Çovdarov şəxsi məqsədlərinin həlli naminə, özəl həyatında istifadə etdikləri şantaj alətləridir, bəlkə də qurbanlarıdır
Düz bir ildir ki, Eldar Mahmudovun başçılıq etdiyi mütəşəkkil cinayətkar dəstənin ayrı-ayrı üzvlərinin törətdikləri silsilə cinayətlərin milyonda biri olsa belə əldə etdiyi informasiyalar əsasında xeyli materiallar oxuculara təqdim olunub. Ötənlərdə bir neçə dəfə bu cinayətkar şəbəkənin həm əllərində saxladıqları qadınların xidmətindən gen bol istifadə etmələri barədə yazılarla çıxış etmişik, həm də aldadılaraq, şantaj edilərək başlarına min oyunlar açılan bir çox xanımların, halbuki onların arasında çox tanınmış şəxslərin qızlarının da olması faktları var, məşəqqətli həyat hekayələrinin bəzi epizodlarından bəhs etmişik.
Bu günsə əldə etdiyimiz məlumatlara görə bir vaxtlar çovdarovların və onların sahiblərinin əsas silahı və vazkeçilməz əyləncəsi hesab etdikləri qadınların onların özlərinə qarşı silaha çevrilməsi mərhələsi başlayıb. Yəni artıq həmin qadınların xeyli hissəsi istintaqa dəvət edilərək üzləşdikləri tükürpədici cinayətləri bircə-bircə istintaqçılara danışıblar...
“Gündəm Xəbər” bildirir ki, tanınmış çekist, yüksək çinli keçmiş MTN zabiti İlham İsmayıldan "İndi də Akif Çovdarovun bu və ya digər yolla ələ keçirərək müxtəlif məqsədlərlə istifadə etdiyi qadınları istintaqa çağırırlar. Adətən qadınlardan xüsusi xidmət orqanlarında hansı məqsədlər üçün istifadə edirlər? Bu zaman könüllü əməkdaşlığa hazır olanlarla zorla bu işə cəlb edilənlərin xidmətlərinin keyfiyyətində fərq olurmu" sualına moderator.az cavab istəyib və aşağıdakı cavabı alıb:
"Günahı yalnız Çovdarovun simasında axtarmaq da yanlışdır. Çovdarov icraçıdır və Çovdarov kimilər ölkədə az deyil, səlahiyyət verərsən, dünənki quzuluqdan çıxıb canavara dönə bilərlər. Sadəcə Çovdarovun milisoner təfəkkürü nə qədər məhdud olsa da, tamahı, pula hərisliyi və qəddarlığı sərhədsiz olub.
Ümumiyyətlə, Çovdarov maraqlı fiqurdur. Dövlət təhlükəsizliyindən başqa qalan işləri uzun müddət müxtəlif kombinasiyalar qurmaqla, bəzən zərgər dəqiqliyilə və qorxmadan, çəkinmədən görüb. Özəl tapşırıqları yerinə yetirməkdə, adamları aradan götürməkdə, arzuolunmazları sındırmaqda, pulu olanlardan pulu, sərvəti, obyekti almaqda fenomenal qabiliyyət yiyəsi olub. Bir sözlə, dövlətin təhlükəsizliyindən başqa ona verilən, hətta verilməyən səlahiyyətlərdən məharətlə istifadə edib hər işlə, pardon, cinayət törətməklə məşğul olub, o cümlədən dediyiniz qadın məsələsilə də.
Sualınızda qeyd olunan “müxtəlif məqsədlərlə istifadə olunan qadınlar” ifadəsinə qayıdaraq deyirəm - O məqsədlərin heç birinin dövlətin təhlükəsizliyinə zərrə qədər aidiyyatı olmayıb. Əgər o “istifadə olunan qadınlar” həqiqətən istintaqa cəlb olunursa, deməli onlar bildiyimiz klassik məxfi əməkdaşlar deyil. Onlar Çovdarov şəxsi məqsədlərinin həlli naminə, özəl həyatında istifadə etdikləri şantaj alətləridir, bəlkə də qurbanlarıdır. Onlar Çovdarov üçün ”..anladım, gülsatan qız” rolunu oynamayıblar. Ona görə yox ki, xüsusi xidmət orqanlarında zərif cinsin nümayəndələrindən istifadə olunmur. Burda fürsətdən istifadə edib oxucularımıza bəzi bilgilər verməyi məqsədəuyğun hesab edirəm.
Qadınlar xüsusi xidmət orqanlarında tarixən olub, var və olacaq. Təkcə Birinci Dünya müharibəsində casusluq etmiş, ikiqat agent, rəqqasə, füsunkar qadın, ölüm hökmünü mərdliklə qarşılayan, onu güllələyən əsgərlərə hava öpüşü göndərən əfsanəvi Mata Xarini xatırlamaq kifayətdir. Qadınlar istər kəşfiyyatda, istər əks-kəşfiyyatda əvəzedilməz fiqurlar olub. Düzdü, bəzi peşəkarlar onlardan maksimum az istifadə etməyi tövsiyyə ediblər. Məsələn, Rixard Zorge qadın - agentləri yalnız köməkçi məqsədlər üçün istifadə etməyi məsləhət görüb, kəşfiyyat işlərinə cəlbetməyi məqsədəuyğun bilməyib: “Onlar hədsiz emossional, sentimental və reallıqdan uzaqdırlar. Yüksək siyasətin prinsiplərini bilməz, hərbi işləri anlamazlar”-deyib.
Qadınları xarici kəşfiyyata əməliyyat işçisi və ya agent kimi cəlb etmək çətin və yorucu proses olsa da nəticələri çox vaxt uğurlu olub. Lazım olan informasiyanı qadından yaxşı kim ala bilər ki? Kəşfiyyat tarixində əfsanəvi qadın qeyri-leqal kəşfiyyatçılar olub. Generallardan hərbi, fiziklərdən atom bombası nəzəriyyəsinin sirlərini, böyük əməliyyatların vaxtı haqqında məlumatlar məhz qadınlar vasitəsilə əldə edilib. Müasir dünyamızda ABŞ, İsrail xüsusi xidmət orqanları məxfi əməkdaş kimi qadınlardan geniş istifadə edirlər. Böyük Britaniyanın kəşfiyyat orqanı Mİ-6-da, əks kəşfiyyatı təşkil edən Mİ 5-də kadr əməkdaşların 40 faizi qadınlardır.
Bu geniş mövzudur, sadəcə həyatdan götürülmüş , bizlərə tanış olan iki filmdən epizodu xatırlayaq. “Uzaq sahillərdə” filmində Anjelika alman zabitindən filmin başlama saatını məhz qadın cazibədarlığını istifadə etməklə öyrənir. “Baharın on yeddi anı”ndakı Ket xaricdə təhlükəli şəraitdə radist kimi fəaliyyət göstərir. Misallar çox çəkmək olar. Əks-kəşfiyyat tarixində qadınların köməyilə çox kəşfiyyatçı kişilər ələ keçib.
Çovdarovun nə kəşfiyyata, nə əks-kəşfiyyata heç bir aidiyyatı yoxdur ki, hələ bir dövlət təhlükəsizliyini təmin etmək üçün yeri gələndə qadınlardan da istifadə etsin. O, yuxarıda qeyd etdiyim kimi şəxsi məqsədləri, özəl intim həyatı və şantaj aləti kimi onlardan istifadə edə bilər. O ki, qaldı “könüllü və zorakı yolla əməkdaşlığa cəlb edilənlərin xidmətlərinin keyfiyyətinə” dair sualınıza, həmən deyim ki, cəlbetmənin zorakı prinsipi ola bilməz. Komprmaterial əsasında ola bilər və bu zaman əməkdaşlığa həvəssiz, könülsüz münasibət bəsləyənlər olur (qadın, kişi fərq etmir), amma zorla kimisə agent etmək heç bir fayda verməz. O həmişə əməliyyat işçisilə əlaqədən, görüşdən qaçacaq. İnformasiya verməyən agent nəyə lazımdır?
“MTN işi”ndə hələ açılmayan, deyilməyən məsələlər, sürprizlər çox olacaq, hətta Çovdarovun da, şefinin də yaxın vaxtlarda bəraət alması haqqında xəbər çıxsa .., təəcüblənməyin.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?