İcra başçısının “qara kassa” əməliyyatı və ya, Qazaxda deşifrə olunmuş Babaşov
“Gündəm Xəbər”in redaksiyasına Qazax rayonundan növbəti açıqlama daxil olub. “Əsl Qazaxlı” imzası ilə göndərilən açıqlamada, Qazax RİH-nin başçısı Rəcəb Babaşovun atdığı addımlardan bəhs olunur. Odur ki, kiçik düzəliş və ixtisarlarla yeni göndərilmiş açıqlamanı çoxsaylı oxucularımızın diqqətinə çatdırırıq. Hər kəsin gələcək fəaliyyətini müəyyən etmək üçün, onun keçmişinə nəzər yetirmək kifayətdir. Çünki, hər kəs öz arşınıyla ölçür. Babaşovun əməlləri get-gedə deşifrə olunmaqdadır. O, 2016-cı ilin mayın 19-da Prezidentin sərəncamı ilə Qazaxa başcı təyin olundu. Onun birinci planı rəhbərliyin tam etimadını qazanmaq, kreslosunu bərkitmək, sonra isə, rahatlıqla “Qara kassa”-nın Qazax planını həyata keçirmək olur. Babaşov aqressiv davranışı ilə hər kəsdə xof və qorxu hissi yaratması, əslində “BOYÜK YIĞIM” kompaniyasına hazırlığıdır. Kəndçi dili ilə desək, “bu əkin, suvarma, dərmanlama və alaq otlarını döymə prosesi “qara kassir”-in “BÖYÜK YIĞIM” kompaniyasının ilkin mərhələsidir. Yəni, xof və qorxu yaratdıqdan sonra “qara kassa”nın doldurulma prosesi asanlaşacaq. Məhz, buna görə də Rəcəb Babaşov sözün əsl mənasında özünə aqressiv və “zalım diktator” obrazı yaratmağa çalışır və hardasa buna da nail ola bilib. O, Qazaxda vəzifəsinin icrasına yeni başlayarkən müşavirələrdə tez-tez deyirdi: “Mən pul almıram, siz də almayacaqsınız”. “Qara kassir”dən belə bir antikorrupsion jest bir o qədər də səmimi və inandırıcı görsənmir. Hərhalda icra başçısının rayonda korrupsiyanın kökünü tamamilə kəsmək niyyətinin olmasına inanmaq ağılsızlıq olar. Bəs bu sözlərin arxasında hansı məqsədlər dayana bilər? Variantlardan biri odur ki, məmurlar yalnız maaşla dolana bilməyəcəyini dərk edib “qara kassa”ya “qarşılıqlı maraqlar” təklif edə bilərlər. Maraqlı təkliflərdən isə, heç kəs imtina etməz, xüsusilə də əgər söhbət “qara kassa” mütəxəssisindən gedirsə. İkinci variant o ola bilər ki, kənar gəlirdən məhrum olmuş məmurlar könüllü şəkildə işdən çıxsınlar və bununla da “qara kassir”ə kadr alveri üçün şərait yaratsınlar. Babaşov iri sahibkarlıq obyektlərinə və yeyinti çox olan büdcə təşkilatlarının müdirlərinə manipulyasiya etmək yolu ilə, onları “tasa” düşməyə təhrik edir. Deyə bilərik ki, hələki bu addımı çox ustalıqla alınır. Çünki, bu sahədə onun böyük iş təcrübəsi olması, artıq hər kəsə bəllidir. Vaxtilə iri vergi ödəyiciləri şöbəsində müdir müavini işləyən Babaşov, indi daha böyük vəzifə və daha böyük səlahiyyət sahibidir. Onun təbilincə desək, bundan yararlanmamaq günah olar! İlk “tas”a düşənlərdən birincisi səhiyyənin “şefi” Arzu Novruzov oldu. Axı, Babaşov harada daha çox yeyinti olduğunu gözəl bilir. Baş həkim Babaşovun siftəsi oldu. Necə deyərlər “siftə səndən, bərəkət Allahdan”. Amma, görünür Arzu həkim “tas”a ürəklə düşməyib və ona görə də əli düşərli olmayıb. Yəqin ki, ona görə də Babaşovun gömrük “şef”ini “tas”a otuzdurmaq planı puça çıxdı və deyilənlərə görə, o, bir-iki kötək də yeməli olub. Qazaxda bir neçə vəzifə sahibinin işindən çıxması və bəzi obyektlərin bağlanması, xüsusi manipulyasiya mexanizminin tərkib hisəsi kimi də başa düşmək olar. Belə ki, atılan addımlar işində qalmaq istəyənlərə və obyektlərinin bağlanmamasını arzulayanlara psixoloji təsir və manipulyasiya məqsədi də güdülə bilər. “Qara kassa” düşünür ki, bundan sonra onları “tas”a otuzdurmaq elə də çətinlik yaratmayacaq. Bir neçə gün bundan əvvəl Babaşov yeni bir qurbanını hədəfə alaraq, ona manipulyasiya etdi. Qazaxda dairəvi yol deyilən ərazidə bir neçə aydır ki, fəaliyyətə başlayan 3 mərtəbəli “Əsədoğlu” marketinin müdiriyyətini Babaşov yanına çağıraraq ona iradını bildirib ki, “obyekt çox təhlükəli yerdə tikilib, ona görə də onu sökdürəcəyəm”. Onların “tas”a düşüb-düşməmələri haqda hələlik nəsə deyə bilmərik. Amma, bütün bu kimi manipulyasiyaların niyyətini dəqiq deyə bilərik ki, baş verənlər “tas” məsələsidir. Qazaxdakı Doğum evini qarşısında tikilmiş “Aptek Nizami” adı ilə tanınan şəxsə də irad bildirən Babaşov, onu da “tas”a otuzdurduğunu deyə bilmərik. Belə misalları çox çəkmək olar və bunların hamısının yalnız bir adı var “manipulyasiya”. Bilməyənlər üçün deyək ki, “manipulyasiya”-idarə edən şəxsin mənafeyinə uyğun şəkildə, digər bir şəxsin davranışının gizli idarə olunması prosesidir. Yəni, manipulyasiya “hədəf götürülmüş şəxsi, yaxud kütləni qorxu, maraq yaratmaqla istənilən hərəkətə təhrik etmək anlamına gəlir. Qazaxda böyük biznesə sahib olan Carçiyevlərin də, “Göyəzən” təhsil mərkəzinin fəaliyyətinin dayandırılmasını tələb etmişdir. Sonradan onlarla necə razılaşdığını deyə bilməsək də, atılan addımların nəyə hesablandığını get-gedə anlamağa başlayırıq. Keçmiş hərbi komissarlığın yerində fəaliyyət göstərən “Qazax Təhsil Mərkəzi” və Qazax bazarında Babaşovun göstərişi ilə qapıları qaynaqlanıb bağlanan mağaza da, şəxsən Babaşovun göstərişi əsasında olub. Rayonda uzun illərdir ki, fəaliyyət göstərən Eldəniz və Elşad Əzimov qardaşlarının işlətdikləri, öz maliyyə vəsaitləri ilə təmir etdikləri tarixi abidə İsrafil Ağa hamamının da bağlanması, məhz Rəcəb Babaşovun göstərişi ilə oldu. Qardaşların bildirdiyinə görə obyektdə 12 nəfər şəxs işləyirdi və indi onların hamısı işsiz və çörəksiz qalıblar. Göründüyü kimi “Qara kassa”nın fəaliyyəti və strategiyası hər kəsə bəllidir.. Babaşovun xarakterinin aqressivliyi “tas”a otuzdurmaq, eyni zamanda manipulyasiya addımları, çox zaman münaqişə və əlbəyaxa davalara gətirib çıxarır. Etibarlı mənbədən əldə etdiyimiz məlumatlara görə, Babaşov gömrük “şef”I ilə məlum qarşıdurmadan sonra Bakıya çağrılır və ona Adminstrasiya tərəfindən sərt xəbərdarlıq da edilir. Babaşovun qeyri peşəkar bir məmur olaraq Adminstrasiyanın “qara siyahı”sına düşdüyü də bildirilir. Hətta onun bu ilin axırına kimi, daşıdığı vəzifəsindən uzaqlaşdırılacağı da bildirilir. Babaşov bu gün özünü müdafiə etmək üçün, Qazaxda ziyalılardan ibarət müdafiə komitəsi yaradıb. Əgər onlara ziyalı demək olarsa? Həmin “ziyalılar” 15 noyabrda toplaşaraq bir müşavirə də keçiriblər. Onlar Babaşovun davranış və idarəçiliyi haqqında məlumatlı olsalar da, onun haqqında mətbuatda yazılan açıqlamaların həqiqət olmadığını ictimayyətə sırımağa çalışırlar. Büdcə təşkilatlarında çalışanlar rayon rəhbərindən asılı olduqlarını dərk etdiklərindən, bu cür addımlarını atmağa məcbur olurlar. Belə olan halda onların addımları başa düşüləndir. Babaşovun səmimiyyəti hər kəsdə şübhə doğurur və görülən işlərin arxasında Qazax əhalisinin rahatlığı, firavanlığı öndə tutulur yanaşması, heç də həqiqət deyil. Bütün bunların hamısı “qara kassa”nın yığım planlarına hesablanmış addımlardan başqa bir şey deyil. Göründüyü kimi bu cür gedişlər , artıq deşifrə olunmaqdadır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?