GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Akif Çovdarovun adamı sahibkarın başına silah dirəyib

Akif Çovdarovun adamı sahibkarın başına silah dirəyib

Tarix: 11-11-2016, 16:19 Bölmə :GündəmXəbər / Manşet Baxış: 787
Akif Çovdarovun adamı sahibkarın başına silah dirəyib

Keçmiş MTN generalının əlaltıları məsuliyyətə cəlb olunacaqmı?

Keçmiş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi, general-mayor Akif Çovdarovun cinayətlərinə dair yeni-yeni faktlar ortya çıxır. Son vaxtlar bu mövzu gündəmi tamamilə zəbt edib. Bir vaxtlar Akif Çovdarovun adı müxtəlif cinayətlərdə - "Zeytunluq qalmaqalında", jurnalist Aqil Xəlilin bıçaqlanması olayında, Elmar Hüseynovun qətlində hallandırılırdı. İndi isə daha çox "Eldar Mahmudovun kassiri" adlandırılan bu şəxsin sahibkarları şantaj edib külli-miqdarda pul aldığı barədə məlumatlar açıqlanır.
Amma "Gündəm xəbər" olaraq, biz hələ 2012-ci ildə - MTN generallarının necə deyərlər, qılıncının dalı da, qabağı da kəsən vaxtlarda onun törətdiyi dəhşətli cinayətlərdən bəhs etmişdik. O zaman əksər mətbuat orqanları susmuş, Akif Çovdarovun göstərişi ilə qeyri-qanuni olaraq, Azərbaycan vətəndaşlığı ləğv edilən iş adamının fəryadına qulaq asmamış, şikayətini dərc etməkdən imtina etmişdilər. “Gündəm Xəbər” qəzeti isə o zaman MTN generallarının sahibkarlara divan tutduğu barədə silsilə yazılar dərc etmişdi. Hətta buna görə qəzetimizin təsisçisi Şirin Cəfərli və əməkdaşlarımız ciddi təqiblərə məruz qalmışdı. Bu təzyiqlər barədə bir qədər sonra bəhs edəcəyik. Əvvəlcə gəlin görək, bu təzyiqlər nə ilə bağlı idi.

2012-ci ilin əvvəllərində qəzetimizə müraciət edən Yeni Azərbaycan Partiyasının üzvü Zakir Bədəlov üzləşdiyi təzyiqlərdən, ondan külli miqdarda pul tələb edilməsindən və qanunsuz olaraq ölkədən deportasiya edilməsi cəhdlərindən bəhs etmişdi.
Zakir Bədəlov Gürcüstanda doğulub, 90-cı illərin əvvəllərində Bakıya köçüb, Azərbaycan vətəndaşıdır.

Zakir Bədəlov və onun həyat yoldaşı 2007-ci ildən başlayaraq, müxtəlif təzyiq, təhdid və hədə-qorxulara məruz qalıblar. Bəs, bu təzyiqlər nədən başlayıb? Zakir Bədəlovun sözlərinə görə, 2006-cı ildə ev tikməyə başlayıb və iki mərtəbə tikdikdən sonra imkanı olmadığından ev yarımçıq qalıb. Üçüncü mərtəbəni tikəndə dostluq və qohumluq münasibətində olduğu Gürcüstan vətəndaşı Zakir Mustafayev ona öz köməyini təklif edib: "Zakir Mustafayev evin yarımçıq qaldığını görüb soruşdu ki, Zakir, evi niyə yarımçıq saxlamısan, niyə tikmirsən? Dedim, pulum yoxdur. Dedi ki, mən sənə 60 min dollar borc pul verərəm, sonra mən ev tikəndə sən mənə borc verərsən. Razılaşdıq. Zakir Mustafayev mənə 60 min dollar verdi, evi tikməyə başladım, yenə pulum çatmadı. Gəlib dedi ki, mən Rostova getmişdim, dostlar məni yaxşı qarşıladı, ordan yaxşı qayıtmışam, sənə yenə borc pul verə bilərəm, Bakıxanov qəsəbəsində, Dostoyevski küçəsində ev tikəcəyəm, evi tikəndə sən borcunu qaytararsan. Mən də dedim, gözüm üstə. "Qırmızı körpü"də Zakir Mustafayevin bacısı oğlu Paşa İsmayılovla axşamüstü üçlükdə görüşdük, Zakir mənə daha 30 min borc pul verdi. Aradan bir müddət keçəndən sonra, daha doğrusu, 2008-ci ilin avqustunda dedi ki, Zakir, sənə verdiyim pulu mənə faizlə qaytar. O, mənə üst-üstə 90 min dollar vermişdi, ötən aylara görə həmin 90 min dolların faizini hesabladı və dedi ki, borcun 100 mindir. Sentyabrda isə 100 min dolları və borc verdiyi vaxtdan hər aya görə həmin məbləğin 5 faizini qaytarmağımı tələb etdi. Dedim, qardaş, mənə vaxt ver, bankdan pul tapım, verim. Dözmədi, üstümə adamlar, ev alanlar gətirdi ki, evini sat, pulumu ver.
Zakir Bədəlov deyir ki, Zakir Mustafayev borc pul verdikdən sonra kimlərsə onu öyrədiblər: "O mənə pul verəndən sonra kimlərsə onu öyrətdilər ki, Zakiri sıxaq-boğaq, pul alaq. Sonuncu dəfə bu adam məni hədələdikdən sonra Gürcüstana gedib və bir daha bura gəlməyib. Amma oradan MTN-in əməkdaşı Səlimə zəng edib ki, gedin, Zakiri basın içəri, sıxışdırın, arvadı məcbur olub bacısıgildən 200 min alıb sizə verəcək. Çünki bacısıgil çox varlıdır, yarım milyon da pul istəsəz, verəcəklər".
Elə bundan sonra da ev alqı-satqısı ilə məşğul olan makler kimi Zakir Bədəlovun evinə gələn MTN əməkdaşları onu bayıra çıxarar və maşına oturdub MTN-ə aparırlar. Lakin buna qədər o, bir dəfə də MTN-ə aparılıb. Həmin hadisəni xatırlayan Nazilə Bədəlova deyir: "Yoldaşım mənə dedi ki, aşağı düş, mən Akif Çovdarovun yanına gedirəm. Səhər tezdən idi. Qara "Jeer" markalı maşın gəlmişdi. Yoldaşım həmin maşına minib getdi. Sadəcə getməzdən əvvəl Akif Çovdarovun telefon nomrəsini yazıb stolun üstünə qoydu. Yoldaşım gedəndən 3-4 saat sonra ondan bir xəbər çıxmadı. Sonra har-dansa zəng etdi ki, məni "podval"a atırlar. Mən də tanışlarımıza zəng vurdum ki, Zakirin başına belə bir iş gəlib. Hamı deyirdi ki, narahat olma, buraxacaqlar. 8 saat keçdi, gördüm buraxmırlar, dayana bilmirəm, Akif Çovdarova zəng etdim. Dedim, mən Zakirin həyat yoldaşıyam. Dedi ki, siz nə cürətlə bura zəng etmisiniz? Mən də dedim ki, siz niyə yoldaşımı tutub aparmısız və orda saxlayırsız? Akif Çovdarov yoldaşımın öz xoşu ilə MTN-ə gəldiyini dedi. Dedim, özü gəlibsə, buraxın. O da dedi ki, bu bizlikdir. Dedim ki, iki saata mənim yoldaşım evdə olmalıdır, onu qeyri-qanuni saxlamısız. Düzünü desəm, iki saat keçməmiş yoldaşım evə gəldi. Xarici pasportunu və şəxsiyyət vəsiqəsini almışdılar. Fikirləşdim ki, yəqin ara sakitləşəcək, gətirib verəcəklər. Bir-iki gün keçəndən sonra evə zəng gəldi, Səlim müəllim idi. Soruşdum nə istəyirsiz? Dedi ki, siz pasportunuzu mənə verməlisiniz. Səbəbini soruşdum. Dedi ki, siz Azərbaycada qeyri-qanuni yaşayırsız. Mən Azərbaycan vətəndaşı olduğumu, nə qızımın, nə də öz pasportumu verməyəcəyimi bildirdim. Pasportu mənə prezident, dövlət verib, o da ala bilər. Səlim müəllim bildirdi ki, bizim icazəmiz var. Dedim, icazəniz varsa, gedin pasport qeydiyyat şöbəsinə, mənim məlumatlarım oradadır, oradan götürün, bir də evə zəng edib məni narahat etməyin. O isə bildirdi ki, pasportu gətirib verməlisiniz, yoxsa sizin üçün pis olacaq. Sizi deportasiya edəcəyik, çünki ikili vətəndaşlığınız var. Mən də dedim ki, ikili vətəndaşlığım varsa, sübut edin. İkili vətəndaşlıq mənim nəyimə lazımdı? Sonra "elçilər" gəldilər, müxtəlif söhbətlər oldu ki, "bu qədər pul verin, məsələ həll olunsun". Mən də dedim ki, bir qəpiyim də yoxdur, özümüzün borcumuz var, nə qazanırıq ki, nə də verək. Bir var reket, amma siz dövlət adamısız, dövlət adamı reketlə məşğul olar? Hədə-qorxu gəldilər. Mən də dedim ki, bir dəfə yaranmışıq, bir dəfə də öləcəyik. Öləndə də təmiz vicdanla ölərik, bəzi cibgirlər kimi yox. Bundan sonra xeyli vaxt keçdi, biz müxtəlif dövlət qurumlarına müraciət etdik. Bir gün bir cavan oğlan gəldi ki, evə baxmağa gəlmişəm, maklerəm. Yoldaşıma dedi ki, gəl çıxaq, mən bayır tərəfdən evə baxım. Yoldaşım da kostyumsuz, ev paltarında çıxdı, hava da soyuq idi. Bir neçə dəqiqədən sonra mağazada işləyən qadın gəldi ki, Nazilə qorxma, sənə bir söz deyəcəyəm. Mənim şəkərim var, ona görə ehtiyat edirdi. Həmin qadın dedi ki, bəs, dörd nəfər Zakir müəllimin qollarını burub maşına saldılar. Bir "Jeer" qabaqda, ikisi də arxada getdilər".
Qeyd edək ki, bu olay, yəni Zakir Bədəlovun MTN tərəfindən növbəti dəfə saxlanılması 2011-ci ilin dekabrın 28-də baş verib.
Bu yerdə bir məqamı da vurğulayaq ki, Zakir Mustafayevdən 90 min dollar borc aldığını deyən Zakir Bədəlov ona əvvəlcə 125, sonra isə 150 min ABŞ dolları qaytarıb. Zakir Bədəlov borcunu və faizi qaytardığını, hətta xeyli artıq pul verdiyini, qarşı tərəfin isə 90 min dollar qarşılığında 275 min dollar almaqla kifayətlənməyib ondan yenidən pul qoparmaq fikrinə düşdüyü və Akif Çovdarovu da bu işə cəlb etdiyini bildirir. Onun sözlərinə görə, daha 200 min ABŞ dolları almaq üçün Zakir
Mustafayev Akif Çovdarovla əlbir olub və onu deportasiya etməklə hədələyiblər. Hətta Zakir Bədəlovun deportasiya edilməsi üçün müvafiq dövlət qurumları da bu işi cəlb olunublar.
Saxlanıldıqdan sonra Zakir Bədəlovu deportasiya etmək üçün Miqrasiya Xidmətinə aparıblar. Qeyd edək ki, bu barədə "Gündəm Xəbər"in yazısı Gürcüstanda müvafiq dövlət orqanlarına təqdim olundu və oradan Zakir Bədəlovun Gürcüstan vətəndaşı olmadığı barədə Zakir Bədəlova arayış verildi.
Ancaq buna qədər Dövlət Miqrasiya Xidməti 08.12.2011-ci ildə Zakir Bədəlovun Azərbaycandan deportasiya edilməsi barədə qərar vermişdi və icra olunması üçün onu Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə göndərmişdi. Deportasiya qərarı veriləndən, eyni zamanda Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən vətəndaşın şəxsiyyət vəsiqəsi və ümumvətəndaşlıq pasportu fəaliyyətsizləşdirildikdən sonra nəhayət ki, Gürcüstan Respublikasının Bakıdakı səfirliyinin konsulluq şöbəsinə
sorğu göndərmək idarə rəhbərliyinin yadına düşür. Gürcüstandan verilən arayış və bu sorğuya verilən cavabdan sonra Miqrasiya İdarəsi Zakir Bədəlovun deportasiya olunması barədə qərarın icrasını müvəqqəti olaraq (?) dayan-dırmaq məcburiyyətində qalır. Belə ki, Gürcüstan Respublikasının Bakıdakı səfirliyinin konsulluq şöbəsi də Zakir Bədəlovun Gürcüstan vətəndaşı olmadığını təsdiqləyir.

Akif Çovdarovla Zakir Mustafayevin əlbir olmalarına gəlincə, Zakir Mustafayevin borcunu qaytardıqdan sonra Akif Çovdarov Bədəlovları deportasiya etməmək üçün 200 min ABŞ dolları tələb edib.

Onu da qeyd edək ki, o zaman Zakir Mustafayev Zakir Bədəlovun üstünə silah çəksə və bu barədə hüquq-mühafizə orqanlarına məlumat verilsə də, heç bir tədbir görülməyib.
O zaman Akif Çovdarov-Zakir Mustafayev tandeminin fəaliyyəti barədə yazdıqdan sonra kriminal keşmişi olan Zakir Mustafayev Gürcüstanda həbs olundu. Bundan sonra onun yaxın qohumları "Gündəm Xəbər"in redaksiyasına zəng edərək, bizə hədə qorxu gəlməyə başladılar. Bundan bir müddət sonra həbsdən buraxılan Zakir Mustafayev də redaksiyamıza zəng edərək, qəzetimizin təsisiçisi Şirin Cəfərlini hətta ölümlə təhdid etdi.
Maraqlıdır, "MTN işi" çərçivəsində yuxarıda qeyd etdiyimiz qanunsuzluqlar araşdırılacaqmı? Akif Çovdarovun sifarişi ilə Bakıya gələn və Azərbaycan vətəndaşının başına silah dayayan, insanları ölümlə təhdid edən Zakir Mustafayevin və Akif Çovdarovun digər əlaltılarının məsuliyyətə cəlb dilməsi üçün tədbirlər görüləcəkmi?
Сəfər
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Akif Çovdarovun 4 işçisi həbs edildi

    Akif Çovdarovun 4 işçisi həbs edildi ...

    12-11-2015, 17:56

  • 
  • Akif Çovdarov həbs edildi

    Akif Çovdarov həbs edildi ...

    14-11-2015, 18:58

  • 
  • MTN generalının oğlu işdən çıxarıldı

    MTN generalının oğlu işdən çıxarıldı ...

    27-10-2015, 20:13

  • 
  • General Akif Çovdarovun asıb-kəsən vaxtları... - FOTO

    General Akif Çovdarovun asıb-kəsən vaxtları... - ...

    30-08-2016, 13:33

  • 
  • Akif Çovdarovun işçisi türmədə özünü öldürmək istədi

    Akif Çovdarovun işçisi türmədə özünü öldürmək ...

    4-02-2016, 20:46


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu