Nəsimi rayon polisi hədələməklə külli miqdarda pul tələb edən dəstə üzvlərini yaxalayıb
Kriminal Ötən gün Bakıda hədə-qorxu yolu ilə pul tələb edən şəxslər tutulub. Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Elçin Əliyev Nəsimi rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək, bir qrup şəxsin ona hədə-qorxu gələrək, 19 min manat tələb etməsi barədə şikayət edib. Nəsimi rayon Polis İdarəsi Cinayət-Axtarış Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisədə şübhəli bilinən Seymur Abbasov, Natiq Orucov, Malik Süleymanov, Nizami Məmmədov və Mahir Əsədullayev yaxalanıblar.
Sorğu
Yeni dizaynımız necədir?