amma, bu sahədə çalışan və Bakı Metropiliteninin adına bu və ya digər formada ləkə gətirən bəzi əməkdaşların əməllərini eşitdikcə, bir anlığa olsa belə sanki şoka da düşürük. Buna səbəb, Bakı Metropiliteninə qarşı formalaşmış ictimai inamın varlığıdır. Belə bir münasibətin olmasına baxmayaraq, bir neçə gün bundan əvvəl “Gündəm Xəbər”ə şikayət ərizəsi ünvanlayan, Yardımlı rayonu Zevin kənd sakini Qarayev Niyaməddin Əzizağa oğlu yazmış olduğu ərizəsində bildirir ki, “2015-ci ilin yanvar ayında Bakı Metropoliteninin Dərnəgül stansiyasında çalışan əməkdaşı Abdullayeva Natəvan Almazxan qızı, metropolitenə işə düzəltmək adı altında məndən 700 manat pul aldı. Bu günə qədər nə məni işə düzəldir, nə də ki, aldığı 700 manat pulumu geri qaytarır. 2015-ci ilin iyununda ondan pulumu istədim, həmin vaxt o, pulumu qaytarmaq əvəzinə məni təhqir etməyə də başladı. Belə olan halda bir neçə dəfə Bakı Metropoliteninin rəhbərliyinə şikayət etsəm də, heç bir halda şikayətimə əhəmiyyət verən olmadı. Əksinə Natəvan Abdullayeva metropolitendə departament xidmətinin rəisi T.Dadaşov və qurumun hüquqşünası B.İsmayılov tərəfindən lazımınca da müdafiə olundu. Bundan sonra digər hüquq-mühafizə orqanlarına da müraciətlər etdim, yenə də şikayətlərimə bir kimsə baxmadı. Hətta, ölkə rəhbərinin ünvanına da şikayət ərizəsi ünvanladım, bunun da bir nəticəsi olmadı. Yəqin ki, ölkə rəhbərinin ünvanına yazmış olduğum şikayət ərizələrimin araşdırılması Bakı Metropoliteninə göndərlir. Belə bir səbəb üzündən də, ortada heç bir nəticə olmur. Son anda məcbur olub ayrı-ayrı mətbu orqanlara, bəzi xəbər portallarına da müraciətlər etdim ki, üz-üzə qaldığım problemin varlığı ictimailəşsin.

Onu da qeyd edim ki, ayrı-ayrı dövlət qurumlarına ünvanladığım şikayət ərizələrimin araşdırılması, Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat şöbəsinə göndərilmişdir. Şikayətimin araşdırılmasını həyata keçirən polis mayoru V.Şəbəndiyev, metropolitenin dələduzluq etmiş əməkdaşı Natəvan Abdullayevanın əməllərində cinayət xarakterli əməlləri müəyyən etdiyi üçün, toplanmış iş materiallarını istintaq şöbəsinə göndərir. 12 may 2016-cı il tarixdə isə, iş materialları müstəntiq Rüstəm Bayramovun icraatına verilir. Belə olan halda müstəntiq mənə bildirdi ki, “istintaq işinə başlamaq üçün Bakı şəhər Prokurorluğundan razılıq almaq lazımdır”. Eyni zamanda o, məndən dələduzluq yolu ilə alınmış pulun az olduğunu əsas gətirərək, prokurorluğa da hörmət etmək lazım olduğunu bildirdi. Mən ona imkanım olmadığını bildirsəm də, iyun ayında izahat almaq üçün, o, məni polis idarəsinə dəvət etdi. Rüstəm Bayramov məndən izahat aldı və az sonra bildirdi ki, “Bakı Metropoliteni”QSC-i Paşayevlərə

məxsus bir qrumdur. Hətta o, istintaqın aparılmasına yüksək çinli vəzifə sahiblərinin maneə olduqlarını da dilə gətirdi.

Eyni zamanda Rüstəm Bayramov bu məsələ ilə bağlı prokurorluqda danışacağını və nəticəsi barədə mənə məlumat verəcəyini vəd etsə də, son anda o, vədinə əməl etmədi. Hətta, etdiyim telefon zənglərimə belə cavab vermədi. İdarəyə gedib qəbuluna düşmək istəsəm də, məni qəbul da etmədi. Bir qədər vaxt keçdikdən sonra onu da müəyyən edə bildim ki, müstəntiq Rüstəm Bayramov şikayətimin rədd edilməsi barədə qərar qəbul edib və nə qədər çalışsam da o, qərarın surətini mənə vermədi”.

Bəli, bu bir sadə, olduqca kasıb, iş axtarmaq istəyi ilə qapılarda qalan və aylar, illər uzunu getgələ salınan Niyaməddin Qarayevin üz-üzə qaldığı problemin varlığıdır. Bizi o hal şoka salır ki, səbəb nədir ki, Bakı Metropoliteninin yeni rəhbərliyi dələduzluq etmiş bir kimsəni hələ də iş başında saxlayır. Axı, bu cür əməl sahiblərinin atdığı addımlar, əksəriyyətin rəğbət bəslədiyi qurumun nüfuzuna ləkə gətirməklə bərabər, Bakı Metropoliteninin adı ətrafında formalaşan ictimai etimadın itrilməsinə də xidmət edir.

Qarşı tərəfin də mövqeyini dinləyə bilərik.

Araşdırmamız davam edəcək.

Cəfər
gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Bakı Metropoliteni”nə sədr müavinləri təyin olunub

    “Bakı Metropoliteni”nə sədr müavinləri təyin ...

    24-07-2014, 17:10

  • 
  • “Bakı Metropoliteni” QSC-nin əməkdaşı “makler”lik edirmiş

    “Bakı Metropoliteni” QSC-nin əməkdaşı “makler”lik ...

    25-01-2016, 17:51

  • 
  • Bakı Metropolitenində “təmizləmə” başladı - Tağı Əhmədovun köməkçisi və digər adamları “vuruldu”

    Bakı Metropolitenində “təmizləmə” başladı - Tağı ...

    9-03-2014, 14:23

  • 
  • Metronun yeni rəhbəri iş başında

    Metronun yeni rəhbəri iş başında ...

    3-03-2014, 15:41

  • 
  • Bakı Metropoliteninin yeni stansiyaları nə vaxt işə düşəcək?

    Bakı Metropoliteninin yeni stansiyaları nə vaxt ...

    22-03-2015, 12:16


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu