Ötən yazılarımızada MTN generalı Akif Çovdarovla bağlı məlumat vermişdik. Xatırldaq ki, “MTN işi" artıq gündəmin mövzüsü olduğu üçün bir neçə generalın qanunsuzluqlara imza atması barədə elektorn ünvanımıza durmadan məlumatlar daxil olur.
Belə ki, “"Azərsu" general Akif Çovdarova su kəməri hədiyyə edib?” başlıqlı məqalədə Akif Çovdarovun “qhrəmanlığından” bəhs etmişdik. Bundan sonra dosye.org saytın oxucularından biri saytımıza məktub göndərərək təşəkkürünü bildirməklə yanaşı, Akif Çovdarovun Gürcüstanda və Rusiyadakı biznes imperiyası barədə daha bilgili məlumatlar ötürdü.
Gürcüstanda fəaliyyət göstərən SOCAR Georgia şirkətində çalışanların demək olarki əksəriyyəti Akif Çovdarovun yaxın qohum əqarabasıdır. Ora işə düzəlmək istəyənlər Akif Çovdarovun icazəsi olmadan bir addım belə ata mümkün olmayıb. Hətta adi yanacaq doldurma məntəqəsində operator işləmək istəyən belə Akif Çovdarovun əmisi oğlu Oruc Çovdarova rüşvət verəcəyi halda işlə təmin olunur.
Rüşvət harada və neçə verilir?
Məlum məsələdir ki, rüşvət Gürcüstanda alınmır. İşə düzəlmək istəyən şəxs Oruc Çovdarovla birlikdə Qazax rayonuna gedir və orada rüşvəti ödəyir. Daha sonra Oruc müəllim Akif Çovdarovla telefon bağlantısı yaradır və “dabro” aldıqdan sonra həmən şəxsi işiilə bağlı məlumat verir.
SOCAR GEORGİA Marneulidə TEA HOUSE deyilən mərkəz açılıb. Bu Mərkəzin Rəhbəri Namiq Hümbətov Akif Çovdarovun bacısı oğludur. İşə düzəlmək istəyənləri bir qayda olaraq Qazaxda qəbul edirlər. Namiq Hümbətovun qardaşı da Akif Çovdarovun MTN-də rəhbərlik etdiyi Departamentdə polkovnikdir. Adını dəqiq bilməsəkdə soyadı Hümbətovdur.
Akif Çovdarovun Azərbaycanda olduğu kimi, Gürcüstanda da biznesi fəaliyyət göstərib
Akif Çovdarovun Gürcüstanda 30 hektardan artıq pomidor istilikxanaları var. 7-8 mal-donuz ferması və Marneulidə və Tbilisidə Tikinti Şirkətləri fəaliyyət göstərir. Qohumlarının hamısı bahalı markalı avtomobillərdə gəzir. Bütün bunların qarşısında SOCAR Georgiada işə düzəlməyi belə adi insanlara əngəl yaradırlar və rüşvət alırlar.
Mənbə iddia edir ki, yaxın qohumu yanacaq doldurma məntəqəsində operator işləmək üçün Akif Çovdarovun əmisi oğlu Oruc Çovdarova 3000 lari rüşvət verib. Daha sonra işə düzəlib və 1 ildən sonra həmən şəxsi işdən azad ediblər. Ardı var...
Dosye.org
P.S. Mənbəmiz tərəfindən Akif Çovdarovun Gürcüstanda və Rusiyadakı biznes imperiyası barədə çoxlu faktlar ünvanlanacaq. Növbəti yazılarımızda oxucularımıza daha geniş məlumat veriləcək.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?