GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Hanı əlahəzrət məntiq ?”

“Hanı əlahəzrət məntiq ?”

Tarix: 18-06-2016, 15:28 Bölmə :Ölkə Baxış: 0
“Hanı əlahəzrət məntiq ?”

Bu gün “çekistlərlə” bağlı mətbuatda gedən yazılar və eyni zamanda həmin yazılarda oxuculara təqdim olunan məlumatların filtirasiyaya məruz qalması içtimayyət tərəfindən bir mənalı şəkildə qəbul olunmur. Əksər yazıların “qətl, adam oğurluğu və ya işgəncə, hədə-qorxu, şantajla vəzifəli şəxslərin, iş adamlarının pulunu, əmlakını alıb, bəzilərini müflis edib, hətta intihara məcbur buraxma” kimi manşetə layiq başlıqları olmasına baxmayaraq, yazıların əksəriyyətinin məzmununda oxucu demək olar ciddi bir məlumata təsadüf etmir. Belə bir nəticə çıxartmaq olar ki, “mətbuat” oxucuya əslində heç bir məlumat vermədən, sabiq “çekistlərin” cinayətkar obrazlarını yaratmağa çalışır, şuurlara onların nə qədər qəddar olmalarını həkk etməyə cəhd göstərir. İş burasındadır ki, həqiqətəndə bu cinayətlər baş verib və bu neqativ hallar barəsində bu gün, deyil, heç dünən də deyil, hələ 2012-2013-cü illərdə dəfələrlə vurğulanıb, mətbuatda dərc olunub. Maraqlısı budur ki, bu gün ciddi detallar göstərilməməklə 21 “çekist” həbs olunur, hər kəs onların dəhşətli cinayətlərdə əllərinin olmasını mətbuatdan bilir, lakin onların törətdikləri cinayyətlərin mahiyətinə, incəliklərinə dair heç kimin zərrə qədər olsun belə məlumatı yoxdur. Əgər bir neçə mahiyətinə görə ciddi olmayan ittihamları nəzərə almasaq. San ki, o cinayətlər içtimailəşdirilir ki, içtimayyət həbs olunanlardan qırağa, bu gündə kənarda rahat oturub mahmudovların, çovdarovların iplərini əllərində saxlayanları tanımasın, onlara nifrət bəsləməsin. Xatırlayırsınızsa tarix təkrarlanır. Bir vaxtlar Hacı Məmmədovun törətdiyi cinayətlərin uzun müddət məsul şəxslərin diqqətindən kənarda qalmasından gileylənirdik, bir nəticə çıxarılmadı, indi də artıq 15 il nəzarətsiz qalmış yeni cinayətkar şəbəkənin mövcudluğunu nəhayət ki etiraf etdik, lakin heç bir zəmanət yoxdur ki, başqa bir şəbəkə hal hazırda iş başnda deyil və yaxudda ən pis halda bir neçə ildən sonra digər bir şəbəkənin cinayətləri üzə çıxmayacaq.
Zəmanət demişkən. Hansı zəmanətdən söhbət gedə bilər ki, bu gün ağır cinayətlərdə ittiham olunan “çekistlərin” istintaqının gedişatında məntiqsizlik özünü bürüzə verir. Artıq bir neçə aydır ki, yüksək rütbəli zabitlər, nazir müavinləri dəmir barmaqlıqlar arxasındadırlar və onların istintaqları aparılır. Bəzilərinin barəsində cinayət işləri qaldırılır, bəziləri hələ ki, nəzarət altında olmaqlarına baxmayaraq hələ bu “şərəfə” nail omayıblar, bəziləri ümumiyyətlə evlərində rahat oturublar və özlərini elə aparırlar ki, güya mahmudovlara, çovdarovlara qarşı allergiyaları olub. Bütün bunları haradasa həzm etmək olar, o səbəbdən ki, birisinin çox güman ki, “xüsusi xidmətləri” olub, digərinin kiminləsə yaxın qohumluğu var və s. Bəs ayıb olmasın soruşmaq, bu həbs olunan 21 yüksək rütbəli şəxslər (bunların arasında general, polkovnik, nazir müavini, idarə rəisi var) özlərimi şəxsən insanlara işgəncə verirdilər, hədə-qorxu gəlirdilər, şantaj edirdilər, qətlə yetirirdilər, oğurlayırdılar və yaxud ayrı ayrı obyektlərdə dinləyici qurğular yerləşdirib hədəflərini dinləyirdilər, yoxsa bütün bunlar üçün xüsusi seçilmiş aşağı rütbəli əməkdaşlar fəaliyyət göstərib ? Necə düşünürsünüz ? Bir anlıq təsəvvür edin ki, hər hansı bir təhlükəsizlik generalı və ya polkovniki özü şəxsən şəxsi avtomaşınında kimlərisə oğurlayır, qandalladığı şəxsi xidməti otağına gətirir, orada özü şəxsən ona işgəncə verir, qətlə yetirir, bundan sonra ayrı ayrı obyektlərdə dinləyici qurğular yerləşdirir, məhkəmə salonlarına gedib, hakimlərin əvəzinə qanunsuz qərarlar çıxardır, gecələr yatmayıb bəzi mətbu orqanlar üçün palaz-palaz məqalələr yazır. Hanı əlahəzrət məntiq ? Məntiqlə əgər tam obyektiv istintaq aparılıarsa, istintaqı aparılan 21 yüksək rütbəli “çekistin” hər birinin tapşırıqlarını yerinə yetirən əlavə iki əməkdaş müəyyən edilərsə, o zaman həbs olunanların sayı 21 deyil 60 (altmış) dan artıq olmalıdır. Odur ki, düzgün mülahizə yürütmək mədəniyyəti bizə hər hansı bir zəmanətdən danışmağa imkan vermir.

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Gülər Əhmədova: “Başa düşdülər ki, mənə qarşı böyük səhv ediblər”

    Gülər Əhmədova: “Başa düşdülər ki, mənə qarşı ...

    19-07-2014, 14:14

  • 
  • "Eldar Mahmudovun hələ də azadlıqda qalması təəccüb doğurur"

    "Eldar Mahmudovun hələ də azadlıqda qalması ...

    17-02-2016, 13:34

  • 
  • Mədət Quliyevə qarşı milyonluq rüşvət ittihamları

    Mədət Quliyevə qarşı milyonluq rüşvət ittihamları ...

    10-02-2013, 11:01

  • 
  • Cəlilabad İcra Hakimiyyətində «saraydaxili çəkişmə»

    Cəlilabad İcra Hakimiyyətində «saraydaxili ...

    21-12-2012, 12:49

  • 
  • Maşınlarınızın üstünə belə yazılar yazmayın

    Maşınlarınızın üstünə belə yazılar yazmayın ...

    10-12-2015, 12:41


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (72)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu