GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Akif Çovdarov var-dövlətini niyə gizlədə bilməyib?

Akif Çovdarov var-dövlətini niyə gizlədə bilməyib?

Tarix: 22-10-2016, 00:34 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 525
Akif Çovdarov var-dövlətini niyə gizlədə bilməyib?

Həbsdəki general hüquqlarının pozulduğunu iddia edir

İş adamı: “Əmin oldum ki, Akif Çovdarov telefon danışıqlarıma qulaq asdırıb”

“Qorxudan əsə-əsə Akif Çovdarova yalvardım ki, məni buraxsın”

Xəbər verdiyimiz kimi, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Akif Çovdarov var-dövlətini niyə gizlədə bilməyib?

Akif Çovdarovun törətdiyi cinayətlərin əksəriyyəti hərbi cinayətlər olduğub üçün onun və onunla birlikdə ittiham olunan şəxslərin cinayət işi baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib. Cinayət işi məhkəmənin sədri Həbib Həsənovun sədrlik etdiyi kollegiyada araşdırılır.

Məlumat üçün bildirək ki, Bakı Hərbi Məhkəməsində təhlükəsizlik tədbirləri güclü olmadığı üçün Akif Çovdarovun işinə Sabunçu rayon Məhkəməsinin inzibati binasında baxılır.

Buna səbəb isə bu məhkəmədə təhlükəsizlik tədbirlərinin güclü olmasıdır. Amma prosesə jurnalistlər buraxılmır. Bunu da belə əsaslandırırlar ki, Akif Çovdarovun cinayət işində dövlət əhəmiyyətli sirlər var.

Akif Çovdarov var-dövlətini niyə gizlədə bilməyib?

“Bizə 10 iş günü vaxt verildi”

Bu sirlərdən əsası birdə ondan ibarətdir ki, MTN-nin agentura şəbəkəsinə ayrılan pullar və şəbəkənin üzvlərinin ictimayyətə açıqlanmaması üçün nəzərdə tutulur.

Hazırlıq iclasında baş verənlər barədə jurnalistlərə Akif Çovdarovun vəkili Kamandar Nəsibov danışıb: “Oktyabrın 4-də keçirilən ötən iclasda biz məhkəmədən materiallarla tanışlıq üçün 20 iş günü vaxt istəmişdik. Amma bizə 10 iş günü vaxt verildi. Ona görə bu gün yenidən bu haqda vəsatət qaldırdıq. Çünki 56-cildlik iş materialları ilə tanış olmağa kifayət qədər vaxtımız olmamışdı. Hələ ki, biz cəmi 30 cildlə tanış olmuşuq, 26 cild qalıb. Amma məhkəmə bu dəfə də bizə kifayət qədər vaxt vermədi. Çalışacağıq ki, oktyabrın 31-nə qədər qalan materiallarla da tanış olaq, hazırlıq iclasında müzakirə olunası vəsatətlərimizi hazırlayıb təqdim edək”.

“Akif Çovdarovun durumu gündən-günə pisləşir”

Vəkil qeyd edib ki, oktyabrın 17-də məhkəməyə Akif Çovdarovun səhhəti ilə əlaqədar məktubla müraciət olunub: “Akif Çovdarovun əziyyət çəkdiyi ürək xəstəliyi ilə əlaqədar məhkəmədən xahiş olundu ki, kardioloq dəvət olunsun, xüsusi avadanlıqlar vasitəsilə müayinə olunsun. Bu məsələ ilə əlaqədar Penitensiar Xidmətə də müraciət etdik. Lakin bu günə qədər cavab almamışıq. Akif Çovdarov özü də dedi ki, səhhətində problemlər var. Biz özümüz də görürük ki, onun durumu gündən-günə pisləşir”.

Akif Çovdarov: “Hüquqlarım pozulub”

Hazırlıq iclasında Akif Çovdarov özü də məhkəmədə hüquqlarının pozulmasından şikayətlənib: “İttiham aktında yazılıb ki, mən bəzi vətəndaşlara qarşı qanunsuzluqlar etmişəm, onların hüquqlarını pozmuşam. Ancaq elə bu məhkəmədə mənim hüquqlarım pozulur. İşə ədalətli baxılmasını istəyirəm”.

Çoxsaylı cinayətlərdə ittiham olunan Akif Çovdarovun evində istintaq-əməliyyat qrupu axtarış aparıb. Akif Çovdarovun evlərində axtarışın aparılmasına dair sanksiya 2015-ci il dekabrın 14-də verilib.

Çovdarovun evindən nələr tapılıb?

Bu sanksiya əsasında onun Bakının Badamdar qəsəbəsi, massiv 3, ev 422-də yerləşən villasından qızıl-zinət əşyaları, kompüter və digər texniki vasitələrlə yanaşı ikisi rezin, biri metal olmaqla 3 ədəd dəyənək aşkar edilib.

İstintaqın müəyyən etdiyi kimi bu dəyənəklər zavod üsulu ilə hazırlanıb, “vurucu-əzici xassəyə malik soyuq silahdır”, təyinatı üzrə istifadəyə yararlıdır.

Dövlət Təhlükəsizliyi Xidmətinin istintaqa təqdim etdiyi arayışda göstərilir ki, Akif Çovdarovun xidməti səlahiyyətləri ilə bağlı ona ayrılmış texniki vasitələrin arasında dəyənəklər nəzərdə tutulmamışdı. Bu səbəbdən generalın dəyənəkləri evində niyə saxladığı və hansı məqsədlə istifadə etdiyi istintaqa qaranlıq qalıb.

Habelə generalın Badamdardakı villasında və digər evlərində aparılmış axtarış zamanı 50 ədəd 200-lük Türkiyə lirəsi (cəmi 10 min TL) , 3758 ABŞ dolları ( 37 ədəd 100 dollarlıq, 1 ədəd 50

dollarlıq, 1 ədəd 5 dollarlıq və 3 ədəd 1 dollarlıq kupyurlar), 6810 manat pul tapılıb.

Akif Çovdarov var-dövlətini niyə gizlədə bilməyib?

İstintaq müəyyən edib ki, Akif Çovdarovun Badamdar qəsəbəsi ilə yanaşı Novxanıda villası, Bakının mərkəzində, Sirkin yanında yerləşən çoxmərtəbəli binada mənzili, Şamaxının Nağaraxana kəndində tikintisi yarımçıq qalmış villası, Masazırda istixana kompleksi və balıqçılıq təsərrüfatı, bir neçə yerdə torpaq sahələri, o cümlədən ailə üzvlərinin adına olan torpaq sahələri və evlər mövcuddur.

Məlum olur ki, Akif Çovdarovun evindən xəzinə aşkar edilməyib, aşkar edilən pullar və qızıl-zinət əşyaları isə onun taladıqları ilə şübhəsiz ki, müqayisə oluna bilməz. Lakin Eldar Mahmudovun işdən çıxarılmasından və MTN-dəki qruplaşmanın darmadağın edilməsindən sonra təxminən ay yarım ərzində Çovdarovun da pullarını, qızıllarını gizlətməyə vaxtı var idi...

Akif Çovdarovun cinayət işi üzrə zərərçəkənlərdən biri də qızıl-zinət əşyalarının istehsalı və satışı ilə məşğul olan “Riyad Prodakşn” şirkətinin direktoru Şahmar Qurbanovdur.

Şahmar Qurbanov bildirib ki, 1994-cü ildən zərgərlik fəaliyyəti ilə məşğul olur. Onun sözlərinə görə, 2007-ci ildə onu Akif Çovdarov MTN-ə çağırıb. O, qeyd edib ki, general xidməti kabinetində onunla görüşüb.

“Akif Çovdarov məni izlətdirib”

İş adamı bildirib ki, bu zaman Akif Çovdarov onun üstünə qışqırıb: “Bildirib ki, hardasan, üç gündür gizlənirsən? At oynadırsan Bakıda, bir hindistanlıya 120 min dollar borcun var. Ona pul atmısan, milyonlar qazanırsan, gizli yolla brilyant gətirmisən. Bakı Əyləncə Mərkəzində toy etmisən, filan qədər pul vermisən”.

İş adamının sözlərinə görə, Akif Çovdarov daha sonra onun nə vaxt hansı ölkəyə səfər etdiyi, Bakıdakı evlərinin sayı, 4 maşınının olması barədə məlumatları deyib: “Akif Çovdarov telefon danışıqlarımdan sitatlar gətirdi. Bundan sonra əmin oldum ki, Akif Çovdarov telefon danışıqlarıma qulaq asdırıb. Məni də izlətdirib. Hədə-qorxu və şantajdan sonra Akif Çovdarov mətləbə keçdi. İndi 2 adam çağıraram, narkotiki qoyarlar qabağına, buradan da birbaşa gedərsən podvala. Ya da 1 milyon dollar verib canını qurtara bilərsən”.

“Akif Çovdarova yalvardım ki, məni buraxsın”

Şahmar Qurbanov ifadəsində qeyd edib ki, Akif Çovdarovun hədə-qorxusundan özünü itirib: “Qorxudan əsə-əsə Akif Çovdarova yalvardım ki, məni buraxsın. Həmçinin söylədim ki, ona verməyə 1 milyon dollarım yoxdur, bu qədər pulu düzəldə bilmərəm. Daha sonra Akif Çovdarov deyib ki, sənə hörmətim bu olar ki, 500 min dollar verəsən, qalan 500 min dolları da brilyant olaraq çatdırasan, sənə 3 gün vaxt verirəm. Həbs olunacağımdan qorxaraq dərhal Akif Çovdarovun dedikləri ilə razılaşdım”.

İş adamının sözlərinə görə, həqiqətən də Qriş adlı Hindistan vətəndaşına 120 min dollar borcu olub: “Akif Çovdarov isə bu

məlumatı ola bilsin telefon danışıqlarıma qulaq asdırmaqla öyrənib. Yaxud məlumatı Akif Çovdarovun işçisi və Qrişin dostu İsgəndər Hüseynov ona ötürüb. Bunun ardınca Akif Çovdarov həmin İsgəndər Hüseynovu otağına çağırır, ona göstəriş verir ki, qızıl alverçisini başqa otağa apararaq Qrişə olan borcunu 2 ay ərzində ödəyəcəyinə dair ərizə-iltizam yazdırsın. Akif Çovdarovun adamı məni qonşu otağa apardı və mənə ərizə yazdırdı. Daha sonra həmin ərizəni imzaladım. Ərizəni imzalayandan sonra Milli Təhlükəsizlik Nazirliyinin binasından çıxdım”.

Zərərçəkmiş iş adamı bildirib ki, cəmi 5-6 gün sonra İsgəndər Hüseynov onun iş yerinə gəlib: “İsgəndər Hüseynov bildirdi ki, Qrişə olan borcu təcili ödəmək lazımdır. Bu sözlərindən sonra çıxılmaz vəziyyətdə qaldım. Ona dedim ki, hazırda o qədər pulum yoxdur. Bu zaman İsgəndər təklif etdi ki, pulu yoxdursa, 120 minlik əmlak da verə bilərsən. Onun bu təkliflə razılaşmaqdan başqa yolum qalmadı. Bakının Əhmədli qəsəbəsində çoxmərtəbəli bina inşa edən dostun Rövşəndən xahiş etdim ki, tikdirdiyi binada 120 min dollarlıq bir mənzili İsgəndərin arvadının adına sənədləşdirsin. Bundan sonra sənədləşmə baş tutdu, ancaq həmin mənzildə nə Akif Çovdarovun işçisi, nə arvadı yaşamayıb. Bu sənədləşmədən iki ay sonra həmin mənzil satıldı”.

“İradə adlı tanışımdan 70 min dollar borc aldım”

Şahmar Qurbanov ifadəsində qeyd edib ki, Akif Çovdarovun tələb etdiyi 500 min dolları düzəltmək üçün Bakının Zərgərpalan küçəsində yerləşən 250 kvadratmetrlik mülkü Aqil adlı başqa qızıl alverçisinə 470 min dollara satıb: “Həm də Anar adlı dostumdan 100 min dollar borc aldım. Özümə məxsus “Hummer H3”,

“Mercedes S Class” və “Craysler” markalı avtomobilləri satdım. Bu satışdan daha 100 min dollar topladım. Akif Çovdarovun dediyi məbləğı düzəltmək bununla da kifayətlənmədi. Bu səbəbdən İradə adlı tanışımdan 70 min dollar borc aldım”.

“500 min dolları Çovdarovun xidməti avtomobilində onun özünə çatdırdım”

Şahmar Qurbanov ifadəsində söyləyib ki, həmin pulları MTN-dən çıxandan sonra cəmi 3-4 gün ərzində toplayıb: “2007-ci ilin avqust ayının ortalarında Akif Çovdarovun mobil nömrəsinə zəng vuraraq məbləğin hazır olduğunu dedim. Əvvəlcədən razılaşdığımız kimi 500 min dolları Bakının “Şamaxinka” ərazisində Akif Çovdarovun xidməti avtomobilində onun özünə çatdırdım. Akif Çovdarov pulu alandan sonra bildirdi ki, qalan 500 min dollarlıq brilyantın nə vaxt, hansı şəkildə çatdırılmalı olduğunu telefonla bildirəcək. Mənə həmin daş-qaşı hazırlamaq üçün 1-2 ay vaxt verdi. Akif Çovdarovun məndən tələb etdiyi 500 min dollarlıq brilyantı ala bilmək üçün Səməd Vurğun küçəsindəki mənzilimi 120 min dollara satdım, həyat yoldaşım üçün aldığım “Toyota Camry” avtomobilini və onun qızıl-zinət əşyalarını satdım. Bu yolla 400 min dollar topladım. 2007-ci ilin payızında Akif Çovdarovun tələb etdiyi brilyant daş-qaşa baxmaq üçün Hindistana, oradan Dubaya getdim. Dubaydan daş-qaşın siyahısını götürərək oradan Akif Çovdarovun mobil telefon nömrəsinə zəng vurdum. Akif Çovdarov dedi ki, hazırda İstanbuldadır və orada görüşmək lazımdır. Elə həmin gün Dubaydan İstanbula uçdum. Orada Akif Çovdarovla görüşdüm. Ona brilyant daş-qaşın siyahısını təqdim etdim. Akif Çovdarov bu siyahı ilə tanış olduqdan sonra iki qızı və

gəlini üçün 9 ədəd 1 karatlıq brilyant, arvadı üçün isə 1 ədəd 3 karatlıq brilyant seçdi. Ertəsi gün İstanbuldan Bakıya gəldim. Buradan Akif Çovdarovun mənə caladığı İsgəndər Hüseynovla birlikdə brilyant daş-qaşı almaq üçün yenidən Dubaya uçdum. Akif Çovdarovun seçdiyi brilyantlara 120 min dollar verərək aldım. Sonra İsgəndərlə birlikdə Bakıya qayıtdım. Bakıya qayıdan günü ertəsi Akif Çovdarova zəng etdim. Ona daş-qaşın hazır olduğunu dedim. Razılaşdığımız kimi həmin daş-qaşı Akif Çovdarova Milli Təhlükəsizlik Nazirliyinin inzibati binasının qarşısında, Parlament prospektində yenə də xidməti avtomobilində çatdırdım”.

“Akif Çovdarov mənə xəbərdarlıq etdi ki...”

Şahmar Qurbanov daha sonra ifadəsində bildirib ki, Dubaydan brilyantları alaraq Azərbaycana gətirib: “Bakı aeroportunda məni Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları qarşıladı və sərhəd-gömrük yoxlamasından keçirdilər. Akif Çovdarov qızları və arvadı üçün daş-qaşları alandan bir gün sonra yenidən mənə zəng vurdu. Bu dəfə dedi ki, milli təhlükəsizlik naziri Eldar Mahmudov üçün 2 ədəd 4 karatlıq və 1 ədəd 5 karatlıq, sertifikatı olan brilyant gətirmək lazımdır. Bu tapşırıq əsasında 5 gün sonra yenidən Dubaya uçdum. Oradan Akif Çovdarovun rəhbərliyi üçün nəzərdə tutulan brilyantı 260 min dollara aldım və Bakıya gətirdim. Bakıya qayıdandan sonra Akif Çovdarova zəng vurdum. Ertəsi gün onunla Novxanıdakı bağ evində görüşdüm. Bu zaman daş-qaşı ona çatdırdım. Həmin vaxt Akif Çovdarov mənə xəbərdarlıq etdi ki, əgər sənin bu brilyantları almağın haqda İsgəndər də daxil olmaqla kimsə eşitsə, həbsə gedəcəksən”.

Zərərçəkmiş iş adamı qeyd edib ki, Akif Çovdarova 500 min dollar nəğd və 380 min dollarlıq brilyant olmaqla, cəmi 880 min dollar verib.

Qeyd edək ki, Akif Çovdarov ötən ilin noyabr ayında həbs edilib. Həmin vaxt Səbail Rayon Məhkəməsi onun barəsində dörd ay müddətində həbs qətimkan tədbiri seçib. Sonradan həbs qətimkan tədbirinin vaxtı bir neçə dəfə uzadılıb.

Akif Çovdarov Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələb etmə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunur.

Cinayət işi üzrə 320-dən çox şahid, 60-dan çox isə zərərçəkmiş var. Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər A.Çovdarov, S.Məmmədov, A.Əliyev və O.Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.

Akif Quliyev
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Akif Çovdarovun 4 işçisi həbs edildi

    Akif Çovdarovun 4 işçisi həbs edildi ...

    12-11-2015, 17:56

  • 
  • Akif Çovdarov həbs edildi

    Akif Çovdarov həbs edildi ...

    14-11-2015, 18:58

  • 
  • Akif Çovdarovun dörd vəzifəli işçisinin həbs müddəti artırılıb

    Akif Çovdarovun dörd vəzifəli işçisinin həbs ...

    17-02-2016, 14:27

  • 
  • General Akif Çovdarovun asıb-kəsən vaxtları... - FOTO

    General Akif Çovdarovun asıb-kəsən vaxtları... - ...

    30-08-2016, 13:33

  • 
  • Akif Çovdarovun işçisi türmədə özünü öldürmək istədi

    Akif Çovdarovun işçisi türmədə özünü öldürmək ...

    4-02-2016, 20:46


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu