“Vazeh özü əxlaqsız hərəkəti etməyi təklif etdi, onu bıçaqla hədələməmişəm”
1996-cı ildə Şirvan şəhərində anadan olmuş Fərid Mehdiyev (cinayət işində adı hallanan şəxslərin ad və soyadları şərti göstərilib) 27 mart 2013-cü il tarixdə, saat 18 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsində yerləşən Nəqliyyatçılar parkında Vazeh Qurbanovla futbol oynayıb. Teleqraf.com-un araşdırmalarına görə, o, həmin zaman Vazehin telefonunu təmir etdirmək adı ilə aldadaraq alıb. O, həmin əməli ilə Vazehə 55 manat ziyan vurub.
Fərid həmin günü saat təxminən 18-19 radələrində əvvəlcədən telefonu təmir etdirmək adı ilə aldadıb açıq taladığı 5 manatı və “Nokia” markalı Asha200 modelli mobil telefon aparatını Vazeh Qurbanova qaytaracağını vəd verib. O, Vazeh Qurbanovu aldadaraq bibisinə məxsus Biləcəri qəsəbəsində olan evə gətirib. Orada 1999-cu il təvəllüdlü Vahzehə bıçaqla zor tətbiq edəcəyi ilə hədələyərək ona qarşı seksual xarakterli hərəkətlər edib. O, Vazehə qarşı etdiyi seksual hərəkətlərini yayma qərarına gəlib. O, bu məqsədlə Vazehə qarşı etdiyi seksual hərəkətləri mobil telefon vasitəsi ilə video çəkiliş aparıb. Fərid həmin günü təxminən saat 19 radələrində apardığı çəkilişi yaymaq üçün Əli Əliyevin mobil telefonuna köçürüb və həmin çəkilişi yaymaq üşün başqasına verib.
Bununla da Fərid Mehdiyev Cinayət Məcəlləsinin 150.2.3-cü (təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmək), 171-1.1-ci (uşaq pornoqrafiyasını yayma, reklam etmə, satma, başqasına vermə, göndərmə, təklif etmə, əldə edilməsinə şərait
yaratma, yaxud yaymaq və ya reklam etmək məqsədilə hazırlama, əldə etmə və ya saxlama) və 180.1-ci (soyğunculuq) maddələri ilə ittiham edilib. Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Təqsirləndirilən Fərid Mehdiyev elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilib. O, bildirib ki, üç yaşında anası rəhmətə gedib, atası isə Ukraynada dünyasını dəyişib: “Bu səbəbdən bibim Sevdanın himayəsində yaşamışam. Bibimin Biləcəri qəsəbəsində bir otaqlı mənzili vardı. Həmin mənzilin giriş qapısının açarının bir nüsxəsi məndə olub. Həmin mənzildən ehtiyac olanda istifadə etmişəm. Martın 27-də, günorta saatlarında Biləcəri qəsəbəsində yerləşən “Nəqliyatçılar” parkına gələrək orada futbol oynayan uşaqlarla futbol oynamışam. 30 dəqiqə oynadıqdan sonra Kamrandan siqaret almaq üçün pul istədim. Kamran Vazehdə 5 manat pul olduğunu dedi. Vazehi yanıma çağıraraq onda pulunun olub-olmamasını soruşdum. Vazeh avtobusla getməyə 40 qəpik olduğunu bildirdi. Onun yalan danışmamasını, cibində 5 manat olmasını bildirdim. Vazeh 5 manatı qohumlarının telefonunu təmir etdirməsi üçün verdiyindən saxladığını dedi. Vazehə “telefonu və pulu mənə ver tanış ustam var, ona verib telefonu təmir etdirərəm” bildirdim. Vazeh məndən kiçik olduğu üçün inandı. O, telefonu və pulu mənə verdi. Pulu və telefonu Vazehdən aldıqdan sonra evə paltarımı dəyişməyə getdim. Vazeh arxamca evə gəldi. Evin içində telefonu və pulu Vazeh məndən istədi. Dedi ki, telefon və pul dayısının yoldaşına məxsusdur. Vazeh özü əxlaqsız hərəkəti etməyi təklif etdi, onu bıçaqla hədələməmişəm. Əksinə Vahedən ehtiyat edərək masanın üzərində olan bıçağı mətbəxə apardım və orada qoydum”.
“Dedi ki, çəkilişə özü də baxacaq”
Təqsirləndirilən şəxsin sözlərinə görə, Vazeh tərəfindən əxlaqsız hərəkətlər təklifi alandan sonra yataq otağına keçiblər: “Mən paltarımı soyunandan sopnra Vazehədə paltarını soyunmağı dedim. Vazeh paltarını soyunandan sonra arxası üstə yerə uzandı...”
Təqsirləndirilən şəxs zərərçəkmişlər sekasul hərəkətlərini açıq çılpaqlığı ilə danışıb (Onların seksual hərəkətlərinin həmin hissəsində olan ifadəni təqdim etmirik. red.) Fərid Mehdiyev ifadəsində bildirib ki, Vazeh Qurbanovla olan seksual hərəkətləri mobil telefon vasitəsilə videoya çəkib: “Ehtirasımı söndürəndən sonra ona bildirdim ki, çəkilişi başqa telefona köçürəndən sonra onun mobil telefonunu qaytaracam. Biz birlikdə evdən çıxdıq. Həyətdə olan qonşum Əliyə yaxınlaşaraq blutuz vasitəsi ilə Vazehin telefonunda olan video çəkilişi onun telefonuna göndərdim. Vazehin 5 manat pulunu və telefonunu videonu sildikdən sonra özünə qaytardım. Vazeh getdikdən sonra Əli ilə birlikdə video çəkilişə baxdıq. Əliyə bu barədə heç kimə deməməsini tapşırdım. Video çəkilişi Vazehin öz xahişi ilə başqa telefona köçürmüşəm. Vazeh dedi ki, sonra həmin çəkilişə özü də baxacaq”.
“Soyğunçuluq əməli törətməmişəm və pornoqrafiq görüntüləri yaymamışam”
Fərid Mehdiyevin sözlərinə görə, Vazehi əvvəllər tanımayıb: “Vazehin məndən təxminən 2-3 yaş kiçik olması və əxlaqsız hərəkətlərlə məşğul olması barədə məlumatım var idi. Özümü ona görə təqsirli bilmirəm ki, Vazehlə aramda olan hərəkətlər onun öz təşəbbüsü ilə olub. Bundan savayı soyğunçuluq əməli törətməmişəm və pornoqrafiq görüntüləri yaymamışam.
Pornoqrafiq görüntünü qonşum Əlinin telefonuna müvəqqəti köçürmüşdüm ki, sonradan öz telefonuma köçürüm və Əli də telefonundan həmin görüntünü silsin. İbtidai araşdırma zamanı müstəntiq onu döyüb, adımdan həqiqətə uyğun olmayan ifadələr yazıb. Cinayət işində olan üzərimə baxış haqqında protokolda qeyd olunub ki, məndən 5 manat pul aşkarlanəb və guya bu pulun Vazehə məxsus olmasını bildirmişəmr. Həqiqətdə isə cibimdə 35 manat pul olub. Pulu Vazehlə vidalaşandan sonra bibim oğlu mənə verib. Mənim artıq on altı yaşı vardı və etdiyim əməlin qanunsuz olmasını dərk edirdim. Etdiyim əməldən də peşmanam”.
“Fəridi ilk dəfə futbol meydançasında gördüm”
Məhkəmədə zərərçəkmiş qismində ifadə verən Vazeh Qurbanov bildirib ki, onun 14 yaşı var: “Martın 27-də, saat 15 radələrində dayımgilə getdim. Dayımın həyat yoldaşı Nokia markalı telefonunu, üstündə əlavə olaraq 5 manat pul verdi. Tapşırdı telefonu düzəltdirim. Bundan sonra həyətə çıxdim və Kamran adlı qonşumuzu gördüm. Kamrandan xahiş etdim ki, mənimlə birlikdə telefon ustasının yanına getsin. Kamramnda mənimlə razılaşdı və birlikdə Biləcəri qəsəbəsində yerləşən futbol meydançasının yanından keçərkən futbol oynayan uşaqları gördük. Onlar bizi futbol oynamağa dəvət etdilər. Futbol oynadığım zaman yanıma hal-hazırda məhkəmədə gördüyüm Fərid Mehdiyev gəldi. Onunla birlikdə futbol oynadıq. Fəridi ilk dəfə futbol meydançasında gördüm. Oyun qurtardıqdan sonra Fərid məndən siqaret almaq üçün pul istədi. Ona bildirdim ki, dayımın yoldaşı 5 manat pul verib və həmin pula mobil telefonu düzəltdirəcəm. Fərid pulu və telefonu məndən alaraq telefon ustası olan tanışı olduğunu və həmin telefonu orada düzəltdirə
biləcəyini dedi. Fərid hətta bildirdi ki, telefonu 4 manata təmir etdirəcək, 1 manatına isə özü üçün siqaret alacaq”.
“Dedi ki, onunla birlikdə mənzilə girsəm mobil telefon aparatını və pulu qaytaracağını dedi”
Zərərçəkmişin sözlərinə görə, Fərid ilə razılaşdıqdan sonra mobil telefonu ilə kiməsə zəng edərək danışdı: “Fəridin hərəkətlərindən şübhələnərək telefonu və pulu geri tələb etdim. Həmin yerin onların məhəlləsi olmasını bildirərək telefon və pulu qaytarmayacağını bildirdi, oradan qaçmağa başladı. Mən isə Fəridin arxasınca qaçdım. Ondan telefonunu və pulunu qaytarmasını tələb etdim. Fərid mənim hərəkətlərimə fikir verməyərək yenə də qaçdı, binaların arasına girdi. Mən isə Fəridin arxasına düşdüm. Həmin binaların arasına girdikdə Fəridin binanın blokuna girdiyini və pilləkənlərlə yuxarıya çıxmasını gördüm. Fikirləşdim ki, Fərid məndən qaçmaq üçün həmin bloka girib. Ona görə yenə də ondan pul və telefonunu tələb etdim. Blokla binanın axırıncı mərtəbəsinə qalxdım. Orada Fərid orta qapının qarşısında dayandı. Fəridə çataraq pulunu və telefonunu tələb etdim. Fərid 3-5 saniyə sakit dayanaraq əgər onunla birlikdə mənzilə girsəm mobil telefon aparatını və pulu qaytaracağını dedi”.
“Bıçaqla vuracağından qorxaraq onunla razılaşdım”
Vazeh Qurbanovun bildirdiyinə görə, Fəridin sözlərinə inanaraq onunla razılaşıb və Fərid qapını özündə olan açarla açdıqdan sonra birlikdə mənzilə daxil olub: “Bundan sonra Fərid yataq otağına keçdi. Mən də qapıının arasında dayandım. Fərid bıçağı götürərək “səsini çıxarma, əgər çalmasan səni vuracam” dedi. Onun bu hərəkətlərindən qorxaraq sakit dayandım. Fərid mənzilin qapısını bağlayaraq məni bıçaq götürdüyü otağa saldı,
özü isə mətbəxə keçdi. Qaçmaq istəsəm də, mənzilin giriş qapısını bağladığından oradan qaça bilmədim. Daha sonra Fərid soyundu, mənimdə əyinimdə olan gödəkcəni çıxarmağımı bildirdi. Fəridin məni bıçaqla vuracağından qorxaraq onunla razılaşdım”.
“Mənə hədə-qorxu gəldi”
Vazeh Qurbanovun sözlərinə görə, Fərid divanda uzanandan sonra ona əxlaqsız hərəkətlər etməyi təklif edib. O, bildirib ki, Fəriddən qorxduğu üçün raqzılaşıb: “Seksual hərəkətlər etdiyim zaman Fərid mənə məxsus telefon ilə hərəkətlərimi çəkməyə başladı. Qorxduğumdan Fəridə heç bir söz deməmişəm. Cinsi ehtirasını qurtarandan sonra Fərid yerdən ayağa qalxdı. Fərid paltarlarını geyinə-geyinə əgər bu barədə kiməsə desəm, çəkdiyi videonu hamıya, o cümlədən də atama göstərəcəyini bildirdi. Fəridə heç bir söz demədim və paltarlarımı geyindikdən sonra birlikdə həyətə düşdük. Həyətdə tanımadığı bir uşağa Fərid yaxınlaşaraq “telefonunun blutuzunu aç sənə nə isə göndərəcəm” dedi və video çəkilişi həmin uşağın telefonuna göndərdikdən sonra mənə məxsus N telefonu qaytardı. Ancaq 5 manat pulu ondan istəməyə artıq qorxduğum üçün oradan qaçaraq evimizə gəldim. Baş verənlər barədə atama danışdım. Fərid ilə cinsi əlaqədə könüllü olmamışam. Onun verdiyi ifadəsi yalandır. Fərid məni bıçaqla hədələdiyi üçün onunla ilə qeyri təbii yolla cinsi əlaqədə olmuşam”.
Bütün tərəfləri dinləyən hakim heyəti sonda hökm elan edib. Məhkəmənin hökmü ilə Fərid Mehdiyev 8 il müddətinə azadlıqdan məhrum edilib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?