Fəthullah Gülənin dindən sadəcə istifadə etdiyini deyən Lətif Ərdoğan onun terrorçu liderdən fərqi olmadığını iddia edib
Fəthullah Gülənin lideri olduğu “Xidmət” hərəkatının 45 il üzvü olmuş Lətif Ərdoğan Gülən barədə kəskin fikirlərlə çıxış edib. Fəthullah Gülənin həyatından bəhs edən “Kiçik dünyam” adlı kitabın da yazıçısı olmuş, daha sonra hərəkatdan ayrılan Ərdoğan F. Gülənin din alimi yox, sadəcə olaraq hərəkat lideri olduğunu deyib. “Camaat arasında mənim hər cür qiybətimi qırırdılar. Fəthullah Gülən isə bu danışılanlara qulaq asırdı. Bunlar etimadı zədələyən xüsusiyyətlərdir. Gülən, camaat arasında fövqəlbəşər bir varlıq kimi görünür. Gülənin göndərdiyi hər bir mesaj göydən gəlmiş kimi qəbul olunurdu. Onun elədikləri türk-islam tarixinə ən böyük xəyanətdir. Ölkə, vətən deyib, ölkə əleyhində iş aparır. Şəxsiyyəti olan heç kim bu insanın dalınca getməməli, getsə bunun hesabatını verə bilməz. Gülənin atacağı ən doğru addım isə camaatı təsviyyə edərək Türkiyəyə qayıtmaqdır”. Fəthullah Gülənin dindən sadəcə istifadə etdiyini deyən Lətif Ərdoğan onun terrorçu liderdən fərqi olmadığını iddia edib. “Fəthullah Gülənin Abdullah Öcalandan heç bir fərqi yoxdur. O din alimi deyil, sadəcə olaraq bir hərəkatın lideridir. Gülən bütün hərəkətlərində dini istismar edir. 45 ilim Fəthullah Gülıənlə keçdi. Şərəfli bir insan onun arxasından getməz. Hazırda onun camaatı məzara girərək gömülüb. Bu təşkilatdan xeyir gözləmək axmaqlıqdır”.
Sorğu
Yeni dizaynımız necədir?