Bakı Ağır Cinayətlər Məhkəməsində qətl hadisəsi törətməkdə təqsirli bilinən Sumqayıt şəhər sakini Elman Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
İttihama görə, Sumqayıt şəhərində şəhər sakini Gülnaz Dadaşova müəyyən edilməmiş avtomobillə vurulub və o, hadisə yerində ölüb.
Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci polis bölməsi əməkdaşları tərəfindən Gülnaz Dadaşovanın münaqişə zəminində həmyerlisi Elman Əhmədov tərəfindən döyülərək qətlə yetirilməsi müəyyən edilib və həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Elman Əhmədov tutulub.
Hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. Prokuror Elman Əhmədovun 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Zərərçəkmişin hüquqi varisi çıxışında təqsirləndirilən şəxsə ömürlük həbs cəzasının verilməsini tələb edib.
Elman Əhmədovun vəkili müdafiə çıxışında müvəkkilinə bəraət hökmünün çıxarılmasını istəyib. Təqsirləndirilən şəxs çıxış üçün vaxt istəyib.
Sorğu
Yeni dizaynımız necədir?