GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » İki dostun birgə cinayəti

İki dostun birgə cinayəti

Tarix: 10-08-2016, 23:40 Bölmə :GündəmXəbər / Manşet Baxış: 685
İki dostun birgə cinayəti

“Kral”da dostların qurduğu cinayət planı: gənc oğlanı şam ağaclarının arasında soydular

Quldurluqda ittiham olunan Sumqayıt şəhər sakinləri – 1992-ci il təvəllüdlü İsmayıl Məmmədov və 1991-ci il təvəllüdlü Tamerlan İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

İttihama görə, İsmayıl Məmmədov və Tamerlan İbrahimov 19 iyul 2015-ci ildə, gecə saat 03.00-da Bakı-Quba şosse yolunun 28-ci kilo metrliyində yolun Bakı istiqamətinə olan sağ kənarında yerləşən “Kral” kafesinə gəliblər.

İsmayıl Məmmədov orada tanış olduqları Ağamir Əsgərovun həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla basqın edərək yumruqla başının arxasından vuraraq yerə yıxıb.

Bundan sonra onu Tamerlan İbrahimovla birlikdə sürüyərək yaxındakı parkdakı ağacların arasına aparıblar. Orada hər ikisi Ağamir Əsgərovu yumruq və təpiklə vuraraq ona xəsarət yetiriblər.

Daha sonra onlar Ağamir Əsgərovun əynində olan 5 manat dəyərində qolsuz köynəyini cıraraq çıxardıblar. Sonra İsmayıl Məmmədov köynəyin hissələri ilə Ağamir Əsgərovun əllərini, Tamerlan İbrahimov isə onun ayaqlarını bağlayaraq, cibindən 890 manat pulu, bir ədəd 80 manat dəyərində Vyetnamda istehsal edilən “Samsung Galaxy” markalı mobil telefon aparatını, ayaqlarından 17 manat dəyərində olan ayaqqabılarını götürüblər.

İsmayıl Məmmədov həmin telefonu və götürdüyü puldan 80 manatı Tamerlan İbrahimova verib. Zərərçəkən Ağamir Əsgərova 992 manat ziyan vurmaqla quldurluq etdikdən sonra İsmayıl Məmmədov İsmayıl və Tamerlan İbrahimov hadisə yerindən uzaqlaşıblar.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 181.2.1-ci (quldurluq) maddəsi ilə ittiham ediliblər. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Məmmədov İsmayıl və Tamerlan İbrahimovun hər biri 9 il müddətinə azadlıqdan məhrum ediliblər.

Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Onlar əməllərini Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsinə tövsüf edilməsini istəyiblər. Onların şikayətləri araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib.

“Qız üstündə mübahisəmiz düşdü”

Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş İsmayıl Məmmədov bildirib ki, 19 iyul 2015-ci il tarixdə, saat 01 radələrində tanışı Tamerlan İbrahimov ilə əylənmək üçün “Kral” kafesinə gəlib və ayrıca stolda oturub: “Orada çaxır və meyvə sifariş verərək yeyib-içməyə başladıq. Həmin vaxt yanaşı stolda adını sonradan bildiyim Ağamir adlı şəxs tək oturmuşdu. Sərxoş vəziyyətdə olan Ağamiri öz stollumuza dəvət etdik. Ağamir dəvətimizi qəbul edərək bizim olduğumuz stolda oturduq. Bundan sonra birlikdə çaxır içməyə başladıq və bir boşqab meyvə sifariş verdik.

İsmayıl Məmmədovun sözlərinə görə, saat təxminən 03 radələrində Tamerlan ayaq yolunda olan zaman Ağamirlə arasında

qız üstündə mübahisə düşüb: “Biz mübahisəmiz çöldə davam etdirmək üçün kafedən çıxdıq və Bakı-Quba yolu istiqamətində addımladıq. Bakı istiqamətinə olan yolun sağ kənarındakı səkidə əlbəyaxa olduq. Əlbəyaxa olduğumuz vaxt bir-birimizi yumruq və təpiklə vurduq. Həmin vaxt Ağamirin köynəyi cırıldı, ayaqqabıları ayağından çıxdı”.

“Dalaşdığım üçün peşman olmuşam”

İsmayıl Məmmədov bildirib ki, fiziki cəhətdən Ağamirdən daha güclü olub: “Bunu üçün Ağamir məni zərbələrimə tab gətirə bilməyərək huşunu itirərək yerə yıxıldı. Həmin vaxt Tamerlan zəng edərək harada olduğumu soruşdu. Tamerlana Ağamirlə mübahisəm olduğu üçün çölə çıxdığımızı bildirdim. Sonra onu yanıma çağırdim. Tamerlan gələrkən Ağamir huşsuz vəziyyətdə yerdə uzandı. Onun pulu və mobil telefonu isə yerə düşmüşdü. Ağamirin özünə gəldikdən sonra əl-üzünü yumaq üçün kafeyə qayıdacağını düşündüyümüz i üçün onun pulunu və mobil telefonunu kafenin mühafizəçisinə vermək məqsədilə yerdən götürdük, cırıq vəziyyətdə olan köynəyini isə onun üstünə ataraq kafeyə qayıtdıq”.

Təqsirləndirilən şəxs bildirib ki, kafenin mühafizəçisinə müraciət edərək Ağamirin pulunu və mobil telefonunu ona veriblər: “Ağamir qayıtdıqda onun özünə qaytarmasını xahiş etdik. Eləcə də Ağamirin məni tapa bilməsi üçün özümə məxsus fiziki şəxsin sahibkarlıq uçotu haqqında VÖEN şəhadətnaməsini mühafizəçiyə verdim. Bundan sonra oturduğumuz stolun üstündə qalmış çaxırı və meyvəni qurtarmaq üçün yenidən öz masamızda oturduq, yeyib-içməyə başladıq. Bir qədər oturduqdan sonra Tamerlan

işinin olduğunu deyərək çıxıb getdi. Ağamirlə dalaşdığım üçün peşman olmuşam və ona kömək etmək məqsədilə dalaşdığımız yerə gəlmişəm. Lakin həmin vaxt Ağamir orada olmayıb. Bundan sonra evə getmişəm”.

“Ağamirə “özümüz səni yola salarıq” dedim”

İbtidai istintaqa ifadə verən İsmayıl Məmmədov hadisəni fərqli olaraq danışıb. O, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərib ki, iyulun 19-da, saat 01 radələrində dostu Tamerlan İbrahimov ilə birlikdə “Kral” kafesinə gəlmiş ayrıca stolda oturub: “Hər birimiz 2,5 litr olmaqla iki butulka çaxır və bir boşqab meyvə sifariş vermişik. Həmin vaxt yanaşı stolda adını sonradan bildiyim Ağamir adlı şəxs tək oturmuşdu. Ağamir bizdən siqaret istədi. Məndə ona iki dəfə siqaret vermişəm. Sərxoş vəziyyətdə olan Ağamiri öz oturduğumuz stola dəvət etdik. Birlikdə çaxır içməyə başladıq”.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, Ağamir bir boşqab meyvə sifariş verib və meyvənin pulunu özü ödəyib: “Ağamir meyvənin pulunu ödəyəndə onun cibindən topa formasında pul çıxardığını gördüm. Tamerlana Ağamirin pulunu ələ keçirmək istədiyimi bildirdim. Tamerlan da mənimlə razılaşdı. Təxminən saat 03:00 radələrində Ağamir duraraq evə getmək istədiyini bildirdi. Mən də Ağamirə “özümüz səni yola salarıq” dedim”.

“Ağamiri sürüyərək ağacların arasına apardıq”

İsmayıl Məmmədov bildirib ki, həmin vaxt Tamerlan ayaqyolunda olduğu üçün Ağamir birlikdə kafedən çölə çıxaraq Bakı-Quba yolu istiqamətində addımlayıblar: “Tamerlan isə bizim ardımızca gəldi.

Bakı istiqamətinə olan yolun sağ kənarındakı səkidə dayandıq. Həmin vaxt Ağamirin başı telefonda oynamağa qarışdığı zaman arxadan boynunun ardından yumruqla zərbə vurdum. Bu zaman Ağamir zərbədən yerə yıxıldı. Bundan sonra Tamerlanla birlikdə Ağamiri sürüyərək yaxınlıqdakı ağaclıqların arasına apardıq. Orada onu yumruq və təpiklə döydük”.

“330 manatı və telefonu mühafizəçilərə verdik”

İsmayıl Məmmədov qeyd edib ki, bundan sonra Ağamiri yerdən qaldıraraq onun cibindəki topa formasında olan pulu və “Samsung S2” markalı mobil telefonu götürərək Tamerlana verib: “Ağamirlə əlbəyaxa olan zaman onun köynəyi cırıldı və ayaqqabıları çıxdı. Ağamirin köynəyini cıraraq onun əynindən çıxartmışam və köynəyin hissələri ilə onun əllərini, Tamerlan isə ayaqlarını bağladı. Bundan sonra Ağamiri yerdə uzanıqlı vəziyyətdə qoyaraq kafeyə qayıtdıq. Orada Ağamirin cibindən götürdüyümüz pulun 400 manat olduğunu müəyyənləşdirdik. Kafedə yenidən çaxır sifariş verərək içməyə başladıq. Həmin vaxt kafenin adını bilmədiyim mühafizəçisi bizim həyəcanlı olduğumuzu gördü və bizə yaxınlaşdı. O, haradan gəldiyimizi, kiminlə dalaşdığımızı soruşdu. Mühafizəçilərə bizimlə bir stolda oturan şəxslə yolun o biri tərəfində dalaşdığımızı və həmin şəxsin üstündən 400 manat pulunu, mobil telefonunu götürdüyüzü bildirdik. Həmin pulun 11 manatını yenidən sifariş etdiyimiz çaxıra, meyvəyə və “Redbul”a görə kafenin xidmətçisinə ödəmişəm, 80 manatı isə Tamerlana vermişəm. Mühafizəçilər Ağamirdən götürdüyümüz pulları və telefonu sahibinə qaytarmaları üçün onlara vermələrini tələb etdilər. Bizdə puldan qalan 330 manatı və telefonu mühafizəçilərə

verdik. Eyni zamanda yaşadığımız ünvanı və telefon nömrələrini də mühafizəçilərə verdik”.

“Pul tapmaq üçün anamın iş yerinə getdim”

İsmayıl Məmmədovun sözlərinə görə, bundan sonra əvvəlcə Tamerlan, daha sonra isə özü kafedən çıxaraq gediblər: “Çölə çıxandan sonra törətdiyim əmələ görə peşmançılıq çəkdim. Ağamirə köməklik etmək məqsədilə cinayəti törətdiyimiz yerə getdim. Həmin vaxt Ağamir orada olmayıb. Yenidən kafeyə qayıdaraq döydüyümüz oğlanın orada olmadığını bildirdim və oradan evimə getdim. İyulun 20-də Ağamir evimə gələrək cibindən götürdüyümüz 500 manatı və telefonunu qaytarmağımızı tələb etdi. Pulu və telefonu qaytaracağımız halda şikayət etməyəcəyini bildirdi. Bundan sonra pul tapmaq üçün anamın iş yerinə getdim. Artıq baş vermiş hadisədən xəbərdar olan anam Ağamirə qaytarmağım üçün 200 manat verdi. Qalan 200 manatı isə Tamerlan verməli oldu. Pulu gec tapdığım üçün Ağamir və onunla gələnlər şikayət edəcəklərini bildirdilər. Məni maşınlarına mindirərək 2-ci polis bölməsinə apardılar. Ağamir orada hadisə barədə şikayət etdi”.

“İsmayıl atasından 1 manat pul istədi”

Digər təqsirləndirilən Tamerlan İbrahimov məhkəmədə verdiyi ifadəsində İsmayıl Məmmədovun ifadəsinə uyğun danışıb. O, ibtidai istintaq zamanı verdiyi ifadəsində hadisəni belə danışıb: “Əylənmək üçün əvvəllər iki-üç dəfə dostum İsmayıl Məmmədov ilə birlikdə “Kral” kafesinə getmişik. Orada çaxır içərək musiqi dinləmişik”.

Tamerlan İbrahimovun sözlərinə görə, iyulun 18-də, saat 22 radələrində İsmayılla zəngləşərək Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən parkda görüşüb və birlikdə şəhəri gəzməyə başlayıblar: “Saat 24 radələrində Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində gəzərkən İsmayıl istirahət etmək üçün “Kral” kafesinə getməyi təklif edib. İsmayıla üstümdə cəmi 20 manat olduğunu deyərək kafeyə getmək üçün bu pulun çox az olduğunu bildirdim. İsmayıl evə gedərək valideynlərindən pul alacağını bildirdi. Birlikdə İsmayılın yaşadığı ünvana yollandıq. İsmayılın yaşadığı binanın həyətində qalaraq onu gözlədim. İsmayıl isə mənzilə qalxdı. Bir qədər gözlədikdən sonra dükandan özümə kontur aldım və özüm də İsmayılın mənzilinə getdim. İsmayıl atasından 1 manat pul istədi. Atası da ona 1 manat verdi. İsmayıl anasından da 3 manat aldığını bildirdi. Onlarda 10-15 dəqiqə oturandan sonra çölə çıxdıq və 43-cü məhəlləyə kimi piyada getdik. “Sevgilim” şadlıq evinin yaxınlığında isə taksiyə minərək “Kral” kafesinə yollandıq”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, kafeyə çatanda İsmayıl taksiyə 3 manat pul verdiyini bildirib: “Mən də özümdə olan 20 manatı kafedə xərcləməyimiz üçün İsmayıla verdim. Kafenin həyətindəki masalardan birinin ətrafında oturaraq hər birimiz 2,5 litr olan iki butulka çaxır və bir boşqab meyvə sifariş etdik. Orada çaxırı içərək rəqs edənlərə tamaşa etdik”.

“Qulağıma pıçıldayaraq “oğlanın pulunu götürməliyik” deyə bildirdi”

Tamerlan İbrahimov daha sonra ifadəsində kafedə əylənmələrindən, qonşu masada əyləşən Ağamir adlı şəxslər tanış

olmalarından, onu da öz masalarına dəvət etmələrindən, sonda Ağamirin onların hesablarını ödəməsindən danışıb.

Tamerlan İbrahimov daha sonra bildirib ki, Ağamir hesabı ödəyəndə cibində topa pul olduğunu görüblər: “İsmayıl pulu görən kimi dərhal qulağıma yavaşca pıçıldayaraq “oğlanın pulunu götürməliyik” deyə bildirdi. Mən də İsmayılla razılaşdım. Saat 03 radələrində stoldan qalxaraq ayaqyoluna getdim. Ayaqyolundan qayıtdıqda onlar artıq kafedə yox idilər. Bu zaman İsmayıl öz istifadəsində olan telefon nömrəsindən istifadəmdə olan nömrəyə “WhatsApp”la mesaj göndərərək çölə çıxmağımı istədi. Mən də çölə çıxan da onları görə bilmədim. Buna görə də İsmayıla zəng edərək harada olduğunu soruşdum. İsmayıl Bakı-Quba şosse yolunun əks tərəfində olduğunu deyərək məni yanına çağırdı. Həmin istiqamətə gedərək yolu keçəndə onları gördüm. İsmayıl mənə “qaqaşı yola salmaq lazımdır” deyərək Ağamirlə söhbət edərək başını qarışdırdı”.

Tamerlan İbrahimov ifadəsində həmçinin Ağamirə qarşı etdikləri quldurluq cinayətindən danışıb: “Bundan sonra İsmayıl Ağamirin ünvanına alçaldıcı ifadələr işlədərək “bu pul səndə haradandır” deyə soruşdu. Ağamir isə yalvararaq onu vurmamasını xahiş etdi. İsmayıl Ağamirin əynindən cırıb çıxartdığı köynəklə onun əllərini və ayaqlarını bağladı. Sonra Ağamirə “şikayət etsən, sənin üçün pis olacaq” deyərək hədə-qorxu gəldi. Ağamir şikayət etməyəcəyini deyərək onu vurmamağımızı xahiş etdi”.

Tamerlan İbrahimov daha sonra ifadəsində Ağamirin pulunu və mobil telefobnunu götürərək oradan getmələrindən danışıb: “Hadisə yerində İsmayıldan Ağamirin cibindən nə qədər pul

çıxartdığını soruşdum. İsmayıl isə 180 manat çıxartdığını bildirdi. Bankdan götürdüyüm krediti ödəmək üçün İsmayıldan 100 manat pul istədim. İsmayıl isə 80 manat verdi. Hadisə yerindən yola çıxanda İsmayıla evə qayıtmağı təklif etdim. İsmayıl isə “pul var, yenidən kafeyə qayıdaq və yeyib-içək” deyə bildirdi. Yenidən kafeyə qayıdaraq orada yedik-içdik”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, bundan sonra İsmayıl orada rəqs edən qızlardan birini yanına çağıraraq onunla əylənməsini təklif edib: “Qız isə İsmayılın bu təklifindən imtina etdi. İsmayıl isə qıza “pula görə imtina edirsənsə, pul var, mənlikdir” deyə bildirdi. Bundan sonra İsmayıl onlara xidmət edən cavan oğlanı stola çağıraraq satlıq telefon olduğunu bildirdi və telefonu ona göstərdi. Xidmətçi telefona baxdı və telefondan xoşu gəldiyi üçün onu 40 manata aldı. Telefonu alan şəxs telefonun cinayət yolu ilə əldə olunmasını bilməyib. Bundan sonra İsmayıl qızla əylənmək üçün getdi. Mən isə stolda tək oturdum”.

Apelyasiya şikayətini araşdıran hakimlər sonda Bakı Ağır Cinayətlər Məhkəməsinin ləğv edilməsi barədə qərara qəbul ediblər və təqsirləndirilən şəxslərin barəsində yeni hökm çıxarıblar.

Yeni hökmə əsasən, İsmayıl Məmmədov 8 il 6 ay, Tamerlan İbrahimov isə 8 il müddətinə azadlıqdan məhrum ediliblər.

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 80
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ər-arvad şantaj edildi

    Ər-arvad şantaj edildi ...

    3-06-2015, 12:10

  • 
  • Dələduz 9 il cəza aldı

    Dələduz 9 il cəza aldı ...

    28-06-2016, 18:21

  • 
  • Jurnalistin qızından Tamerlan Qarayevə qara qutu suçlaması

    Jurnalistin qızından Tamerlan Qarayevə qara qutu ...

    31-03-2015, 20:02

  • 
  • Bakıda sərnişin avtobusu həkimin üstündən keçdi

    Bakıda sərnişin avtobusu həkimin üstündən keçdi ...

    25-02-2014, 13:15

  • 
  • Xədicə İsmayıl həbs olundu

    Xədicə İsmayıl həbs olundu ...

    5-12-2014, 20:31


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu