GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Azərbaycanda fətullahçılar “vuruldu”, yalanların üstü açıldı - MÜDHİŞ FAKTLAR

Azərbaycanda fətullahçılar “vuruldu”, yalanların üstü açıldı - MÜDHİŞ FAKTLAR

Tarix: 1-08-2016, 23:24 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 534
Azərbaycanda fətullahçılar “vuruldu”, yalanların üstü açıldı - MÜDHİŞ FAKTLAR

Türkiyədə çevriliş olacağı təqdirdə, Gülənin Azərbaycandan qisas alacağı, növbəti çevrilişi burada edəcəyi ehtimalı olduqca böyük idi

Türkiyədə baş verənlər müzakirə edilirkən, Gülənin Azərbaycan ayağı da ciddi müzakirə mövzusuna çevrilir. Çünki Gülən Şəbəkəsinin ilk ayaq açdığı ölkə Azərbaycandır. Ayrıca, Azərbaycan həm də Gülənin Rusiya, Qazaxıstan, Qırğızıstan kimi ölkələrə “imam” ixrac etdiyi ölkədir. Hazırda Qazaxıstan və Rusiyada Gülənin “imam”ları məhz Azərbaycan əsillidir.
Eyni zamanda Gülən Azərbaycanda böyük biznes şəbəkəsi, məmur ordusu, təhsil müəssisələri ilə ölkənin ən zəngin insanından daha güclü durumdadır. Bu səbəbdən də, Türkiyədə çevriliş olacağı təqdirdə, Gülənin Azərbaycandan qisas alacağı, növbəti çevrilişi burada edəcəyi ehtimalı heç də gəlişigözəl söz deyil.

Azərbaycanda fətullahçılar “vuruldu”, yalanların üstü açıldı - MÜDHİŞ FAKTLAR

Gülənçilər Azərbaycanda “vuruldu”mu?
Öncəliklə, bir məsələni nəzərdə saxlamaq lazımdır ki, kim “Gülən artıq bitdi”, “Gülənmi qaldı, mübarizə aparılsın” deyirsə, o şəxs ya bu Şəbəkənin gücünün fərqində deyil, ya da kripto gülənistdir.
Çünki faktiki olaraq, Azərbaycan prezidentinin iradəsinə qarşı və gözlərdən pərdə asmaq üçün edilən bir neçə nüansı çıxmaq şərtiylə Azərbaycanda fətullahçıların “vurulduğuna” dair heç bir fakt yoxdur.
Elnur Aslanov “vuruldumu”? Bəli, Prezident Aparatındakı vəzifəsini itirdi. Fəqət bu gün də bütün biznes strukturları əlindədir. Rabitə və Yüksək Texnologiyalar Nazirliyindəki işi də heç də əvvəlki işindən azgəlirli deyil, baxmayaraq ki, iş yerində az tapılır.
Ceyhun Osmanlı mandatsız qaldı, fəqət böyük biznesə addım atdı. Qısacası, “pul varsa, hakimiyyətdəsən” düsturuna sadiq qaldı.
Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov hələ də vəzifəsinin başındadır. Dövlətin daxili və xarici siyasətinin müəyyənləşməsində strateji rol oynayan bir qurum hələ də Elnur Aslanovun “xas” adamına əmanətdir.
Azərbaycanın bel sütunu sayılan böyük dövlət şirkətlərinin əksər qurumları, nazirliklər yenə də Fətullah Gülənin “əsgər”lərinin nəzarətindədir.
Təhsil sistemi əllərindən alındımı? Görünüşə görə, bəli! Hətta Gülən belə “məktəblərimi bağladınız” dedi. “Çağ Öyrətim”i bağlayıb, yerinə “İstək” açıldı. “Çağ Öyrətim”in baş məsləhətçisi Nazim Əkbərov bu dəfə “İstək”də eyni vəzifəni daşımağa başladı ki, bu şəxsin ilk fətullahçılardan olduğunu özləri söyləyirlər və keçmiş Azərbaycan imamı Ənvər Özərən heç bir özəl toplantısına o, olmadan qatılmırdı. İndi bu şəxsin rəhbərliyində olduğu liseylər yenə öz fəaliyyətini davam etdirir.

Azərbaycanda fətullahçılar “vuruldu”, yalanların üstü açıldı - MÜDHİŞ FAKTLAR

Hazırlıq kursları ilə bağlı “Gülənə GÜVƏNən “hazırlıq mərkəzləri” adlı yazılarımızda geniş qeyd etmişdik. Həmin hissəni yenidən “Gündəm Xəbər”in çoxsaylı oxucularına təqdim etmək istərdik:

“Heç kim sual vermir ki, bir neçə il öncəsinə qədər sadəcə bir neçə hazırlıq kursu olan ölkədə “Araz” bağlandı deyə, göbələk kimi hazırlıq kursları necə çoxaldı? Və ya “Araz” kursları bağlanmasına nə üçün bu qədər səssiz-səmirsiz qaldı? Çünki minarəni oğurlayan, bəhanəsini də ona görə, hazırlayıb.
Biz sizə açıqlayaq, “Araz” kurslarının taleyi necə oldu. Kursların Bakıdakı əsas mərkəzinin binasının (A.Salamzadə küç., 28) üzərində bu gün “Bakı Asiya Universiteti” yazılır. Lakin içəri daxil olduqda, universitetlə yanaşı “Araz” kurslarının da fəaliyyətini “Ulduz” Hazırlıq Mərkəzi adı altında davam etdirdiyini görəcəksiniz. İnternet üzərindən isə tapmaq daha asandır. “Ulduz” Hazırlıq Mərkəzinin Facebook adresində (https://www.facebook.com/ulduzhazirliqmerkezi/info?tab=page_info) yazılıb: “2014-cü ildə Bakı şəhərində fəaliyyətə başlamışdır. Hazırlıq Mərkəzinin məqsədi müxtəlif istiqamətlər üzrə hazırlıq keçmək istəyənlərə keyfiyyətli tədris vermək, onları düzgün istiqamətləndirməkdir”. Açması: “Araz” bağlanmadı, adını dəyişdirib, işimizə davam edirik.
Bakıxanovda yerləşən Sabunçu Araz Hazırlıq Kursları “Bakıxanov Hazırlıq Mərkəzi” adı altında fəaliyyətini davam etdirir.
Nərimanov rayonundakı “Araz” isə Zaqatalada yerləşən “Araz” kimi “Modern” Hazırlıq Mərkəzinə çevrilib.

Azərbaycanda fətullahçılar “vuruldu”, yalanların üstü açıldı - MÜDHİŞ FAKTLAR
Azərbaycanda fətullahçılar “vuruldu”, yalanların üstü açıldı - MÜDHİŞ FAKTLAR

Xətai rayonundakı “Araz” kursunun adı isə “Tusi” Hazırlık Mərkəzi olub. Sumqayıt “Araz” kursları isə “Lider” Hazırlıq Mərkəzinə çevrilib. Beləliklə, “Araz” Kursları Şəkidə Şəki Hazırlıq Mərkəzinə, Gəncədə Kəpəz Hazırlıq Mərkəzinə, Qazaxda isə “Göyəzən” Hazırlıq Mərkəzinə çevriliblər.

Azərbaycanda fətullahçılar “vuruldu”, yalanların üstü açıldı - MÜDHİŞ FAKTLAR

Bundan başqa xeyli sayda lisey və hazırlıq kursları açılıb və onlar görünüşdə Gülən ilə əlaqəli görünməsə də, hamısı bu Şəbəkəyə bağlıdır…
…Bütün bu ayrı-ayrı şəxslərin adına qeydiyyatdan keçirilən hazırlıq mərkəzlərini birləşdirən bir məqam var. Belə ki, adını sadaladığımız bütün hazırlıq mərkəzlərinin dərslikləri və test mərkəzi bir yerdir: Güvən Nəşrləri. GÜLƏNə GÜVƏN yani… Sadəcə bir hərf oynamaqla, Ceyhun Osmanlının, Elnur Aslanovun, İxtiyar Hüseynlinin, Fərhad Məmmədovun gənclərə verdikləri məşhur mesajları verirlər: Hər şey yaxşı olacaq, Gülənə GÜVƏNin…
Araz Kurslarının bütün dərs vəsaitləri, hamısının ismi dəyişdirilərək, “Güvən nəşriyyatı” adı ilə yuxarıda adı çəkilən kursların əsas dərs vəsaiti kimi istifadə olunur. Yəni, “Araz”ı keçib Azərbaycana gələnlər hazırda Gülənə GÜVƏNməyimizi istəyir və GÜVƏNdikləri şəxsləri hazırlıq mərkəzlərinə təyin edərək, yuxarıda qeyd olunan kimi görünüş etibarı ilə Azərbaycanlı, fəqət ruhu fətullahçı olanlarla işlərinə davam edirlər.
Liseylərin bağlandığını iddia edənlər “Çağ Öyrətim”in prezidenti Ənvər Özərənin ayrı-ayrı TUSİAB üzvləri ilə görüşərək, guya ingilis dilli pilot məktəb olan keçmiş “Bakı Özəl Türk Liseyi”nin həyətində tikilən bina üçün para yardımı istəməsini necə izah edə bilərlər? Bəli! Bu gün həm bu hazırlıq mərkəzlərinin, həm liseylərin ümumi beyin mərkəzi, yəni “üst ağıl”ı Qafqaz Universitetidirsə, bütün maddi dəstək qaynaqları TUSİAB və İPƏKYOLU çatıları altında toplaşan fətullahçı şirkətlərdir. Məhz bu səbəbdən də, Ənvər Özərən, Məsut Kurnaz, Əhməd Sanıc kimi fətullahçılar xırda problemdə belə onların qapısını döyür, onlardan yardım istəyirlər”.
Göründüyü kimi, hazırlıq mərkəzləri də yenə bunların nəzarətindədir. Son hadisələrdən sonra “bağlanma” şousu ilə gündəmə gələn Qafqaz Universitetinə toxunaq. Doğrudanmı Əhməd Sanıc hamıya “əlvida” deyib, pencəyini alıb getdi? O zaman universitetdə hələ də nə işi var? Yoxsa, rektorluqdan getsə də, “müvəqqəti” olaraq, Azərbaycanda qalmağa davam edəcək? Bu “müvəqqəti” neçə ildir? Təəssüf ki, gələn xəbərlər heç də ürəkaçan deyil. Bu zamana qədər fətullahçıları qoruyan, onların ölkədən çıxarılmaması üçün digər dövlət qurumlarına basqı edənlər yenidən meydana çıxıblar. O zaman Məsut Kurnazın, Ənvər Özərənin Bakıdan getməməsi üçün qapı-qapı gəzənlər indi də Əhməd Sanıcın ən az bir il universitetdə “məsləhətçi” statusu ilə qalmasına çalışırlar. “Facebook”da isə Əhməd Sanıc üçün koreyalı diktator Kim Çen İr üçün axıdılan gözyaşının “kitayski” variantından istifadə edərək, “məzlum” obrazı oynayırlar.

Azərbaycanda fətullahçılar “vuruldu”, yalanların üstü açıldı - MÜDHİŞ FAKTLAR

Eyni zamanda qeyd etmək lazımdır ki, Əhməd Sanıcın getməsi ilə Qafqaz Universitetinin fətullahçılardan təmizləndiyini iddia etmək cahillikdir. Liseylərdə Nazim Əkbərov kimdirsə, Qafqaz Universitetində də Natiq Paşa eyni funksiyanı oynayır. “Azərsu” prezidenti Qorxmaz Hüseynovun kəndçisi və yaxın dostu olan Natiq Paşa da Gülənin ilk azərbaycanlı müridlərindən biridir. Azərbaycandakı türk fətullahçılar belə “rütbə”sinə görə, ondan böyük deyillər. Belə olan təqdirdə, Əhməd Sanıcın gedib-getməməsi QU üçün heç nəyi dəyişmir.
Natiq Paşadan başqa Sənnur Əliyev, Uğur Arif Bölək, Təyyar Mustafayev, Şaiq Nəbiyev kimi “kidemli” fətullahçıların nəzarətində olan universitet bir rektorun göndərilməsi ilə “təmizləndimi”? Buna siz özünüz inanırsınızmı?
Unutmadan bir məqamı vurğulamaq lazımdır ki, bu gün Gülənin Azərbaycandakı dayaqlarının sarsıdılması strateji müttəfiqimiz Türkiyədən daha çox Azərbaycana lazımdır. Çünki hələ 2006-cı ildə Azərbaycan prezidenti bu dayaqları söküb-atmaq istəyərkən Gülənin Türkiyədəki ortaqları və siz mane oldunuz. O zaman tanımırdınız, artıq təkkə düşüb, kəl görünüb. Nə üçün indi də Güləni müdafiə edirsiniz? Sizi ona bağlayanın din-iman olmadığını hər kəs bilir. Pulunuz da oradan gəlmir bəzi media qurumlarımız kimi. Bəlkə “kasset”lər yolunuzu bağlayır?
Əgər belə deyilsə, nə üçün Gülənin rəsmi nümayəndəliyi olan “Dialoq Avrasiya” Platformuna sahib çıxırsınız? Onun Azərbaycanda yenidən güclənməsinə çalışırsınız, Qafqaz və liseylərə paralel olaraq?!
Dialoq Avropa Platforması nədir?
Bu barədə Axar.az saytı yazır: “Beynəlxalq ictimai təşkilat olan Dialoq-Avrasiya Platforması (DAP) 15 sentyabr 1998-ci il tarixində Avropa və Asiyanın müxtəlif ölkələrini təmsil edən jurnalist və yazıçıların İstanbulda keçirilən toplantısında təsis edilib.
Platformanın yaradılmasının təşəbbüskarlarından çoxunun adı məlum olmasa da, bunlardan birinin adı bütün rəsmi mənbələrdə açıq aşkar göstərilir. Bu şəxs Fətullah Güləndir. Sitat: “Bu gün bütün Avrasiya ölkələrində yaxşı tanınan Dialoq-Avrasiya Platformasının və eləcə də DA dərgisinin əsas təşəbbüskarı da elə Fəthullah Güləndir. Bu platformanın hər il dünyanın müxtəlif ölkələrində keçirilən tədbirlərində xalqlar və dövlətlər arasında sülh, dinlərarası dialoq bir nömrəli müzakirə mövzusuna çevrilir. Artıq Rusiyanın, Şərqi Avropanın və eləcə də türk respublikalarının tanınmış fikir adamları bu platformada birləşib Avrasiyanın sabahını düşünürlər”. (Mənbə: Fətullah Gülənin rəsmi saytı, “Tanınan və tanınmayan Fəthullah Gülən” adlı bioqrafik yazı – http://fgulen.com/az/metbuat/xeberler/22119-taninan-ve-taninmayan-fethullah-gulen )
DAP Azərbaycanda 1999-cu ildən fəaliyyət göstərir. DAP-ın türk versiyasında qurumun Azərbaycan qolu Fətullah Gülənin Azərbaycandakı rəsmi təmsilçilyi kimi göstərilir.
Maraqlıdır ki, Azərbaycanda bu təşkilatın təsisçisi və fəxri prezidenti sabiq millət vəkili, xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayevdir. Anar müəllim bir vaxtlar həmçinin beynəlxalq platformanın da dönəm başqanı olub.
Hazırda isə DAP-ın Azərbaycanın Milli Komitəsinə Anarın yaxın dostu, millət vəkili Nizami Cəfərov rəhbərlik edir.
DAP-ın mətbu orqanı olan DA jurnalı isə Türkiyə, Rusiya və Azərbaycan başda olmaqla, Avrasiyanın 16 ölkəsində nəşr olunur…
…Nurçuların (oxu: fətullahçıların -red.) Azərbaycandakı siyasi, ideoloji və iqtisadi işğalını həyata keçirən, dövlət qurumlarına dərin kök salan, öz telekanalı, saysız-hesabsız media qurumları, universitetləri, təhsil ocaqları, yüzlərlə şirkəti olan Gülən şəbəkəsinin koordinasiyasını həyata keçirən bu qurum ikili fəaliyyətlə məşğuldur. Görünən tərəfi budur ki, DAP mütəmadi olaraq konfranslar, seminarlar keçirir, Azərbaycan ziyalılarını, jurnalistlərini şəbəkəyə cəlb edir, onların Türkiyə səfərlərini təşkil edir… …Əslində isə qurum Azərbaycanın məşhur simalarını, ziyalılarını, rəsmi şəxslərini ətrafına birləşdirməklə özünə “qoruyucu zireh” yaradır, məşhur ticarət mərkəzlərinin birindəki səs keçirməyən şüşələr arxasındakı ofisində isə gündəlik olaraq Gülənin Azərbaycandakı imperiyasını koordinasiya edir, onun tapşırıq və təlimatlarının yerinə yetirilməsinə nəzarət edir. Qurumun təsisçi və təmsilçiləri tanınmış azərbaycanlılar olsa da, pərdə arxasındakı icraçıları – qurumu gündəlik olaraq ofisdən yönəldən şəxsləri isə cəmiyyət tanımır. Bu şəxslər Türkiyədən “hizmet” adıyla Azərbaycana ezam olunmuş şəxslər və onların sistemində “yetişdirilən”, beyni yuyulmuş azərbaycanlı gənclərdir. Onlardan yalnız DAP-ın Azərbaycan üzrə koordinatoru Mustafa Saatçının adını dəqiqləşdirə bildik”.
Məlumat üçün qeyd edək ki, Mustafa Saatçının adı deşifrə olduqdan sonra o, qurumun rəhbərliyindən “Aksesuar İnşaat” və “Aksesuar Dizayn” şirkətlərinə baş koordinator vəzifəsinə getdi. Onun yerinə isə Qafqaz Universitetinin dekanı Cəlil Ərdəm gətirildi. C.Ərdəm bu posta gətirildikdən sonra bir ildən bəri susqun olan qurumun “buz”ları əridi və o, hazırda Azərbaycan mediası ilə açıq görüşlər keçirir, yenidən şəbəkəni bərpa etməyə çalışır. Maraqlıdır ki, Gülənin rəsmi təmsilçisi statusunda olan bu şəxsə Azərbaycanda “gözün üstə qaşın var” deyən yoxdur. Hətta bəzi rəsmi qəzet kapitanları C.Ərdəmlə görüşlərini Türkiyə-Azərbaycan əlaqələrinin inkişafına xidmət kimi təqdim etməkdədirlər.
Bütün bunlar gözümüz önündə olduğu halda, bizdən “Azərbaycanda Gülən ilə mübarizə aparılır” nağılına inanmaq tələb olunur. İnciməyin, bizim bu yalanlara və sizin yenidən Güləni qorumaq cəhdlərinizi görməzdən gəlməyə həvəsimiz yoxdur. İstəyirsiniz, bu dəfə təzminatı dörd milyon edin. Necə də olsa, devalvasiya olub. Ancaq tarix 6 il əvvəl yazdıqlarımızı haqlı çıxardı. Bizi basqılarla, təzyiqlərlə susdursanız belə, tarix yenə sizi mühakimə edəcək. Millətin gələcəyini öz dövlətinin parlamentini bombalayan, xalqını gülləbaran edən bir şəbəkəni qorumağınızı nə indiki, nə də gələcək nəsillər sizə bağışlamayacaq!

Cəfər
gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 100
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Çavuşoğlu: "Gülən tərəfdarları Qırğızıstanda çevriliş hazırlayır"

    Çavuşoğlu: "Gülən tərəfdarları Qırğızıstanda ...

    28-07-2016, 21:18

  • 
  • Türkiyədə qiyamın arxasında Fətulla Gülən durur

    Türkiyədə qiyamın arxasında Fətulla Gülən durur ...

    16-07-2016, 03:27

  • 
  • ABŞ-dan Fətullah Gülənin ekstradisiyası ilə bağlı açıqlama

    ABŞ-dan Fətullah Gülənin ekstradisiyası ilə bağlı ...

    2-04-2014, 11:30

  • 
  • “Fəthullah Gülənin Abdullah Öcalandan fərqi yoxdur”

    “Fəthullah Gülənin Abdullah Öcalandan fərqi ...

    7-05-2014, 10:15

  • 
  • FƏTULLAH GÜLƏNİN MALİYYƏ QAYNAQLARI

    FƏTULLAH GÜLƏNİN MALİYYƏ QAYNAQLARI ...

    13-12-2013, 00:01


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu