GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Bakı Metropoliteni” QSC-nin əməkdaşı “makler”lik edirmiş

“Bakı Metropoliteni” QSC-nin əməkdaşı “makler”lik edirmiş

Tarix: 25-01-2016, 17:51 Bölmə :Ölkə Baxış: 0
“Bakı Metropoliteni” QSC-nin əməkdaşı “makler”lik edirmiş

Niyaməddin Qarayev: “Təəssüflər olsun ki, üz-üzə qaldığım problemlə bağlı bu günədək aidiyyəti dövlət qurumlarına, hətta metropolitenin rəhbərliyinə dəfələrlə şikayət ərizələri ünvanlasam da, Natəvan Abdullayeva ilə bağlı heç bir tədbir görülmür”
“Gündəm Xəbər” qəzeti işıq üzü gördüyü vaxtdan bu günə kimi, daim ictimai həyatımızda baş verən sosial-iqtisadi problemlərin ictimailəşməsinə geniş yer ayırmış və bu səpkili problemlərin həllinə də çalışmışdır. Belə bir səbəblər üzündəndir ki, bu gün də müəyyən haqsızlıqlarla, məmur özbaşınalığı, vətəndaş süründürməçiliyi və.s kimi hallarla üz-üzə qalan çoxsaylı sakinlər, redaksiyamıza üz tutmaqda davam edirlər. Məqsədləri yalnız və yalnız haqq səslərini aidiyyəti qurumlara çatdırmaq və problemlərinin həllinə nail olmaq olur. Belə bir səbəblər üzündəndir ki, hal-hazırda “Gündəm Xəbər” qəzeti öz ətrafına xeyli sayda oxucu kütləsi də toplaya bilib.
Bir neçə gün bundan öncə üz-üzə qaldığı probleminin həllinə hələ də nail ola bilməyən və Yardımlı rayonunun Zövün kənd sakini olan Qarayev Niyaməddin Əzizağa oğlu da, redaksiyamıza üz tutan çoxsaylı oxucularımızdan biridir. O, yaşanan problemlə bağlı redaksiyamıza ünvanladığı şikayət ərizəsində yazır ki, “əvvəllər tanıdığım və "Bakı Metropoliteni” QSC-nin “Dərnəgül” metrostansiyasında nəzarətçi işləyən Abdullayeva Natəvan Almazxan qızı ilə, 2015-ci ilin yanvar ayında olan söhbətimdə ona işsiz olduğumu bildirdim. Ümumi söhbət əsnasında o, yaxın qohumunun “Bakı Metropoliteni” QSC-də yüksək vəzifədə işlədiyini bildirdi və məni qeyd olunan quruma işə düzəldəcəyinə də söz verdi. Bir neçə gün keçdikdən sonra biz onunla təkrar görüşdük və həmin vaxt o, mənə işə düzəlməyimin müqbilində 1500 manat pul istədiklərini bildirdi. Düzdür, həmin vaxt məndə istənilən məbləğdə pul yox idi. Ona görə də ona bildirdim ki, həmin pulun 700 manatını yaxın bir-iki günə, qalanını isə işə düzəldikdən sonra verə bilərəm. Bir qədər söhbətdən sonra biz ümumi razılığa gəldik və mən ondan ayrıldım. 2015-ci ilin yanvar ayının sonunda isə, o, gecə xidmətində işdə olarkən 700 manatı ona əlbəəl verdim. Bir qədər söz-söhbətdən sonra, Natəvan Abdullayeva bildirdi ki, “sən heç də tələsmə, uzağı 6 ay müddətinə səni işə düzəldəcəyik” dedikdə, ondan iş haqqında nəsə soruşmaq istədim. O, bir daha vurğuladı ki, “sən niyə tələsirsən, özləri səni çağıracaqlar” dedi.

2015-ci ilin may ayının əvvəllərində onunla görüşərkən, Natəvan Abdullayeva mənə bildirdi ki, ki, “analiz vermək üçün Respublika Dəri Zöhrəvi Dispanserinə getmək istəyirəm, amma dispanserin harada yerləşməsini bilmirəm. Olarmı mənə köməklik edəsən” dedikdə, mən onunla dispanserə getmək qərarına gəldim və adı çəkilən səhiyyə ocağına da getdim. Elə ki, həmin dispanserdə onun təhlükəli xəstəliyin daşıyıcısı olduğunu bildim, dərhal pulumu geri tələb etməyə başladım. Həmin vaxt Natəvan Abdullayeva məni hədələməyə və təhqir də etməyə başladı.
Onun belə bir hərəkətləri mənə olduqca toxunduğundan, məcbur oldum ki, “Bakı Metropoliteni” QSC-nin rəhbərliyinə, onunla bağlı şikayət ərizəsi də ünvanlayım. Etdiyim şikayətdən xeyli vaxt keçsə də, heç bir tədbir görülmədi. Tədbirin niyə görülməməsi ilə bağlı belə bir məlumat da əldə edə bildim ki, Natəvan Abdullayevanın qanunsuzluq əməllərinə yol verməsinə, xidməti vaxtında özbaşınalıqlar etməsinə və digər xoşagəlməz addımları atmasına səbəb, metronun department xidmətinin rəisi Tərlan Dadaşovun və hüquqşünas Babək İsmayılovun onu müdafiə etmələri olur.
Təəssüflər olsun ki, üz-üzə qaldığım problemlə bağlı bu günədək aidiyyəti dövlət qurumlarına, metropolitenin rəhbərliyinə dəfələrlə şikayət ərizələri ünvanlasam da, Natəvan Abdullayeva ilə bağlı heç bir tədbir görülmür. Onu müdafiə edənlərin əməlləri onu sübut etməyə tam əsaslar verir ki, bu cür qanunsuzluq əməllərinin başında, yəqin ki, elə onların özləri dururlar” deyir.
Bəli belə bir olayın yaşanması, öz-özlüyündə təəssüfdoğuran haldır. Çünki, sadə bir kənd sakinini işə düzəldəcəyəm adı ilə “tora salan” metropoliten əməkdaşının bu cür əməllərlə məşğul olması və sonradan da, ona hədə-qorxu gəlməsi, hətta təhqir etməsi belə, birbaşa cinayət əməlidir. Axı, bu gün “Bakı Metropoliteni” QSC-i ölkəmizin ən strateji sahələrindən biri hesab olunur və hansısa əməkdaşının bu cür əməllərə qol qoyması, yəqin ki, adı çəkilən qurumun nüfuzuna olduqca da xələl gətirir. Biz ona da inanırıq ki, problemin ictimailəşməsindən sonra, aidiyyəti qurumlar Niyaməddin Qarayevin üz-üzə qaldığı problemin həllinə diqqətlə yanaşıb, günahkarın qanun qarşısında cavab verməsinə də çalışacaqlar.
Məqalədə adı çəkilən şəxslərin də, mövqeyini dinləyə bilərik. Problemin varlığı diqqət mərkəzimizdə olacaq.

Tariyel Bayramlı

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Sahibkardan bəzi xəbər portallarına müraciət

    Sahibkardan bəzi xəbər portallarına müraciət ...

    14-11-2016, 16:50

  • 
  • Bakı Metropoliteninin dələduzluq etmiş əməkdaşı niyə müdafiə olunub?

    Bakı Metropoliteninin dələduzluq etmiş əməkdaşı ...

    1-08-2016, 22:33

  • 
  • Azərbaycanda çap mediası ölümlə üz-üzə

    Azərbaycanda çap mediası ölümlə üz-üzə ...

    7-03-2017, 19:19

  • 
  • Qəzet satışı ilə bağlı qadağalara son qoyulur

    Qəzet satışı ilə bağlı qadağalara son qoyulur ...

    1-09-2015, 20:21

  • 
  • "Gündəm Xəbər"in çapına da “əl qoydular”

    "Gündəm Xəbər"in çapına da “əl qoydular” ...

    7-01-2018, 16:57


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu