GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Gənci qətlə yetirib və daha sonra oğurluq etdilər

Gənci qətlə yetirib və daha sonra oğurluq etdilər

Tarix: 28-10-2016, 23:31 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 623
Gənci qətlə yetirib və daha sonra oğurluq etdilər

Sumqayıtda törədilən qətl məhkəmədə araşdırılır

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə və oğurluqda təqsirli bilinən 1996-cı il təvəllüdlü Babək Atamalıyev, Hüseynağa Ağayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Qətl hadisəsi bu ilin martın 22-də, gecə saat 01 radələrində baş verib. 27 yaşlı Namiq Məmmədov Sumqayıt şəhəri, 13-cü mikrorayondakı 6 saylı binanın qarşısında üzərində zorakılıqla qətlə yetirilməyə xarakterik xəsarətlərlə meyiti aşkar edilib.

Həmin fakta görə Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində qətlin Sumqayıt şəhər sakini Babək Atamalıyev tərəfindən törədilməsində əsaslı şübhələr olduğundan o, tutularaq istintaqa cəlb olunub.

Məlum olub ki, Namiq Məmmədov doğulduğu gün qətlə yetirilib. Hadisə şahidləri bildirib ki, mərhum gənc işdən qayıdarkən siqaret almaq üçün məhəlləyə yaxın ərazidə dükana girib. Mağazadan çıxan Namiqə 3 şəxs yaxınlaşıb və siqaret istəyiblər. Namiq Məmmədovun onlara siqaret vermək istəməməyi mübahisəyə səbəb olub.

Beləliklə, mərhumu təqib edən həmin şəxslər həyətə girənə qədər onu söyüb təhqir ediblər. Təhqirlərdən bezən Namiq həyətə girən

kimi, blokun önündə dayanan 4 qonşunu köməyə çağırıb. Qonşuların mübahisəyə müdaxiləsi vəziyyəti daha da ağırlaşdırıb. Belə ki, siqaret arzusunda olan şəxslərdən biri-1996-cı il təvəllüdlü Babək Atamalıyev üzərində gəzdirdiyi bıçağı çıxararaq Namiqi vurub və qaçıb. Qonşular qatilin arxasıyca qaçmaq istəsələr də o, əlindəki soyuq silahla hamını hədələyərək aradan çıxa bilib.

Qonşulardan biri mərhumun ailəsinə xəbər verməyə, biri taksi axtarmağa, digəri isə təcili tibbi yardıma zəng ediblər. Namiq aldığı ağır bıçaq zərbəsindən bir neçə dəqiqə sonra, anasının qucağında keçinib...

Namiqi öldürəndən sonra qatil və onun yanındakı digər şəxslər növbəti cinayəti törədiblər. Qonşu məhəlləyə qədər qaça bilən şəxslər dükan yarıblar və məhz bu zaman polis tərəfindən tutulublar. Bildirilir ki, qatil “ölüm işi hara, dükan yarmaq hara? 1-2 il yatıb çıxarıq” düşüncəsiylə bu yola əl atıb.

Polis bölməsində oğurluq ittihamı ilə qalan həmin şəxslər qətlə şahidlik etmiş 4 qonşu tərəfindən tanınıblar. Şahidlik etmək üçün bölməyə dəvət olunan qonşular təsadüfən qatili görərək onun oğurluq üstündə tutulduğunu eşidiblər.

Qonşular həmin şəxsin əslində Namiqin qatili olduğunu bildiriblər və Babək Atamalıyev sorğu-sualdan sonra hər şeyi boynuna alıb. Hüseynağa Ağayev və Həsən Camalov da məsuliyyətə cəlb edilib. Hər iki şəxsin barəsində polis nəzarəti altında qəti imkan tədbiri seçilib.

Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə Hüseyn Camalov ifadə verməsi üçün zala dəvət edilib. Bildirib ki, o, Həsən Camalovun kiçik qardaşıdır.

Sorğu-sual zamanı məlum olub ki, Hüseyn Camalovun 15 yaşı var. Hakim bildirib ki, şahid yetkinlik yaşına çatmayıb və valideynləri olmadan dindirmək olmaz. Buna görə də hakimlər Hüseyn Camalovu dindirməyiblər.

Şahid qismində Ənvər Salamov ifadə verib. O, bildirib ki, yaşadığı evin pəncərəsindən baxanda bir neçə nəfərin mağazanı qarət etdiyini görüb.

Ənvər Salamovun sözlərinə görə, həmin şəxslərin üzlərini görə bilməyib: “Aşağı düşdüm. Həmin şəxslər artıq qaçmışdı. Buna görə də onları tapa bilmədim. Daha sonra qonşular ora toplaşdı. Bildik ki, məhləmizdə olan mağaza qarət edilib”.

Sonra hakim bildirib ki, cinayət işi üzrə olan 17 şahiddən 14 nəfəri məhkəmə istintaqı zamanı dindirilib. Bildirib ki, dindirilməyən şahidlərdən 2-i Rusiyada yaşayır və onların məhkəməyə gətirilməsi mümkün deyil. Hakimin sözlərinə görə, digər şahid Feyruz Salmanov mağazada gözətçi işləyib və hadisənin şahidi olmayıb.

Hakimin sözlərinə görə, Feyruz Salmanov hadisəni kimlərdənsə eşidib və eşitdiklərini danışıb. Hakim təklif edib ki, şahidlərin dindirilməsi başa çatdırısın. Tərəflər buna etiraz etməyib. Bu səbəbdən hakimlər cinayət işində olan sənədləri elan ediblər. Daha sonra məhkəmə istintaqının tamamlanması barədə qərar qəbul ediblər.

Çıxış etmək üçün dövlət ittihamçısına söz verilib. Amma dövlət ittihamçısı çıxışa hazırlaşmaq üçün vaxt istəyib.

Proses noyabrın 2-də davam edəcək.

"Gündəm Xəbər"
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 20
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Gəncə şəhərində qətl törətmiş şəxs tutulmuşdur

    Gəncə şəhərində qətl törətmiş şəxs tutulmuşdur ...

    14-04-2015, 23:44

  • 
  • Gəncədə ər arvadını odlu silahla qətlə yetirib

    Gəncədə ər arvadını odlu silahla qətlə yetirib ...

    31-03-2015, 20:06

  • 
  • Sumqayıtda qadını öldürənə ömürlük cəza tələb edildi

    Sumqayıtda qadını öldürənə ömürlük cəza tələb ...

    29-09-2016, 16:25

  • 
  • Respublika Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun  Mətbuat xidmətlərindən

    Respublika Daxili İşlər Nazirliyi və Baş ...

    16-03-2015, 01:14

  • 
  • Bakıda 21 yaşlı oğlan qətlə yetirilib

    Bakıda 21 yaşlı oğlan qətlə yetirilib ...

    10-09-2014, 10:28


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu