GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Akif Çovdarovun qara “CİP”ləri jurnalisti niyə izləyirdi?

Akif Çovdarovun qara “CİP”ləri jurnalisti niyə izləyirdi?

Tarix: 11-11-2016, 17:47 Bölmə :GündəmXəbər / Manşet Baxış: 663
Akif Çovdarovun qara “CİP”ləri jurnalisti niyə izləyirdi?

“Generalın adamı zəng edib məni ölümlə hədələdi”

Qəzetimizin ötən sayında bir müddət əvvəl ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrinə Nəzarət Baş İdarəsinin həbsdə olan rəisi Akif Çovdarov və digərlərinin cinayət əməlləri ilə bağlı yazı dərc etmişdik. Qeyd edəki ki, “Gündəm Xəbər” olaraq, hələ 2012-ci ildə Akif Çovdarovun YAP üzvü Zakir Bədəlovdan 200 min manat tələb etdiyi, özü və əlaltısı Zakir Mustafayevin onu ölümlə hədələdiyi barədə yazmışdıq. Hətta o zaman dərc etdiyimiz yazıda Zakir Mustafayevin Zakir Bədəlovun başına tapança dirədiyini də bildirmişdik. Bunu Zakir Bədəlov və onun həyat yoldaşı da təsdiq etmişdi. Elə həmin yazıdan sonra qəzetimizin təsisçisi Şirin Cəfərli təqib olunmağa başladı. Bu barədə yazının sonunda bəhs edəcəyik.

İndiliksə onu qeyd edək ki, sözügedən hadisə ilə bağlı Zakir Bədəlov ifadə verib. Zakir Mustafayev isə şahid qismində dindirilib.


Zakir Bədəlov ifadəsində bildirib ki, 1990-cı ildən Azərbaycanda yaşayır. Qohumu, Gürcüstan vətəndaşı Zakir Mustafayevlə münasibətləri hər zaman yaxşı olub, hər hansı ədavəti, düşmənçilik münasibətləri olmayıb. 2006-cı ildə o, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə. Ağayev küçəsi, ev 23, mənzil 3 ünvanında yerləşən 3 mərtəbəli yaşayış evini tikib, evin III mərtəbəsində ailəsi ilə birlikdə yaşayıb. I və II mərtəbələrində isə kafe işlədib. Həmin ildə qohumu Zakir Mustafayev onun evinə qonaq gələrkən evinin birinci və ikinci mərtəbəsində olan kafeni işlətməməyinin səbəbini soruşduqda o, Zakir Mustafayevə kafenin avadanlıqlarını almağa maddi imkanının olmadığını deyib. Z. Mustafayev isə ona maddi köməklik göstərə biləcəyini, Gürcüstan Respublikasında yaşayan bir nəfər tanışından borc alıb ona verəcəyini bildirib. 20 may 2006-cı il tarixdə o, arvadı Nazilə Ramazanova ilə birlikdə Zakir Mustafayevin Gürcüstan Respublikasındakı evinə gedib. Həmin gün Zakir Mustafayev 60.000 ABŞ dolları pulu ona borc verib. 21 may 2006-cı il tarixdə isə o, Azərbaycan Respublikasına qayıdıb. Zakir Mustafayevdən aldığı 60.000 ABŞ dollar məbləğində pula işlətdiyi kafe üçün inventar alsa da, həmin pul onu qane etməyib. Zakir Mustafayev bir daha ona zəng edərək vəziyyəti barədə maraqlandıqda o, Zakir Mustafayevin ona borc verdiyi pulun onu təmin etmədiyini deyib. Zakir Mustafayev ona 30.000 ABŞ dolları da verəcəyini bildirib. Buna görə o, 27 iyun 2006-cı il tarixdə Qırmızı Körpü adlanan gömrük postuna tərəf gedərək İsmayılov Paşa Ramiz oğlu ilə görüşüb. P. İsmayılov postu keçərək ona Zakir Mustafayevin verdiyi 30.000 ABŞ dolları pulu verib. O, həmin pul vasitəsi ilə də işlətdiyi kafe üçün avadanlıq alıb. 1 sentyabr 2006-cı il tarixdə Zakir Mustafayev onun Bakı şəhərindəki yaşadığı evə gəlib, işləri ilə maraqlanıb. O isə yenə də maddi cəhətdən çətinliyinin olduğunu bildirib. Zakir Mustafayev isə cibində 10.000 ABŞ dolları olduğunu deyib həmin pulu ona borc verib. Zakir Mustafayevə olan borcunun konkret olaraq 100.000 ABŞ dolları olmasını bildirib. Zakir Mustafayev borclu olduğu pulları ayına 5% olmaqla qaytarmasını bildirdikdə o da razı olub. Zakir Mustafayev isə ona bildirib ki, Bakıxanov qəsəbəsindəki evini söküb yeni ev tikdikdə o da Zakir Mustafayevə 150.000 ABŞ dolları məbləğində köməklik göstərər. Zakir Mustafayev ona verəcəyi pulu dayısı oğlu Abdul Həbibova verməsini istəyib.

2007-ci ilin aprel-may aylarında Zakir Bədəlov yaşadığı evi girov qoyaraq “Azərbaycan Kredit Bank”ından 200.000 ABŞ dolları məbləğində kredit pul götürüb, həmin puldan 125.0000 ABŞ dollarının Zakir Mustafayevə verməsi üçün bir-iki gün sonra Abdul Həbibova verib. Daha sonra 2007-ci ildə Abdul Həbibov onu mütəmadi olaraq narahat etməklə onun Zakir Mustafayevə 150.000 ABŞ dolları pul verməli olduğunu bildirib. O isə Abdul Həbibova etirazını bildirərək borcunu artıqlaması ilə qaytardığını bildirib. Abdul Həbibov isə onun da, Zakir Mustafayevin də onun dostu olduğunu bildirib onu bu söhbətə qatmamağını xahiş edib. 2008-ci ildə Abdul Həbibov bir daha onun yanına gələrək Zakir Mustafayevə 150.000 ABŞ dolları verməli olduğunu deyib. O buna etiraz etdikdə Abdul Həbibov ona əgər ailəsinin sağ qalmasını istəyirsə və əgər Gürcüstan Respublikasına deportasiya olunmaq istəmirsə, tələb edilən pulu verməli olduğunu bildirib. 2008-ci ilin yanvar-fevral aylarında Zakir Mustafayev ona zəng edərək Sabunçu rayon İcra hakimiyyətinin inzibati binasının qarşısına çağırıb. O isə Zakir Mustafayevlə görüşməyə qohumu Vaqif İsmayılovla birlikdə gedib. Qohumundan başqa avtomaşında oturub onu izləməsini xahiş edib. Zakir Mustafayev özünə məxsus “VAZ-21099” markalı avtomaşınında olarkən o Zakir Mustafayevə yaxınlaşıb. Zakir ondan avtomaşına əyləşməsini tələb edib. O isə buna etiraz etdikdə Zakir Mustafayev avtomaşından düşərək əli ilə belindəki tapançanı tutub ondan avtomaşına oturmasını tələb edib. O, avtomaşına oturduqdan sonra Zakir Mustafayevə onu uşaq oyuncağı ilə aldatmamasını dedikdə sonuncu tapançasını ona göstərib, onu öldürəcəyi ilə hədələyib və pulunu tələb edib. O isə Zakir Mustafayevdən möhlət istəyərək pulunu qaytaracağını bildirib. 2008-ci ilin iyun-avqust aylarında o, yenə də “Azərbaycan Kredit Bank”ına kredit götürmək üçün müraciət edib. Bankdan 360.000 ABŞ dolları məbləğində kredit götürüb. Həmin puldan 200.000 ABŞ dolları ilə köhnə kreditini bağladıqdan sonra əlində 158.000 ABŞ dolları məbləğində pul qalıb. Bundan sonra Zakir Mustafayevə zəng edərək pulu özünün gətirəcəyini və ya kiminsə götürəcəyini soruşub. Zakir Mustafayev isə pulu Abdul Həbibova verməsini deyib. 28 avqust 2008-ci il tarixdə o, Zakir Mustafayevə verməsi üçün 150.000 ABŞ dollarını Abdul Həbibova verib. Daha sonra Abdul Həbibov Mübariz adlı şəxslə və adlarını bilmədiyi başqa şəxslərlə birlikdə Zakir Bədəlovun kafesinə gələrək ona Zakir Mustafayevə 200.000 ABŞ dolları da verməli olduğunu bildirdikdə o bundan imtina edib. Bu söhbət zamanı onun işlətdiyi kafeyə bitişik ev alqı-satqısı ilə məşğul olan tanışı Elxan Əliyev də onların yanında olub. Söhbət zamanı o, Elxan Əliyevdən söhbətə qoşulmasını istəsə də, sonuncu imtina edərək oradan ayrılıb. 2010-cu ilin aprel ayının sonları may ayının əvvəllərində qonşusu Tofiq Əliyev ona onu MTN-in əməkdaşı Səlim adlı şəxsin axtardığını deyib. Səlim adlı şəxsin mobil telefon nömrəsini ona verib. Bundan sonra o, Səlim adlı şəxslə mobil telefon əlaqəsi saxlayıb. Səlimlə birlikdə MTN-ə qohumu olan Akif Çovdarovun otağına daxil olub. Akif Çovdarov ondan Zakir Mustafayevə 200.000 ABŞ dolları borclu olduğunu, pulu qaytarmasa, onu əcnəbi kimi qeydiyyata aldırıb ölkədən Gürcüstan Respublikasına deportasiya etdirəcəyini, Gürcüstan Respublikasında isə onu həbs edəcəklərini bildirsə də, o, Akif Çovdarovla razılaşmayıb. Buna görə Akif Çovdarov onun şəxsiyyət vəsiqəsini alıb. Lakin o, Sabunçu rayon Pİ-nə müraciət edərək yeni şəxsiyyət vəsiqəsi alıb. Bu barədə Səlim adlı şəxsə bildirməsi üçün qonşusu Tofiq Əliyevə deyib. Bundan sonra onun şəxsiyyət vəsiqəsi bir daha ləğv edilib və ölkə xaricinə çıxışına qadağa qoyulub. Ölkə prezidentinə etdiyi müraciətdən sonra şəxsiyyət vəsiqəsini bərpa edə bilib. Daha sonra o, Sabunçu rayon məhkəməsində iddia qaldıraraq Abdul Həbibovun ondan 175.000 ABŞ dolları almasını və həmin pulu geri tələb etdiyini bildirsə də, iddiası təmin edilməyib. Bununla bağlı Sabunçu rayon Pİ-nə müraciət edib, orada cinayət işi istintaq edilib və Sabunçu rayon prokurorluğuna göndərilib. Akif Çovdarov və Səlim Məmmədov onun şəxsiyyət vəsiqəsini əlindən aldıqdan sonra o, qorxduğuna görə DİN-ə müraciət edərkən şəxsiyyət vəsiqəsinin itirildiyini bildirib. Daha sonra dost-tanışlarının tələbi ilə şikayətlər etməyə başlayıb.

İstintaq zamanı Akif Çovdarov zərərçəkmiş Zakir Bədəlovla üzləşmədən imtina edib.

Zakir Mustafeyev isə iş üzrə şahid qismində dindirilib. O ifadəsində göstərib ki, Zakir Bədəlov onun qohumudur. Zakir Bədəlov ona tikdiyi restoranın üçüncü mərtəbəsini tikmək üçün kifayət qədər vəsaitinin olmamasını deyərək borca təcili olaraq pul lazım olduğunu, həmin borcu isə Moskva şəhərində yaşayan qohumunun ona pul göndərdikdən sonra ödəyəcəyini bildirib. O isə qardaşı, Ukraynada alverlə məşğul olan Gürcüstan vətəndaşı Cemaldan bu barədə xahiş edib və Zakir Bədəlovun qısa müddət ərzində həmin pulu qaytaracağını bildirib. Bundan sonra o, həmin pulu Cemaldan alıb Zakir Bədəlova verib. Zakir Bədəlovun borcları qaytarmaq vaxtı çatarkən Cemal adlı şəxs ona zəng edərək verdiyi pulların qaytarılma məsələsinin nə yerdə qaldığını soruşub. O isə bu barədə Zakir Bədəlovdan soruşduqda sonuncu borcları qaytara bilmədiyini, bu gün, sabah qaytaracağını deyərək vaxt qazanıb. O, Zakir Bədəlovun pulları qaytarmadığını görüb konkret olaraq bu barədə Zakir Bədəlovdan soruşduqda sonuncu ondan xahiş edib ki, Cemal onu sıxmasın, vaxt versin, borc aldığı pulları ayına 5/% olmaq şərti ilə qaytaracaq. O da Zakir Bədəlovun sözlərini Cemala deyib.

2007-ci ildə Zakir Bədəlov ona zəng edərək 125.000 ABŞ dollarını düzəltdiyini və borcundan çıxmaq istədiyini bildirdikdə, o, həmin ərəfələrdə Gürcüstan Respublikasının hüquq-mühafizə orqanlarında işlədiyinə görə sərhədi tez-tez keçə bilmədiyindən Zakir Bədəlovun dediyi pulu dayısı oğlu Abdul Həbibovun ondan götürəcəyini bildirib. Həmin ərəfələrdə də Abdul Həbibov Zakir Bədəlovu tanıyıb. Zakir Bədəlovun qaytarmalı olduğu 500.000 ABŞ dollarından 225.000 ABŞ dolları borcu qalıb. Zakir Bədəlov həmin məbləği ödəmədiyindən o, məcbur olub özü həmin məbləği borc aldığı şəxslərə ödəyib. Zakir Mustafayev əlavə olaraq göstərib ki, o, Zakir Bədəlova hər hansı silahla hədə-qorxu gəlməyib, belə ki, o, Zakir Bədəlovla 2008-ci ildə Sabunçu rayon İcra Hakimiyyətinin binasının yanında restoranda görüşüb, Zakir Bədəlovu avtomaşınına otuzdurub harasa aparmayıb, ona silahla hədə-qorxu gəlməyib. O, Səlim Məmmədovu üzdən Zakir Bədəlova görə tanısa da, Səlim Məmmədovla hər hansı münasibəti və ya əlaqələri olmayıb, nə Akif Çovdarova, nə də Səlim Məmmədova Zakir Bədəlovun ona olan borcu barədə nəsə danışmayıb.

Yəqin ki, bu ifadələrdən, eləcə də Akif Çovdarovun Zakir Bədəlovla üzləşməkdən imtina etməsindən hər şey aydın olur.

İndisə onu qeyd edək ki, 2012-ci ilin əvvəllərində biz Zakir Bədəlovdan müsahibə aldıq. Onun başına gətirilən müsibətlər barədə qəzatimizdə silsilə yazılar dərc olundu. Bundan sonra əvvəlcə Zakir Mustafayevin qohumları, daha sonra isə özü redaksiyamıza telefon açaraq, təsisçimiz Şirin Cəfərlini ölümlə hədələdilər.
Bu ərəfədə Akif Çovdarov tərəfindən də “Gündəm Xəbər”in baş redaktoru təqib olunmağa başladı. Şirin Cəfərlinin sözlərinə görə, onu o zaman iki qara rəngli “CİP”lə təqib ediblər: “Mənim arxamca iki qara “CİP” düşmüşdü. Bu barədə mənə əvvəlcə tanıdığım polis işçisi məlumat Verdi. Sonra mən özüm həmin “CİP”lərin arxamca gəldiklərini gördüm.
O polis bu məqamı təsadüfdən görmüşdü və dərhal məni məlumatlandırmışdı. Mən doğrudan da izləndiyimi gördüm və “İçərişəhər” metrosu tərfdə, Sabir bağının yanındakI binanın “arka”sından içəri girib maşından düşdüm. Qapıları bağlayıb oradan uzaqlaşdım. Onlar izimi itirdikləri üçün məni tapa bilmədilər. Məni rəsmi şəkildə çağırıb dindirə bilərdilər. Ancaq onlar məhz bu yolu seçmişdilər və o zaman həyatıma qarşı ciddi təhlükə vardı. Zakir Mustafayev də telefonla danışarkən, bir neçə dəfə məni açıq şəkildə ölümlə hədələdi”.

Cəfər
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Akif Çovdarovun adamı sahibkarın başına silah dirəyib

    Akif Çovdarovun adamı sahibkarın başına silah ...

    11-11-2016, 16:19

  • 
  • Zakir Qaralov yerdəyişmə etdi

    Zakir Qaralov yerdəyişmə etdi ...

    7-12-2012, 15:13

  • 
  • Akif Çovdarovun 4 işçisi həbs edildi

    Akif Çovdarovun 4 işçisi həbs edildi ...

    12-11-2015, 17:56

  • 
  • Zakir Fərəcov xidməti avtomobilini təhvil vermədi

    Zakir Fərəcov xidməti avtomobilini təhvil vermədi ...

    3-09-2015, 23:05

  • 
  • Akif Çovdarov həbs edildi

    Akif Çovdarov həbs edildi ...

    14-11-2015, 18:58


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu