GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » İş adamı ilə məmur arasında məhkəmə qalmaqalı

İş adamı ilə məmur arasında məhkəmə qalmaqalı

Tarix: 10-08-2016, 23:33 Bölmə :GündəmXəbər / Manşet Baxış: 968
İş adamı ilə məmur arasında məhkəmə qalmaqalı

İş adamı məmuru katibəsinə qarşı əxlaqsızlıq hərəkət etməkdə və vəzifə səlahiyyətlərini aşmaqda ittiham etdi

Məhkəmə iş adamına qarşı 100 min manatlıq təzminatın 5 min manatını təmin etdi

Oğuz rayon Sukanal İdarəsinin rəisi Azad Əliyev ilə rayon sakini, iş adamı Nadir İsmayılov arasında məhkəmə çəkişməsi gedir. Azad Əliyev Oğuz rayon Məhkəməsinə etdiyi şikayət ərazisində göstərib ki, Nadir İsmayılov onun barəsində 2012-2015-ci illər ərzində müxtəlif instansiyalara şikayət yazıb.

Azad Əliyev iddia edib ki, Nadir İsmayılov yazılarında onun şərəf və ləyaqətin alçaldıb. O, Nadir İsmayılovun həmin məlumatları məhkəmə qaydasında təkzib edilməsini, həmin məlumatların Oğuz rayonunun rəsmi mətbuat orqanı olan “Oğuz yurdu” qəzetində dərc edilməklə təkzib edilməsinin, “Oğuz yurdu” qəzetinin redaksiyasına təkzibi dərc etmək vəzifəsinin həvalə edilməsini istəyib. Azad Əliyev həmçinin Nadir İsmayılovdan 100 min manat mənəvi ziyan məbləğinin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edib.

Azad Əliyev bildirib ki, 1963-cü ildə Oğuz rayonu Kərimli kəndində anadan olub və 1989-cu ildən Oğuz rayonunda müxtəlif rəhbər vəzifələrdə işləyib: “Hazırda Oğuz rayon Sukanal İdarəsinin rəisi vəzifəsində işləyirəm. İşlədiyim müddətdə daim öz işimə məsuliyyətlə yanaşmışam, işimin öhdəsindən layiqincə gəlmişəm. Bütün bilik və bacarığımı sərf edərək tutduğum vəzifənin öhdəsindən gəlməyə çalışmışam. Cavabdeh Nadir

İsmayılov Türkmənistan Respublikası vətəndaşı olsa da, 2012-ci ildən Oğuz rayonu Kərimli kəndinə gəlib və həmin kənddə yaşamağa başlayıb. Cavabdeh kəndə gəldiyi ilk gündən mənə qarşı qərəzli mövqe tutaraq şərəf və ləyaqətimi ləkələyən məlumatlar yayıb. O, barəmdə respublikanın müxtəlif dövlət və hüquq mühafizə orqanlarına, vəzifəli şəxslərinə yalan məlumatlar verib”.

“Qardaşımı şantaj edib”

İddiaçının sözlərinə görə, Oğuz rayonu Kərimli kəndində “Alma bağı” adlanan ərazidə kənd sakinlərinin mülkiyyətində olan torpaq sahələrini həmin şəxslərin razılılğı əsasında xeyli müddətdir onun öz övladları və qardaşı kol-kosdan və daş-kəsəkdən təmizləyərək əkib-becərirlər: “Nadir İsmayılov Kərimli kəndinə gələndən sonra əkib-becərdiyimiz torpaq sahələrini qeyri qanuni yolla əlimdən alaraq özü istifadə etməyə başlayıb. Bununla bağlı qardaşım öz etirazını bildirəndə, Nadir İsmayılov onu şantaj edərək şikayət edib. Araşdırmanın gedişində Nadir İsmayılovun həmin şikayəti öz təsdiqini tapmayıb. Bundan sonra Nadir İsmayılov Kərimli kəndində yerləşən əkin sahəsində özünün səpin işləri apardığı taxıl sahəsini guya onun yenidən şumlatdığını və ona ziyan vurduğunu iddia edərək respublikanın müxtəlif dövlət orqanlarına, digər təşkilatlara bu barədə yalan məlumatlar verib”.

Azad Əliyev bildirib ki, Nadir İsmayılov 2013-cü il ərzində bir neçə dəfə ona və digər şəxslərə qarşı əsassız iddia tələbləri ilə məhkəməyə müraciət edib: “Məhkəmə araşdırması zamanı həmin iddia tələbləri öz təsdiqini tapmayıb və rədd edilib. O, məhkəmə yolu ilə heç nəyə nail ola bilmədiyini gördükdən sonra ölkənin rəhbər orqanlarına, yüksək vəzifəli şəxslərinə müraciət edərək

həmin şəxslərə barəmdə şərəf və ləyaqətini alçaldan, işgüzar nüfuzunu ləkələyən və məni nüfuzdan salan yalan məlumatlar verib”.

İddiaçının sözlərinə görə, Nadir İsmayılov 2012-2015-ci illər ərzində 2 dəfə Kənd Təsərrüfatı nazirinin, 1 dəfə Prezident Adminstrasiyasının şöbə müdiri Zeynal Nağdəliyevin, 1 dəfə Prezident Adminstrasiyasının şöbə müdiri Fuad Ələsgərovun, 1 dəfə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin, 1 dəfə ədliyyə naziri Fikrət Məmmədovun, 1 dəfə daxili işlər naziri Ramil Usubovun, 2 dəfə baş prokuroru Zakir Qaralovun qəbulunda olub: “Nadir İsmayılov qəbulda olduğu vaxtlarda barəmdə şərəf və ləyaqətimi alçaldan, işgüzar nüfuzunu ləkələyən yalan məlumatlar verib, eyni məzmunlu ərizələri həmin vəzifəli şəxslərə təqdim edib. Onun müraciətləri hər dəfə müvafiq qurumlar tərəfindən araşdırılıb, lakin öz təsdiqini tapmayıb. Bundan sonra Nadir İsmayılov kütləvi informasiya vasitələrinə müraciət edərək şərəf və ləyaqətimə, işgüzar nüfuzuma zərər vurmağa çalışıb. O, Xəzər televiziyasına və Azadlıq radiosuna müraciət edərək barəmdə eyni fikirləri söyləyib”.

“Məni “məişət pozğunu” adlandırıb”

Azad Əliyev bildirib ki, 13 sentyabr 2014-cü il tarixdə Nadir İsmayılov onun işlədiyi təşkilatın tabeçiliyində olduğu “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynova barəmdə yazılı məlumat verib. Həmin məlumatda Nadir İsmayılov məni “məişət pozğunu” adlandırıb. Bundan əlavə o, həmin müraciətində Oğuz rayon İcra Hakimiyyəti başçısının Oğuz şəhəri üzrə icra nümayəndəsi vəzifəsində işlədiyim müddətdə katibəm olmuş gənc

bir qızın həyatını guya param-parça etdiyimi, həmin qızdan doğulan körpədən imtina etdiyimi, daha sonra həmin qızın körpə uşaqdan imtina edərək körpəni uşaq evinə verdiyimi, həmin gənc qız Rusiya Federasiyasına getdiyini, rayon əhalisinin məişət pozgunu kimi mənə nifrət etdiyini göstərib. Nadir İsmayılov həmin “məlumat”da mənim guya Oğuzda meşələri məhv edərək ayda 350-400 min manat pul qazandığımı, guya ona məxsus torpaqları qanunsuz ələ keçirdiyimi, əkilmiş taxıl sahələrini gecə vaxtı şumlatdıraraq məhv etdiyimi qeyd edib”.

“Qadına əxlaqsız təklif etdiyim barədə göstərdiyi dəlillər əsassızdır”

Azad Əliyev bildirib ki, Nadir İsmayılov iddia tələbi ilə bağlı məhkəməyə göndərdiyi etiraz qeydlərində də onu təhqir edib, onun barəsində şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən yalan ifadələr işlədib, həqiqətə uyğun olmayan yalan məlumatlar yazıb: “Nadir İsmayılov etiraz qeydlərində guya mənim Yeni Azərbaycan Partiyası Oğuz rayon Təşkilatının İdarə Heyətinin sədri vəzifəsindən qovulduğumu qeyd edib. Halbuki 1993-cü ildən Yeni Azərbaycan Partiyası Oğuz rayon Təşkilatının İdarə Heyətinin sədri olmuşam. 2007-ci ilin mayında həmin vaxt Oğuz şəhər icra nümayəndəsi vəzifəsində işlədiyimdən və iki vəzifəsini yerinə yetirmək mənim üçün çətin olduğundan öz xahişim ilə Yeni Azərbaycan Partiyası Oğuz rayon Təşkilatının İdarə Heyətinin sədri vəzifəsindən azad edilmişəm. Bundan əlavə, Nadir İsmayılov məlumatda və etiraz qeydlərində Oğuz rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində işlədiyim vaxtlarda guya küçə ilə gedən qadına əxlaqsız təklif etdiyimi və bununla bağlı Oğuz rayon

İcra Hakimiyyətinin binasında qarşıdurma yarandığı barədə göstərdiyi dəlillər də əsassızdır. Onun dediyi Pərvanə Bəyova adlı həmin qadın Oğuz rayon İcra Hakimiyyətinin binasında qanunsuz hərəkətlər etdiyinə görə cinayət məsuliyyətinə cəlb edilərək barəsində ittiham hökmü çıxarılıb”.

Oğuz rayon Məhkəməsində çıxış edən Nadir İsmayılov bildirib ki, Azad Əliyevə qarşı qərəzli mövqe tutmayıb, onun şərəf və ləyaqətini ləkələyən məlunatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitələrində yaymayıb: “Yalnız Azad Əliyevin rəhbərliyinə onun əməlləri barədə rəsmi məlumat vermişəm və həmin məlumatlərı da faktlarla əsaslandırmışam. Azad Əliyev özü də yazılı sürətdə təsdiq edib ki, onlar arasında torpaq mübahisəsi var. O, qeyd edib ki, guya “Alma bagı” adlanan sahədə onun övldlarının və qardaşının kol-kosdan təmizləyərək əkib-becərdiyi torpaq sahəsini qeyri qanuni yolla onların əlindən almışam. Kooperativin əkdiyi mübahisəli torpaq sahəsində iddiaçının ailə üzvlərinə aid, hətta Əliyev soyadlı hər hansı şəxsə aid torpaq sahəsi yoxdur”.

“Katibəsinin həyatını param-parça etdiyini çayxanada eşitmişəm”

Nadir İsmayılovun sözlərinə görə, Azad Əliyevin Oğuz şəhəri üzrə icra nümayəndəsi işlədiyi vaxtda katibəsinin həyatını param-parça etdiyi, həmin qızdan doğulan körpədən imtina etdiyi, həmin qadının körpəni uşaq evinə verərək Rusiya Federasiyasına getdiyi, əhalinin ona məişət pozğunu kimi nifrət etdiyi barədə isə tez-tez çayxanalarda və digər yerlərdə camaat arasında gedən söhbətlər zamanı eşidib: “Bu da hamıya bəlli olan hallardır ki, mübahisə

edilə bilməz və əlavə sübuta ehtiyacı yoxdur. Həm də bunu kütləvi çıxışlarımda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitələrində yaymamışam”.

Nadir İsmayılov qeyd edib ki, 2014-cü ilin yay aylarında, hətta Ramazan ayında kəndin böyük bir hissəsində uzun müddət içməli su tapılmayıb: “Əhalidən isə yeni xətt çəkilməsi və ya mövcud xəttin təmiri üçün pul tələb olunduğu barədə söhbətlər gedib. Əhali arasında söz-söhbət gedib ki, su qarğıdalı sahələrinə verilir. Azad Əliyevin rəhbərliyinə yazdığım məlumatları, kimə, nəyə və hara əsaslandığımı qeyd etməklə, başıma gətirdiklərinə rəğmən gələcəkdə baş verə biləcək neqativ halların qarşısının alınması məqsədi ilə bildirmişəm. Bu məlumatlardan hansınınsa yalan olduğunu bilmirəm. Azad Əliyevin şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən hərəkətlərə yol vermək niyyətində olmamışam. Belə hərəkətlərə də yol verməmişəm. Həmin məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitələrində yaymamışam, iddiaçıya hər hansı formada mənəvi ziyan vurmamışam”.

Oğuz rayon Məhkəməsi Azad Əliyevin iddiasını qismən təmin edib. Belə ki, məhkəmə Azad Əliyevin Nadir İsmayılovdan 10 min manat miqdarında təzminat ödəməsi ilə bağlı iddiasının 10 min manatını təmin edib.

Qətnaməyə əsasən, Nadir İsmayılovdan 10 min manat tutularaq Azad Əliyevə ödənilməlidir. Həmçinin Nadir İsmayılovun müvafiq qurumlara şikayət etməsi ilə bağlı ərizələrini təkzib etməsi, təkizibi “Oğuz yurdu” qəzetində dərc edilməsi qərara alınıb.

Azad Əliyev məhkəmənin qərarından narazı qalaraq apelyasiya şikayəti verib. O, iddia ərizəsinin tam təmin edilməsini istəyib. Cavabdeh Nadir İsmayılov da apelyasiya şikayəti verib. Nadir İsmayılov Oğuz rayon Məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia ərizəsinin rədd edilməsini istəyib.

Tərəflərin şikayəti araşdırılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib. Apelyasiya şikayəti hakim Ələddin Məcidovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərara elan edib. Qərara görə, Nadir Əliyevin apelyasiya şikayəti qismən təmin edilib. Məhkəmə zərərin ödənilməsi ilə bağlı hissədə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirib. Məhkəmə ödənilməli olan 10 min manat təzminatı 5 min manata qədər endirib. Azad Əliyevin şikayəti təmin ediliməyib və qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılıb.

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Hakim qərar verdi: pulu “Azərsu” yox, icra hakimiyyəti ödəsin

    Hakim qərar verdi: pulu “Azərsu” yox, icra ...

    5-02-2015, 01:31

  • 
  • Oğuz sakini evində silahla özünü vurdu

    Oğuz sakini evində silahla özünü vurdu ...

    22-11-2015, 12:52

  • 
  • Rektor Nadir Qəhrəmanov işdən çıxarıldı

    Rektor Nadir Qəhrəmanov işdən çıxarıldı ...

    9-12-2013, 13:08

  • 
  • Qulu Məhərrəmliyə qarşı məhkəmə işi üzrə icraat dayandırılıb

    Qulu Məhərrəmliyə qarşı məhkəmə işi üzrə icraat ...

    25-04-2016, 20:41

  • 
  • Nadir 120 minlik “Maserati” aldı

    Nadir 120 minlik “Maserati” aldı ...

    13-08-2014, 01:03


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu