GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » “Mədinə” tibb mərkəzində müştəriyə 6500 $ “pul fırladılıb”

“Mədinə” tibb mərkəzində müştəriyə 6500 $ “pul fırladılıb”

Tarix: 4-11-2016, 15:08 Bölmə :GündəmXəbər / Manşet Baxış: 752
“Mədinə” tibb mərkəzində müştəriyə 6500 $ “pul fırladılıb”


Kamran Salayev: “Ödəniş etdiyin pullar heç bir halda geri qaytarılmayacaq, get nə bilirsən onu da et”
Bir neçə gün bundan əvvəl Bərdə şəhəri M.Nəsibov küçəsi ev-84 ünvanında yaşayan Əhmədov Üzeyir Rəhim oğlunun, 2015-ci ildə “Mədinə” tibb mərkəzində üz-üzə qaldığı problemlər barədə, bəzi xəbər portallarında tənqidi açıqlamalar işıq üzü görmüşdü. Yazıb qeyd olunmuşdu ki, adı çəkilən tibb mərkəzində, bu gün də haqq-ədalət “qeybə çəkilib”. Çünki, 2010-cu il təvəllüdlü oğul övladı Elxan Əhmədlini “Mədinə” tibb mərkəzinə müalicəyə gətirən və ilyarımlıq müalicə xərci olaraq həmin müəssisəyə 6500$ pul ödəyən Əhmədov Üzeyir Rəhim oğlu, media əməkdaşlarına bildirdi ki, “övladım “autizm” xəstəliyindən əziyyət çəkirdi. Belə bir səbəb üzündən də, mən onu müalicə etdirmək məqsədilə “Mədinə” tibb mərkəzinə gətirdim və ilk sövdələşməm də, mərkəzin baş həkimi Kamran Salayevlə oldu. O, övladımı müayinə edərkən onda qeyd olunan xəstəliyin olduğunu bildirdi və müalicə edəcəyini də söylədi. Düzdür, ilk günlər bir ata olaraq həm onun vədinə inandım, həm də olduqca sevindim. Amma, sevincimin bəhrəsi heç də uzun çəkmədi. Çünki mən Kamran həkimin vədinə inanaraq, hər ay “Mədinə” tibb mərkəzinin büdcəsinə pul köçürdüm. Yəni, ilyarımlıq müalicə xərci olaraq, əlavə xərclərdən başqa 6500$ pul ödəsəm də, son anda müalicənin heç bir nəticəsi olmadı. O halda bilib başa düşdüm ki, aldadılmışam. İlyarımlıq müalicənin heç bir nəticəsi olmadığından, Kamran Salayevdən ödədiyim pulların geri qaytarılmasını tələb etsəm də, bu istəyim də heç cür baş tutmadı. Yalnız baş həkimin mənə verdiyi cavab o oldu ki, “ödədiyin pullar heç vaxt geri qaytarılmayacaq, get nə bilirsən onu da et” dedi”.
Digər maraqlı olay isə, Üzeyir Əhmədovun “Mədinə” tibb mərkəzinin kassasına ödədiyi pulların müqabilində, ona verilən qəbzlərin ondan geri alınması olub. Çünki, o, vurğulayıb ki, “mən hər ay təqribən 500 dollar, bəzi aylarda daha çox, bəzi aylarda isə, bir qədər az ödənişlər edirdim. Elə ki, adı çəkilən tibb müəssisəsinin ikinci mərtəbəsinə qalxırdım, həmin vaxt nəzarətçilər verilmiş qəbzləri məndən alırdılar. Düzdür,elə hallar olub ki, bir neçə aylıq qəbzlər məndə qalıb və həmin qəbzlər də, vaxtilə ödənişlər etdiyimi təsdiq edir”. Yaşanan belə bir olaylar, sözün həqiqi mənasında diqqəti cəlb edən olaylardandır. Çünki, bir halda ki, valideyn övladının müalicəsi ilə bağlı “Mədinə” tibb mərkəzinin büdcəsinə 6500$ pul ödəyib, deməli o, hansısa nəticəni görməlidir. Əgər ortada heç bir nəticə yoxdursa, səbəb nədir ki, Üzeyir Əhmədovun ödədiyi pullar geri qaytarılmır? Məgər alıb-atmaq zamanıdır, yoxsa mərkəzin rəhbərliyi bu cür yanaşmasını ortaya qoymaqla, özəl tibb müəssisələri haqqında müəyyən şübhələrin baş qaldırmasına yönəlik addımlarını atır? Üzeyir Əhmədov onu da vurğulayıb ki, “övladımın müalicəsini həm “Mədinə” tibb mərkəzinin baş həkimi Kamran Salayev, həm də tibb mərkəzinin reablitasiya mərkəzində baş həkim vəzifəsini daşıyan Fidan Talışlı həyata keçirsələr də, son anda heç bir nəticə olmadı. Belə olan halda başqa bir həkimi yanına getməli olduq və həmin həkimin qısa müddət ərzində həyata keçirdiyi müalicənin isə, az-çox əhəmiyyəti oldu. Adının çəkilməsini istəməyən həmin həkimlə etdiyimiz söhbət zamanı o, vurğuladı ki, “Mədinə” tibb“ mərkəzində və digər özəl tibb müəssisələrində xəstələrin müalicəsi bilərəkdən uzadılır. Həkimlərin məqsədləri, yalnız və yalnız xəstələrin yaxınlarından daha çox pul əldə etmək olur”. “Mədinə” tibb mərkəzində baş verən belə bir olaylardan sonra, yəqin ki, çoxsaylı oxucularımız və onların yaxınları bu ünvana ayaq basarkən olduqca diqqətli olacaqlar. Çünki, işıq üzü görən belə bir açıqlamanı hər kəs oxuyub biləcək ki, adı çəkilən tibb müəssisəsində Bərdə rayon sakini Əhmədov Üzeyir Rəhim oğlunun başına hansı oyunlar açılıb. Son anda da o, üz-üzə qaldığı problemlərin ictimailəşməsinə qərar verib. Bütün bunlardan əlavə, tərəfimizdən apardığımız araşdırmalar zamanı bəzi məlumatlar da əldə edə bilmişik ki, adı çəkilən səhiyyə ocağında vergidən yayınma hallarının baş verməsi də mütəmadi təkrarlanır. İstər həkimlik fəaliyyəti, istərsə də digər vəzifə sahibi olanların rəhbərliklə əmək müqavilələri bağlamadan çalışmaları da, daxil olan məlumatlardandır. Bu istiqamətdə araşdırmalarımız davam etdiyindən, çoxsaylı oxucularımızı və aidiyyəti qurumları bu və ya digər məsələlərlə bağlı, çox yaxın vaxtlarda məlumatlandırmağa çalışacağıq. O halda hər kəs biləcək ki, “Mədinə” tibb mərkəzində müştərilərin aldadılmalarından əlavə, daha nə kimi olaylar baş verir.
P.S. Hörmətli oxucular! İnanırıq ki, əgər sizin özünüz və yaxud da yaxınlarınızdan bir kimsə “Mədinə” tibb mərkəzində oxşar olaylarla üz-üzə qamısınızsa, o halda bizim redaksiyaya müraciət edəcəksiniz. Biz də KİV haqqında qanunun tələbinə uyğun olaraq, üzərimizə düşən vəzifə borcumuzu yerinə yetirməyə çalışacağıq. Araşdırmamız davam edəcək. Açıqlamada adı çəkilən şəxslərin də mövqeyini dinləyə bilərik.

Akif
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakıda Tibb Mərkəzi qarət olundu

    Bakıda Tibb Mərkəzi qarət olundu ...

    26-02-2014, 16:53

  • 
  • Gəncədə xəstənin qohumları həkim və tibb işçilərini yaraladılar

    Gəncədə xəstənin qohumları həkim və tibb ...

    8-07-2013, 14:40

  • 
  • Tibb bacısı iş yoldaşını bıçaqladı- Mərkəzi Klinik Xəstəxanada

    Tibb bacısı iş yoldaşını bıçaqladı- Mərkəzi ...

    25-12-2013, 12:28

  • 
  • Həkim tibb bacısını zorladı

    Həkim tibb bacısını zorladı ...

    8-01-2014, 11:57

  • 
  • İranda tibb bacıları etiraza qalxdı

    İranda tibb bacıları etiraza qalxdı ...

    29-10-2014, 21:31


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu