GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Xalqa ilin son zərbəsi və... ölkə ayağa qalxır

Xalqa ilin son zərbəsi və... ölkə ayağa qalxır

Tarix: 9-12-2016, 13:22 Bölmə :GündəmXəbər / Manşet Baxış: 737
Xalqa ilin son zərbəsi və... ölkə ayağa qalxır

2016-nın axırıncı pisliyini edən məmurlar ölkəni uçuruma yuvarladır

“Azəriqaz” İB, “Azərişıq” ASC və Tarif Şurası əlbir olaraq manatı dəfn edən Maliyyə Nazirliyinin valyuta siyasətinə uyğun olaraq xalqı iqtisadi fəlakətə yaxınlaşdırdı: ölkə Nigeriya və Somali yolunda irəliləyir

Ərzaq, sərnişindaşınma, dərman və ümumilikdə bütün sahələrdə dəhşətli bahalaşma gedir; iş yerləri bağlanır, maaşlar kəsilir, işsizlər ordusu yaranır, ölkə 90-cı illərin ən ağır yoxsul dövrünə qaytarılır

Azərbaycan xalqına ilin sonunda dövlət qurumları tərəfindən ən ağır zərbə vuruldu. 2016-cı ilin sonuncu pisliyini edən məmurlar əhalinin əleyhinə növbəti qərarı çıxardı.

“Azəriqaz” İstehsalat Birliyi, “Azərişıq” ASC və Tarif Şurası əlbir olaraq manatı dəfn edən Maliyyə Nazirliyinin valyuta siyasətinə uyğun olaraq xalqı iqtisadi fəlakətə yaxınlaşdırdı.

Xalqa “terror” edənlər

“Gündəm-xəbər”in məlumatına görə, bu dövlət strukturları böhrandan zərərsiz çıxmaq üçün xalqın üstünə bütün ağırlığı yüklədilər. Onların qiymət artımına getməsinə deputatlar da haqq qazandırdılar.

Hələ bu azmış kimi, bəziləri bunun büdcəyə fayda verəcəyini bildirdi. Beləliklə, geridə qoyduğumuz həftə Azərbaycan üçün şok terapiyası idi. Cəmiyyət panika və ajiotaj içindədir. Çünki işıq və qazın bahalaşması bütün sahələrdə qiymət artımı ilə nəticələnib.

İstər sərnişindaşınma, istər ərzaq məhsulları, istərsə benzin və digər xərclər artmaqdadır. Hər şeyin bahalaşması hər yerdə kütləvi etirazların başlanacağına zəmin yaradır.

"Gündəm Xəbər"ə vətəndaşlar müraciət edərək bildirirlər ki, Azərbaycanın bir çox işığı, qazı kəsərək fasilələrlə verirlər. Demək olar ki, 4-5 saat fasilələr olur.

Üstəlik, vətəndaşların qaz sayğacı bir neçə il bundan öncə quraşdırılanda evlərə əlavə minumum 150 manat qeyri-qanuni yükləmə olunub. Bu hadisə ilə bağlı Goranboy rayon sakinləri müraciətində bildirirlər.

Bahadur Bilalov idə Bakıdan bizə yazır: Şikayətim "Azəriqaz"dandır. Əgər qazınız yoxdursa bunu birdəfəlik boynunuza alın. Tağı Əhmədov demişkən "burcutmayın"! yoxsa qiyməti qaldırırsınız, amma evlərə qaz vermirsiniz.

Bir aydan çoxdur ki, Yasamal rayonunda H.Zərdabi küç.71 A saylı binada insanların əsəbi ilə oynayırsınız. Bütün sutka qaz artır, azalır. Hətta kəsilir. Buna nə zaman son qoyacaqsınız?”

Əkbər Hacıyevlə Baba Rzayevin düşmənçiliyi

Tarif Şurası həmişə bildirir ki, qiymət artımı barədə müvafiq dövlət qurumundan müraciət daxil olduğu halda məsələyə baxılır Bu da o deməkdir ki, qaz və işığın bahalaşması ilə əlaqədar “Azəriqaz” İstehsalat Birliyi və “Azərişıq” ASC Tarif Şurasına müraciət ünvanlayıb. Hər iki qurum böhrandan mənfəətlə çıxmaq naminə anti-xalq addım atıb. Nəticədə bir gecənin içində əhalinin güzəranı birə beş ağırlaşdırılıb. Bu gün yaşanan panikanın səbəbkarı da məhz adıçəkilən dövlət qurumlarına rəhbərlik edən məmurlardır. Kəsəsi, Əkbər Hacıyev və Baba Rzayev xalqın qanını içməyə, dərisini soymağa yönəlik müraciətləri Tarif Şurasına ünvanlayıb.

Ölkə bahalaşmanın yaratdığı aqressiyaya bürünüb. Toplum qəzəbli və narazıdır; Əhali sosial şəbəkələrdə, çayxanalarda, işlədiyi kollektivlərdə qaz və işığın qiymətinin artırılmasına etirazını bildirir.

Artıq vəziyyət getdikcə pisləşməyə doğru inkişaf edir; Elektrik enerjisi və qazın qiymətinin qaldırılması ölkədə işsizliyin sayının artmasına təkan verəcək. Bu ölkə batır. Bu cənnət məmləkət uçurumun lap ucundadır. Bu ölkə batsa, hamımız batacağıq. İqtidarı da, müxalifəti də, naziri də, fəhləsi də.

Təəssüf ki, həm Tarif Şurası, həm də Tarif Şurasına müraciət edən qurumlar 2009-cu ildə prezidentin dövlət tərəfindən kommunal xidmətlərin tariflərinin maya dəyərinə uyğunlaşdırılması haqqında fərmanını yaddan çıxarıblar. Bu fərmanda qeyd olunurdu ki, müstəqil qiymətləndirmə aparılsın. Heç kəsə sirr deyil ki, Azərbaycanda bu tipli qurumlar, kommunal xidmət göstərən dövlət şirkətləri maya dəyərini şişirdirlər və ödəniləcək verginin məbləğini azaldırlar.

Bununla, əslində idarəetmənin necə bərbad olduğunu göstərirlər. Bundan sonra işsizlər ordusu yaranacaq və hökumətə etirazlar güclənəcək.

Dərman bazarı və uşaq yeməklərində dəhşət

“Gündəm-xəbər”in məlumatına görə, qaz və işıqla paralel dərman bazarında da bahalaşma oldu. Tarif Şurasının çıxardığı qərar bahalaşmaya yönəlikdir və xalqın başının altına yastıq qoymaqdır.

Neftin dünya bazarında ucuzlaşması milli valyutanı əldən saldı və indi bütün sahələrdə böhran, bahalaşma, işsizlik və ixtisarlar baş alıb gedir. Əslində, dərman bazarında çoxdan bahalaşma müşahidə olunurdu. Devalvasiya və dolların hər gün qalxması qiymətlərə təsir etməyə başlayıb.

Bir ildə bir neçə dəfə qiyməti artan dərmanlar yenə də bahalaşır. Xaricdən idxal olunan malların qiymətini endirmək mümkün olmur. Yalnız istisna preparatlarda cüzi ucuzlaşma var. Dərman bazarındakı monopoliya da qiymətlərə təsirsiz ötüşmür. Ölkənin birinci şəxsi səviyyəsində dərman bazarındakı özbaşınalığa etiraz olunub və tapşırıqlar verilib. Amma real mənzərə vəziyyətin dəyişmədiyini göstərir. Deputat Vahid Əhmədov da çıxışında qeyd etmişdi ki, bu sahədə inhisarçılıq var.

Bundan başqa, gənc ailələr üçün dəhşətli bir artım baş verib. Ölkəyə idxal olunan uşaq yeməklərinin qiymətində artım qeydə alınıb. Mağazalarda “Hipp”, “Heinse”, “Nutrlak”, “Nutrlon” qidaları bahalaşıb. İdxal rüsumlarının qalxması və dolların günbəgün bahalaşması uşaq yeməklərinin tariflərinə də birmənalı şəkildə təsir edib. Hər gün minlərlə ailənin istifadə etdiyi uşaq yeməkləri insanların ən yaralı yeridir. Əsasən də gənc ailələr bu qidaları almaqda maddi cəhətdən çətinlik çəkir. Bundan sonra qiymətin qalxması hökumətin körpələri böhran dövründə ac qoymasına bənzəyir. Minlərlə ailə olduqca ağır bir vəziyyətlə üzləşir. Dövlət rəhbərliyi təxirəsalınmaz antiböhran tədbirləri həyata keçirir. Amma bəzi yarıtmaz məmurların sayəsində ölkəni bahalaşma dalğası bürüyüb.

Uşaq yeməklərinin bahalaşması məcburi köçkün, aztəminatlı ailələri sınaqla üz-üzə qoyur. Məmurlar xalqı ac-yalavac saxlamaq, kişiləri uşaqlarının qarşısında başıaşağı etmək istəyirlər.

Qeyd edək ki, neftin ucuzlaşması və manatın dəyərdən düşməsi ölkəni iqtisadi fəlakətin kandarına yaxınlaşdırıb. Hər gün yüzlərlə insan işini itirir və minlərlə ailə çörəksiz qalır. İlin sonu yaxınlaşdıqca gedişat daha da pisləşir. Ərzaq məhsullarının qiymətinin qalxması, maaşların azalması, bank borclarının üstünə gəlməsi xalqın güzəranını çətinləşdirir.

Benzinin də bahalaşması gözlənilir - Somali

“Gündəm-xəbər” onu da bildirir ki, Azərbaycanda da benzin və dizelin qiymətinin artımı gözlənilir. Dünya bazarında neftin qiyməti qalxaraq 55 dolları keçsə, Azərbaycanda hökumət bu bəhanəni rəhbər tutaraq qiymətləri qaldıra bilər.

Ötən gün OPEC-in toplantısından sonra neftin qiyməti 52 dollaradək qalxıb. Çox güman ki, birdən-birə kaskin artıma risk edilməz. Amma təxminən 10-12 faizlik artım gözlənilir”

Ölkədə iqtisadi vəziyyətin çətinləşməsi dövlət rəhbərliyinin təxirəsalınmaz addımlar atmağa sövq edib. Azərbaycanın kompleks antiböhran tədbirlər görməsi üçün artıq çiban yetişib. Dolların 2 manata gəlib çatması ondan xəbər verir ki, məzənnə yuxarıya doğru irəliləyir. Manatın dəfn olunması nəticəsində ölkənin bütün strukturları böhran yaşayır. Yaxın aylarda və 2017-ci ildə neftin bahalaşması da gözlənilmir.

Hökumət təbii qaz və elektrik enerjisinin qiymətini artırıb. Bahalaşma güzəranı ağır olan əhalinin sosial vəziyyətinə daha da pis təsir edəcək. Bu sosial zülmə Azəristiliktəchizat” ASC də qoşulmağa hazırlaşır. Artıq qiymət artımına getməyi rəsmən etiraf edirlər.

Rayonlarda aksiyalar başlanır?

Hakimiyyətin sosial siyasəti insanların həyat tərzinə yeni əngəllər yaradır. İqtisadiyyatın tənəzzülündə, ictimai həyatın bütün sahələrində bu siyasətin təsiri güclənməkdədir.

Hökumət son qiymət artımına görə camaatdan əlavə 300 mln. manata yaxın vasait qoparacaq. Neft gəlirləri azalıb, qeyri-neft sektoru isə durğunluq dövrünü yaşayır.

Hər gün iş yerləri qapadılır, istər özəl, istər dövlət müəssisələrində ixtisarlar gedir, vergi bazası daralıb. Ölkə sürətlə böyük böhran dövrünə daxil olur. O biri tərəfdənsə, devalvasiya alıcılıq qabiliyyətini minimuma endirib, yoxsulluq və işsizliyin miqyası genişlənib.

İndi hökumətin əsas işi dövlət xərclərini azaltmaq, iqtisadi liberallaşdırmaya getmək, özəl sektoru dəstəkləmək, vergi yükünü azaltmaq və passiv vergi potensialını aktivləşdirmək olmalıdır.

Xalq hökumətin antiböhran tədbirləri keçirdiyini görmür. Əksinə, əhalinin əleyhinə olanlar qərarlar qəbul edilir. Mağazalarda və bazarlarda vermeşil, makaron, düyünün qiyməti dəyişib.

Aztəminatlı ailələrin və kasıbların gündəlik tələbatı olan bu məhsulların qiymətinin qalxması Azərbaycanın iqtisadi cəhətdən dərin bur uçuruma getdiyini xəbər verir.

Bu vəziyyət sosial gərginliyi artırır və insanları etirazlara sürükləyir. Belə gedişlə regionlarda, kəndlərdə və əyalətlərdə etirazların olacağı istisna olunmur.

Rafiq Qara
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 100
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Tarif Şurası: Kommunal haqların artırılması məsələsi gündəmdə deyil

    Tarif Şurası: Kommunal haqların artırılması ...

    6-11-2013, 11:40

  • 
  • Bağlanan dörd bankın əmanətçiləri üçün XƏBƏR VAR

    Bağlanan dörd bankın əmanətçiləri üçün XƏBƏR VAR ...

    25-07-2016, 22:18

  • 
  • Baba Rzayevdən “texniki təxribat” gözlənilir

    Baba Rzayevdən “texniki təxribat” gözlənilir ...

    22-11-2016, 02:34

  • 
  • "Azəriqaz": Tarif dəyişiklikləri abonentlərin əksəriyyətinə təsir etməyəcək

    "Azəriqaz": Tarif dəyişiklikləri ...

    29-11-2016, 18:32

  • 
  • “Azərsun” və “Veysəloğlu”dan xalqa qarşı soyğunçuluq

    “Azərsun” və “Veysəloğlu”dan xalqa qarşı ...

    8-12-2016, 15:01


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu