GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » “Yaxamdan tutaraq məni divara çırpdı”

“Yaxamdan tutaraq məni divara çırpdı”

Tarix: 20-09-2016, 16:28 Bölmə :GündəmXəbər / Manşet Baxış: 816
“Yaxamdan tutaraq məni divara çırpdı”

Hərbi hissədə dəhşətli işgəncə faktları

Hərbi hissədə hədə-qorxu yolu ilə pul tələb etməkdə və digər cinayətlərdə ittiham olunan Sabirabad rayon sakini, 1996-cı il təvəllüdlü Elvin Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

İttihama görə, Elvin Məmmədov Müdafiə Nazirliyinin Goranboy rayonunun ərazisində yerləşən “N” saylı hərbi hissəsində əsgər rütbəsində xidmətdə olub. O, 2014-cü ilin oktyabr ayının sonlarında əsgər yoldaşı Rəhman Rəhimlinin atası Zabit Rəhimovun onun yanına gəlməsini və ona qol saatı verdiyini bilib.

Elvin Məmmədov taborun avtomobil parkında naryadda olan Rəhman Rəhimlinin yanına gəlib və qolundakı qiyməti 5 manat lan qol saatını ondan istəyib. Rəhman həmin saatın bacısının hədiyyəsi olduğunu bildiib və ona verməkdən imtina edib. O, Rəhman Rəhimliyə saatı verməyəcəyi təqdirdə onun üçün pis olacağını, yəni onu döyəcəyini bildirərək saatı ondan hədə-qorxu ilə tələb edib.

Rəhman Rəhimli yenə də saatı verməkdən imtina edib. Elvin Məmmədov naryaddan çıxdıqdan sonra əsgər yataqxanasına qayıdıb, onu döyəcəyini bildirib.

Bundan sonra Elvin Məmmədov Rəhman Rəhimlinin atası Zabit Rəhimovun sovqat da gətirdiyini bilərək xidmət etdiyi bölüyün əşya anbarına gedib. O, anbardar vəzifəsini müvəqqəti icra edən əsgər Romik Aydəmirova Rəhman

Rəhimlinin orada saxladığı, içərisində atasının gətirdiyi ərzaqlar olan çantanı istəyib.

1 toyuq və 25 manat pul

Elvin Məmmədov çantanı götürmək üçün Rəhman özü ondan xahiş etdiyini deyib. O, bildirib ki, əşya anbarında saxlanılan Rəhman Rəhimliy əməxsus çantanı guya taborun avtoparkına apararaq onun özünə verəcəyini bildirib

Elvin Məmmədov Romik Aydəmirovu aldadaraq Rəhmana məxsus çantanı anbardan götürüb və daha sonra həmin çantanı taborun inzibati binasının yaxınlığında yerləşən Novruz Məmmədova məxsus obaya aparıb. Elvin orada çantada olan bir ədəd soyutma toyuq və meyvəni yeyib və çantada olan Zabit Rəhimovun oğlu Rəhman Rəhimliyə xərclik üçün verdiyi 25 manat pulu götürüb.

Əsgər yataqxanasında dava

Daha sonra Rəhman Rəhimli həmin gün saat 20.40 radələrində xidmət etdiyi bölüyün əsgər yataqxanasına gəlib. Bu zaman Elvin Məmmədov Rəhmam Rəhimlini yanına çağırıb və qolundakı həmin qol saatını ona verməsini təkrar tələb edib. Elvin Məmmədov qol saatını verməyəcəyi təqdirdə onu döyəcəyini bildirib. Rəhman yenə də saatı ona verməkdən imtina edib.

Bundan əsəbləşən Elvin Məmmədov Rəhman Rəhimlinin yaxasından tutub və divara çırpıb, sonra onun sifətinə 2 sillə zərbəsi vurub. Daha sonra isə onun qol saatını zorla qolundan dartaraq qoparıb. Elvin saatı divara çırpıb və sonra ayaqlayaraq sındırıb.

Bundan başqa Elvin Məmmədov 2015-ci ilin mart ayının ortalarında saat 15:30 radələrində xidmət etdiyi bölüyün əsgər yataqxanasında istirahət vaxtı olduğu üçün öz yerlərində dincələn əsgərlərə “diqqət” komandası verib, dərhal qalxıb tapşırılmış işlərlə məşğul olmalarını tələb edib.

İstirahət saatında işgəncə

Bu zaman Elvin Məmmədov bölüyün 3-cü tağımının 2-ci manqasının sanitar-atıcısı vəzifəsində müddətli həqiqi hərbi xidmətdə olan əsgər Elvin Əhmədovun doğranmış odunların əsgər yataqxanasındakı sobanın yanına daşınması üçün getməli olduğu halda yatdığı yerdən gec qalxdığını bəhanə edib. O, Elvin Əhmədovun sifətinə 1 sillə və ayağına 1 təpik vurub.

Həmin vaxt Elvin Məmmədov Elvin Əhmədovu itələyərək başını əsgər çarpayısının dirəyinə çırpıb. O, Elvinə qarşı fiziki zor tətbiq edib. Elvin Əhmədov həmin zərbədən huşunu itirərək yerə yıxılıb, digər əsgər yoldaşları üzünə su vuraraq onu ayıldıblar.

Əsgərlərin tualet davası

Bundan başqa, Elvin Məmmədov 2015-ci ilin may ayının sonlarında saat 09.10 radələrində həmin bölüyün 1-ci tağımının 2-ci manqasının sanitar-atıcısı vəzifəsində həqiqi hərbi xidmətdə olan əsgər Həzrət Rəsulov ilə birlikdə bölüyün əsgər yataqxanasında yerləşən tualeti təmizləmək tapşırılıb.

Tualeti hər ikisi birlikdə təmizləməli olub. Amma Elvin Məmmədov Həzrət Rəsulovdan tualeti tək təmizləməsini tələb

edib. Həzrət Rəsulov tualeti tək təmizləməkdən imtina edib və hər ikisinin birlikdə təmizləməli olduqlarını bildirib.

Buna görə də onlıarın aralarında mübahisə yaranıb. Mübahisə zamanı Elvin Məmmədov Həzrət Rəsulovun şərəf və ləyaqətini alçaldıb və ona qarşı zor tətbiq edib.

Elvin Məmmədov bölüyün əsgər yataqxanasında əvvəlcə Həzrət Rəsulovun kitelinin yaxasından tutaraq onu tualetin divarına çırpıb, daha sonra isə sifətinə 2 sillə və ayağına 1 təpik zərbəsi vurub.

Təqsirləndirilən şəxs: “Əməlimdən peşmanam”

Elvin Məmmədov Cinayət Məcəlləsinin 332.2.1-ci (tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma) və 182.2.3-cü (hədə-qorxu yolu ilə tələb etmə) maddələri ilə ittiham edilib. Cinayət işi Tərtər Hərbi Məhkəməsində, hakim Abbas Abbasovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Məhkəmədə ifadə verən Elvin Məmmədov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib: “Zərər çəkmiş şəxslər Rəhman Rəhimli , Həzrət Rəsulov və Elvin Əhmədova qarşı fiziki zor tətbiq etmişəm. Rəhman Rəhimlinin əlindən ona məxsus bir ədəd qol saatını zorla almışam, divara çırparaq sındırmışam. Əməlimdən peşman olmuşam. Məhkəmədən xahiş edirəm ki, gəncliyimi, peşman olmağımı nəzərə alsın, mənə qanunla yol verilən güzəştləri etsin”.

Cinayət işi üzrə zərər çəkmiş Rəhman Rəhimli bildirib ki, 3 iyul 2014-cü ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinin Tovuz rayon şöbəsindən həqiqi hərbi

xidmətə çağırılıb: “Əsgər hərbi rütbəsində xidmət etmişəm, xidmət müddətimin başa çatması ilə 1 yanvar 2016-cı ildə ehtiyata buraxılmışam”.

“Məni döyəcəyi ilə hədələdi”

Zərər çəkmiş şəxsin sözlərinə görə, 2014-cü ilin oktyabr ayının ortalarında şəxsi heyətin bölgüsü zamanı 2-ci taborun 5-ci bölüyünün 2-ci tağımının 2-ci manqasının atıcısı vəzifəsinə təyin edilib, tabora göndərilməmişdən əvvəl atası Zabitlə telefon əlaqəsi saxlayaraq bu barədə ona məlumat verib: “2-ci taborda xidmət etməyə başladıqdan bir həftə sonra atam xidmətim ilə maraqlanmaq məqsədi ilə yanına gəldi. Atam mənə 25 manat, həmçinin evdən anamın göndərdiyi şirniyyat, bir ədəd bişmiş toyuq və meyvə olan zənbil, bacım Aytənin ad günümə hədiyyə etdiyi bir ədəd qol saatı verdi. Həmin gün atam getdikdən sonra mənə gətirdiyi zənbili əşya anbarına aparıb anbardar Romik Aydəmirova verdim və saat 18-dən 20-dək taborun avtoparkına patrul naryadına çıxdım”.

“Atamın verdiyi qol saatını istədi”

Rəhman Rəhimli bildirib ki, anbardardan naryaddan çıxdıqdan sonra zənbili götürəcəyini deyib: “Atamın verdiyi qol saatını qoluma taxmdım, 25 manat pulu isə dəsmalın arasında həmin zənbilə qoydum. Saat 19-30 radələrində əsgər Şamxal Əkbərovla birlikdə taborun avtoparkında naryadda olarkən Elvin Məmmədov İlkin Həmzəyevlə avtoparka gəldi. Elvin Məmmədov məndən qolumdakı saatı ona verməyimi tələb etdi. Saatın bacımın hədiyyəsi olduğunu bildirərək ona verməkdən imtina etdim. Elvin Məmmədov əsgər

yataqxanasına qayıtdıqda saatı ona verməyəcəyim təqdirdə, məni döyəcəyi ilə hədələdi”.

Rəhman Rəhimli qeyd edib ki, patrul naryadından çıxdıqdan sonra bölüyün əsgər yataqxanasına gedib: “Elvin Məmmədov məni yanına çağıraraq üstünə qışqırdı, qolumdakı saatı məndən hədə-qorxu ilə tələb etdi. Saatı verməyəcəyimi bildirdi. Elvin əsəbləşərək yaxamdan tutaraq məni divara çırpdı. Sonra sifətimə iki sillə zərbəsi vurdu, daha sonra isə qolumdakı saatı zorla dartaraq qopardı və sındırdı”.

Zərərçəkmiş daha sonra ifadəsində Elvin Məmmədovun onun anvarda olan çantasını götürməsindən, içində olan yemək və şirniyyatları yeməsindən, 25 manat pulunu götürməsindən danışıb.

Rəhman Rəhimli həmçinin ifadəsində daha iki dəfə Elvin Məmmədov tərəfindən zorakılığa məruz qalımasından da danışıb.

Cəza

Digər zərərçəkmişlər və şahidlər dinlənildikdən sonra hökm elan edilib. Məhkəmənin hökmü ilə Elvin Məmmədov 3 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Elvin Məmmədovun vəkili Ramiz Musayev apelyasiya şikayəti verib. Vəkil müdafiə etdiyi şəxsin cəzasının yüngülləşdirilməsini istəyib. Vəkilin şikayəti araşdırılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilib.

Şikayət hakim Bədəl Əliyevin sədrlik etdiyi kollegiyada araşdırılıb. Apelyasiya şikayətinin dəillərini araşdıran hakim heyəti sonda qərar elan edib.

Qərara görə, müdafiəçinin apelyasiya şikayəti qismən təmin edilib və Tərtər Hərbi Məhkəməsinin hökmü dəyişdirilib. Yeni hökmə əsasən, Elvin Məmmədovun cəzası 1 il 6 aya endirilib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakıda 19 min manatlıq hədə-qorxu

    Bakıda 19 min manatlıq hədə-qorxu ...

    4-10-2013, 13:36

  • 
  • Hərbi hissədə zabit əsgərin ləyaqətini alçaldıb

    Hərbi hissədə zabit əsgərin ləyaqətini alçaldıb ...

    18-09-2014, 16:44

  • 
  • Vəzifəli şəxsdən hədə-qorxu ilə pul tələb edən şəxs həbs edilmişdir

    Vəzifəli şəxsdən hədə-qorxu ilə pul tələb edən ...

    28-12-2015, 21:43

  • 
  • Azərbaycan çempionuna 12 il həbs cəzası verildi

    Azərbaycan çempionuna 12 il həbs cəzası verildi ...

    12-11-2014, 12:40

  • 
  • Əsgər atası ilə görüşdən az sonra özünü öldürüb

    Əsgər atası ilə görüşdən az sonra özünü öldürüb ...

    15-01-2014, 18:20


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu