Çovdarova sual edirik ki, bəs atan vəzifədə olarkən, əsl jurnalistlər onun törətdiyi cinayətlərdən yazarkən, səbəb nə idi ki, təqib və təziyiqlərə məruz qalırdıq?
Hazırda həbsdə olan sabiq MTN generalı Akif Çovdarovun oğlu Ruslan Çovdarov öz feysbuq səhifəsində jurnalistlərin ünvanına sərt ifadələr işlədib. Ruslan Çovdarov onun atası barədə tirajlanan məlumatlara görə, bəzi jurnalistləri sifarişli yazı yazmaqda, məntiqsizlikdə, reytinq xatirinə nəyə gəldi getməkdə günahlandırıb. Daha sonra o, atasının işində zərərçəkən kimi qeyd olunan şəxslər barədə öz fikirlərini bölüşüb. “Gündəm Xəbər” bildirir ki, Ruslan Çovdarovun münasibətini olduğu kimi bəzi saytlar belə təqdim edir: “Deyirəm , bu jurnalistlər reytinq xatirinə nə oyunlardan çıxırlar? “Pulu çatdırmasan, oğlunu bir daha görməyəcəksən”- Çovdarov biznesmenin oğlunu necə qaçırdı? Görünür ki, müəllifin səviyyəsiz , məntiqsiz məqalələri dərc etməkdə məqsədi yalnız oxucu kutləsini artırmaqdır. Mən həmişə fikirləşirdim ki , belə yazılar sifarişli yazılardır. Bu gun də həmin fikirdəyəm ( o öz yerində) , sadəcə son zamanlar belə məntiqsiz məqalələri oxuduqda jurnalistlərin “güclü” fantaziyaya malik olduğunun şahidi oluruq. Özləri kimi zəif düşüncəli , bəzi facebook izləyiciləri də başlığı oxuyub məqalənin içindən xəbəri olmadan şərhlərdə öz fikirlərini bildirirlər. 2-3 nəfər bir otağa yığışıb, 2 kompyuter qoyaraq “redaksiya” yaradır, saytlar bir-birinə istinad edərək , məqalələri bir- birindən köçürür, sadəcə, başlığı dəyişir. Budurmu jurnalistika? Akif Çovdarovu ictimaiyyətə “qanqster” obrazında göstərən, Hacı Məmmədov səviyyəsinə qaldırmağa can atanların özləri də çox gözəl bilirlər ki, Akif Çovdarovun ittiham edildiyi epizodlar içərisində nə ölüm işi nə də adam oğurluğu yoxdur. Aşığın sözü bitdikdə “neynim neynim” deyən kimi , bu jurnalistlərdə bir məqaləni başlığı dəişərək o tərəfə bu tərəfə fırladırlar… Nə isə, keçək əsas məsələyə, məqaləyə. Bu məqalədə adları çəkilən ” zərərçəkmişlərin ” hamısının nədənsə ifadələri eynidi , saat 11 də MTN ə aparılıb , 8 saat saxlanılıb , 1 million pul istənib. Görəsən, bu qədər gözəl ssenarini bunlara kim yazıb? Mənə də çox maraqlıdır. İndi gəlin məqalədə adları kəçənlərə nəzər yetirək. “Şahbulaq” MTK-nın sədri Nəsib Əliyev vətəndaşlara qarşı külli miqdarda dələduzluqda ittiham edilib. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 13 il müddətinə azadlıqdan məhrum edilib. Oğlu Elton Əliyev uzun müddət Azərbaycanda axtarışda olub, 7 ay öncə Rusiyada həbs edilərək, Azərbaycana ekstradisiya edilib. “AzərTikinti ATF”MMC-nin rəhbəri Azər Quliyev. O da vətəndaşlara qarşı külli miqdarda dələduzluqda təqsirli bilinərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il müddətinə azadlıqdan məhrum edilib. “Real MTK” təsisçisi və rəhbəri İlham Qasımov. Hazırda onun cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə baxılır. Prosesdə məhkəmə istintaqı başa çatıb. Prokuror çıxışında İlham Qasımovun 13 il müddətə azadlıqdan məhrum edilməsini istəyib. Yaxın günlərdə İlham Qasımova hökm oxunacaq. Bunları da Akif Çovdarovmu edib? İstintaqı AR Baş prokurorluğu aparıb, Ağır Cinayətlər Məhkəməsi isə hökm çıxarıb . Sadəcə, bu insanlar vəziyyətdən istifadə edərək özlərini təmizə çıxarmağa çalışırlar. Əsl jurnalistlərdən də xahişim budur ki, yazdığınız və dərc etdiyiniz məqalələri araşdırmasını düzgün aparın . Onda əsl sensasion məqalənin nə olduğunu başa duşərsiz və istədiyiniz reytinq, oxucu kütləsi qazana bilərsiz…”
Akif Çovdarovun oğlunun mövqeyi bir neçə saytlarda yayımlanıb və vaxtilə onunla dostluq edənlər, onun övladının fikirlərini bu cür də çatdırıblar. Biz jurnalistlər oğul Çovdarova sual edirik ki, bəs atan vəzifədə olarkən, əsl jurnalistlər onun törətdiyi cinayətlərdən yazarkən, səbəb nə idi ki, təqib və təziyiqlərə məruz qalırdıq? Bəli siz düz deyirsiniz, əsl jurnalistlər dəqiq araşdırmalar apararlarsa, o halda yəqin ki, hər qaldırılan daşın altından Akif Çovdarov və onun xidmət etdiyi şəxslərin adları çıxacaq. Ruslan müəllim inanın ki, “MTN işi” ilə bağlı aparılan araşdırmalar zamanı atanızla bağlı ortaya elə cinayət işləri çıxacaq ki, həmin cinayət işləri qəzetləri tirajlanmasına çox ciddi səbəb olacaq və sensasion açıqlamalar da dərc olunacaq. Odur ki, bu gün danışmağınız yox, susmağınız qızıl kimi deyil, sanki brlyant kimi olar. Hər halda evini yıxıb, yanar çırağını söndürdüyünüz sahibkarlardan zorla aldıqlarınınızı onlara qaytarsanız daha yaxşı olar. Nəinki, əsl həqiqətləri yazan jurnalistləri ittaham etmək! Biz düşünürük ki, cəmiyyətin özü qiymət verməlidir ki, bu cür əməl sahiblərini bağışlamaq olar, yoxsa yox?
əindən zorla aldıqlarınızı qaytarın özlərinə. İndi cəmiyyət özü qiymət versin onu bağışlamaq olarmı?
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?