Keçmiş MTN-in həbs edilmiş əməkdaşlarından biri təcridxanada intihara cəhd edib. Bu barədə “Azadlıq” qəzetinə məlumatlı mənbədən bəlli olub.
Mənbə bildirir ki, özünü öldürmək istəyən keçmiş MTN-çi Orxan Osmanovdur. O, ləğv edilmiş nazirliyin Energetika və Nəqliyyatda Təhlükəsizlik Baş İdarəsinin əməkdaşı olub. Xatırladaq ki, bu idarənin rəisi hazırda həbsdə olan və çox ağr cinayətlərdə ittiham edilən Akif Çovdarov idi.
Orxan Osmanov hazırda Kürdəxanı təcridxanasında saxlanılır. Mənbə deyir ki, o, bir dəfə özünü öldürmək istəyib, lakin intihar cəhdi baş tutmayıb. Bundan az sonra özünü öldürmək məqsədilə başını divara çırpıb, amma sağ qalıb. Osmanovun özünü öldürməkdə israrlı olduğunu görən təcridxana rəhbərliyi onu daimi nəzarətdə saxlamaq üçün növbəli müşahidəçilik təyin edib.
Osmanovun nəyə görə özünü öldürmək istədiyi bəlli deyil.
Məlumatla bağlı əlavə dəqiqləşdirmələr aparmağa çalışacağıq.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?