GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Çovdarovun bandası prorektoru necə aradan götürüb? - Şok qətl dosyesi

Çovdarovun bandası prorektoru necə aradan götürüb? - Şok qətl dosyesi

Tarix: 28-11-2016, 21:13 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 360
Çovdarovun bandası prorektoru necə aradan götürüb? - Şok qətl dosyesi

“Təfəkkür” universitetinin prorektoru Tariyel Əhmədovun oğlu atasının öldürülməsi barədə “Gündəm xəbər”ə sensasion pərdəarxasını açıqladı

MTN generalına yaxın “Yüksəliş-C” MTK-nın sədri isə sabiq prorektora kələk gəlib: bütün izlər eyni xəttə uzanır...

MTN generalı Akif Çovdarovun həbsindən sonra bir sıra cinayətlərin üstü açılmağa başlanıb. Bu daşların altından tək-tək MTN işi çıxmaqdadır. Məlum olur ki, ölkədə bir sıra insidentlərdə Eldar Mahmudovla Akif Çovdarovun çetesinin barmağı var imiş.

“Öldürülməsəydi, rektor olmalı idi”

Bu barədə növbəti faktlar əldə etmişik. “Gündəm xəbər”ə müraciət edən “Təfəkkür” universitetinin mərhum prorektoru Tariyel Əhmədovun oğlu Zaur Əhmədov atasının qətlinin təkrar araşdırılmasını tələb edir.

Onun sözlərinə görə, atası 2011-ci ilin 16 sentyabrında sübh tezdən yaşadığı evin yaxınlığında yerləşən idman meydançasında qətlə yetirilib: “Bu ölüm işinə görə CM-nin 120.1-ci qəsdən adam öldürmə madəsi ilə Yasamal rayon Prakurorluğunda cinayət işi başlandı.

Amansız qətldən 5 il keçməsinə baxmayaraq hələ də heç bir irəliləyiş yoxdur. Biz dəfələrlə bu qətlin həyata keçməsində Universitetin həmtəsisçiləri sabiq rektor Müşfiq Atakişiyev və bu gün tək şəriksiz qalan 1-ci prorektoru Rahim Hüseynovu ittiham etmişik.

Bu səbəbsiz deyil. Atam qeyd etdiyim kimi Universitetin həmtəsisçilərindən biri idi. Öldürülməsəydi, növbəti ildə həmtəsisçilər arasında razılığa görə rektor olmalı idi. Qətlin baş verməsinin səbəblərindən biri bax budur”.

“Əlində ermənilərlə şərik tikdiyi otelin şəkilləri vardı”

Z.Əhmədov “Gündəm-xəbər”ə bildirib ki, qətldə ikinci səbəb atasının əlində M.Atakişiyevin Kislovodskidə ermənilərlə şərik tikdirdiyi otelin şəkillərinin olması idi: “Atam bir müddət idi ki, Atakişiyevlə danışmırdı. R.Hüseynovla danışsa da aralarında soyuqluq var idi.

Üçüncü səbəb bu idi ki, atam ölkə prezidentinə və aidiyyatı orqanlara universitetdə baş verən maliyə yeyintiləri, qanunsuz köçürmələr, imtahanların, diplom işlərinin pulla verilməsi və digər cinayətlər barədə hazırladığı məktub idi.

Artıq universitetdə diplom işinin qiyməti 4-5 manata qaldırılıb. Hər il qanunsuz olaraq Kiyev və Dərbənd filiallarına 1000-1500 tələbə köçürülür. Hər tələbə köçürülməsinə görə 12-15 min manat alınır.

Qiymətlərin belə fantastik qaldırılması M.Atakişiyev və R.Hüseynov universitetə lisenziya verilməsi üçün Təhsil Nazirliyi tərəfindən 5 milyon manat istənilməsi ilə əlaqələndirirlər”.

“Qətli MTN həyata keçirib, rektor mənə dedi ki...”

Mərhumun övladı qeyd edib ki, qətlin sıradan biri tərəfindən deyil, peşəkarlar tərəfindən törədilməsi bu işin ən azından güc orqanlarının biri tərəfindən edildiyi ehtimalını yaradır:

“Qətldə istifadə edilən alətlərin tapılmaması və ətrafda olan kameraların həmin gün işləməməsi hər şeyi sübut edir. Bizə çatan və mətbuatda gedən yazılardan aydın olur ki, bu işi ləğv edilmiş MTN-nin yüksək rütbəli əməkdaşlarının əli ilə həyata keçiriblər. Bu iş universitetin digər həmtəsisçisi R.Hüseynovun MTN-də işləyən yaxın qohumu sayəsində mümkün olub.

Atam qətlə yetiriləndən sonra M.Atakişiyev məni yanına çağırıb bildirdi ki, sizə atanın payına görə 78 min manat, yəni o dövrün kursuna uyğun olaraq 100 min dollar pul verəcəm.

Mən razılaşmadıqda bildirdi ki, get fikirləş, bu işin arxasında çox güclü bir fiqur dayanır. Sonradan anama da deyib ki, uşaqlarına yazığın gəlsin. Deyilənlərlə razılaş, sən filankəsə nə edə bilərsən?!”.

“Əgər Atakişiyev saf və səmimi insan idisə...”

Z.Əhmədovun sözlərinə görə, M.Atakişiyev yüksək vəzifəli şəxslərin adını əsassız şəkildə hallandırıb:

“Bizim ailə buna inanmır. Tamamilə yalan və böhtandır. Ona görə ki, atam heç vaxt həmin vəzifəli adam haqda pis fikirdə olmayıb. Əksinə, həmişə yüksək fikir söyləyib.

Onun yüksək vəzifəli şəxslərin adını hallandırması anamı qorxuya salmışdı. Ona görə də verilən cüzi məbləğlə razılaşıb paydan imtina etmişdi. Cənab Prezident!

Həmin vaxtda Bakı şəhərində adi bir köşkün qiyməti 100 min manatdan yuxarı idi. Bu halda hansı bir ağıllı insan uzun illər ərsəyə gələn, beynəlxalq aləmdə tanınan universitetdəki 33 faizlik payını 78 min manata satar?

Bu fakt onu sübut edir ki, bütün bunlar hədə-qorxu vasitəsi ilə baş verib. Əgər doğrudanda M.Atakişiyev saf və səmimi insan idisə, niyə atam qətlə yetiriləndən sonra məni çağırıb demədi ki, atan qətlə yetirilib, sən ki, burdasan.

Gəl əl-ələ verib işləyək, onun payını sən idarə elə. Atam qətlə yetirilib, universitet ki, düşmənlər tərəfindən işğal olunmamışdı ki? Yoxsa o böyüklükdə Universiteti 100 min dollara qorxudaraq almazdılar”.

“2 milyondan çox pul xərcləyib”

Öldürülən universitet həmtəsisçisinin oğlu deyir ki, M.Atakişiyevin cinayətləri bununla bitmir: “Atam Müşfiq Atakisiyevə 2 dəfə 200 min və 250 min manat borc verib.

Atam qətlə yetiriləndən sonra guya mənə 250 min manatı qaytarıblar. Halbuki, mənə bir qəpik də olsun pul qaytarılmayıb. Amma Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər Üzrə İstintaq İdarəsində işi aparan müstəntiq mənə bir qəbz götərib və deyib ki, pul sənə qaytarılıb.

Mən pulun qaytarılma tarıxını, verilmə tarixindən əvvəl olduğunu bildirdikdə Atakişiyev izahatında bildirdi ki, guya universitetin mühasibatlığında texniki səhv olub.

Bütün bunlar cinayət xarakterli işdir. Təəssüf ki, iş başqa məcaraya yönləndirilir. Müşfiq Atakişiyevin hər yanda adamı var. O, açıq aşkar deyir ki, bu işdən ötrü 2 milyondan çox pul xərcləmişəm.

Lazım gəlsə bir neçə milyonda xərcləyəcəm. Mən buradan üzümü atamın yaxın dostu olmuş, hətta ona ağsaqqal deyərək müraciət etdiyi DTX-nin rəisi Mədət Quliyevə tuturam.

Atam qətlə yetirilən gün hadisə yerinə gələn və qəhər içində dediyi sözləri yəqin ki, Mədət müəllim yadından çıxmayıb.

Mən inanıram ki, bu qətlin təşkilatçıları və iştirakçıları tezliklə layiqli cəzalarını alacaqlar. Həmin vaxt Mədət müəllim ədliyyə nazirinin müavini və penitensiar xidmətin rəisi idi. Əlində bu işi açmaq üçün elə də böyük səlahiyyət yox idi. İndi isə var”.

Porektorun oğlu prezidentə müraciət edib: “Mən Zaur Tariyel oğlu Əhmədov öz adımdan və ailəmiz adından sizə müraciət edirəm. Biz mərhumun ailəsi inanırıq ki, sizin müdaxilənizdən sonra bu cinayət hadisəsi araşdırılaraq atamın qətlinin təşkilatçıları və iştirakçıları tapılıb layiqli cəzalarını alacaqlar.

Biz inanırıq ki, sizin müdaxilənizdən sonra Müşfiq Atakişiyev tərəfindən qorxudaraq əlimizdən alınan universitetdəki 33 faizlik payımız, Univesitet ətrafında olan torpaq sahələri və idman kompleksi özümüzə qaytarılacaq”.

Çovdarovun adamı prorektoru necə aldadıb? - Siyahı

“Gündəm-xəbər”in məlumatına görə, T.Əhmədovun qətli ilə bağlı başlanmış cinayət işinin istintaqı zamanı şok faktlar ortaya çıxmışdı. T.Əhmədovun qətlilə bağlı aparılan araşdırmalar zamanı mərhumun evindən onunla “Yüksəliş-C” MTK-nın sədri Cahangir Alıhov arasında bağlanmış müqavilə tapılıb. Həmin müqavilədə göstərilir ki, Tariyel Əhmədov adıçəkilən MTK-ya məxsus binadan 200 kvadrat metrlik sahə alıb. Sənəddə həmin sahə market kimi qeyd edilib. Tariyel Əhmədov bu marketə görə MTK-ya 368 min 600 manat pul ödəyib. Istintaq bu məsələni araşdırarkən ortaya şok fakt çıxıb. Bəlli olub ki, 2008-ci il noyabrın 20-də Tariyel Əhmədovla müqavilə bağlayan Cahangir Alışov bir gün əvvəl “Yüksəliş-C” MTK-dakı payını Süleyman Tağıyev adlı şəxsə satıb. Bununla əlaqədar kooperativin hüquqi sənədlərini, möhür və ştampını Xaləddin Bağışov adlı şəxsə təhvil verib.

Alışov həm də “Yeni Yasamal” MTK-nın təsisçisidir. Onun Çovdarovla yaxın münasibətləri olub və generalın hesabına cinayət məsuliyyətindən yayına bilib.

Təsadüfi deyil ki, MTK-da generala aid mənzil var. Beləliklə Cahangir Alışovun Tariyel Əhmədovdan başqa aldatdığı 24 nəfər şəxs aşağıdakılardır: 1. Babayeva Mərifə – 37 min manat 2. Qurbanov Nəbi – 71 min 876 manat 3. Zeynalova Yeganə – 60 min 450 manat 4. Haşımov Məhəmməd – 94 min 680 manat 5. Kərimov Şakir – 53 min 907 manat 6. Məmmədov Eldar- 85 min 144 manat 7. Məmmədov Eldar – 40 min 800 manat 8. Bərxudayeva Könül – 40 min 800 manat 9. Fərzullayeva Səbinə 22 min 340 manat 10. Kərimov Şakir- 66 min 553 manat 11. Qasımov Zərrintac – 42 min 280 manat 12. Ismayılov Kamran – 27 min 200 manat 13. Babayev Səxavət – 28 min 400 manat 14. Səbzəliyev Qalib – 38 min 160 manat 15. Ömərli Hüseyn – 58 min 720 manat 16. Qasımov Çingiz – 28 min 400 manat 17. Qasımov Çingiz – 33 min 440 manat 18. Qəmbərov Səxavət – 47 min 700 manat 19. Bağırov Fəxrəddin – 50 min manat 20. Muradova Esmira- 42 min 240 manat 21. Əliyev Zaur – 9 min 215 manat 22. Qarayeva Yegan – 25 min manat 23. Faiq – 25 min manat 24. Əhmədov Tariyel 368 min manat 25. Əliyeva Mətanət 3 ədəd saxta sənədlə mənzil verib.

Onu da əlavə edək ki, Atakişiyev bu yaxınlarda səhhəti ilə əlaqədar vəzifəsindən istefa verib. Onun bu istefası kifayət qədər müəmmalıdır. Eyni zamanda sözügedən ali məktəbin Kiyev üzrə rektoru olmuş Riyad Əliyev dələduzluğa görə İnterpol tərəfindən axtarışa verilib. Onun Almaniyada yaşadığı bildirilir.

Ümumiyyətlə, “Təfəkkür” həmişə qalmaqallı təhsil ocağı olub. Bu universitet barədə sərhasər xəbərlər yayılıb. Tələbələrin soyan və bazara çevrilən universitetdə rüşvət ayaq açıb yeriyir. Ona görə də yaxın gələcəkdə lisenziyasının ləğv ediləcəyi istisna olunmur.

Atakişiyevin gedişindən sonra təhsil müəssisəsində kimlərin əsas söz sahibi olduğu bilinmir. Ola bilsin ki, istefa verərək prosesləri özü kənardna idarə edir.

Rafiq Qara
gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Tağı Əhmədovun oğlu istintaqa Akif Çovdarov haqda nə deyib – sensasion təfərrüat

    Tağı Əhmədovun oğlu istintaqa Akif Çovdarov haqda ...

    5-05-2016, 15:06

  • 
  • Akif Çovdarovun 4 işçisi həbs edildi

    Akif Çovdarovun 4 işçisi həbs edildi ...

    12-11-2015, 17:56

  • 
  • MTN generalının oğlu işdən çıxarıldı

    MTN generalının oğlu işdən çıxarıldı ...

    27-10-2015, 20:13

  • 
  • Gürcüstandan Akif Çovdarova qarşı ŞOK İDDİA

    Gürcüstandan Akif Çovdarova qarşı ŞOK İDDİA ...

    31-10-2015, 22:59

  • 
  • Akif Çovdarov həbs edildi

    Akif Çovdarov həbs edildi ...

    14-11-2015, 18:58


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu