Babaşovun dözülməz “GESTAPO” rejimindən icra aparatı dağılır Qazaxda icra başcısı Rəcəb Babaşovun söyüşlərindən, təhqirlərindən və dözülməz “Gestapo” rejimindən cana doymuş icra hakimiyyətinin işçiləri, artıq bir-bir öz ərizələri ilə işdən çıxmaqdadırlar. Belə bir vəziyyətin yaşandığı icra aparatının, artıq boş qalma ehtimalı böyükdür. Bu haqda “Gündəm Xəbər”i məlumatlandıran mənbə bildirir ki, “bezənlər aparatdan çıxırlar, yeni işə daxil olanlar isə, qısa müddət ərzində peşman olurlar. Növbəti qurbanlardan biri də bu günlərdə ictimai-siyasi və humanitar məsələlər şöbəsində işləyən Əhmədov Rəşad Aydın oğlu olub. Çünki, o, “GESTAPO” rejiminə dözməyərək, aparatda işləməkdən imtina edib. Xatırladaq ki, bir neçə gün bundan əvvəl icra hakimiyyəti yanında kənd təsərrüfatı şöbəsinin müdiri Aqil müəllim də, Babaşovun idarəçiliyinə dözmədiyindən işdən çıxıb. Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsində şöbə müdiri işləyən Gündüz Abışov da, işdən çıxmaq haqqında ərizə yazsa da, az sonra fikrindən daşınır. Hələlik o, Babaşovun iztirablarından bir müddət qurtulmaq üçün, məzuniyyətə çıxır”. Öz ərizəsi ilə işdən çıxmış digər işcilərin adlarını bilmədiyimiz üçün, onlar haqqında heç bir məlumat verə bilmirik. Artıq hər kəsə sirr deyil ki, belə bir dözülməz şəraitdə işləmək, həm də şərəf və ləyaqətin alçalmasıyla da nəticələnir. Ona görə də özünə hörmət edən şəxs, bu cür iyrənc iş şəraitindən uzaqlaşmalıdır. Ziyalı ailəsində böyüyən Rəşad Əhmədov da sakit təbiətli, səbrli, təmkinli olması ilə seçilən bir şəxs olduğunu, hər kəs təsdiq edə bilər. Belə bir şəxsin aparatdan bezib uzaqlaşması çox ciddi siqnaldır. Aqressiv və qərəzli davranış, çətin xarakterə uyğun idarəçilik, söyüş və təhqir və s. birbaşa dövlətin etik davranış qaydaları haqqında qanunlarının tam əksinə getməkdir. Qazax RİH-nin başcısı Rəcəb Babaşov- Dövlət qulluqçularının etik davranış qaydaları haqqında Azərbaycan Respublikasının Qanunları ilə tanış olsa, yəqin ki, çox yaxşı olar. İcra hakimiyyətlərinin saytlarında hər şey açıq-aydın qeyd olunub. Maddə 9. Mədəni davranış Dövlət qulluqçusu bütün şəxslərə, o cümlədən birbaşa və yuxarı rəhbəri ilə və ya tabeliyində olan şəxslərə münasibətdə nəzakətli, xeyirxah, diqqətli və səbirli olmalıdır. Yazıda adı çəkilən hər bir şəxsin də mövqeyini dinləyə bilərik.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?