GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » “Azərsun” və “Veysəloğlu”dan xalqa qarşı soyğunçuluq

“Azərsun” və “Veysəloğlu”dan xalqa qarşı soyğunçuluq

Tarix: 8-12-2016, 15:01 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 168
“Azərsun” və “Veysəloğlu”dan xalqa qarşı soyğunçuluq

“Azərsun” və “Veysəloğlu”dan xalqa qarşı soyğunçuluq

Ölkənin aparıcı iki yeyinti sənayesi qiymətləri kəllə-çarxa qaldırdı, böhrandan mənfəətlə çıxmağa başladı

Azərbaycanda dəhşətli bahalaşma gedir, əhalinin sosial həyatı ağırlaşır; hər ik şirkətin əvvəlki açıqlamaları özünü ifşa edir

Azərbaycanda dəhşətli vəziyyət yaranıb. Ölkənin hər yerində iqtisadi durum ağırlaşır. Paytaxtda və regionlarda insanların sosial həyatı çətinləşir.

“Beta” və “Champion”

“Gündəm-xəbər”in məlumatına görə, kommunal xərclərin artırılması, dərman bazarında qiymət artımı bütövlükdə bütün sahələrə təsir edib. Mağazalarda, marketlərdə, bazarlarda ərzaq məhsullarının qiyməti qalxır. Yeyinti məhsullarının qiyməti kəllə-çarxa qalxıb.

İki istehsalat müəssisəsi “keçi can hayında, qəssab piy axtarır” misalına uyğun olaraq öz siyasətini davam etdirir. Ölkənin aparıcı iki yeyinti sənayesi olan “Azərsun” holdinq və “Veysəloğlu” qiymətləri artırıb “qaz vurub, qazan doldurmağa” səy göstərir.

Belə ki, “Beta” və “Champion” çaylarının qiyməti bütün çeşidlər üzrə 8-10% həcmində bahalaşıb. Bu mallar “Azərsun”a aiddir.

Eləcə də “Veysəloğlu”nun satdığı mallarda artım qeydə alınıb. Gömrükdə idxal rüsumunun artımından dərhal sonra ilk bahalaşmaya gedən də “Azərsun” holdinq olmuşdu.

Hər halda ölkə başçısı süni qiymət artımının qarşısını almağa çağırış edirsə, “Azərsun” və “Veysəloğlu” buna əməl etməlidir. Dövlət başçısı qeyd edib ki, süni qiymət artımına gedənlər və inhisarçılıqla məşğul olanlar cəzalandırılacaq.

Xalqı soyanlar kimlərdir?

“Gündəm-xəbər”in verdiyi məlumata görə, ancaq “Veysəloğlu” şirkəti prezidentin göstərişlərinə qarşı gedərək yeni tariflər müəyyənləşdirir. “Veysəloğlu” şirkəti manatın devalvasiyasından sonra qiymətləri qaldırmadığını bildirmişdi.

Lakin indi ortaya çıxan mənzərə bir qədər fərqlidir. Şirkət nəinki qiymətləri qaldırmağa, hətta qanunlara zidd olaraq ölkənin qida bazarında inhisar yaratmaq üçün bir başa fəaliyyət göstərir.

“Azərsun Holdinq” isə yenə hamıdan qabağa düşdü. Ölkənin əsas qida istehsalçısı olan şirkət gömrük rüsumları qalxar-qalxmaz məhsullarını bahalaşdırmağa başladı. Artıq böhranın üçüncü dalğası yaşanır və şirkət tələm-tələsik zərər etməsin deyə əhalinin cibinə girir. Şirkət satış mərkəzlərinə öz məhsullarını yeni qiymətlə təqdim etməkdədir. Qiymət məhsuldan asıllı olaraq 5-20 qəpik artıb. Əsasən, un, kərə yağı, düyü, şəkər və süd məhsullarının qiymətində bahalaşma qeydə alınıb.

“Azərsun” holdinq hər dəfə xalqı soymağa, öz mənfəətlərini düşünüb əhalinin vəziyyətini ağırlaşdırmağa can atır. A.Gozal isə buna məcbur qaldıqlarını bəhanə edir. Halbuki, gömrükdə idxal rüsumları artıb və bunun yerli istehsala aidiyyatı yoxdur. Holdinq çay, yağ, şəkər, un və s. məmulatları xaricdən xammal şəklində almırsa, qiymət artımına niyə gedir? Burada məqsəd soyğunçuluq, böhrandan xeyirlə çıxmaq və prezidentin tapşırıqlarına qarşı gəlməkdir.

“Azərsun” və “Veysəloğlu”dan özünü ifşa

“Gündəm-xəbər”xatırladır ki, hələ ötən il şirkətin sözçüsü Afiq Səfərov bildimişdi ki, xalqın halına yanan tərəf varsa, o da bizik: “Biz başqaları kimi asan qazanc əldə etmək yolunu tutmamışıq. Məhsulu xaricdən hazır gətirib bazara çıxarmırıq. Biz Azərbaycan torpaqlarında əkib-becərməklə, müəssisələr quraraq vətəndaşları işlə təmin etmək yolunu tutmuşuq. Nəzərə alın ki, ölkədə istehsal etdiyimiz məhsulları xaricdən hazır alıb yalnız bir əməliyyat etməklə kifayət qədər gəlir əldə edə bilərik. Biz isə buna getmirik”. Göründüyü kimi, “Azərsun” rəsmisi öz açıqlaması ilə holdinqi ifşa edib. Məlum olur ki, xaricdən heç nə alınmır və yerli istehsalı bazara çıxarırlar. Bu halda hansı əsasla marketlərdə bahalaşmaya gedilir?

“Azərsun” və “Veysəloğlu”dan xalqa qarşı soyğunçuluq

Veysəloğlu Şirkətlər Qrupuna gəlincə, hələ ilin əvvəlində - yanvarda məhsullarının qiymətlərinin artması ilə bağlı açıqlama vermişdilər.

Bildirilirdi ki, “Ulduz” şokolad fabrikinin məhsul istehsalında istifadə etdiyi xammal ehtiyatının böyük hissəsi idxal üzərindən həyata keçirilir və bu səbəbdən qiymət artımı yol veriləndir: “Manatın mövcud devalvasiyası və üzən məzənnə siyasətinə keçməsindən sonra şirkət özünün qiymət siyasətinə yenidən baxmaq məcburiyyətində qalıb.

Veysəloğlu MMC-nin əsas fəaliyyəti idxal üzərində qurulduğundan ABŞ dollarının məzənnəsinin kəskin artması, baş vermiş devalvasiya şirkət üçün də bir sıra çətinliklər yaradıb. Eyni zamanda xammal idxalında yaranmış qiymət artımı “Ulduz” Şokolad Fabrikinə də təsirsiz ötüşmədi.

Yerli istehsalda xammalı xarici ölkələrdən gətirilərək idxala bağlı olan müəssisələr vardır ki, Ulduz fabriki də belə müəssisələrdəndir. Bu gün fabrik özünün məhsul istehsalında istifadə etdiyi xammal ehtiyatının böyük hissəsini idxal üzərindən həyata keçirir.

Yaranmış vəziyyətlə bağlı Veysəloğlu şirkəti xaricdən idxal edilərək ölkəyə gətirilən mallara 30%-dək, Ulduz fabrikinin istehsal etdiyi məhsullara isə 20%-dək qiymət artımını yol verilən hesab edir.

Bu açıqlamadan artıq təxminən 1 il vaxt keçir və şirkət yenə də qiymət artımına getməli olub. Bildirilir ki, idxal rüsumunun artması, işıq və qazın pulunun qaldırılması şirkəti tarifləri dəyişməyə məhkum edib.

Prezidentə təxribat

Onu da xatırladaq ki, “Veysəloğlu” şirkəti mağazalara payladığı məhsulları satılmadıqda geri götürmür. Sahibkarlardan qabaqcadan pulu alınır və məhsul sırınır.

Satışında ciddi axsamaların müşahidə olunduğu şirkət üzləşdiyi problemin həlli istiqamətində maraqlı çıxış yolu tapıb. Artıq həmin qidaların nə qədər satılıb-satılmayacağı şirkəti maraqlandırmır və mağaza sahibi çətin durumda qalır.

“Azərsun”un qiymət artımı olan siyahısına baxanda görürəm ki, xaricdən gəlməyən malların qiyməti qalxıb. Azərbaycanda istehsal olunan malların qaldırılmasına ehtiyac yoxdur”

Bu sözləri Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev “Azərsun Holdinq”in qiymət artımına münasibət bildirərkən qeyd etmişdi.

Qeyd edək ki, xaricdən ölkəyə gətirilən bəzi ərzaq mallarının gömrük rüsumlarının qalxması xəbəri çıxar-çıxmaz, Azərbaycanda qida sahəsində monopolist şirkətlərdən biri olan "Azersun Holdinq" qiymətləri qaldırdı.

Halbuki, gömrük rüsumları qaldırılan ərzaq məhsulları arasında "Azersun Holdinq"in istehsal sahəsinə demək olar ki, aidiyyatı yoxdur.

Hafiz Hacıyev bildirib ki, prezidentin ətrafında olanlar çalışırlar ki, xalqın yaralı yerinə duz bassınlar. Elə “Azərsun Holdinq” kimi şirkətlər də xalqı yox, öz ciblərini düşünür:

“Mən 2-3 ay bundan öncə bildirmişdim ki, Azərbaycanda bəzi qüvvələr millətlə dövlət arasında narazılıq yaratmaq üçün müəyyən addımlar atırlar. “Azərsun”un qiymət artımı olan siyahısına baxanda görürəm ki, xaricdən gəlməyən malların qiyməti qalxıb.

Azərbaycanda istehsal olunan malların qaldırılmasına ehtiyac yoxdur. Məsələn, Masazır gölündə hazırda duz var. Ona görə də duzun qiymətini qaldırmağa ehtiyac yoxdur. Bu gün inhisarçı məmurlar ölkə prezidentinin nüfuzdan salınması yönündə çox ciddi addımlar atırlar”.

Son günlər mətbuatın gündəmini bankların dollar satışını dayandırması, növbəti devalvasiya olacağı xəbərləri tutub. Ekspertlərin fikrincə, manat dollar qarşısında növbəti dəfə dəyərdən düşərsə, ərzaq məhsullarının qiyməti qalxacaq.

Bahalaşma növbəti dəfə də qaçılmaz olacaq. Azərbaycanda kifayət qədər məhsul istehsal olunmadığından payıza, qışa ərzaq ehtiyatı yoxdur. Əslində istehsal olunan məhsulların bir hissəsi bazara çıxarılmalı, bir hissəsi ehtiyat saxlanmalı idi.

Xüsusən də ölkənin düşdüyü belə bir zamanda. Bütün bunların heç biri olmadı. Nəticədə manat dəyərdən düşərsə, idxaldan asılı bir dövlət kimi qiymət artımı da qaçılmaz olacaq.

Ölkə 90-lara qayıdır?

“Gündəm-xəbər”in xəbərinə görə, ərzaq məhsullarının bahalaşması restoranların, hotellərin işini çətinləşdirib. Onlar məcburi şəkildə qiymət artımına getməli olublar. AzTA nümayəndəsi Müzəffər Ağakərimov bahalaşmanın olacağını bildirib. M.Ağakərimov xüsusən də restoran xidmətlərində bahalaşma olacağını qeyd edib. Çünki əksər restoranlarda qaz sobalarından çox elektrik enerjisi ilə çalışan avadanlıqlardan istifadə olunur. Həmçinin sobalardan tutmuş kondisionerlərə qədər bütün elektrik cihazları üzrə qoyulmuş həddi keçdiyinə görə restoranların xərci çoxalacaq.

Vətəndaşların ailə səbətinə qəflətən böyük fərqlə zərər olunması əhalinin vəziyyətini ağırlaşdırır. Halbuki, prezident süni qiymət artımına getməməyi tapşırıb. Vətəndaşlar prezident İlham Əliyevdən kömək gözləyir. Böhranla bağlı tədbir görülməsə, islahatlar aparılmasa, monopolist qüvvələr cəzalandırılmasa, iş yerləri açılmasa ölkədə yoxsulluq artacaq. Ərzaq, sərnişindaşınma, dərman və ümumilikdə bütün sahələrdə dəhşətli bahalaşma gedir, ş yerləri bağlanır, maaşlar kəsilir, işsizlər ordusu yaranır, ölkə 90-cı illərin ən ağır yoxsul dövrünə qaytarılır. Cəmiyyət panika və ajiotaj içindədir.

Son günlər istehlak bazarında ətin qiymətinin bahalaşması ilə bağlı xəbərlər yayılır. Alıcılar onlara təklif edilən sümüklü və ya sümüksüz ətin qiymətində 1 manata yaxın bahalaşma olduğunu bildirirlər. Belə ki hazırda sümüklü mal əti 9 manat, sümüksüz isə 11 manata satılır. Bundan əlavə, şəkər, qənd, çay və digər gündəlik zəruri məhsulların qiyməti qaldırılıb. Eyni zamanda “Azərsun” holdinqə bağlı olan “Bazarstore” marketlər şəbəkəsi çörəyin qiymətini artırıb.

Ölkədə sürətlə yoxsullaşma gedir. Əhali heç vaxt olmadığı qədər çətin vəziyyətə düşüb. Artıq ət məhsullarının da bahalaşması ondan xəbər verir ki, yaxın günlərdə bütün məhsullarda artım olacaq.

Rafiq Qara

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Keçi can hayında, qəssab piy axtarır - Putin müdafiə xərclərini artırır

    Keçi can hayında, qəssab piy axtarır - Putin ...

    20-12-2014, 23:16

  • 
  • Neft və təbii qaz hasilatının qiymətləri ucuzlaşdı

    Neft və təbii qaz hasilatının qiymətləri ucuzlaşdı ...

    12-01-2015, 20:05

  • 
  • «Azərsun» orta sahibkarları necə məhv edir?

    «Azərsun» orta sahibkarları necə məhv edir? ...

    21-12-2012, 13:38

  • 
  • Şəkər tozunun da qiyməti qalxdı - ÖZƏL

    Şəkər tozunun da qiyməti qalxdı - ÖZƏL ...

    11-12-2015, 03:04

  • 
  • Maaşlar artmamış qiymətlər qalxdı

    Maaşlar artmamış qiymətlər qalxdı ...

    23-08-2013, 18:31


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu